BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib .....                     Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” .....                     “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” .....                     “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” .....                     Bakıda adam bıçaqlayan ictimai fəala .....                     "Rafaellə Coşqun mənə şok yaşatdı" .....                     Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu .....                     9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək .....                     Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb .....                     Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR .....                     İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub .....                     Şərurda vətəndaşın işi TƏRS GEDİR... .....                     Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... .....                     Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi .....                     Paşinyanın “Vatikana yürüşü” .....                     "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." .....                     Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi .....                     Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib .....                     “Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək .....                     Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... .....                     Əmək müqaviləsinə xitam verilməsi... .....                     Amerikasayağı Zəngəzur dalanı: .....                     15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? .....                     "Pulu verməkdən imtina edirlər" .....                     “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, .....                     Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək .....                     Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? .....                     Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? .....                     Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” .....                     “Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” .....                     Kreml xəsislik edir, yoxsa qabalıq? .....                     Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu .....                     Sülh üçün “dəmir-beton”qarantiya .....                     Fərdi əmək mübahisələri... .....                     KONTAKT HOME yenə də problem yaradır .....                     Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... .....                     Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... .....                     Kremlin MİQRANT TƏZYİQİ .....                     38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız .....                     Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... .....                 

Çin İranı “tələ”yə saldı - 25 illik müqavilədən Azərbaycan nə qazana bilər?
Tarix: 1-04-2021, 08:22 | Çap et
Çin İranı “tələ”yə saldı
Mart ayının sonuncu ongünlüyü dünyanın ikinci böyük iqtisadiyyatına malik Çinin xarici işlər nazirinin Yaxın Şərq ölkələrinə səfərinin müzakirəsi ilə yadda qaldı. Xüsusilə səfər çərçivəsində Çinlə İran arasında 25 illik əməkdaşlıq müqaviləsinin imzalanması dünya mətbuatının gündəminə çevrildi.

Xatırladaq ki, həmin müqaviləyə əsasən Çin İranın neft-qaz və neft-kimya sənayesinə 280 milyard dollar investisiya yatıracaq. Bu, əməkdaşlığın ilk 5 ilində baş verəcək, sonrakı beşilliklərdə əlavə vəsaitlər yalnız hər iki tərəf razılıq verdikdən sonra yatırılacaq. İnvestisiyaların əvəzini İran öz neft-qaz və neft-kimya məhsulları ilə ödəyəcək.

İlk beşillikdə Çin İranın nəqliyyat və istehsal sektorlarının modernləşdirilməsinə 120 milyard dollar investisiya yatıracaq. Sonrakı 5 illiklərdə əlavə yatırımlar üçün yenə hər iki tərəfin razılığı olmalıdır.

Və bu yatırımların əvəzində Çin şirkətlərinə İranın dayandırılmış, başa çatdırılmamış və ya yeni neft və neft-kimya layihələri üzrə hərraclarda prioritetlik hüququ təqdim olunacaq. Bundan başqa, Çin İranın bütün növ neft-qaz məhsullarını etalon məhsulların 6 aylıq orta qiymətindən minimum 12 faiz zəmanətli endirimlə, üstəgəl risklərin kompensasiyası üçün bu həddən daha 8 faizədək ucuz almaq hüququ əldə edir.

Çinə İrandan aldığı məhsulların pulunu 2 ilədək ödəmə müddəti tanınır. Bu ödənişi Pekin Afrika və MDB ölkələrindəki biznesindən əldə etdiyi milli valyutalarla da ödəyə biləcək. Bu isə konvertasiya zamanı İranın daha 12 faiz vəsait itirməsinə səbəb ola bilər. Beləliklə, İran müqavilə çərçivəsində Çinə neft və neft-kimya məhsulları satışında 32 faizə qədər güzəştə getməli olacaq.

Müqaviləyə əsasən Çin özünün “Bir Kəmər, bir yol” layihəsi çərçivəsində İranın ərazisində əsas infrastrukturun yaradılmasında iştirak edəcək. Eyni zamanda İrandakı ucuz işçi qüvvəsindən Çin öz iri şirkətlərinin layihələndirdiyi və inşa etdiyi iri zavodların tikintisində istifadə edəcək. Bu zavodların istehsal etdiyi məhsullar Çinin müəyyənləşdirdiyi, maliyyələşdirdiyi və idarə etdiyi nəqliyyat infrastrukturu ilə Qərb bazarlarına daşınacaq.

Çinlə İran arasında bağlanmış bu müqavilədən Azərbaycanın çıxarları olacaqmı? Müqavilənin reallaşması regiona və ölkəmizə nə vəd edir?

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, ABŞ-da prezident Obama dövrünün son aylarında “altılıq sazişi” imzalandı, İranın nüvə proqramına nəzarət müqabilində sanksiyaların götürülməsi gündəmə gəldi: “Məqsəd çox aydın idi: ABŞ və Avropa Birliyi İrana qarşı sanksiyaları götürür, xam İran bazarı Qərb şirkətlərinə açılır, yeni neft-qaz müqavilələri bağlanılır, yeni istehsal sahələri yaradılır, 81 milyonluq İran bazarı Qərbə açılır. Əvəzində isə ABŞ-AB Rusiyaya qarşı daha sərt mövqe qoymalı, AB ölkələri Rusiya bazarında itərəcəklərini İranda geri qaytarmalı idilər. Amma Tramp bütün oyunu pozdu, İrana qarşı sanksiyalar daha da sərtləşdirildi, AB şirkətlərinin öncədən bağladıqları bütün müqavilələr ləğv edildi - ”altılıq sazişindən" həmən sonra Qərb şirkətləri İranla 200 milyard dollarlıq ön sazişlərlə bağlı razılığa gəlmişdilər. ABŞ-ın İran siyasəti uğursuz oldu, böyük boşluq yarandı, indi ABŞ-Çin qarşıdurmasının yeni mərhələsi başladı, Çin hərəkətə keçdi və İranı tam nəzarətə götürmək üçün ilk addım atdı. Yeni müqavilə 25 ilə bağlanılıb, dəyəri 400 milyard dollar olacaq. Müqavilə neft-qaz sektorundan tutmuş logistikaya, avtomobil sənayesindən tutmuş tikinti sektoruna qədər bir çox sahəni əhatə edəcək. Müqavilənin ən maraqlı hissəsi neftlə bağlıdır - yatırımların tamamına yaxınını İran xam neftlə Çinə qaytaracaq. Bu gün Çin günə 13,5 milyon barel neft istehlak edir, bu həcmin 6-6,5 milyon barelini Çin öz ərazisində hasil edir, günə 7-7,5 milyon barelə yaxın neft alır. Bu gün sanksiyalara və yatırım, texnologiya məhdudiyyətinə görə İran günə cəmi 300 min barel neft sata bilir. Amma potensial olaraq yatırımlardan, yeni texnologiyaların tətbiqindən sonra İran günə 6 milyon barelə yaxın neft hasil edə, onun 4-4,5 milyon barelini ixrac edə bilər. Anlaşmaya görə, İran neftinin tamamını Çin alacaq, qiymət dünya bazarından, azı 10 faiz aşağı olacaq, bu Çin üçün çox böyük üstünlükdür. İran üçün də, təbii ki, böyük imkanlar açır, həm də Qərbin İrana qarşı sanksiya siyasətini tam mənasızlaşdırır. Bu müqavilə neft bazarına da ciddi təsir göstərəcək, ən böyük neft alıcısı olan Çinin ehtiyaclarının yarıdan çoxunu İran daha ucuz qiymətə verəcəksə, bu zaman digər ölkələr də “discount” etməyə məcbur qalacaqlar".

Müqavilənin Azərbaycana təsirlərinə gəlincə, ekspert hesab edir ki, ölkəmiz bu müqavilədən ciddi dividentlər qazana bilər: “Çin şirkətlərinin baş ofisləri, logistika mərkəzləri Azərbaycanda ola bilər, yük daşımalardan qazanc əldə edə bilərik. Amma əgər bu müqaviləyə Qərb çox kəskin reaksiya verəcəksə, bu iş çətinləşə bilər. Bu zaman regional layihələrdə Türkiyə ilə birgə işləmək lazımdır, bu təzyiqlərdən sığortalanmaq üçün mühüm rol oynaya bilər. Yeri gəlmişkən, heç Rusiya da bu müqavilədən razı deyil, çünki bu gün Çinə ən çox neft satan ölkə məhz Rusiyadır - İran nefti Rusiya neftini Çin bazarından sıxışdırıb çıxara bilər. Bu, qaza da aiddir - müqaviləyə görə, Çin Bəndərabbas limanını da morenləşdirəcək və orada sıxılmış qaz üçün limanlar tikəcək. İran qaz ehtiyatlarına görə dünyada 1-ci yerdədir, yeni yatırımlarla İran qısa zaman kəsimində böyük qaz ixracatçısına çevriləcək. Çin isə yaxın 10 ildə ən böyük qaz idxal edən ölkəyə çevriləcək. Deməli, Rusiyadan aldığı qazın həcmi də kəskin azala bilər. Bir sözlə, regionumuzda maraqlı proseslər gedir, Çinin ekspansiyası güclənəcək, hətta Gürcüstana da 8 milyard dollar yatırım qoymaqla bağlı yeni müqaviləsi var”.

İqtisadçı-ekspert Elman Sadiqovun fikrincə isə Çinin Yaxın Şərqdə, xüsusilə İrana nüfuz etməsi qlobal və regional səviyyədə yaxşı heç nə vəd etmir: “Dünyanın nüfuz dairəsinə yenidən bölünməsi və dəyişikliklər məhz regionumuzdan və Yaxın Şərqdən başladı. Hansı ölkələrin və regionlarının hansı nüfuz dairələrində olacağı aydınlaşmağa başlayır. Düşünürəm ki, Çin dövlətinin bundan sonrakı inkişafı 2 amillə bağlıdır: ərazisinin genişlənməsi (bu, yalnız Rusiya torpaqları hesabına ola bilər ki, hazırkı məqamda hələlik bu mümkün görünmür. Amma Rusiya dövlətçiliyi üçün ən böyük təhdidlərdən biri Çin olacaq. Rusiyanın bunu görməyə başladığını düşünürəm) və digər ölkələri öz nüfuz dairəsinə daxil etməsi. Amma Çin digər ölkələri öz nüfuz dairəsinə qarşılıqlı mənfəət (win/win) əsasında deyil, müxtəlif iqtisadi və siyasi tələlər hesabına daxil edərək öz iqtisadiyyatını həmin ölkələrin iqtisadiyyatlarını sümürmək hesabına gücləndirmək istəyir. Çinin iqtisadi vəziyyəti, gerçəklik, reallıq və göstəriciləri kənardan göründüyü kimi deyil və bu gün ABŞ və Avropadan üz çevirib Çinə sığınan dövlətlər gələcəkdə Çinin borc yükü və təsirindən (təzyiqindən) qurtarmaq üçün ABŞ və Avropadan kömək və ya kredit cəlb edəcəklər”.

Ekspertə görə, dünyada Çinə olan simpatiya da Çini tanıma səbəbindən deyil, ABŞ-a olan antipatiyadan yaranıb: “Çinin ”Bir kəmər, bir yol" layihəsi digər ölkələrin iqtisadi inkişaflarına xidmət edəcək bir layihədən daha çox Çinin ölkələri öz təsiri (ucuz kreditlə borc yükü altına salmaq və özünə sərfəli ağır şərtlər qoymaq) altına salmaq üçün bir tələ olması getdikcə üzə çıxmaqdadır. İranla bağlanan müqaviləyə gəlincə, İranın embarqonu pozaraq Çinə nə qədər müddət neft sata biləcəyi də sual altındadır, cəlb edəcəyi kreditləri qaytara biləcəyi də. Böyük ehtimalla, İran müqavilənin şərtlərini özündən asılı olan və olmayan səbəblərdən pozmağa məcbur olaraq Çinin iqtisadi və siyasi tələsinə düşəcək. İran dərin və qədim dövlətçilik ənənələrinə malik dövlət olsa da, bugünkü Çinin yanında hərtərəfli çox zəifdir. Əminəm ki, Çin İranın o kreditləri geri qaytara biləcəyinə əmin olsaydı, yəqin ki, verməzdi. Çinin böyüməsində həm ABŞ-ın, həm Avropa Birliyinin böyük rolu oldu. ABŞ bu böyümədə həddən artıq iştirak etdiyini və peşmanlığını dolayısı ilə etiraf etdi. Bəs Avropa? Düşünürəm ki, Avropa da bunu edəcək".

E.Sadiqov qeyd edir ki, pandemiya bir çox iqtisadi tələlər hazırladı: “Həm monetar, həm fiskal, həm proteksionist siyasətlərdə. Bir çox ölkələr bu tələlərə artıq düşmüşlər və düşməkdə davam edirlər.Təkcə Qafqazın və Yaxın Şərqin deyil, bütün dünya ölkələrinin talelərinin yenidən müəyyən olunduğu tarixi dövrə şahidlik etməkdəyik. Burada həlledici olacaq 2 amil mövcuddur: düzgün müttəfiqlərin seçilməsi və güclü iqtisadiyyat”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Bu gün, 12:13
Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Bu gün, 12:06
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Bu gün, 12:03
“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Bu gün, 11:55
Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Bu gün, 11:50
"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Bu gün, 11:40
Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:29
9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Bu gün, 11:15
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Bu gün, 11:11
Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Bu gün, 11:06
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Bu gün, 11:00
Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Bu gün, 10:57
Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Bu gün, 10:53
Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Bu gün, 10:51
Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Bu gün, 10:48
"Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Bu gün, 10:38
Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:26
Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Bu gün, 10:18
“Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 10:14
Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Bu gün, 10:00
Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Bu gün, 09:53
Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Bu gün, 09:47
15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:45
"Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Bu gün, 09:41
“Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Bu gün, 09:33
Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Bu gün, 09:31
Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Bu gün, 09:18
Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Bu gün, 09:10
Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” – Erməni səfir
Bu gün, 09:07
“Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Kreml xəsislik edir, yoxsa qabalıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00
Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu - DETALLAR
Bu gün, 08:58
Sülh üçün “dəmir-beton”qarantiya - İNCƏLƏMƏ
Bu gün, 08:51
Fərdi əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:48
KONTAKT HOME yenə də problem yaradır - GİLEY
Bu gün, 08:39
Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... - GƏLİŞMƏ...
Bu gün, 08:28
Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... - elə bil QƏDƏRİNİ BİLİR...
Bu gün, 07:32
Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24
38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız - AYB ÜZVÜNDƏN ANARA MƏKTUB
Bu gün, 07:21
Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... - nə izah edən var, nə də izahat verən...
Bu gün, 07:16
"Rusiya Azərbaycanla münasibətlərini bir günə düzəldə bilər" - AMMA...
Bu gün, 07:10
Azərbaycanda hərbi çağırış yaşı dəyişir? – Mühüm açıqlama
Bu gün, 07:08
Ruslar atəşin üstünə BENZİNLƏ GƏLİR... - HALBUKİ...
Bu gün, 07:04
Rusların bu hücumu etməyə gücü yoxdur - General
Bu gün, 07:02
Kremlin Azərbaycana qarşı xain planları: Hansı tədbirlər görülməlidir? - Görünəni odur ki...
Bu gün, 07:00
Ya Zəngəzur dəhlizi, ya da təcrid - Seçim Ermənistanındır
Bu gün, 06:59
Bahalaşma SÜRƏT ALIR: Deputatsa deyir ki... - GƏLİŞMƏ
Bu gün, 06:57
Trampın 50 günü Putini dəyişəcəkmi? - Analitiklər şübhə edirlər
Bu gün, 06:53
“Nar” Daşkəsən festivalında iştirak etdi -FOTOLAR
Bu gün, 06:48
Gömrükçülər indi də OĞURLUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru