Anar Abdullayev məhkəmə zalında həbs olunub .....                     Yunanıstan Aİ-nin əli ilə Türkiyəni cəzalandırmaq istəyir .....                     Bakıda su yoxdur: Azərbaycan suyu xaricə satır? .....                     Nikol seçkilərdə qələbə qazandıqdan sonra... .....                     İlham Əliyevin öz oyunu və ya öz qaydalarını yazan oyunçu .....                     Ruslar Qarabağda tikdi, Bakı “sökülsün” dedi .....                     Zelenski tezliklə ölkədən qaça bilər .....                     Nazirlik stadionun təmirinə 1,1 milyon manat xərcləyəcək .....                     21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib .....                     Türkiyə şirkətinin ölkəmizdəki filialı Qarabağda 5 milyonluq tenderlər uddu .....                     Naxçıvanda 5,2 milyonluq üç tender eyni şirkətə getdi .....                     Krımda Rusiyanın 5 qırıcısı vurulub .....                     Tokayevin Türkiyəyə səfərinin geosiyasi əhəmiyyəti .....                     Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı .....                     Ermənistanda beynəlxalq investisiya dələduzluğu .....                     Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı .....                     “Mənim həyətimdən boru keçirmək istəyirlər” .....                     Naxçıvanda dövlətə məxsus yeni idarəetmə orqanı yaradılıb .....                     Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır .....                     Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu .....                     Neft Fondundan 317 minlik qəribə tender: .....                     Mədinə Bağırova təqaüdə göndərildi .....                     Vaşinqtondan NƏ GÖZLƏYƏK? .....                     Mixail Qusman Bakıya gəldi .....                     Gürcüstan BTQ-də daşınmaların artmasına çalışır .....                     Rusiyadakı miqrantların yaxınlarının nəzərinə .....                     Hərbi Prokurorluğa yeni idarə rəisi təyin edildi .....                     SEPAH-dan Azərbaycana qarşı daha bir SƏRSƏM İDDİA: .....                     AMB “Viator Mikro Kredit Azərbaycan” BOKT-u .....                     Fransa Azərbaycanda səfir vəzifəsinə namizədini təqdim edib .....                     41 dərəcəyədək isti gözlənilir .....                     ABŞ ordusu Cənubi Qafqazda: .....                     Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi .....                     Misir Mərdanov bahalı kostyumlarını insanlara paylayacaq? .....                     Mərkəzi Asiyanı böyük problemlərdən xilas etməyə çalışırlar .....                     Məşhur “tender kralı” yarım milyon borca düşüb .....                     Azərbaycan “İbrahim sazişləri”nə qoşulmayacaq: Ona görə ki... .....                     Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu .....                     Tramp Əliyev və Paşinyanı Ağ Evdə qəbul edəcək .....                     Ermənilər azərbaycanlı dizaynerin geyimini öz adlarına çıxıblar .....                 

Ukrayna niyə Türk Şurasında müşahiədəçi statusu almağa çalışır? - GƏLİŞMƏ
Tarix: 12-08-2020, 08:53 | Çap et
Ukrayna niyə Türk Şurasında müşahiədəçi statusu almağa çalışır?
Ukrayna Xarici İşlər nazirinin birinci müavini Əminə Caparova olduqca gözlənilməz bir açıqlama verdi. O, Krım yarımadasının Rusiya tərəfindən işğalını qəbul edə bilməyən və Kiyevə köçən Krım tatarlarından biridir. "Ukrayna Türk Dünyasını birləşdirən təşkilat olan Türk Şurasında müşahidəçi statusu almağa çalışır", - dedi Caparova jurnalistlərə.

“Ukrayna Türk mədəniyyətinin varisidir. Krım tatarları Ukrayna ilə Türkiyə arasındakı körpüdür”, - deyən nazir müavini bu addımın ölkə üçün olduqca faydalı olduğunu bildirdi.

O, Türkiyənin Krım yarımadasına yaxın olan Xerson bölgəsində Krım tatarları üçün 500 mənzil tikmək niyyətində olduğunu da açıqladı: “Rusiya bu gün də əvvəllər olduğu kimi, Krım tatarlarının irsini məhv etməyə çalışır. Rusiya Federasiyası Krımı işğal edərək hibrid müharibə alətləri ilə cinayətlərini qanuniləşdirməyə çalışır. İşğal edilmiş Krımdakı beynəlxalq konfranslara milyardlarla dollar xərcləyir. Müxtəlif ölkələrdən olan insanları yarımadaya dəvət edərkən, onları "Krımda həyatın nə qədər yaxşı olduğuna" inandırmağa cəhd edir”.

Bundan əlavə, Caparovanın sözlərinə görə, Rusiya işğal edilmiş Krımdan hərbi baza kimi istifadə edir və Orta Şərq və Şimali Afrikada hərbi strategiyasını davam və inkişaf etdirmək üçün Qara və Azov dənizləri bölgəsinə nəzarəti ələ almağa çalışır. O vurğulayıb ki, bu məsələnin üzərində düşünməyə dəyər.

Türk Şurası ilə bağlı deyilənlər xüsusilə maraqlıdır. Yeri gəlmişkən, ukraynalı nazir müavini bir müddət əvvəl Ukrayna hökumətinin Krımın işğalı ilə bağlı xüsusi strategiya hazırladığını elan etdi, lakin bu günə qədər o sənəd açıqlanmayıb. Görəsən, belə bir strategiya nədən ibarət ola bilər? Caparovanın jurnalistlərə dediklərindən anlaşılır ki, Ukrayna istənilən xarici dəstəyə ümid edir. Bu vəziyyətdə Türk Şurası ölkələrinin Krım Tatar xalqına şərtsiz rəğbət hiss etdiyi və ümumilikdə ərazi bütövlüyü probleminə münasibətləri əlavə dəstək hesab edilə bilər. Nazir müavininin Rusiyanın Krımı Aralıq dənizində irəliləməsi üçün hərbi bazaya çevirmək məqsədindən danışarkən nə dərəcədə haqlı olduğu da maraqlıdır.

AYNA mövzuya dair xarici ekspertlərin fikirlərini öyrənib.

Ukrayna Ordu Təhqiqatı, Konversiya və Silahsızlaşma Mərkəzinin Cənubi Qafqaz Şöbəsinin rəhbəri Vladimir Kopçak (Tbilisi):

“Belə bir təşəbbüs yalnız məmnuniyyətlə qarşılana bilər, çünki bu, Kiyevin Krımın işğalı siyasətində fəal mövqeyinin göstəricisidir. Əslində, Əminə Caparovanın xarici siyasət idarəsi rəhbərinin müavini vəzifəsinə təyin olunması Kiyevin məntiqi qərarından və fəallığından xəbər verir. Onu da xatırladım ki, Caparova UNESCO işləri üzrə Ukrayna Milli Komissiyasının rəhbəridir.

Əlbəttə, Türk Şurası ilə yaxınlaşma, hər şeydən əvvəl Rusiyanın Qara dəniz bölgəsindəki genişlənməsinə qarşı Kiyevin təbii müttəfiqi kimi Türkiyə ilə əlaqədardır. Krımın ilhaqı və onun tamamilə hərbiləşdirilməsi Ukraynaya yeni açıq hərbi təhdidlər yaratmaqla yanaşı, güc balansının Rusiyanın lehinə kəskin dəyişməsinə səbəb oldu və nəticədə bu gün Rusiya Qara dəniz hövzəsində hegemon mövqeyə malikdir. Belə vəziyyət, təbii ki, Ankaranı qane etmir. Krım tatarları ilə həmrəylik və Ukraynanın ərazi bütövlüyü, təkrar edirəm, üzdə olan amildir.

Krım artıq planlarda yox, real olaraq, Aralıq dənizində, Yaxın Şərqdə, Xəzərdə ("Böyük Xəzər bölgəsi") və sairdə Kremlin maraqlarının irəliləməsi üçün hərbi bazaya çevrilib. Krım qruplaşması Moskvanın Suriyadakı hərbi avantürasında əsas rollardan birini oynamağa davam edir. Burada söhbət yalnız maddi-texniki təminatdan yox, həm də Rusiya Qara Dəniz Donanmasına daxil olan 11356 freqatdan, "Caliber" kruiz raketlərinin atıldığı döyüş əməliyyatlarından gedir.

Ukrayna üçün Türk Şurasında mümkün müşahidəçi statusunun başqa bir vacib cəhəti, deyək ki, maarifləndirmə funksiyasıdır. Türk Şurasının postsovet ölkələri fərqli geosiyasi paradiqmalardadır, lakin onların hər birində Rusiyanın çox güclü məlumat təsiri və Kremlin "yumşaq gücünün" digər cəhətləri mövcuddur. Bu, həm Azərbaycana, həm də Orta Asiya ölkələrinə aiddir. Yeni formatda ünsiyyət həm Kiyev üçün, həm də Türk Şurası ölkələri üçün vacibdir. Həm də unutmayaq ki, Macarıstan Türk Şursında müşahidəçi rolunu oynayır və Kiyev və Budapeşt üçün belə bir əlavə platforma hər halda xeyirlidir.

Əlbəttə ki, bu təşəbbüsə Krımın işğaldan azad edilməsi üçün uzunmüddətli strategiyanın bir elementi kimi baxmaq lazımdır. Bu, istisnasız olaraq bütün sahələri əhatə edir - bütövlükdə Ukraynanın təhlükəsizlik sektorunun gücləndirilməsindən tutmuş, Moskvanın siyasətinə görə bir daha eroziya və yox olmaq təhlükəsi altında olan Krım tatarlarının milli və mədəni kimliyini qorumağa qədər. Bu prosesin əsas sütunu, ilk növbədə, Kiyevin Krımın geri qaytarılması strategiyasını ardıcıl şəkildə müdafiə etməsindən, Krımın və Donbasın bir hissəsinin işğalı məsələlərini ayırmamasından, həm Kremldən, həm də bir sıra "tərəfdaşlarımız" vasitəsi ilə bizə təlqin edilən hər cür "sövdələşmə"dən imtinadan ibarət olmalıdır. Sonra beynəlxalq birliyin həmrəyliyi və Rusiya daxilindəki faktiki vəziyyət də nəzərə alınmalıdır. Bu baxımdan, Ukrayna-Türk Şurası formatında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qiymətləndirməmək çətindir”.

Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru Yeqor Kuroptev:
“Məsələyə Krımın artıq hərbi bazaya çevrilməsi ilə başlayaq və təbii ki, bu, hərbi baxımdan Moskva üçün vacib strateji dəstəkdir. Kiyev tərəfindən Krım tatarlarının həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş istənilən təşəbbüs yalnız müsbət qarşılana bilər. Xatırladaq ki, Krımdakı tatarlar rus kəşfiyyatı tərəfindən təqib olunur. Heç bir səbəb olmadan həbsxanalara atılırlar. Onların vəziyyəti çox çətindir. Odur ki, Xarici İşlər nazirinin bir müavininin bu məsələ ilə xüsusi olaraq məşğul olması olduca məntiqlidir.

Türkiyəyə və Türk Şurasına gəlincə, bu yaxınlarda Bakıya və dolayı yolla Ankaraya dəstək verdiyi Azərbaycan ilə Ermənistan arasındakı münaqişə ilə bağlı Ukraynanın mövqeyini gördük. Türkiyənin Moskva ilə son dərəcə gərgin münasibətləri var və ola bilsin ki, Kiyev Türkiyə kimi güclü oyunçularla vahid cəbhə yaratmağa hazır olduğu barədə aydın siqnallar göndərməyə çalışır. 6 ildir qızğın müharibə şəraitində olan Ukrayna üçün hər hansı bir ittifaq və böyük tərəfdaşlarla əməkdaşlıq son dərəcə vacibdir. Beləliklə, bu əməkdaşlığı inkişaf etdirirlər.

Düşünmürəm ki, kimsənin Krımın necə işğaldan azad edilməsi barədə konkret bir planı və ya belə bir planın reallığına inamı var. Ancaq yarımadanın Ukrayna ərazisinə yenidən inteqrasiyasına yönəlmiş istənilən tədbir yalnız dəstəklənə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anar Abdullayev məhkəmə zalında həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 16:07
Yunanıstan Aİ-nin əli ilə Türkiyəni cəzalandırmaq istəyir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:05
Bakıda su yoxdur: Azərbaycan suyu xaricə satır? - AÇIQLAMA
Bu gün, 16:00
Nikol seçkilərdə qələbə qazandıqdan sonra... Konstitusiyanı dəyişdirəcək!
Bu gün, 15:58
İlham Əliyevin öz oyunu və ya öz qaydalarını yazan oyunçu - GƏLİŞMƏ
Bu gün, 15:51
Ruslar Qarabağda tikdi, Bakı “sökülsün” dedi – Erməniləri həyəcanlandıran çağırış
Bu gün, 15:49
Zelenski tezliklə ölkədən qaça bilər - “Komsomolskaya Pravda”
Bu gün, 15:46
Nazirlik stadionun təmirinə 1,1 milyon manat xərcləyəcək
Bu gün, 15:44
21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - RƏSMİ
Bu gün, 15:40
Türkiyə şirkətinin ölkəmizdəki filialı Qarabağda 5 milyonluq tenderlər uddu - DETALLAR
Bu gün, 15:35
Naxçıvanda 5,2 milyonluq üç tender eyni şirkətə getdi - QALİB ŞİRKƏT
Bu gün, 15:32
Krımda Rusiyanın 5 qırıcısı vurulub
Bu gün, 15:25
Tokayevin Türkiyəyə səfərinin geosiyasi əhəmiyyəti - İNCƏLƏMƏ
Bu gün, 15:13
Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı - TƏFƏRRÜAT
Bu gün, 15:09
Ermənistanda beynəlxalq investisiya dələduzluğu
Bu gün, 15:07
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı - Foto
Bu gün, 15:02
“Mənim həyətimdən boru keçirmək istəyirlər” – Naxçıvanda özbaşınalıq
Bu gün, 15:00
Naxçıvanda dövlətə məxsus yeni idarəetmə orqanı yaradılıb - BUNDAN SONRA...
Bu gün, 14:28
Peter Mixalkonun Azərbaycanda diplomatik fəaliyyəti başa çatır
Bu gün, 13:06
Azərbaycan region ölkələri arasında medal qazanmayan yeganə ölkə oldu - SİYAHI
Bu gün, 13:04
Neft Fondundan 317 minlik qəribə tender: - Maşın yuma, təkərqaraltma, salonun təmiz qalması…
Bu gün, 13:02
Mədinə Bağırova təqaüdə göndərildi
Bu gün, 13:01
Vaşinqtondan NƏ GÖZLƏYƏK? - GƏLİŞMƏ
Bu gün, 12:58
Mixail Qusman Bakıya gəldi - FOTO
Bu gün, 12:55
Gürcüstan BTQ-də daşınmaların artmasına çalışır
Bu gün, 12:53
Rusiyadakı miqrantların yaxınlarının nəzərinə – Pis xəbər
Bu gün, 12:49
Hərbi Prokurorluğa yeni idarə rəisi təyin edildi - ƏMR
Bu gün, 12:45
SEPAH-dan Azərbaycana qarşı daha bir SƏRSƏM İDDİA: - “İsrail Xudafərindən 17 km aralıda hava limanı tikib”
Bu gün, 12:33
AMB “Viator Mikro Kredit Azərbaycan” BOKT-u və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 12:30
Fransa Azərbaycanda səfir vəzifəsinə namizədini təqdim edib
Bu gün, 12:22
41 dərəcəyədək isti gözlənilir - belə deyirlər...
Bu gün, 12:20
ABŞ ordusu Cənubi Qafqazda: - Bu bölgədə hansı proseslərin xəbərçisidir?
Bu gün, 12:19
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
Bu gün, 12:12
Misir Mərdanov bahalı kostyumlarını insanlara paylayacaq? – Özü danışdı
Bu gün, 12:08
Mərkəzi Asiyanı böyük problemlərdən xilas etməyə çalışırlar - “Nezavisimaya qazeta”
Bu gün, 12:05
Məşhur “tender kralı” yarım milyon borca düşüb - TƏFƏRRÜAT
Bu gün, 12:01
Azərbaycan “İbrahim sazişləri”nə qoşulmayacaq: Ona görə ki... - GƏLİŞMƏ
Bu gün, 11:57
Deputatlığa keçmiş namizəd narkotik ittihamı ilə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:53
Tramp Əliyev və Paşinyanı Ağ Evdə qəbul edəcək – Vaşinqtonda sülh mesajı
Bu gün, 11:51
Ermənilər azərbaycanlı dizaynerin geyimini öz adlarına çıxıblar - FOTO
Bu gün, 11:44
Ərdoğan Kiyevə səfər edəcək
Bu gün, 11:41
İrandan Azərbaycana gətirilən “Lacoste” ayaqqabıları ilə bağlı qalmaqal - Məhkəmə qərar verdi
Bu gün, 11:36
İran “Müdafiə Şurası”nı niyə yaradıb? – ŞƏRH
Bu gün, 11:28
Baba evini ziyarət edən, istirahət üçün pulu olmayan KİMLƏRDİ... - Partiya sədrlərinin yay tətili
Bu gün, 11:24
Rusiya Ukrayna aeroportunu dronlar bazasına çevirir
Bu gün, 11:22
İrandan təxribatçı iddiaya təkzib: Azərbaycanı ittiham etməmişik - TƏFƏRRÜAT
Bu gün, 11:20
"Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb
Bu gün, 11:03
Səhiyyə Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 11:02
Saleh müəllimin BƏRDƏ YEYİNTİSİ... - İTTİHAM VAR...
Bu gün, 10:55
Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? - AKTUAL
Bu gün, 10:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru