Amerikanın F-15E qırıcıları Ukrayna sərhədində: - Donbass və Krım ətrafında müdafiə xətti gücləndirilir
Tarix: 5-11-2021, 09:24 | Çap et
 ABŞ öz qüvvələrini Ukrayna sərhədləri yaxınlığında yerləşdirib. Ovqat.com-un məlumatına görə, bir neçə gün əvvəl Amerikanın F-15E qırıcıları Rumıniya və Bolqarıstandakı aviabazalara göndərilib. Rus ekspertlər bu dislokasiyanı Donetsk və Luqanskdakı separatçı rejim üçün təhdid kimi qiymətləndirirlər. Rumıniyadakı aviabazaya Ukraynanın şərq hissəsi istiqamətində uzun uçuşların həyata keçirilməsini təmin edə biləcək bir tanker təyyarəsinin gətirilməsi barədə də məlumatlar var. Görünən budur ki, Bolqarıstana və Ruminyaya yerləşdirilən hərbi təyyarələrin uzaq məsafələrdə əməliyyata hazırlığı planlaşdırılır. Bundan əlavə, Bolqarıstanla sərhəd olan Yunanıstan da ABŞ təyyarə və tankları ilə doldurulmuş vəziyyətdədir. Yunanıstanın ABŞ-ın silah arsenalına çevrilməsi Türkiyədə ciddi narahatlıq doğursa da, başlıca hədəfin Rusiya olduğu son dislokasiya hadisələrində daha aydın şəkildə ortaya çıxır. Amerika tərəfi öz qırıcılarının Rumıniya və Bolqarıstandakı aviabazalara göndərməsinin səbəbini şərh etmir, lakin bu dislokasiya Ukrayna Silahlı Qüvvələrinə Rusiya hücumlarına məruz qalacağı təqdirdə hava dəstəyi verilməsi perspektivi ilə izah olunur. F-15E qırıcıları ən çox yer hədəflərini vurmaq üçün nəzərdə tutulan hərnbi təyyarələrdir. Məhz bu səbəbdən həmin təyyarələr qırıcı-bombardmançı kimi tanınır. Üstəlik, bu təyyarələrin radara daha az yaxalandığı və kifayət qədər güclü elektron döyüş sistemi ilə təchiz olunduğu iddia edilir. Qeyd edək ki, Rumıniyadakı aeroportlar Donbassdakı döyüş xəttindən cəmi 700 kilometr aralıdır və bu, müasir döyüş məkanı üçün o qədər uzun məsafə sayılmır. Hərbi təyyarələrin Bolqarıstana və Rumıniyaya yerləşdirilməsi Qara dənizdəki vəziyyətə də rahatlıqla nəzarət etmək imkanı yaradır. Xatırladaq ki, ABŞ Aralıq dənizindəki 6-cı donanmasının flaqmanını və digər bir gəmisini də Qara dənizə göndərib. 6-cı donanmanın qərargahı və rəhbərliyinin də “Mount Whitney” adlı flaqman gəmisində olduğu bildirilir. Bu isə o anlama gəlir ki, ABŞ 6-cı donanmasının qərargahını da hazırda Qara dənizə köçürüb. Pentaqonun rəsmi açıqlamasında ABŞ gəmilərinin hansısa təlimlərə qatılmaq üçün yox, adı qoyulmayan əməliyyatlarda iştirak etmək üçün Qara dənizə göndərildiyi qeyd olunur.
1936-cı ildə bağlanmış Montro Konvensiyasına əsasən, Qara dəniz sahilində yerləşməyən ölkələrin bu su hövzəsində daimi gəmi saxlamaq hüququ yoxdur. Qara dənizə girən bütün xarici gəmilər uzağı 23 gün ərzində bu su hövzəsini tərk etməlidirlər. Odur ki, ABŞ-ın 6-cı donanmasını Qara dənizdə yerləşdirmək imkanı məhduddur. Bununla belə, son illərin təcrübəsi göstərir ki, NATO gəmiləri vədə tamam olanda Qara dənizi tərk edib estafeti başqa gəmilərə ötürə bilirlər. Üzərindən bir müddət keçəndən sonra həmin gəmilər bir də müvəqqəti dislokasiya yerlərinə qayıdırlar. ABŞ-ın hərbi gəmilərini Qara dənizə göndərməsindən ardından təyyarələrini də həmin dənizin sahillərinə yerləşdirməsi öz donanmasının mühafizəsini möhkəmləndirməsi mənasına gəlir. Təsadüfi deyil ki, Rusiya bu hadisədən sonra Qara dənizdə hərbi təlimlərə başlamış və “düşmən qüvvələrinin məhv edilməsi” ssenarisi üzərində məşqlər keçirmişdi. ABŞ hərbi təyyarələrini “münaqişə bölgəsi”nə yerləşdirməklə Qara dənizdə göndərdiyi gəmilərini Rusiyanın hücum təhlükələrindən sığortalamış oldu.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 18:07 |
|
|
|
• Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Dünən, 18:06 |
|
|
|
• Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Dünən, 17:58 |
|
|
|
• ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Dünən, 17:44 |
|
|
|
• Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Dünən, 17:42 |
|
|
|
• Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Dünən, 17:35 |
|
|
|
• Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Dünən, 17:28 |
|
|
|
• Təmir-tikinti materialları bazarı “od tutub yanır” – Qiymətlər kəllə çarxa çıxdı!
Dünən, 17:25 |
|
|
|
• Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Dünən, 17:21 |
|
|
|
• Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Dünən, 17:08 |
|
|
|
• Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Dünən, 17:02 |
|
|
|
• “Trampın növbəti şousu” - Sky News
Dünən, 17:00 |
|
|
|
• AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:53 |
|
|
|
• Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? – ŞOK detallar
Dünən, 16:50 |
|
|
|
• Hərbi prokurora müavin təyin olunub - ƏMR
Dünən, 16:47 |
|
|
|
• Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? - GƏLİŞMƏ
Dünən, 16:04 |
|
|
|
• Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir
Dünən, 16:03 |
|
|
|
• Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Dünən, 15:59 |
|
|
|
• Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 15:58 |
|
|
|
• Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Dünən, 15:53 |
|
|
|
• Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Dünən, 15:46 |
|
|
|
• Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir - NƏ BAŞ VERİR?
Dünən, 15:44 |
|
|
|
• "Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Dünən, 14:35 |
|
|
|
• "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Dünən, 14:26 |
|
|
|
• “PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:03 |
|
|
|
• “Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Dünən, 13:01 |
|
|
|
• Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Dünən, 12:58 |
|
|
|
• "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Dünən, 12:57 |
|
|
|
• Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Dünən, 12:48 |
|
|
|
• "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Dünən, 12:39 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:36 |
|
|
|
• Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 12:31 |
|
|
|
• "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Dünən, 12:28 |
|
|
|
• Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Dünən, 12:26 |
|
|
|
• Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Dünən, 12:23 |
|
|
|
• Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Dünən, 12:10 |
|
|
|
• TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Dünən, 12:05 |
|
|
|
• Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Dünən, 11:55 |
|
|
|
• Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 11:53 |
|
|
|
• 36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Dünən, 11:50 |
|
|
|
• DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Dünən, 11:43 |
|
|
|
• “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Dünən, 11:40 |
|
|
|
• Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Dünən, 11:37 |
|
|
|
• Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Dünən, 11:35 |
|
|
|
• Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Dünən, 11:31 |
|
|
|
• Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Dünən, 11:30 |
|
|
|
• NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:23 |
|
|
|
• Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Dünən, 11:15 |
|
|
|
• “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Dünən, 11:10 |
|
|
|
|