İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir .....                     "Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq" .....                     İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər .....                     Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib .....                     Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                     İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA .....                     Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən .....                     Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                     Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri .....                     Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi .....                     "Bundan sonra küsmək, ayrılmaq yoxdur" .....                     Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər .....                     Rusiyanı diz çökdürəcək qərar .....                     Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! .....                     İrəvanda kim kimi devirəcək? .....                     “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                 

“Rusiya-NATO, Rusiya-ABŞ və Rusiya-Britaniya arasında gərginlik artır” - Regionun yeni siyasi-iqtisadi reallığı
Tarix: 26-06-2021, 08:29 | Çap et
 “Rusiya-NATO, Rusiya-ABŞ və Rusiya-Britaniya arasında gərginlik artır”
Dağlıq Qarabağ məsələsi ətrafında siyasi fəallıq başlanıb.

İyunun 24-də Azərbaycan və Rusiya prezidentləri telefon danışığı zamanı Dağlıq Qarabağ məsələsini müzakirə edib. Bundan sonra Rusiya Prezidenti Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında Dağlıq Qarabağ mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

İyunun 25-də isə Rusiya və Türkiyə prezidentləri telefon vasitəsilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti də Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın diqqət mərkəzində olub. Qeyd edilən müzakirələr Dağlıq Qarabağ məsələsi ətrafında siyasi-diplomatik aktivliyin artdığını göstərir. Ermənistandakı seçkilərdən sonra bu prosesin yeni mərhələyə daxil olması müşahidə olunur.

Əslində, Paşinyanın liderlik etdiyi komandanın seçkilərdə qalib gələcəyi təqdirdə, sözügedən regionda sülhün təmin olunması istiqamətində Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə olunacağı gözlənilirdi. Ona görə də dövlət başçıları səviyyəsində son iki gündə aparılan müzakirələrin yalnız Dağlıq Qarabağdakı vəziyyəti deyil, daha geniş siyasi coğrafiyanı əhatə etdiyi istisna olunmur. Yəni söhbət Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana veməsi, Zəngəzur dəhlizinin açılması, Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası və demarkasiyası prosesinin davam etdirilməsi, Qazax rayonunun və Sədərk rayonunun işğal altında olan kəndlərinin Azərbaycana qaytarılması kimi məsələlərdən gedir.

Dağlıq Qarabağda vəziyyətin nizamlanmasına gəlincə, Azərbaycan üçün prioritet məsələ Ermənistan silahlı qüvvələrinin həmin ərazidəki qalıqlarının çıxarılmasıdır. Sülhməramlıların fəaliyyət göstərdiyi ərazidə Ermənistan ordusunun yerləşməsinə ehtiyac qalmır. Əksinə, bölgədə işğalçı qüvvələrin olması gərginliyi artırır ki, bu da sülhməramlı qüvvələrin mandatına problem yaradır.

Paşinyanın yeni hökuməti formalaşdırmasından sonra bölgədə kompromislərin olacağı proqnozlaşdırılırdı ki, bunlardan biri də Ermənistanın hərbi birləşmələrinin Dağlıq Qarabağı tərk etməsi ola bilər. Seçkilərdən əvvəl sərt gedişlər etməyə məcbur olan Paşinyan hökumətinin radikal addımlarından biri də Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli komissiyasında fəaliyyətini dayandırmasıdır. Ancaq Putinlə telefon danışığından sonra çox güman ki, Ermənistan hər üç ölkənin baş nazirinin müavinlərinin təmsil olunduğu formatda görüşləri davam etdirəcək.

Kremlin Azərbaycan və Türkiyə ilə razılaşdırmalı olduğu digər məsələ isə Ermənistanın dövlət sərhəddinə Rusiya qoşunlarının yerləşdirilməsidir. Əlbəttə, bu ilk baxışdan Rusiyanın və Ermənistanın daxili işi kimi də qiymətləndirilə bilər. Ancaq söhbət Rusiya qoşunlarının Azərbaycanla Ermənistanın sərhəddindəki demarkasiyası başa çatmamış ərazisindən, yəni Kəlbəcər rayonu ilə Ermənistanın Geğarkunik (Göyçə mahalı) vilayətinin sərhəddindəki mübahisəli zonadan gedir. Ona görə də Rusiya Azərbaycanı məlumatlandırmalıdır.

Digər tərəfdən, Azərbaycan-Ermənistan sərhəddinin demarkasiyası prosesində vasitəçilik edən Rusiyanın pozucu fəaliyyəti bu missiyanın üzərinə kölgə sala bilər. Bu halda sərhədlərin müəyyənləşməsi üçün yardım təklif edən ABŞ-ın dövriyyəyə girməsinə münbit şərait yarana bilər.

Azərbaycan və Türkiyə Rusiya hərbçilərinin dövlət sərhəddinin Ermənistan ərazisindən keçən hissəsində dayanmasına razılıq verməklə istər demarkasiya məsələlərində, yaxud minalanmış sahələrin xəritələrinin əldə olunması kimi problemlərin həllində anlaşmaya nail ola bilər. Eyni zamanda, Rusiya Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığına təminat verməlidir. Əks təqdirdə, Şuşa Bəyannaməsinə uyğun olaraq, Türkiyənin vəziyyətə müdaxilə etmək hüququ var.
Vladimir Putinin cənab Ərdoğana zəng etməsi isə Rusiyanın artıq bölgədə Türkiyənin maraqlarını nəzərə aldığını göstərir. Bu isə Şuşa Bəyannaməsinin imzalanmasından sonra daha çox müşahidə olunur.

Politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında bildirdi ki, Rusiyanın Qarabağ məsələsinin həllində moderator kimi çıxış etməsi bölgədəki maraqlarından irəli gəlir:

“Eyni zamanda, Azərbaycan və Ermənistan arasında barışıq missiyasını Rusiya öz üzərinə götürüb. ATƏT-nin Minsk qrupunun digər iki həmsədri ilə razılaşdırmadan bu prosesin həyata keçirilməsi siyasi və hüquqi müstəvidə müsbət nəticə verib. Türkiyənin də dəstəyi regionda yeni geosiyasi reallıqların yaranmasında mühüm rol oynayıb. Bu baxımdan, regiondakı problemlərin həllində bölgə dövlətlərin iştirakı ilə aparılan danışıqlar daha səmərəli nəticə verə bilər.

Təəssüf ki, Türkiyə Prezidentinin təklif etdiyi “Altılıq” platforması Rusiya-Gürcüstan münasibətlərindəki gərginliklə əlaqədar reallaşa bilmir. Rusiya-NATO, Rusiya-ABŞ və Rusiya-Britaniya münasibətlərindəki gərginliyin artdığını görürük. Bu vəziyyətin yaxın perspektivdə Cənubi Qafqaza da sirayət edəcəyi istisna olunmur.

Azərbaycanın İkinci Qarabağ müharibəsində apardığı hərbi əməliyyatların baş tutmasında Britaniyanın da maraqları var idi. Hətta bu məsələdə Türkiyə və Britaniya birgə uzlaşdırılmış addımlar atdı. İndiki dünyanın reallıqları Rusiyanı və Türkiyəni də bölgədə vəziyyətin sabit və dayanıqlı olması üçün birgə adımlar atmağa vadar edir. Əks təqdirdə, investisiyaları bölgəyə cəlb etmək, nəqliyyat və kommunikasiya xətlərinin açılması çətin olacaq”.

Elşən Manafov hesab edir ki, bölgədəki proseslərə Rusiyanın təsiri güclüdür və Türkiyə Cənubi Qafqaz siyasətində bu amili nəzərə alır:

“Şuşa Bəyannaməsinin imzalanmasından sonra bəzi ekspertlərə bu məsələyə 1918-ci il Batum konfransının nəticələrindən çıxış edərək Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirilməsini təklif edirdi.

Lakin Azərbaycan Prezidenti bəyan etdi ki, bu sənəd 1921-ci ildə Türkiyə Cümhuriyyəti ilə Sovet Rusiyası arasında imzalanmış Qars Bəyannaməsinin davamıdır. Bundan sonra Prezident Rəcəb Tayyib Ərdoğan belə açıqlama verdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin cənab Putinlə, Putinin bu məsələyə münasibətindən sonra Türkiyə bu addımı ata bilər. Beləliklə, cənab Ərdoğan dolayısı ilə etiraf etdi ki, bölgəyə Rusiyanın təsir imkanları yüksək olaraq qalır. Türkiyənin Azərbaycan ərazisində öz hərbi bazalarını yerləşdirməsi çox böyük ajiotaja və rezonansa səbəb ola bilər. Çünki Rusiya bunu NATO-nun Türkiyənin timsalında irəliləməsi kimi qəbul edəcək.

Düşünürəm ki, Rusiya və Türkiyə bu məsələdə razılığa gəlib və rəsmi Ankara bölgədəki geosiyasi reallıqlarla bağlı “qırmızı xətt”i keçməyəcəyinə dair öhdəlik götürüb”.

Politoloq əlavə etdi ki, Ermənistanın gələcək təhlükəsizliyi və inkişafı Paşinyanın Zəngəzur dəhlizinin açılması istiqamətində atacağı addımlardan asılı olacaq:

“Prezident Ərdoğan da haqlı olaraq qeyd etdi ki, bu son 100 ildə Ermənistanın özü üçün açılmış bir şansdır. Yəqin ki, Ermənistan hakimiyyəti erməni xalqının maraqlarından çıxış edəcək. Digər tərəfdən, nəqliyyat-kommunikasiya xətlərinin açılmasında Rusiyanın özü də maraqlıdır. Çünki bu xətlər Ermənistanın Azərbaycan üzərindən keçməklə Rusiyaya quru və dəmir yolu ilə çıxışını təmin edəcək. Nəticədə Rusiyanın regionda iqtisadi, siyasi fəallığının artmasına, Ermənistandakı hərbi bazaları ilə daha fərqli imkanlar əldə etməsinə şərait yaradacaq.

Ermənistan hakimiyyətinin Rusiya və Türkiyənin təzyiqlərini nəzərə alaraq, erməni xalqının maraqlarından çıxış edəcəyini düşünürəm. Çünki erməni xalqı seçkilərdə Paşinyana “hə” deməklə millətçilərə, yeni müharibə avantürasına “yox” dedi. Ermənilər sabitliyə, inkişafa səs verdi və Paşinyan bunları nəzərə almaya bilməz”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Dünən, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Dünən, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Dünən, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Dünən, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Dünən, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Dünən, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Dünən, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Dünən, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Dünən, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Dünən, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Dünən, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Dünən, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Dünən, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Dünən, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Dünən, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Dünən, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Dünən, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Dünən, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Dünən, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Dünən, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Dünən, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Dünən, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Dünən, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Dünən, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Dünən, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Dünən, 10:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru