Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                     Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar .....                     Əmək normalarının tətbiqi... .....                     Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib .....                     Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib .....                     Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir .....                     “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” .....                     Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… .....                     “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR .....                     Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri .....                     Paşinyan bir həftəlik məzuniyyətə çıxıb .....                     Hələ də bu şirkətə etibar edən varmı? .....                     Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil .....                     Baş redaktor vəzifəsindən ayrıldı .....                     Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif .....                     Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu .....                     Naxçıvanda nə haq var... nə də ədalət... .....                     “Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... .....                     Suriya-İsrail toqquşması bizim işimizə yaramır... .....                 

İrana qarşı geniş miqyaslı beynəlxalq hərbi əməliyyat hazırlanır – Tehran da bunu istisna etmir
Tarix: 4-08-2021, 09:56 | Çap et
İrana qarşı geniş miqyaslı beynəlxalq hərbi əməliyyat hazırlanır
Ötən həftə Oman körfəzində bir tanker gəmisinin hücuma məruz qalmasından sonra bəzi Qərb ölkələri və İsrailin İrana qarşı geniş miqyaslı hərbi əməliyyatlar hazırladıqları iddia olunur. Dünən eyni su hövzəsində baş verən bir hadisə də bu planın tərkib hissəsi ola bilər.

Ovqat.com-un məlumatına görə, dünən yenə Oman körfəzində bir və ya bir neçə tankerin saxlanıldığı iddia olunur.

Axşam saatlarında bəzi xəbər agentlikləri tərəindən yayılan bu məlumat az sonra İsrail tərəfindən də təsdiqlənib. İsrail kəşfiyyat orqanlarının bildirdiyinə görə, körfəzdə 4 tanker İran tərəfindən ələ keçirilib. İran isə körfəzdə ən azı 1 tankerin saxlanıldığını bəyan etsə də, bu məsələdə onun barmağının olması iddiasını yaxına buraxmır. SEPAH-a yaxın qaynaqların bildirdiyinə görə, ən azı 1 tanker Birləşmiş Ərəf Əmirliklərinin dəniz sahəsində saxlanılıb və bunun İranla heç bir əlaqəsi yoxdur. Qurum bununla bağlı yaydığı bəyanatda bildirib ki, İranın adının sözügedən hadisədə hallanması düşmənlərinin ona qarşı hazırladıqları təxribat planı ilə əlaqədar ola bilər. Məqsəd, guya İranı beynəlxalq dəniz hüququnu pozan tərəf kimi göstərmək və qəsdən yaradılan saxta təxribat hadisələrinə əsaslanıb ona qarşı təzyiq vasitələrini işə salmaqdır.

Bəyanatda həmçinin ABŞ, Böyük Britaniya və İsrail dövlətlərinə müraciətlə “bu əsassız ittihamların davam edəcəyi” təqdirdə, İranın dərhal Hörmüz boğazını bağlamaq imkanlarının olduğu xatırladılır və dolayısıyla özünün strateji neft silahının işə salınacağına eyham vurulur.

Qeyd edək ki, Hörmüz boğazı dünyanın dənizlə daşınan neft nəqliyyatının 35%-ə qədərinin keçdiyi su hövzəsidir və boğazın bağlanması Səudiyyə Ərəbistanı da daxil olmaqla bütün neft zəngini ərəb ölkələrinin təbii sərvətlərinin beynəlxalq bazara çıxışını əngələyə və nəticədə “qara qızıl”ın qiymətlərinin 200 dollara qədər qalxmasına səbəb ola bilər. Bu isə nəticə etibarilə dünyada növbəti iqtisadi və enerji böhranına dəvətnamə göndərmək deməkdir.

Məlumat üçün bildirək ki, BƏƏ, Qətər, Küveyt, İraq, İran kimi neft zəngini ölkələrinin neft ixracatının tamamı bu boğazdan keçir. Səudiyyə Ərəbistanının isə neft hasilatının, dolayısı ilə həm də ixracatınım 80%-i eyni coğrafiya ilə bağlıdır. Məhz bu keyfiyyəti ilə Hörmüz boğazı dünya neft marşrutunun “şah damarı” sayılır.

İranla Qərb ölkələrini enerji və hətta isti müharibənin asatanasına gətirən hadisələr zənciri ötən həftənin sonlarında başlayıb. İsrailli iş adamı Eyal Oferin Böyük Britaniyada yaratdığı “Zodiac” gəmiçilik firmasına məxsus “MV Mercer Street” adlı neft tankeri həmin vaxt silahlı dron hücumuna məruz qalmış və ekipajin 2 üzvü öldürülmüşdü. Onlardan biri İngiltərə, digəri isə Rumıniya vətəndaşı idi. Beləcə, bir hücumla ən azı 3 dövlət terror hücumunun hədəfinə çevrilmişdi. Ardınca İsrail kəşfiyyat orqanları “MV Mercer Street”ə hücumun İran tərəfindən törədildiyini bildirmiş, London da bu fərziyyəni dəstəkləmişdi. İran isə hadisədə heç bir rolunun olmadığını vurğulayır.

Bazar ertəsi günü Böyük Britaniyanın Baş naziri Boris Conson tankerə hücumla bağlı açıqlama verərək, İranı günahlandırmış və “bunun nəticələrinə qatlanmasının" lazım olduğunu söyləmişdi. Conson onu da vurğulamışdı ki, bu "qəbulolunmaz və şokedici hücum təkcə İngiltərəyə yox, həm də “qlobal gəmiçiliyə qarşı törədilmiş cinayətdir”. İngilis Baş nazirin bu bəyanatı Londonun İrana qarşı basqı siyasətinə daha çox beynəlxalq qüvvələri cəlb etmək niyyətini göstərir.

Consonun təşəbbüsünə ilk dəstək, gözlənildiyi kimi, ABŞ-dan gəlib. “Daily Mail” nəşrinin yazdığına görə, İngiltərə, ABŞ və İsrail hərbi-kəşfiyyat dairələri “MV Mercer Street” neft tankerinə hücuma cavab olaraq İrana qarşı kiberhücum və ya xüsusitəyinatlı hərbi əməliyyat barədə düşünürlər. Xüsusitəyinatlı hərbi müdaxilənin İrana bağlı “könüllü silahlı qüvvələrə” qarşı keçirilməsi planlaşdırılır.

İngiltərənin adı çəkilməyən keçmiş hərbi kəşfiyyat məmuru “The Mirror”-a verdiyi müsahibədə də tanker hücumunu “İranın hərəkətlərinin dözülməyəcək qırılma nöqtəsinə çatdığının göstəricisi” adlandırmış və ona ağır cavab verilməsini tələb etmişdi.

Nəşr xatırlatmışdı ki, İran tərəfindən həyata keçirilən neft tankerinə hücum ilk belə insident deyil, ümumiyyətlə, bu ilin fevral ayından bəri 3 bənzər xarakterli hücum baş verib. Dünənki hadisəni də buna əlavə etsək, London üçün artıq vəziyyətin əndazədən çıxdığını düşünmək olar.

Bilindiyi kimi, İran-İsrail arasında tanker hücumları 2018-ci ildən bəri davam edir. ABŞ-ın sanksiyalarını dəlmək istəyən İran tankerləri vaxtaşırı İsrail hücumlarına məruz qalır və hər iki tərəf bu hadisələrin ictimailəşməməsinə çalışırdı. Mütəxəssislərin fikrincə, bu qarşılıqlı razılaşmanın səbəbi İranın beynəlxalq təzyiqlərə məruz qalmaması, İsrailin isə öz planlarını səssiz həyata keçirmək niyyətindən qaynaqlanırdı. Demək olar ki, hər həftə yaşanan bu hücumlarda canlı itkilərə yol açmamağa üstünlük verilirdi. İranın (əgər iddialar doğrusa) ötən həftə İsrailə cavab əməliyyatında isə ilk dəfə qan tökülmüş, dolayısıyla şifahi anlaşmanın şərti pozulmuşdur.

Son hadisənin zamanlaması da maraqlıdır. Bəlli olduğu kimi, dünən İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi idi. Mərasimdən bir neçə gün əvvəl İngiltərənin media qurumları açıq şəkildə bildirirdilər ki, London və müttəfiqləri “MV Mercer Street” neft tankerinə hücumun qisasını məhz həmin gün alacaqlar. Dünən isə təxmin edildiyi kimi, İrana qarşı hər hansı kiberhücum və ya xüsusitəyinatlı hərbi müdaxilə baş vermədi. Əvəzində Oman körfəzində növbəti tanker insidenti yaşandı. Bu dəfə hədəf seçilən tankerlərdən ən azı birinin Sipqapur bayrağı daşıdığı bildirilir. Görünən budur ki, İrana qarşı hazırlanan cavab kampaniyasına daha çox ölkə cəlb olunması prosesi gedir. Bu isə cavab əməliyyatlarının da düşünüldüyündən daha ağır ola bilməsi ehtimalını ağla gətirir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Bu gün, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Bu gün, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Bu gün, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Bu gün, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Bu gün, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Bu gün, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40
Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34
Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30
Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24
Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20
“Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17
Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12
NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03
Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03
“Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01
Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56
Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48
Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40
YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru