Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! .....                     Gömrük sistemində rütbə ədalətsizliyi .....                     Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri .....                     ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib .....                     Çimərliyə maşınla girənlərə sərt sözlər: .....                     Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi .....                     Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı .....                     Təmir-tikinti materialları bazarı “od tutub yanır” .....                     Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub .....                     Dəfn müavinəti də hamıya veriləcək: .....                     Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: .....                     “Trampın növbəti şousu” .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı .....                     Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? .....                     Hərbi prokurora müavin təyin olunub .....                     Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? .....                     Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, .....                     Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib .....                     Milli Məclisdə məmurlara etiraz: .....                     Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? .....                     Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı .....                     Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir .....                     "Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb .....                     PKK silahı atdı... QƏLƏMİ TUTDU... .....                     "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb .....                     “PAŞA Bank”da yeni təyinat .....                     “Beynəlxalq Bankı”ın mənfəəti azaldı .....                     Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib .....                     "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" .....                     Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib .....                     "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" .....                     Cənub-şərq küləyi əsəcək .....                     Razi Nurullayevdən yeni məmurlara etiraz: .....                     "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" .....                     Kremlin Karapetyan planı: .....                     Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... .....                     Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb .....                     TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? .....                     Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır .....                     Cahid Şahbazovla bağlı .....                 

Lukaşenko Avropanı təhdid etdi: - “Bütün kommunikasiya xətlərini bağlaya bilərik”
Tarix: 12-11-2021, 12:40 | Çap et
Lukaşenko Avropanı təhdid etdi:
Belarus Avropanın ona qarşı çıxarmağa çalışdığı sanksiyalara sərt cavab verməyə hazırdır.

Ovqat.com-un məlumatına görə, dünən Belarus prezidenti Aleksandr Lukaşenko Aİ-nə bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, Aİ Belarusa qarşı 5-ci sanksiya paketini qəbul edərsə, Minsk onunla bütün kommunikasiya əlaqələrini kəsə bilər:

“Bir çoxları bizi beşinci paketlə qorxutmağa başlayıb. Bu beşinci paket üçün Roman Aleksandroviçə (Belarusun baş naziri) göstəriş verilib: biz onlara heç nəyi bağışlamayacağıq. Polşa bizi qorxudur ki, sərhədi bağlayacaq. Zəhmət olmasa bağlayın: asta qaçan namərddir. Bəs biz Belarusdan Avropa ölkələrinə tranziti bağlasaq, nə olacaq? Avropaya tranzit xətti Ukraynadan keçə bilməz, çünki orada Rusiya ilə sərhəd bağlıdır. Baltikyanı ölkələrdə isə tranzit yolları yoxdur. Biz tranzit xətlərini polyaklar və ya almanlar üçün bağlasaq, nə edəcəklər? Biz öz suverenliyimizi və müstəqilliyimizi müdafiə edərkən heç nədən çəkinməyəcəyik”.

Lukaşenko xatırladıb ki, Yamal-Avropa transmilli əsas ixrac qaz kəməri Belarus ərazisindən keçir və son vaxtlar Rusiyadan Qərbə qaz tranzitinin həcmi xeyli artıb.

“Biz Avropanı isidirik, onlar isə bizi hədələyirlər ki, sərhədi bağlayacaqlar. Bəs biz təbii qazı tamamilə bağlasaq, necə? Ona görə də mən Polşa rəhbərliyinə, litvalılara və başqa beyinsiz adamlara danışmazdan əvvəl düşünməyi tövsiyə edərdim. Amma bu onların problemidir. Amma Xarici İşlər Nazirliyimiz Avropadakı hər kəsə xəbərdarlıq etməlidir: əgər bizə həzm edə bilməyəcəyimiz və qəbulolunmaz əlavə sanksiyalar tətbiq etsələr, cavab verəcəyik. Necə cavab verəcəyimizi biz ay əvvəl onların diqqətinə çatmırmışıq", - Lukaşenko belə deyib.

Xatırladaq ki, Belarusla Aİ arasında münasibətlər 2020-ci ilin avqustunda respublikada keçirilən prezident seçkilərindən sonra pisləşib. Qərb ölkələri Lukaşenkonu dövlət başçısı kimi tanımır və rəsmi Minskə qarşı bir neçə sanksiya paketi təqdim edib. Belarus və Aİ sərhədində baş verən miqrasiya böhranı ilə əlaqədar Brüssel beşinci məhdudiyyətlər paketi hazırlayır.

Belarusun bağlamaqla təhdid etdiyi Yamal-Avropa xətti Rusiyanın Avropanı qazla təchiz edən əsas boru kəmərlərindəndir. Bu kəmər 1999-cu ildə Ukraynadan yan keçməklə çəkilib. Qərbi Sibirin şimalındakı qaz yataqlarını Avropaya birləşdirən kəmər Rusiya qazının “qoca qitə”yə nəqlinin çevikliyini və etibarlılığını artıran əlavə ixrac dəhlizi hesab olunur. Kəmər Rusiya, Belarus, Polşa və Almaniya ərazisindən keçir.

Ümumi uzunluğu 2000 km-dən çox, diametri 1420 mm olan kəmərlə ildə 32,9 milyard kub metr qaz ixrac olunur. Kəmərin dörddə birindən çoxu (575 km) Belarus ərazisindən keçir. Sibirdən Avropaya qaz nasoslayan kəmərin 15 kompressor stansiyası var ki, bunlardan 5-i Belarus ərazisində yerləşir. Dolayısıyla Lukaşenkonun həqiqətən də Avropanın qərbinə qaz ixracını dayandırmaq imkanı var.

Nəzərə alsaq ki, Rusiyanın 2019-cu ilə qədər Ukrayna üzərindən Avropaya nəql etdiyi ildə 85 kub metr gücündə olan qaz xətti də tamamilə dayandırılıb, Yamal-Avropa kəmərinin əhəmiyyətinin daha da artdığını anlaya bilərik. Üstəlik, istər Ukrayna üzərindən keçən, istərsə də Yamal-Avropa qaz kəmərləri eyni məkana uzanır – Qərbi Avropaya. Rusiya sentyabr ayından etibarən dayandırdığı Ukrayna xətti ilə qaz nəqlini kompensasiya etmək üçün “Şimal axını-2” kəmərini çəkib, fəqət onun işə düşməsi Avropa İttifaqının bürokratik əngəlləri sayəsində ləngiyir. Ən son məlumata görə, “Şimal axını-2” layihəsinin işləyib-işləməyəcəyi barədə qərarı qarşıdakı yaz aylarında Avropa İttifaqının müvafiq orqanları verəcək. Aİ əgər bu kəmərdən siyasi basqı vasitəsi kimi istifadə olunması niyyətini müəyyənləşdirsə, qərarın Rusiyanın əleyhinə çıxacağı bəllidir. Rusiya isə son zamanlar açıq şəkildə qaz kəmərlərindən Avropaya siyasi basqı aləti kimi istifadə edir. Dolayısıyla gələn ilin ilk rübündə başlayacaq müzakirələrin “Qazprom”un leyhinı sonuclana biləcəyi ehtimalı böyükdür.

Zənnimizcə, Rusiyanın son zamanlar Avropa ölkələrini qazla imtahana çəkməsinin əsas səbəblərindən biri də “Şimal axını-2” layihəsini Aİ-yə qəbul etdirmək məqsədi güdür. Nədən ki, Rusiyanın Ukrayna və Belarus üzərindən qaz nəqlini dayandırması faktiki olaraq enerji idxalından asılı vəziyyətdə qalan Avropanın çarəsizliyindən faydalanıb öz siyasətini ona diktə etmək deməkdir.

Bunu birbaşa deyil, Belarus üzərindən həyata keçirilməsi isə ilk baxışdan yaxşı düşünülmüş ssenari təəssüratı yaradır. Belə ki, “Qazprom” Avropa tərəfdaşları ilə bağladığı müqavilələrə əsasən qaz nəqlini dayandıra bilməz. Amma bunun “ipə-sapa yatmayan” Lukaşenko tərəfindən dayandırılmasına qarışmaq da formal olaraq “onun əlində deyil”. Moskvanın bu cür uydurma dəlilləri Aİ-də kimlərəsə haqlı olaraq inandırıcı görünməyə bilər (Lukaşenkonun Putindən icazə almadan “Qazprom”un kəmərini dayanadırması mümkün deyil), amma hüquq siyasi mülahizələrə yox, formal reallıqlara istinad edir. Formal reallıq isə Rusiyanın tərəfindədir.

Zənnimizcə, Belarusun Yamal-Avropa qaz kəmərini dayandırması Rusiyanın nəinki iqtisadi maraqlarına zərbə vurmur, əksinə onun cari hədəflərinə tam cavab verir. Çünki Rusiya Yamal-Avropa kəməri ilə nəql etdiyi qazı Avropanın məcburən razılaşacağı “Şimal axını-2” kəməri ilə onsuz da “qoca qitə”nin enerji bazarına çıxarcağına inanır. Moskvanın fikrincə, qarşıdan soyuq qış ayları gəldiyindən Avropa ölkələri istəsə də, istəməsə də, bu təkliflə razılaşmağa məhkumdur. Avropaya başqa xətlə çıxarılacaq qaz isə köhnə müqavilələrdə nəzərdə tutulan fyuçers qiymətlərilə deyil, real bazar qiymətinə satılacaq. Enerji qıtlığı yaşayan Avropada qış aylarında qazın spot (gündəlik) qiymətinin isə fyuçers qiymətlərindən dəfələrlə baha olacağı gözlənilir. Təsadüfi deyil ki, Avropanın gündəlik enerji satış bazarlarında sentyabrın sonlarından etibarən qazın qiymətləri astronomik səviyyələrdə artmağa başlamış, hətta 1000 kub metr qazın qiyməti 1000 dolları keçmişdi. Halbuki, Rusiyanın Avropa ölkələri ilə bağladığı çoxillik qaz müqavilələrində bu rəqəm 200-300 dollar civarında idi. Qış aylarında qiymətlərin hətta 2000 dollara yüksələcəyi gözlənilir.

Qısası, Belarus Yamal-Avropa qaz kəmərini bağlayarsa, Rusiya həm “Şimal axını-2” kəmərini zorla Aİ-yə qəbul etdirəcək, həm də ona qaz 5-10 dəfə baha sata biləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 18:07
Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Bu gün, 18:06
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Bu gün, 17:58
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Bu gün, 17:44
Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Bu gün, 17:42
Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Bu gün, 17:35
Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Bu gün, 17:28
Təmir-tikinti materialları bazarı “od tutub yanır” – Qiymətlər kəllə çarxa çıxdı!
Bu gün, 17:25
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Bu gün, 17:21
Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Bu gün, 17:08
Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Bu gün, 17:02
“Trampın növbəti şousu” - Sky News
Bu gün, 17:00
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı - TƏFƏRRÜAT
Bu gün, 16:53
Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? – ŞOK detallar
Bu gün, 16:50
Hərbi prokurora müavin təyin olunub - ƏMR
Bu gün, 16:47
Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? - GƏLİŞMƏ
Bu gün, 16:04
Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir
Bu gün, 16:03
Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Bu gün, 15:59
Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 15:58
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Bu gün, 15:53
Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Bu gün, 15:46
Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir - NƏ BAŞ VERİR?
Bu gün, 15:44
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 15:31
PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Bu gün, 14:35
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Bu gün, 14:26
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Bu gün, 13:01
Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Bu gün, 12:58
"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Bu gün, 12:57
Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Bu gün, 12:48
"Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Bu gün, 12:39
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Bu gün, 12:31
"Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Bu gün, 12:28
Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Bu gün, 12:26
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Bu gün, 12:23
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Bu gün, 12:10
TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Bu gün, 12:05
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Bu gün, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Bu gün, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Bu gün, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Bu gün, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Bu gün, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru