“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                     Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar .....                     Əmək normalarının tətbiqi... .....                     Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib .....                     Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib .....                     Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir .....                     “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” .....                     Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… .....                     “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR .....                     Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri .....                     Paşinyan bir həftəlik məzuniyyətə çıxıb .....                     Hələ də bu şirkətə etibar edən varmı? .....                     Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil .....                     Baş redaktor vəzifəsindən ayrıldı .....                     Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif .....                     Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu .....                     Naxçıvanda nə haq var... nə də ədalət... .....                     “Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... .....                     Suriya-İsrail toqquşması bizim işimizə yaramır... .....                     NATO Azərbaycanda... ruslar əndişədə... .....                     Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... .....                     Bakı dayandı, Moskva davam edir .....                     Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır .....                     “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi .....                     Bura körpələri əmanət etmək olmaz .....                 

Türkiyəyə qarşı yeni taktika: Ekoloji terror PKK-nın öz başının məhsulu deyil - GƏLİŞMƏ
Tarix: 10-08-2021, 10:47 | Çap et
Türkiyəyə qarşı yeni taktika: Ekoloji terror PKK-nın öz başının məhsulu deyil
Türkiyənin Qara dəniz və Egey dənizi sahillərindəki populyar turizm zonasında iyulun 28-dən başlayan meşə yanğınları davam edir. Rəsmi məlumata görə, 32 əyalətdə başlayan 125 yanğının demək olar ki, bir çoxu söndürülüb və ya nəzarət altına alınıb. Qarşıdakı günlərdə qalan yanğın ocaqlarının da nəzarət altına alınacağı, söndürüləcəyi bildirilir. Yanğınlar artıq on nəfərə qədər insanın həyatına son qoyub, saysız canlı tələfatına, onlarla binanın məhvinə səbəb olub. Bodrum və Antalyadan turistlər evakuasiya edilib.

Türkiyənin hakimiyyət orqanları meşə yanğınlarının sabotaj və terror versiyaları üzərində dayanır. Müxalifət isə bu ehtimalları əsassız sayır və fəlakətin əsas səbəbini hökumətin səriştəsizliyində görür.

Yanğınları PKK-ya bağlı olan sosial media hesablarında yanğınları “Alovun övladları təşəbbüsü”nün ("Ateşin Çocukları İnisiyatifi") törətdiyi bildirilib. Türkiyə mediası “Alovun övladları” terror qruplaşmasının meşə yanğınlarına görə məsuliyyəti üzərinə götürdüyünü yazır. Terror quplaşmasının üzvləri bildiriblər ki, meşə yanğınlarını onların tərəfdarları törədiblər.

"Türk rejimi başqa bir dil anlamadığına görə, onları yanğınla diz çökdürməyin zamanı gəlib", - terror qruplaşması sosial media hesabında yazıb.

Yeri gəlmişkən, dəhşətli yanğınların söndürülməsində ən çox Azərbaycan yanğınsöndürənləri köməklik göstəriblər və bu, davam etməkdədir. Qardaş Türkiyəyə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müxtəlif tip yanğınsöndürmə texnikası, yüzlərlə canlı qüvvəsi cəlb edilib. Bununla yanaşı, Türkiyəyə yardım əlini Ukrayna və Rusiya da uzadıb. Lakin Avropa ölkələrindən Türkiyəyə yardım ya olmadı, olan cuzi yardım isə gecikdi.

Türkiyədəki meşə yanğınlarını, bunun arxasında PKK-nın dayanmasını, Türkiyənin terrorçulara qarşı siyasətində hansı dəyişiklik edəcəyi ilə bağlı AYNA-nın suallarını politoloq İlyas Hüseynov cavablandırıb.

Analitik deyib ki, müasir beynəlxalq münasibətlərdə daha çox hidromüharibələrin, ekoloji terrorların sayının artacağı barədə ekspertlər müxtəlif proqnozlar verirdilər: “Hazırda biz həmin dövrü yaşayırıq. Türkiyə ərazisində baş verən yanğın hadisələrinin qəsdlə törədilməsi, bunun terror olduğu tutarlı faktlarla sübut olunur. Bu yanğınlarda PKK-nın birbaşa iştirakı aydındır. Təşkilatın qolu olan “Alovun övladları” terror qruplaşmasının bəyanatları da bunu deməyə əsas verir. Görünür, PKK terror qruplaşması indi də bu yolla Türkiyəyə ziyan vurmaq xəttini seçiblər. Təbii ki, türkiyə iqtisadiyyatı meşə yanğınlarından çox əziyyət çəkəcək. Yanğının fəsadlarının bərpası, infrastrukturun yenidən qurulması külli miqdarda dövlət vəsaiti tələb edir. Digər tərəfdən, meşə fondunun bərpası üçün uzun illət tələb olunur”.

“Məsələ burasındadır ki, PKK-nın başbilənləri Türkiyə coğrafiyası, meşələri ilə bağlı böyük tədqiqat aparıblar. Zərərin miqdarını hesablayıblar. Bu, bir gündə verilmiş qərar deyil. Eyni zamanda, terrorçuları dəstəkləyən qüvvələr ekoloji terror ideyasını irəli sürüblər. Yəni ki, ekoloji terror törətmək PKK üçün xarakterik deyil. Onlar adətən dövlət strukturlarının yerləşdiyi binalarda, hüquq-mühafizə orqanlarının binalarında, əhalinin sıx olduğu yerlərdə partlayışlar törədirdilər. Ekoloji terror onların başının məhsulu deyil”, - Hüseynov əlavə edib.

Ekspert qeyd edib ki, Türkiyə dövləti qısa zaman ərzində yanğınları söndürməyi bacaracaq: “Bundan sonra təbii ki, baş verən hadisə ilə bağlı tədbirlər görüləcək. Artıq istintaq başladılıb, proses gedir. Yəqin ki, genişmiqyaslı istintaq aparılacaq və bu terrorda əli olan şəxslərin hamısı məsuliyyətə cəlb ediləcəklər. Bundan sonra belə terror hadisələrinin yaşanmaması üçün Türkiyə dövləti ayıq-sayıqlıq tədbirlərini daha da artıracaq. Çünki ekoloji terror hər il baş verə bilər. Presedent yaranmaması üçün addımlar atılacaq”.

“PKK ilə, ümumiyyətlə terrorla Türkiyə dövləti hər zaman mübarizə aparıb. Terrorçulara qarşı bundan sonra da amansız mübarizə davam edəcək. Türkiyə dövləti terrorçulara hər zaman yerini göstərir, bundan sonra da göstərəcək. Bəzi iddialar var ki, terrorçulara qarşı mübarizə daha amansız olacaq. Bundan əvvəl də mübarizə qəti şəkildə aparılıb və davam edəcək”, - politoloq vurğulayıb.

Meşə yanğınlarının söndürülməsində Türkiyədə dəstək məsələsinə gəldikdə isə analitik qeyd edib ki, Azərbaycan qardaş ölkənin yanında oldu, hər cür dəstək göstərdi və göstərməkdə də davam edir: “Belə də olmalıdır. Bu, bizim dostluğumuzun, qardaşlığımızın ruhundan xəbər verir. Digər dövlətlərin yardım əlini uzadıb-uzatmamasına gəldikdə isə onu demək lazımdır ki, dünyada türkiyənin güclənməsinə qısqanc yanaşan, bunu həzm edə bilməyən qüvvələr, dövlətlər var. Onların yardım etməməsi, əksinə, Türkiyədə baş verən faciələrə sevinməsinə təəccüblənməməliyik”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40
Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34
Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30
Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24
Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20
“Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17
Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12
NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03
Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03
“Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01
Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56
Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48
Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40
YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34
Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? - AÇIQLAMA
Bu gün, 06:31
Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Paşinyan Qərbə sülh görüntüsü verir, amma... - Bakı real imza və icra tələb edir
Bu gün, 06:24
Bakıda daha bir reper həbs olundu - BUNA GÖRƏ
Bu gün, 06:21
Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək
Bu gün, 06:19
Cənubi Qafqazda vəziyyəti izləyirik - ABŞ
Bu gün, 06:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru