“İşğal altındakı Krımın qaytarılması üçün dəqiq bir proqram yoxdur” - Aleksandr Kovalenko
Tarix: 23-08-2021, 10:57 | Çap et
 Ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko AYNA-ya müsahibəsində ölkəsində yaşanan gərginlik, Krım məsələsi və digər məqamlara toxunub. Beləliklə:
- Ukrayna müstəqilliyinin 30-cu ildönümünü qeyd edir. 1991-ci ildə gələcəyə dair gözləntilərin nə olduğunu xatırlayırsınızmı?
- Müasir Ukrayna müstəqillik əldə edəndə mənim cəmi 10 yaşım var idi. O zaman bunun yaxşı və ya pis olduğunu və prosesin nə qədər əhəmiyyətli olduğunu tam anlamırdım, amma başqalarının, böyüklərin reaksiyasını görürdüm. İnsanlar ya sevinirdilər, ya da çaşqınlıq içərisində idilər. Bəziləri gələcəyə inam və ümidlə baxarkən, bəziləri qarışıq vəziyyətdə idi, indi SSRİ olmadan necə yaşayacaqlarını tam anlamırdılar. SSRİ-nin dağılmasından peşman olanların sayının çox az olduğu aydın idi.
- Ən böyük səhvlərdən birinin Ukraynanın nüvə dövləti statusundan imtina etməsi olması fikri ilə razısınızmı?
- Bu, xüsusən Rusiyanın Ukrayna ərazilərini işğal etməsi fonunda müzakirə üçün ən aktual məsələdir. Cavab: həm bəli, həm də xeyr. Fakt budur ki, nüvə silahının saxlanılması çox yüksək bir iqtisadi potensiala malik olan ölkələr və ya Şimali Koreya və Rusiya kimi belə iqtisadiyyata malik olmayan, lakin əhalinin ehtiyaclarını nəzərə almayaraq, belə bir arsenal saxlamağa hazır olan ölkələr üçün də çox bahalı bir zövqdür. Buna görə də nüvə silahından imtina ilk növbədə iqtisadi rasionallıqdan irəli gəlirdi.
Digər tərəfdən, hesab edirəm ki, Ukrayna bu imtina üçün çox az beynəlxalq zəmanət aldı. Və bu zəmanətlər maksimuma çatdırıla bilməsə belə, imtinanın özü çox sürətli oldu. Belə bir addım atmadan əvvəl Ukrayna silahlı qüvvələrə nüvə silahı potensialını kompensasiya edə biləcək raket silahları verən bir çox layihəni tamamlamalı idi. Məsələn, gəmi əleyhinə raket sistemlərinin, habelə əməliyyat-taktiki raket sistemlərinin inkişafını başa çatdırmaq.
Təəssüf ki, ölkə rəhbərliyi nəinki raket qalxanını inkişaf etdirməyə başlamışdı, üstəlik, ölkənin keçmiş liderlərinin fikrincə, təhlükəsizliyimizi təmin edən Rusiya və Qərblə "dostluğa" əsaslanaraq, bu layihələri uzun illər unutmuşdular. Təəssüf ki, yalnız ölkəmizə qarşı başlayan müharibə bu layihələri reallaşdırdı və Ukrayna Silahlı Qüvvələri artıq ilk ən yeni gəmi əleyhinə raket sistemləri olan "Neptun"u alır və OTRK "Qrom-2" də sınaq mərhələsindədir. Ancaq yenə də çox vaxt boşa getdi.
- Ukrayna prezidentlərindən hansının yaxın tarixində ən parlaq iz buraxdığı, hansının dövlətə ən çox xidməti olduğu düşüncəsindəsiniz?
- Sual olduqca çətindir, çünki ölkə rəhbərlərinin hər birinin vəzifə müddətində birmənalı və əhəmiyyətli addımlara məcbur edən vəziyyətlər yaranıb. Bu, müstəqilliyin ilk illərinə düşən Ukraynanın ilk Prezidenti Leonid Kravçuka, Qərblə sürətli bir yaxınlaşmanın ifadə edildiyi və ölkənin Avropaya inteqrasiya perspektivinin daha aydın göründüyü Viktor Yuşşenkoya da aiddir. Ancaq eyni dərəcədə çətin bir yükü, işğalçı Rusiya ordusunun hücumu altında, hətta sabaha inam olmayanda belə, ölkənin Prezidenti olan Pyotr Poroşenko götürdü. Əslində Poroşenko 2014-cü ildə qeyri-müəyyənliyə addım atdı. Və bu qeyri-müəyyənlikdə o, ölkəni nəinki xilas edə bildi, həm də iqtisadi, siyasi, sosial, mədəni uçuruma sürüşməsinə imkan vermədi.
- Hazırkı dövlət başçısı Vladimir Zelenskinin fəaliyyətini necə qiymətləndirirsiniz, onun Krımın və Donbassın qaytarılması üçün aydın proqramı varmı?
- Əminəm ki, işğal olunmuş Krımın, eləcə də Luqansk və Donetsk vilayətlərinin işğal olunmuş hissələrinin qaytarılması ilə bağlı dəqiq bir proqram yoxdur. Bu vəziyyət istər Rusiyanın özündə, istərsə də işğal etdiyi ərazilərdə həm xarici, həm də daxili vəziyyətin sürətlə dəyişməsindən qaynaqlanır. Məsələn, 2014-2015-ci illərdə Donbassın işğal olunmuş hissəsini azad etmək üçün hərbi plan uyğun idisə, indi taktika daha balanslı və rasional yanaşma tələb edir. Krım məsələsi, prinsipcə, işğaldan azad edilmə yolunda gücüdən istifadə etməyi istisna edir. Buna görə də, vəziyyətin müntəzəm olaraq tənzimləməyə, ən azından desək, konsepsiyanı bu şəkildə tamamilə yenidən düzəltməyə məcbur etməsi səbəbindən, aydın bir proqram haqqında danışmağa ehtiyac yoxdur.
- Növbəti 30 ildən sonra Ukraynanı necə görürsünüz?
- Ukraynanı vahid, ilk növbədə ayrılmaz sərhədlərində və firavan bir Avropa ölkəsi olaraq görürəm.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib
Dünən, 19:55 |
|
|
|
• Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür
Dünən, 19:42 |
|
|
|
• Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Dünən, 14:01 |
|
|
|
• Simonyan arvadından boşandı
Dünən, 13:58 |
|
|
|
• ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Dünən, 13:56 |
|
|
|
• Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Dünən, 13:00 |
|
|
|
• Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:59 |
|
|
|
• Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Dünən, 12:54 |
|
|
|
• UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Dünən, 12:50 |
|
|
|
• CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Dünən, 12:39 |
|
|
|
• Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Dünən, 12:37 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:33 |
|
|
|
• Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Dünən, 12:30 |
|
|
|
• Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Dünən, 12:23 |
|
|
|
• Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Dünən, 12:19 |
|
|
|
• Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 12:14 |
|
|
|
• Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Dünən, 12:11 |
|
|
|
• Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Dünən, 12:06 |
|
|
|
• “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:03 |
|
|
|
• Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Dünən, 12:01 |
|
|
|
• “Bank Avrasiya”nın müştəriləri azalıb
Dünən, 11:58 |
|
|
|
• Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Dünən, 11:56 |
|
|
|
• ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Dünən, 11:51 |
|
|
|
• İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Dünən, 11:43 |
|
|
|
• Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Dünən, 11:40 |
|
|
|
• Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Dünən, 11:22 |
|
|
|
• Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Dünən, 11:17 |
|
|
|
• Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Dünən, 11:11 |
|
|
|
• Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Dünən, 11:08 |
|
|
|
• “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 11:05 |
|
|
|
• Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Dünən, 11:00 |
|
|
|
• Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Dünən, 10:56 |
|
|
|
• "Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Dünən, 10:53 |
|
|
|
• Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Dünən, 10:50 |
|
|
|
• “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Dünən, 10:45 |
|
|
|
• Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Dünən, 10:42 |
|
|
|
• Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Dünən, 10:40 |
|
|
|
• Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Dünən, 10:38 |
|
|
|
• Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Dünən, 10:35 |
|
|
|
• İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Dünən, 10:32 |
|
|
|
• Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Dünən, 10:30 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Dünən, 10:18 |
|
|
|
• “Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Dünən, 10:03 |
|
|
|
• “Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Dünən, 09:58 |
|
|
|
• Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Dünən, 09:52 |
|
|
|
• Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Dünən, 09:50 |
|
|
|
• Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Dünən, 09:45 |
|
|
|
• Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Dünən, 09:44 |
|
|
|
• 434 min manat borcu olan şirkət kimindir?
Dünən, 09:39 |
|
|
|
• 6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Dünən, 09:32 |
|
|
|
|