AVROPA İTTİFAQI ŞURASINDAN BAKIYA ÇAĞIRIŞ
Tarix: 28-02-2012, 13:13 | Çap et
QURUM REAL SİYASİ VƏ İQTİSADİ İSLAHATLAR TƏLƏB EDİR
Avropa İttifaqının xarici işlər üzrə Şurası fevralın 27-də keçirilən iclasında qəbul etdiyi sənəddə “Şərq tərəfdaşlığı” çərçivəsində əldə olunan mühüm irəliləyişdən və Aİ-ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında münasibətlərin möhkəmlənməsindən məmnunluq ifadə olunur.
Aİ 2011-ci ilin sentyabrında Varşava sammitində qəbul olunmuş öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, islahatların tempi Aİ ilə tərəfdaşları arasında əməkdaşlığın intensivliyini müəyyən edəcək.
Sənəddə Aİ-nin Cənubi Qafqaz ölkələrindən hər biri ilə əməkdaşlığının qiymətləndirilməsi əksini tapıb.
Azərbaycana aid bölmədə deyilir ki, Aİ assosiativ üzvlük barədə danışıqlarda irəliləyişə nail olunması üçün səyləri canlandırmağa çağırır.
Aİ demokratik islahatlarda irəliləyişə nail olunmasının, qanunun aliliyinin, insan hüquq və əsas azadlıqlarına hörmətlə yanaşılmasının, xüsusilə fikir və toplaşma azadlığının, həmçinin Azərbaycanla ikitərəfli münasibətlərin gələcək dərinləşdirilməsi üçün mühüm amil olan beynəlxalq hüquq prinsiplərinin vacibliyini qeyd edir.
Aİ bu istiqamətdə gələcək səyləri mühüm hesab edir və 2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycanda hadisələrin inkişafını diqqətlə izləyir.
Aİ Azərbaycanı Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə xüsusi məruzəçisinə dəvət göndərməyə çağırıb.
Aİ bütün islahatlarda uğurun əsas şərti kimi korrupsiyaya qarşı mübarizədə gələcək səylərin vacibliyini qeyd edir.
Aİ ikitərəfli münasibətlər üçün enerji məsələlərinin vacibliyini vurğulayır və Transxəzər boru kəmərinin yaradılmasına dair Azərbaycan, Türkmənistan və Aİ arasında danışıqlar da daxil olmaqla, Cənub enerji dəhlizinin reallaşmasındakı irəliləyişi alqışlayır.
Digər bölmə regionda münaqişələrin dinc yolla nizamlanmasına həsr olunub.
Aİ Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir, rusiyalı hərbçilərin iştirakının davam etməsindən, Abxaziya və Cənubi Osetiya separatçı regionların dəstəklənməsindən narahatlığını bildirir.
Aİ Rusiyanı atəşkəs rejimi haqqında 2008-ci il 12 avqust tarixli və tədbirlərin həyata keçirilməsi haqqında 2008-ci il 8 sentyabr tarixli sazişlər üzrə öhdəlikləri yerinə yetirməyə çağırıb.
Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan arasında irəliləyişin ləng getməsindən narahatlığını bildirib.
Aİ əvvəlkitək ATƏT-in Minsk Qrupu həmsədrlərini dəstəkləyir və üçtərəfli danışıqlarda irəliləyişə nail olunmasında RF prezidenti Dmitri Medvedyevin səylərini təqdir edir.
Aİ Madrid prinsiplərini bəyəndiyini bir daha bəyan edir və Azərbaycanla Ermənistanı bu prinsiplər üzrə razılığın əldə olunması üçün səyləri canlandırmağa çağırır.
Aİ iki ölkə prezidentinin Minsk Qrupu çərçivəsində götürdüyü öhdəlikləri xatırladır və onları bu öhdəliklərin reallaşmasına çağırır. Bununla əlaqədar Aİ təmas xəttində gərginliyin artmasından narahatlığını bildirir, atəşkəs rejiminə əməl olunmasına dair təxirəsalınmaz tədbirlərin və inamın möhkəmləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edir.
Aİ təşkilatın nümayəndələrinin Dağlıq Qarabağa və bitişik regiona şərtsiz daxil olması üçün imkanların vacibliyini qeyd edib.
Şura Aİ ali nümayəndəsini və komissiyasını ATƏT ilə sıx məsləhətləşmələr aparmağa çağırıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
|