Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib .....                     Bu məşhur istirahət məkanı zibillik içərisindədir - .....                     Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! .....                     Gömrük sistemində rütbə ədalətsizliyi .....                     Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri .....                     ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib .....                     Çimərliyə maşınla girənlərə sərt sözlər: .....                     Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi .....                     Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı .....                     Təmir-tikinti materialları bazarı “od tutub yanır” .....                     Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub .....                     Dəfn müavinəti də hamıya veriləcək: .....                     Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: .....                     “Trampın növbəti şousu” .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı .....                     Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? .....                     Hərbi prokurora müavin təyin olunub .....                     Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? .....                     Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, .....                     Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib .....                     Milli Məclisdə məmurlara etiraz: .....                     Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? .....                     Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı .....                     Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir .....                     "Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb .....                     PKK silahı atdı... QƏLƏMİ TUTDU... .....                     "AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb .....                     “PAŞA Bank”da yeni təyinat .....                     “Beynəlxalq Bankı”ın mənfəəti azaldı .....                     Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib .....                     "Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" .....                     Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib .....                     "Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" .....                     Cənub-şərq küləyi əsəcək .....                     Razi Nurullayevdən yeni məmurlara etiraz: .....                     "Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" .....                     Kremlin Karapetyan planı: .....                     Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... .....                     Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb .....                     TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? .....                 

Ərdoğan Baydendən istədiyini aldı? - Ağ Ev təkliflərlə razılaşmalıdır, çünki...
Tarix: 2-11-2021, 08:21 | Çap et
Ərdoğan Baydendən istədiyini aldı?
Türkiyə və ABŞ prezidentlərinin “G-20” sammiti çərçivəsində keçirilən görüşü ikitərəfli münasibətlərdə son vaxtlar yenidən artan gərginliyin aradan qaldırılmasında mühüm rol oynaya bilər.

Ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması dövlət başçılarının bəzi məsələlərə dair razılığa gəldiyini deməyə əsas verir. Yəni tərəflər arasında fikir ayrılığı hələ də qalıb.

Xüsuilə də Türkiyənin Rusiyadan “S-400” zenit raket kompleksləri almasına ABŞ-ın etirazları barədə müzakirələr nəticəsiz qalıb. Bu isə ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların hələ qüvvədə qalacağını göstərir. Eyni zamanda, Prezident Ərdoğan ABŞ Prezidentinin Türkiyədə insan haqlarının vəziyyəti ilə bağlı fikirləri ilə razılaşmayıb.

Cənab Ərdoğanın mətbuat konfransında verdiyi açıqlama ABŞ-ın PKK-ya dəstək siyasətindən imtina etmədiyi qənaətini yaradır.

“Suriyadakı terror təşkilatı PKK/PYD-nin Amerikadan dəstək almaları ilə bağlı təəssüfümüzü bildirdik”, - Rəcəb Tayyib Ərdoğan belə deyib. ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə bəhs edən Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib.

“Bundan sonrakı prosesin belə davam etməyəcəyinə inanıram", - Türkiyə lideri vurğulayıb. Cənab Ərdoğanın qeyd edilən sözləri ABŞ-ın PKK siyasətinə dəyişiklik etmək niyyətində olmadığını, tərəflərin bu məsələnin müzakirəsini gələcəyə saxladığı qənaətini yaradır. Ona görə də Türkiyə yaxın perspektivdə Suriyanın şimalında YPG və PYD terrortəşkilatlarına qarşı növbəti hərbi əməliyyatlara başlaya bilər. Bu isə “Suriyaya müdaxiləyə görə” ABŞ Prezidentinin Türkiyəyə qarşı sanksiyalarının hələ qüvvədə saxlanılması deməkdir.

Ancaq Ərdoğan-Bayden görüşü heç də gərgin atmosferdə keçməyib. Tərəflərin ortaq məxrəcə gəldiyi məqamlar da olub. Türkiyə Prezidenti bildirib ki, Prezident Bayden rəsmi Ankaranın ABŞ-dan müasir model F-16 qırıcıları alması məsələsinə müsbət yanaşdığını görüb.

“Biz Baydenlə təyyarələrlə bağlı yaranan vəziyyəti, mövcud məsələləri ən yaxşı şəkildə necə həll edəcəyimizi müzakirə etdik. Bayden F-16 qırıcı təyyarələrini almağımız məsələsinə müsbət reaksiya verdi”, - Ərdoğan deyib. Lakin Türkiyəyə qarşı sanksiyaların olduğunu nəzərə alsaq, ABŞ Konqresinin bu məsələyə müsbət yanaşacağı şübhə doğurur. Bu baxımdan, Cənab Ərdoğan Ağ Evin rəhbərindən Konredə nüfuzunun olmasından yararlanaraq F-16 məsələsinin həllində kömək göstərməyi xahiş edib. Baydenin “Əlimdən gələni edəcəyəm” deməsi ABŞ və Türkiyə arasında təmas nöqtələrinin mövcud olduğunu, anlaşmanın mümkün olduğunu təsdiq edir. Türkiyə və ABŞ dövlət başçılarının gündəliyinə Cənubi Qafqaz məsələsi, əsasən də Azərbaycan-Ermənistan münasibətləri daxil olub.

Prezident Ərdoğan İkinci Qarabağ müharibəsindən sonra bölgədə “3+3” əməkdaşlıq formatının qurulmasının vacibliyi barədə amerikalı həmkarını məlumatlandırıb. Bundan sonra o, Cənubi Qafqazı gündəmə gətirib.

“Dedik ki, keçən həftə orada olmuşuq və hazırda Cənubi Qafqazda müsbət addımlar atılır, qardaşımız İlham Əliyev də bu müsbət addımları qətiyyətlə davam etdirmək istəyir. Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan hamısı razılaşsa, biz burada sülh platforması yaratmış olarıq. Bu baş versə, məqsədə çatarıq”.

Onun sözlərinə görə, Cənubi Qafqazda bu platformanın formalaşdırılması ilə bağlı danışıqlar davam edir.

“Bununla bağlı artıq cənab İlham Əliyev Ermənistana regionda sülhün bərqərar olması ilə bağlı təklif verib. Gürcüstan tərəfindən müəyyən mənfi münasibət var. Lakin bu platformanın yaranması üçün bütün ölkələrin müsbət yanaşma nümayiş etdirməsi lazımdır. O zaman region sülh platformasına çevriləcək”, - Türkiyə Prezidenti belə deyib.

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya bildirib ki, Türkiyə və ABŞ prezidentlərinin görüşü qısa müddətdə və sammit çərçivəsində baş tutduğundan iki ölkə arasında ciddi dəyişikliklərin olacağı real görünmür. Yəni bütün məsələlər barədə razılığı əldə olunmasa da müzakirələrin keçirilməsi müsbət haldır:

“Türkiyənin Rusiya ilə yaxınlaşması, xüsusilə də Rusiyadan müasir silahlar ABŞ-I narahat edir. Rəsmi Ankaranı isə narazı salan məsələ ABŞ-ın Türkiyənin daxili işlərinə qarışmasıdır. ABŞ-ın PKK terror təşkilatına dəstək verməsi Türkiyənin etirazına səbəb olur. Bütün bu məsələlərlə bağlı bir razılıq əldə olunduğuna əmin deyiləm. Hər halda mövqelər üz-üzə səslənib. Bu baxımdan, qarşılıqlı ittihamlara son qoymaq üçün ortaq məxrəc əldə olunmalıdır. Türkiyə istəyir ki, özünün dövlət maraqlarına zidd başqa ölkədən zərbə almasın. Türkiyəni başa düşmək olar. Çünki Türkiyə böyük geosiyasi oyunçuya çevrilib”.

Ekspert bildirdi ki, ABŞ Konqresində ermənipərəst qüvvələr çoxdur. Onlar Türkiyəyə 40 ədəd müasir F-16 qırıcısı satmağa mane olmağa çalışacaqlar:

“Həm Nümayəndələr Palatasından, həm Senatdan Ağ Evə müəyyən çağırışlar olacaq. Onlar Türkiyənin hazırkı rolunu qəbul etmək istəmir və güclənməsindən narahatdır. Bu, gedişatdan asılı olacaq. Əgər Ağ Ev Türkiyənin müttəfiq kimi əhəmiyyətinə, NATO-nun güclü üzvü olduğuna Konqresi inandıra bilsə, o halda bu məsələ həll oluna bilər. Əgər Prezident Bayden bunu edə bilməsə, konqresmenlərin ədalətsiz, siyasiləşmiş türkofobiya mövqeyi nümayiş olunacaq”.

Cənubi Qafqaz məsələsinin müzakirəsinə gəlincə,“3+3” formatı ilə bağlı ABŞ Prezidentinin münasibətinin nədən ibarət olduğu məlum deyil. “Altılıq” platformasında İranın və Rusiyanın yer aldığını nəzərə alsaq, ABŞ-ın buna kifayət qədər müsbət yanaşması sual doğurur. Fikrət Sadıqovun sözlərinə görə, İran sözügedən formatın fəal üzvü olmadığına ABŞ-ın buna etirazla yanaşacağı inandırıcı görünmür:

“Bu təklifdə İranın və Rusiyanın rolu qabardılmış şəkildə öz əksini tapsa idi, ABŞ buna mənfi yanaşa bilərdi. Amma “3+3” balanslaşdırılmış təklifdir. Burada həm Qərbyönlü, həm də Qərbə qarşı çıxış edən dövlətlər təmsil olunur. Məsələn, Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür. Türkiyə NATO-nun üzvüdür. Gürcüstan Avropa İttifaqına meyillidir. İran isə bu çərçivədə özbaşına addım ata bilməz. ABŞ da nəzərə almalıdır ki, “3+3” İranın öz təşəbbüsü olsa, onu normal qəbul etmək olmazdı. Amma bu təklif regionla bağlıdırsa, bu məsələdə qəbahət ola bilməz. Əgər ABŞ həmin formata real, ədalətli yanaşırsa, onu dəstəkləməlidir. Artıq Türkiyə Cənubi Qafqazın aparıcı “oyunçu”suna çevrilib. Gürcüstan da qonşu dövlətdir. ABŞ nəzərə almalıdır ki, heç bir ölkə təkbaşına bu prosesi həyata keçirə bilməz. Əksinə, bu, Qərbin maraqlarına cavab verən təklifdir”.

Politoloq qeyd etdi ki, Gürcüstan Rusiya amilinə görə,“3+3” formatından imtina etsə də regional əməkdaşlıqdan kənarda qalmamaq üçün razılıq verə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 02:57
Bu məşhur istirahət məkanı zibillik içərisindədir - - FOTO
Bu gün, 02:55
Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 18:07
Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Dünən, 18:06
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Dünən, 17:58
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Dünən, 17:44
Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Dünən, 17:42
Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Dünən, 17:35
Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Dünən, 17:28
Təmir-tikinti materialları bazarı “od tutub yanır” – Qiymətlər kəllə çarxa çıxdı!
Dünən, 17:25
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Dünən, 17:21
Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Dünən, 17:08
Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Dünən, 17:02
“Trampın növbəti şousu” - Sky News
Dünən, 17:00
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:53
Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? – ŞOK detallar
Dünən, 16:50
Hərbi prokurora müavin təyin olunub - ƏMR
Dünən, 16:47
Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? - GƏLİŞMƏ
Dünən, 16:04
Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir
Dünən, 16:03
Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Dünən, 15:59
Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 15:58
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Dünən, 15:53
Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Dünən, 15:46
Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir - NƏ BAŞ VERİR?
Dünən, 15:44
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 15:31
PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Dünən, 14:35
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Dünən, 14:26
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Dünən, 13:01
Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Dünən, 12:58
"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Dünən, 12:57
Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Dünən, 12:48
"Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Dünən, 12:39
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:36
Razi Nurullayevdən yeni məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 12:31
"Evimizdə xəyanət mövzusu gündəmə gəlməyib, səhvini üzünə vurmamışam" - Yaşar Nurininin həyat yoldaşı
Dünən, 12:28
Kremlin Karapetyan planı: - Rusiya öz əlaltılarını indi də Ermənistanda hərəkətə keçirir
Dünən, 12:26
Üfüqdə görünən sülh: danışıqlar belə davam edərsə... - GƏLİŞMƏ
Dünən, 12:23
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb – Boykot işə yaramayıb
Dünən, 12:10
TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - VİDEO
Dünən, 12:05
Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır - FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR
Dünən, 11:55
Cahid Şahbazovla bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 11:53
36 ilin işçisi ixtisara salınır: HARA GETSİN BƏS? - MÜRACİƏT
Dünən, 11:50
DİM sədri yenə ekspertlərin BOSTANINA DAŞ ATDI - Mediada işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayır
Dünən, 11:43
“Təəssüf ki, bəzən yalnız ehsan süfrəsinə görə yasa gələnlər olur” -İLAHİYYATÇIDAN AÇIQLAMA
Dünən, 11:40
Türkiyə bazaları Azərbaycana GƏLİR, ölkəmiz NATO-ya ÜZV OLUR – Rusiya ŞOKDA!
Dünən, 11:37
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Dünən, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Dünən, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Dünən, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru