Klinika direktoru arvadını sevgilisinə görə güllələyib .....                     Simonyan arvadından boşandı .....                     ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu .....                     Mənzil bazarını “qara qutular” idarə edir .....                     Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... .....                     Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı .....                     UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB .....                     CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM .....                     Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır .....                     Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: .....                     Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... .....                     Rusiya üçlü formatı bərpa edə biləcəkmi? .....                     Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə .....                     Mironovdan Azərbaycan bayrağı ilə bağlı .....                     “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi .....                     Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu .....                     “Bank Avrasiya”nın müştəriləri azalıb .....                     Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” .....                     ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil .....                     İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... .....                     Rusiyadan gələn dollar axını dayanır .....                     Bu xanıma YAP-da yüksək vəzifə verildi .....                     Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub .....                     Avropada Kamançanın Səsi .....                     Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi .....                     “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Deputatlarımız kazino oynayacaqmı? .....                     Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? .....                     "Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır" .....                     Arvadların döydüyü ərlər: .....                     “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” .....                     Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb .....                     Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı .....                     Dünya Çempionatında tamaşaçı fiaskosu .....                     Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına .....                     İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? .....                     Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək .....                     Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? .....                 

Kiyev Vaşinqtondan 277 milyard dollar ala biləcəkmi? - GƏLİŞMƏ
Tarix: 2-09-2021, 08:47 | Çap et
Kiyev Vaşinqtondan 277 milyard dollar ala biləcəkmi?
Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ-lı həmkarı Co Baydenlə görüşüb.

Ovqat.com xəbər verir ki, görüş 2 saat davam edib.

Ukrayna Xarici İşlər naziri Dmitri Kulebanın bildirdiyinə görə, görüş əslində 1 saat planlaşdırılıbmış. Amma onun planlaşdırılandan çox çəkməsi Vaşinqtonun Ukrayna ilə əməkdaşlığa göstərdiyi xüsusi diqqəti əks etdirir. Nazir həmçinin vurğulayıb ki, Vladimir Zelenski ilə Co Bayden arasındakı münasibətlər Ukrayna-ABŞ əlaqələrinin yeni səviyyəyə yüksəlməsinə vəsilə olacaq.

"Qrafikdə nəzərdə tutulan 1 saatın yerinə Ukrayna və ABŞ prezidentlərinin söhbəti iki saat davam edib. Prezidentlər münasibətlərimizi yeni səviyyəyə çıxarıblar. Bizim güclü birgə bəyanatımız var və strateji tərəfdaşlıq üzrə yenilənmiş komissiya çərçivəsində onun yerinə yetirilməsi üçün mənim və dövlət katibi Entoni Blinkenin üzərinə xeyli iş düşür", - Kuleba Twitter şərhində yazıb.

ABŞ-ın dövlət katibi Entoni Blinken da bu paylaşıma cavabında Kubelanın fikirlərini dəstəkləyib və ölkəsinin “Ukraynanın işıqlı və çiçəklənən gələcəyini arzuladığını” vurğulayıb: "Amerika-Ukrayna tərəfdaşlığı həmişəkindən daha güclüdür və biz Ukraynanın işıqlı və çiçəklənən gələcəyinə sadiqik. Əfqanıstanda risk qrupundan insanları evakuasiya etməkdə kömək etdiyinə görə Ukraynaya təşəkkür edirəm”.

Səfər çərçivəsində Zelenskinin Vaşinqtona Ukraynanın təhlükəsizlik, infrastruktur, enerji təhlükəsizliyi və iqtisadi artım məsələlərini özündə əks etdirən transformasiya planını təqdim etdiyi vurğulanır. Planda ümumi dəyəri 277 milyard dollar olan 80 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bu məbləğ Ukrayna ÜDM-dan hardasa 2 qatı qədərdir. Üstəlik, Ukraynanın hazırdakı dövlət borcu da kifayət çoxdur. Məlumata görə, 2020-ci ildə Ukrayna ümumi xarici borcunu 4 milyard ABŞ dolları artaraq 125,7 milyard dollara çatdırmışdı. Nəticədə xarici borc ÜDM-in 78,6 faizindən 81,2 faizinə yüksəlmişdi. Odur ki, Kiyevin əlavə öz ÜDM-nin 2 qatı qədər vəsait istəməsi, dolayısıyla borcunu ÜDM-nin 3 qatına yüksəltmə perspektivi bir çox ekspertlər tərəfindən real qəbul olunmur, Zelenskinin təkliflər paketinin Vaşinqton tərəfindən rədd ediləcəyi proqnozlaşdırılırdı. İstər görüşdən sonra Zelenskinin səsləndirdiyi bəzi fikirlər, istərsə də görüşün yekunlarını əks etdirən “Ukrayna-ABŞ strateji tərəfdaşlığı haqqında Birgə Bəyanat” Kiyevin gözləntilərinin əsasən qəbul olunduğunu göstərir.

Maraqlıdır ki, ABŞ Prezidenti Co Bayden görüşdən sonra keçiriləcək mətbuat konfransında iştirak etmək istəməyib. Dolayısıyla görüşün yekunlarına dair fikir bildirmək səlahiyyətini Ukraynalı həmkarının öhdəsinə buraxıb. Co Baydenin bu mövqeyini bir sıra amillərlə əsaslandırmaq olar. Bir versiyalara görə, yaşı xeyli irəliləmiş ABŞ prezidentinin 2 saatlıq ağır görüşdən sonra bir də brifinq keçirməsi üçün halı qalmır, bəzən bu səbəbdən, çıxışlarında ciddi səhvlərə yol verir. ABŞ yetkililəri sonradan onun səhvlərini düzəltmək üçün xeyli əziyyət çəkir, hətta çıxışın transkriptini dəyişdirmək məcburiyyətində qalırlar. Odur ki, prezidentə “danışmamaq qızıldır” həqiqətini başa salmağı bacaran Ağ ev rəsmiləri bu məsuliyyətli vəzifəni Dövlət Departamentinin sözçülərinin öhdəsinə qoyublar.

Digər bir versiyaya görə, ABŞ Prezidenti görüş barədə yekun fikirlərini bildirmək üçün bütün səlahiyyətləri Zelenskiyə verməklə əslində onun deyəcəklərinə heç bir əlavəsinin olmadığını açıq şəkildə göstərmək istəyib. Zelenski isə görüş barədə çox müsbət əhval-ruhiyyə ilə danışıb. Onun mətbuat konfransında səsləndirdiyi sözlərinə görə, ABŞ prezidenti ilə söhbət zamanı Vaşinqtonun ona və komandasına, həmçinin Ukraynaya müsbət münasibət bəslədiyini hiss edib.

"Mən məmnunam ki, ABŞ prezidenti səviyyəsində müsbət münasibət gördüm. ABŞ-ın Ukraynaya, mənə və mənim komandama qarşı mənfi münasibəti tamamilə yox idi – sıfır səviyyəsində. Bizə qarşı heç bir aspekt, hətta bir kəlmə belə ifadə olunmadı. Bu xoşdur", - deyə Zelenski Vaşinqtonda keçirdiyi brifinqdə bildirib.

Zelenski bildirib ki, Co Baydenə Qara dəniz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi üçün yeni tədbirlər planı təklif edib.

"ABŞ Qara dəniz regionunda təhlükəsizliyə maraqlıdır. Biz prezidentə elə konkret təkliflər verdik ki, bu barədə sizə ətraflı heç nə deyə bilmərəm - bu, dövlətimizin müdafiəsi ilə əlaqədardır. Bəzi təkliflərimiz ABŞ üçün yeni idi. Onlar bunu maraqla qarşıladılar. Biz razılaşdıq ki, ABŞ təkliflərin detallarını işləyib hazırlayacaq və bizə cavab verəcəklər", - Zelenski bildirib.

Ukrayna Prezidenti hesab edir ki, ABŞ Rusiyanın "Şimal axını-2" qaz kəmərinin işə salınmasından sonra Ukraynanın enerji müstəqilliyi təhlükəsi yaranacağı təqdirdə, sanksiya siyasətindən istifadə edə bilər: "Mən əminəm ki, ABŞ-ın istəyi - bu gün eşitdiklərimə görə, Ukrayna hüquqları və enerji təhlükəsizliyi məsələsi pozularsa, ABŞ sanksiya siyasətinin tətbiqinə hazır olacaq. Mən Prezidentə çox açıq şəkildə dedim ki, biz heç nəyə baxmayaraq, bu enerji silahı ilə mübarizə aparacağıq".

Ukrayna Prezidenti Baydenə verdiyi məxfi təklifləri yerində yoxlamaq və müzakirə etmək üçün ABŞ Müdafiə nazirinin Kiyevə gələcəyini və bu səfəri səbrsizliklə gözlədiklərini bildirib. Onun bildirdiyinə görə, sözügedən təkliflər Qara dəniz sahillərinin təhlükəsizlik məsələlərini əhatə edir:

“ABŞ-ın müdafiə naziri mütləq Ukraynaya gələcək və biz onun səfərini gözləyəcəyik", - deyə Zelenski əminliklə vurğulayıb.

Görüşdən sonra rəsmi Kiyev “Ukrayna-Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşlığı haqqında Birgə Bəyanat” adlı sənəd yayımlayıb. Bəyanatda ABŞ-ın Ukraynaya hansı sahələrdə dəstək verəcəyindən tutmuş, Kiyevin bunun müqabilində hansı islahatları aparacağına qədər bir çox xüsuslar öz əksini tapıb. Sənəddə qeyd olunur ki, Ukrayna “ABŞ-ın dəstəyi ilə korrupsiyaya qarşı müqaviməti davam etdirmək, hesabatlılığı təmin etmək, insan hüquqlarını qorumaq, öz vətəndaşlarının istəklərini reallaşdırmaq, birbaşa xarici investisiyaların cəlb olunması və artımı stimullaşdırmaq üçün əlverişli şərait yaratmaq niyyətindədir”.

Bəyanatda əsas diqqət ABŞ-ın təhlükəsizlik və müdafiə sahəsində Ukraynaya verəcəyi dəstəyə yönəldilib.

“21 əsrdə dövlət sərhədlərinin güclə dəyişdirilməsinə icazə verilə bilməz. Rusiya Ukraynaya qarşı bu baza prinsiplərini pozub. Suveren dövlətlər öz qərarlarını qəbul etmək və ittifaqlarını seçmək hüququna malikdirlər. Birləşmiş Ştatlar Ukrayna ilə birlikdə Rusiyanın təcavüzkar siyasətinə görə cəzalandırılması üzərində işləməyə davam edəcək. ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyi sarsılmazdır”, - yazılan bəyanatda Rusiyanın təcavuzkarlığı bu cümlələrlə təsvir olunur:

“Rusiyanın təcavüzkarlığı: Ukraynanın şərqində müharibə və Krımın ələ keçirilməsi də daxil olmaqla, Rusiyanın təcavüzü 14 mindən çox ukraynalının həyatını itirməsinə səbəb olub, Avropanı və Qara dəniz regionunu sabitsizləşdirib, həmçinin oturuşmuş prinsiplərə əsaslanan dünya nizamına qlobal təhlükə yaradıb. Birləşmiş Ştatlar Rusiyanın Krımı ilhaq etmək cəhdlərini tanımır və heç zaman tanımayacaq. Bu istiqamətdə göstərilən bütün beynəlxalq səylərə tam dəstək verir, o cümlədən, Rusiyanın Ukraynanın şərqində başladığı münaqişənin Normand formatı prinsipləri, BMT Nizamnaməsi də daxil olmaqla, diplomatik yolla həllində beynəlxalq hüquqa əsaslanılmasını istəyir. Birləşmiş Ştatlar Ukraynanın beynəlxalq hüquqa uyğun olaraq, Ukraynanın bu əraziyə nəzarətini sülh yolu ilə bərpa etmək məqsədilə Krımın Rusiya tərəfindən işğalının humanitar və təhlükəsizlik nəticələri üzərində beynəlxalq diqqəti və hərəkətləri cəmləşdirmək üçün “Krım platforması”ndan istifadə etmək səylərini dəstəkləyir. Biz birlikdə Rusiyanı Ukraynanın şərqində atəşkəsə dair öhdəlikləri yerinə yetirməyə və müharibənin başa çatması üçün münaqişənin həlli səylərində iştirak etməyə çağırırıq”.

Sənəddə daha sonra ABŞ-ın Ukraynaya hansı sahələrə nə qədər maliyyə yardımı ayıracağı və Kiyevin hansı sahələrdə islahatlar aparacağı göstərilir. Bəyanat xeyli uzun olduğundan bu kimi texniki məqamlara çox girmədən, sadəcə onu vurğulamaq istərdik ki, ABŞ-la Ukrayna arasında imzalanan sənədin yuxarıda bəhs etdiyimiz məqamları Azərbaycan diplomatiyası üçün də yaxşı nümunə yaradır. Nədən ki, Azərbaycanın da rus təcavüz nəticəsində torpağı zorla əlindən qoparılıb, ermənilərə verilib. Bu gün ölkəmiz rus-erməni işğalçılığının nəticələrinə qarşı mübarizə apardığı halda, ABŞ-dan, Fransadan və s. Qərb ölkələrindən təcavüzkarları dəstəkləyən bəyanatlar eşidilir. Dünya birliyinin fərqli millətlərə və ölkələrə bu cür ikili münasibətidir əslində dünya nizamını, onun söykəndiyi prinsipləri pozan. Azərbaycan diplomatiyası məhz bu arqumenti əsas götürüb ermənipərəst basqıları azaltmağa çalışmalıdır. “Ukrayna-Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşlığı haqqında Birgə Bəyanat” da bizim bu sahədə üzərində dayana biləcəyimiz hüquqi sənədlərdən biri ola bilər.
//ovqat.com//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Bu gün, 14:01
Simonyan arvadından boşandı
Bu gün, 13:58
ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Bu gün, 13:56
Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Bu gün, 13:00
Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:59
Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Bu gün, 12:54
UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Bu gün, 12:50
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Bu gün, 12:39
Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 12:37
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:33
Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Bu gün, 12:30
Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Bu gün, 12:23
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Bu gün, 12:19
Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 12:14
Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Bu gün, 12:11
Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Bu gün, 12:06
“AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:03
Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Bu gün, 12:01
“Bank Avrasiya”nın müştəriləri azalıb
Bu gün, 11:58
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Bu gün, 11:56
ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Bu gün, 11:51
İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 11:43
Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Bu gün, 11:40
Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Bu gün, 11:22
Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Bu gün, 11:17
Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Bu gün, 11:11
Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Bu gün, 11:08
“Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:05
Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Bu gün, 11:00
Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Bu gün, 10:56
"Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Bu gün, 10:53
Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Bu gün, 10:50
“Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Bu gün, 10:45
Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Bu gün, 10:42
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Bu gün, 10:40
Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Bu gün, 10:38
Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Bu gün, 10:35
İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Bu gün, 10:30
Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Bu gün, 10:18
“Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Bu gün, 10:03
“Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Bu gün, 09:58
Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Bu gün, 09:52
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Bu gün, 09:50
Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Bu gün, 09:45
Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Bu gün, 09:44
434 min manat borcu olan şirkət kimindir?
Bu gün, 09:39
6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Bu gün, 09:32
Mariana Vasileva vəzifəsinə geri dönüb? - İLGİNC
Bu gün, 09:22
Putin rus qadınlarının az uşaq doğmasından narazıdır
Bu gün, 09:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru