Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər .....                     Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib .....                     Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü .....                     Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb .....                     Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb .....                     Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib .....                     Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq .....                     Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb .....                     Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ .....                     Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub .....                     Unibankın İdarə Heyəti sədri dəyişdirilib .....                     Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... .....                     "8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... .....                     DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb .....                     Mülayim qərb küləyi əsəcək .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat olub .....                     Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır .....                     “Azəriqaz” yenə də itkiyə yol verir... .....                     “Azercell” digər mobil operatorlara problem yaradır .....                     Bakıya qarşı “cəbhədə” gərginlik .....                     Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoru .....                     Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır .....                     Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib .....                     Rusiya Cənubi Qafqazda nüfuzunu itirir .....                     Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? .....                     Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər .....                     "Ailəmizin üzünə baxa bilmirik: Respublikanın rəhbərliyi hara baxır?" .....                     “İnternational” BOKT-nin yarım mln. manata yaxın vergi borcu yaranıb .....                     Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdi .....                     Bakı öz milli duruşunu heç vaxt güzəştə getməyəcək .....                     Moskvanın Zəngəzur narahatlığı: Rusiyanın istəkləri böyükdür, amma... .....                     Rusiya Ermənistandakı hərbi bazasına yeni qüvvələr gətirir .....                     Bakıda tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü .....                     Trampdan gözlənilməz QƏRAR .....                     Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi .....                     Məktəb direktorunu bıçaqlayan şəxslə bağlı .....                     Moskva 3 “silahı” işə saldı, Bakının yeni tələbi var .....                     “Meqa Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                 

Çarın zorla sevdirilməsi: qorxu və yalan üzərində 81 faizlik “qələbə” - İNCƏLƏMƏ...
Tarix: 6-04-2022, 08:23 | Çap et
Çarın zorla sevdirilməsi: qorxu və yalan üzərində 81 faizlik “qələbə”
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTsİOM) keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, rusiyalıların 79 faizi Prezident Vladimir Putinin fəaliyyətindən razı, 13,5 faiz isə narazıdır. Sorğu iştirakçılarının 81 faizi Putinə güvəndiyini deyib.

Rusiyanın Ukraynaya hərbi təcavüzündən öncə mərkəzin keçirdiyi oxşar sorğuda 71 faiz respondent Putinə etibar etdiyini bildirmişdi. Ukraynaya hücumdan sonra isə bu güvənin artdığı iddia olunur. VTsİOM-un keçirdiyi sorğunu obyektiv qiymətləndirənlər olsa da, əksəriyyət bu qənaətdədir ki, Rusiya demokratik ölkə olmadığına görə burada keçirilən heç bir sorğu obyektiv ola bilməz.

Əgər sosioloji sorğu doğrudan da demokratik keçirilibsə, o zaman rusların Ukraynaya təcavüz fonunda Putinə etimadının artması maraq doğurur. Və ya əksinə, sorğu qeyri-şəffafdırsa, o zaman Kreml bununla nəyə nail olmaq istəyir? diaaz.space-ın məlumatına görə, sosioloq Əhməd Qəşəmoğlu AYNA-ya açıqlamasında deyib ki, sosioloji sorğu keçirməyin metodikası var və əksər hallarda buna əməl olunmur: “55 ildən artıqdır sosiologiya elminin tədqiqi ilə məşğul olan bir alim kimi deyə bilərəm ki, belə sosioloji sorğuların ciddi əhəmiyyəti yoxdur. Bəzən bizə də deyirlər ki, Avropa protokollarına uyğun olaraq sosioloji sorğu təşkil etsək də, nəticə inandırıcı olmadı. Bu, ona görədir ki, zəruri informasiyanı əldə etmək üçün xüsusi yanaşma və peşəkarlıq tələb olunur. Əksər hallarda sosioloqlar standart metodlarla bu cür sorğular təşkil edirlər”.

“Rusiyada keçirilən sorğu isə konyuktur sorğular kateqoriyasına aiddir. Bu sorğuda iştirak edən respondentlər siyasi texnologiyaların təsiri altında qərar verirlər. Sorğunu keçirən mərkəzlər də bir çox hallarda arzuladığı rəqəmi əldə etməyə çalışır və bu səbəbdən özləri üçün lazım olan əhali qrupunu hədəf seçirlər. Respondentlər daha çox həkimlər, müəllimlər, dövlət vəzifələrində çalışanlar, büdcə vəsaitləri hesabına maliyyələşən təbəqənin nümayəndələri arasından seçilir”, - deyə həmsöhbətimiz bildirib.

Sosioloqun sözlərinə görə, Rusiya və bu kimi ölkələrdə əhali hökumətin əleyhinə hər hansı şərh verməyə ehtiyat edir: “Məlumdur ki, Ukraynaya qarşı hərbi təcavüzdən sonra Rusiyada repressiv idarəetmə metodları gücləndirilib. Qanunlarda müəyyən dəyişikliklər edilib və Kremlə qarşı çıxanların daha sərt cəzalandırılması nəzərdə tutulub. Təbii ki, belə bir şəraitdə Rusiya vətəndaşları obyektiv rəy bildirməyəcəklər. Düşünürlər ki, onları hər yerdə izləyirlər və sosioloji sorğularda da iqtidarın maraqlarına uyğun cavablar verməsələr, özlərini təhlükəyə ata bilərlər”.

Qəşəmoğlu qeyd edib ki, bu səbəbdən vətəndaşlar ya bu cür sorğularda iştirak etmirlər, ya da özlərini sığortalamağa çalışırlar: “Belə ölkələrdə adətən latent, yəni gizli sorğular keçirilməlidir. Şübhəsiz ki, bu sorğu latent olmayıb və obyektiv qiymətləndirilə bilməz. Əgər avtoritar şərtlər altında 15 faizə yaxın əhali Putinə etimadsızlıq göstəribsə, bu, kifayət qədər ciddi rəqəmdir. Sorğu hətta obyektiv keçirilsə belə, nəticələr obyektiv ola bilməz”.

Psixoloq, hərbi ekspert Azad İsazadə də AYNA-ya şərhində bu cür sorğuların şəffaflığının və obyektivliyinin inandırıcı olmadığını qeyd edib: “1991-cı ilin mayında SSRİ vətəndaşları ittifaqın qalmasına səs versələr də, cəmi altı ay sonra ittifaq dağıldı. Bu sorğular şərti xarakter daşıyır. Unutmamalıyıq ki, Rusiya televiziyalarında çox ciddi şəkildə müharibə təbliğatı aparılır və bəzi vətəndaşlar bu təbliğatın təsir dairəsinə düşürlər. Rusiya xalqı hər zaman qələbə anlayışı ilə yaşayıb. Onların psixologiyasına şüurlu şəkildə yeridiblər ki, bütün ətraf düşməndir və hamı Rusiyaya qarşı qısqanc yanaşır, ona həsrətlə baxırlar. Müharibələr, qələbələr yolu ilə Rusiyanın daha da güclənəcəyini təlqin edirlər”.

“Digər yandan psixoloji mahiyyət etibarilə Rusiya cəmiyyəti də imperiyadan yanadır. Bu yanaşma isə öz növbəsində onları digər xalqların münayəndələrinə yuxarıdan aşağı baxmağa təhrik edir. Ukraynaya qarşı hərbi təcavüz fonunda ukraynalıların məğrur davranışı Rusiya cəmiyyəti üçün də arzuolunan deyil. Bu baxımdan mümkündür ki, onlar da müharibənin davamında maraqlı olsunlar”, - deyə ekspert söyləyib.

Onun sözlərinə görə, Putin bütün imkanlarını ortaya qoyaraq daxildən dəstək almağa çalışır: “Fərqindədir ki, daxili təlatümlər onun sonunu gətirə bilər. Sülhün kölgəsi görünən kimi, müharibə təbliğatını artırırlar. Elə rəy yaradırlar ki, guya Ukraynaya hücumlar daxildən gələn sosial sifarişdir. Rusiyada hazırda elə bir vəziyyət hökm sürür ki, sanki sülhdən danışmaq cinayət sayılır. Repressiv metodlar da vəziyyətə təsir edir. Əhali əmin olsa ki, obyektiv səs verəcəyi təqdirdə ona qarşı hər hansı təhlükə yaranmayacaq, o zaman faizlər əhəmiyyətli dərəcədə azalacaq”.

“Şübhəsiz ki, bu sosioloji sorğu reallığı əks etdirmir. Çünki sorğu çox mürəkkəb bir texnologiyadır. Sualın qoyuluşundan, respondentlərin seçimindən və yönəldilməsindən də çox şey asılıdır. Sorğu bitdikdən sonra isə onun qiymətləndirilməsi obyektiv aparılmalıdır. Bütün hallarda sosioloji sorğu mövcud vəziyyəti əks etdirmir. Hətta mümkündür ki, bu gün “a” cavabını verən respondent sabah “b” cavabını versin”, - deyə İsazadə vurğulayıb.

Əlavə edib ki, sorğunun obyektiv və ya subyektiv keçirilməsindən asılı olmayaraq, Rusiya ictimaiyyəti Putini dəstəkləmir: “Təbii ki, onu dəstəkləyənlər də var. Lakin onların sayı bir o qədər də çox deyil. Sadəcə ifadə azadlığı olmadığına görə Rusiya əhalisi ehtiyat edərək, özünü qorumağa çalışır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər - TƏFƏRRÜAT
Bu gün, 16:50
Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib - “Donya-e-eqtesad”
Bu gün, 16:47
Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü
Bu gün, 15:56
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Bu gün, 15:54
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Bu gün, 15:51
Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib
Bu gün, 15:34
Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
Bu gün, 15:30
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
Bu gün, 15:25
Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ - "Əl-qolunu bağlayıb işgəncə verdik"
Bu gün, 15:13
Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub
Bu gün, 15:09
Unibankın İdarə Heyəti sədri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 15:06
Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb
Bu gün, 13:01
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - ƏMR
Bu gün, 12:59
İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov
Bu gün, 12:57
"8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... - "...söyüş söyülür”
Bu gün, 12:51
DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb - TƏFƏRRÜAT
Bu gün, 12:47
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42
“Bakı Metropoliteni”ndə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:29
“Azəriqaz” yenə də itkiyə yol verir... - NHMT sədri SUAL EDİR Kİ...
Bu gün, 12:26
“Azercell” digər mobil operatorlara problem yaradır - NARAZILIQ VAR...
Bu gün, 12:14
Bakıya qarşı “cəbhədə” gərginlik – Dehli ilə bağlı qərar dəyişir?
Bu gün, 12:07
Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoru - TƏYİN EDİLİB
Bu gün, 12:01
Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır
Bu gün, 11:50
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
Bu gün, 11:36
Rusiya Cənubi Qafqazda nüfuzunu itirir - “Euronews”
Bu gün, 11:34
Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? - AKTUAL
Bu gün, 11:31
Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər
Bu gün, 11:08
"Ailəmizin üzünə baxa bilmirik: Respublikanın rəhbərliyi hara baxır?" - Naxçıvanda TOTAL NARAZILIQ...
Bu gün, 11:07
“İnternational” BOKT-nin yarım mln. manata yaxın vergi borcu yaranıb
Bu gün, 11:02
Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 10:59
Bakı öz milli duruşunu heç vaxt güzəştə getməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:57
Moskvanın Zəngəzur narahatlığı: Rusiyanın istəkləri böyükdür, amma... - NƏ ETMƏLİ?
Bu gün, 10:54
Rusiya Ermənistandakı hərbi bazasına yeni qüvvələr gətirir - NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 10:44
Bakıda tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü - FOTO
Bu gün, 10:38
Trampdan gözlənilməz QƏRAR – Azərbaycana necə TƏSİR EDƏCƏK?
Bu gün, 10:33
Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi – Bu dəfə də, bir milyon
Bu gün, 10:22
Məktəb direktorunu bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 10:17
Moskva 3 “silahı” işə saldı, Bakının yeni tələbi var – Nə baş verir?
Bu gün, 10:07
“Meqa Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:02
Bu il sülh sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 09:59
Regionda güc balansı dəyişir: Moskva Zəngəzur dəhlizi uğrunda... - Görünəni odur ki...
Bu gün, 09:58
"BakıKart" sərnişinləri yolda qoyur – NİYƏ?
Bu gün, 09:56
Paşinyan Rusiyanın istifadə etdiyi əsas fiqurları zərərsizləşdirib - ŞƏRH
Bu gün, 09:47
Xankəndidə Pezeşkianla görüş açıq mesajdır - RƏY
Bu gün, 09:45
Toy biznesindən qazanılan MİLYONLAR – Vergi ödəməyən müğənniləri hansı CƏZA GÖZLƏYİR?
Bu gün, 09:43
Erməni kilsəsinin "azad edilməsinə" şəxsən rəhbərlik edəcəm - Paşinyan
Bu gün, 09:38
Amerikada yandırılan azərbaycanlı müğənninin Binəqədi qəbirstanlığında məzarı üzə çıxdı - AÇIQLAMA
Bu gün, 09:33
İcra başçısının kənd üzrə nümayəndəsi məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:29
Samvel Karapetyanın qardaşı oğlunun evində axtarış aparılır
Bu gün, 09:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru