Türkiyə Suriyanın şimalında kiçikmiqyaslı əməliyyatlara başladı: - Rusiya isə kürd separatçıları qarşısında 4 şərt qoydu
Tarix: 4-11-2021, 10:03 | Çap et
 Rusiyanın Suriya hava sahəsini Türk Silahlı Qüvvələrinə bağlamasına baxmayaraq, Türkiyə və ona bağlı Suriya Milli Ordusunun Fərat çayının şərqində kiçikmiqyaslı hərbi əməliyyatlara başladığı bildirilir. Ovqat.com-un yerli qaynaqlara istinadən verdiyi məlumatına görə, Türkiyə Ordusu və bağlı qüvvələr dünən “Barış pınarı” bölgəsində kürd separatçılarından təşəkkül tapan Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus ərazilərə pilotsuz təyyarələrlə zərbələr endirib. Bildirilir ki, Türkiyə kəşfiyyatı Rakkanın şimalında da əməliyyatlar həyata keçirir. Suriya İnsan Haqları Müşahidə Qrupunun iddialarına inansaq, Türk silahlı dronları Tel-Abyadın qərbində Rəsulayn – Tel-Təmr – Həsəka xətti boyunca separatçı qrupların hədəflərinə silahlı dronlarla zərbələr endirib. Tel-Təmr və Əbu Rasin arasındakı yolda yerləşən Kozliya kəndi yaxınlığındakı terror yuvalarının da hədəfə alındığı bildirilir. Rusiyanın Suriyadakı Hava Hücumlarından Müdafiə sistemləri işlək vəziyyətdə olsa da, Türk silahlı qronlarının Həsəkaya qədər ərazilərdə hərbi əməliyyat keçirməsi yalnız bir səbəblə açıqlanır – Türk dronlarının radara yaxalanmaması ilə. Yerli mənbələr Həsəka çölündə Əl-Malikiya şəhəri yaxınlığındakı sursat anbarında partlayışın baş verdiyini, böyük ehtimalla, bunun Türk pilotsuz təyyarələrin bombalanması nəticəsində meydana gəldiyini bildirirlər. Partlayışın səbəbinin tam müəyyənləşdirilə bilinməməsi də yuxarıdakı iddianı təsdiqləyir.
TSQ-nın və ona bağlı döyüşçülərin Kürd Xalq Mühafizəsinə qarşı mümkün hərbi əməliyyata başlaması qorxusu və hərbi hərəkatların artması nəticəsində Suriya Demokratik Qüvvələrinin bölgədəki bir sıra qərargahları boşaltdıqları da gələn bilgilər arasındadır. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, Türkiyə kəşfiyyatı dünən Rakkanın şimalında Türkiyə ilə həmsərhəd bölgələrində təhlükəsizlik əməliyyatı keçirərək bəziləri naməlum elementləri hədəfə alıblar. Şiddətli toqquşmalardan sonra terrorçulardan bir neçəsinin həbs edilib naməlum istiqamətə aparıldığı qeyd olunub. Türkiyənin kiçikmiqyaslı hərbi əməliyyatlara başlaması ilə bağlı xəbərlər Pentaqonda da müzakirə mövzusuna çevrilib. Dünən media qarşısına çıxan Pentaqonun sözçüsü Con Kirbi Türkiyə rəsmilərinin Suriyanın şimalında SDQ-nin mövqelərinə qarşı yeni hərbi əməliyyata başlamaq təhdidləri ilə əlaqədar suala cavab verməkdən yayınıb. Əməliyyatların artıq başlaması barədə iddialara isə Kirbi belə cavab verib: “Hərbi əməliyyatlarla bağlı çoxlu spekulyasiyalar var. Baş verdiyi bildirilən hadisələr Pentaqonun nəzarətindən kənardadır, ona görə də mənim bu iddialar haqqında deyəcək heç bir fikrim yoxdur. Türklərin nə edib-etmədiyini Ankaradakı rəsmilərdən soruşun”.
Kürd qaynaqlarından verilən digər məlumatlara görə, Türk Ordusunun hələ genişmiqyaslı əməliyyatlara başlamaması təsadüfi deyil. İddia olunur ki, Ankara PKK/YPG qüvvələrinin Rusiyanın vasitəçiliyi ilə Suriya rejimi arasında aparılan danışıqların nəticələrini gözləyir. İddialara inansaq, Rusiya kürd separatçılarının müstəqillik xülyasından vaz keçmələri və Suriya rejiminin hegemonluğunu qəbul etmələri üçün 4 təklif irəli sürür. Bölgədə yalnız Suriyanın bayrağı dalğalanacaq; Bölgənin neft və qaz gəlirlərinin 75%-i Dəməşqə çatacaq. Suriyanın şimalında məskunlaşan kürdlər isə neft gəlirlərinin 25%-i ilə kifayətlənəcək; Separatçılar Bəşər Əsəd rejiminin legitimliyini tanıyacaqlar; Dəməşq də öz növbəsində kürdlərə qismi muxtariyyatlıq verəcək. Məlumata görə, separatçılar bundan əlavə, kürdlərin milli hüquqlarının tanınmasına və Suriya Demokratik Qüvvələrinin (SDQ) təhlükəsizliyinin qorunmasına zəmanət verilməsini istəyiblər. Rusların cavabı isə belə olub: bu kimi məsələlər başlayacaq danışıqlar zamanı müzakirə masasına yatırıla bilər. Moskvanın fikrincə, kürd separatçılarının bu şərtləri qəbul etməsi Türkiyəni rahatlada bilər. Əks halda TSQ-nın və ona bağlı Suriya Milli Ordusunun hərbi əməliyyatlara başlaması qaçılmaz ola bilər. Mənbələr ABŞ-ın da prinsip etibarilə Rusiyanın kürd separatçıları ilə Dəməşq arasında dialoqa dair ilkin şərtlərinə qarşı olmadığını da bildiriblər. Separatçılar isə Bəşər Əsəd rejimi ilə birbaşa özlərinin danışıqlar aparmasında və heç kimin araya girməməsində maraqlıdırlar. Demokratik Birlik Partiyasının (PYD) həmsədri Aldar Xəlil bir neçə gün əvvəl rejimlə aralarındakı problemlərin həll yolunun tapılması lazım olduğunu vurğulayaraq, Suriya hökuməti ilə birbaşa dialoqa hazır olduqlarını bəyan edib. “Başqa bir formul üzərində düşünürük", - deyə o bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 18:07 |
|
|
|
• Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Dünən, 18:06 |
|
|
|
• Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Dünən, 17:58 |
|
|
|
• ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Dünən, 17:44 |
|
|
|
• Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Dünən, 17:42 |
|
|
|
• Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Dünən, 17:35 |
|
|
|
• Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Dünən, 17:28 |
|
|
|
• Təmir-tikinti materialları bazarı “od tutub yanır” – Qiymətlər kəllə çarxa çıxdı!
Dünən, 17:25 |
|
|
|
• Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Dünən, 17:21 |
|
|
|
• Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Dünən, 17:08 |
|
|
|
• Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Dünən, 17:02 |
|
|
|
• “Trampın növbəti şousu” - Sky News
Dünən, 17:00 |
|
|
|
• AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:53 |
|
|
|
• Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? – ŞOK detallar
Dünən, 16:50 |
|
|
|
• Hərbi prokurora müavin təyin olunub - ƏMR
Dünən, 16:47 |
|
|
|
• Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? - GƏLİŞMƏ
Dünən, 16:04 |
|
|
|
• Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir
Dünən, 16:03 |
|
|
|
• Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Dünən, 15:59 |
|
|
|
• Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 15:58 |
|
|
|
• Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Dünən, 15:53 |
|
|
|
• Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Dünən, 15:46 |
|
|
|
• Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir - NƏ BAŞ VERİR?
Dünən, 15:44 |
|
|
|
• "Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Dünən, 14:35 |
|
|
|
• "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Dünən, 14:26 |
|
|
|
• “PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:03 |
|
|
|
• “Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Dünən, 13:01 |
|
|
|
• Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Dünən, 12:58 |
|
|
|
• "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Dünən, 12:57 |
|
|
|
• Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Dünən, 12:48 |
|
|
|
• "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Dünən, 12:39 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:36 |
|
|
|
• Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 12:31 |
|
|
|
• "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Dünən, 12:28 |
|
|
|
• Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Dünən, 12:26 |
|
|
|
• Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Dünən, 12:23 |
|
|
|
• Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Dünən, 12:10 |
|
|
|
• TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Dünən, 12:05 |
|
|
|
• Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Dünən, 11:55 |
|
|
|
• Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 11:53 |
|
|
|
• 36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Dünən, 11:50 |
|
|
|
• DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Dünən, 11:43 |
|
|
|
• “Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Dünən, 11:40 |
|
|
|
• Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Dünən, 11:37 |
|
|
|
• Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Dünən, 11:35 |
|
|
|
• Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Dünən, 11:31 |
|
|
|
• Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Dünən, 11:30 |
|
|
|
• NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:23 |
|
|
|
• Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Dünən, 11:15 |
|
|
|
• “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Dünən, 11:10 |
|
|
|
|