Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

ƏLİ HƏSƏNOVUN ADI FUTBOL QUMARINDA
Tarix: 24-02-2012, 16:18 | Çap et
ƏLİ HƏSƏNOVUN ADI FUTBOL QUMARINDA

“TOPAZ”LARIN BAĞLANMASININ ARXASINDA HANSI FAKTORLAR DAYANIR?

DİA.AZ: - Redaksiyamıza daxil olan məlumata görə, Bakıda fəaliyyət göstərən “Topaz” Fudbol Mərc Oyunları Mərkəzlərinin əksəriyyəti fəaliyyətini dayandırıb. Futbol həvəskarlarının sözlərinə görə, artıq bir neçə gündür konkret olaraq Nərimanov rayonu ərazisində yerləşən “Topaz kafe”lər qapılarını müştərilərin üzünə bağlayıb.

Bununla bağlı DİA.AZ-a ilginc məlumatlar da daxil olub. Bəlli olur ki, sən demə, “Topaz”ların bəzi məntəqələrinin fəaliyyətini dayandırmasının səbəbi bu sistem daxilində gedən oyunlarla bağlıdır.

Qeyd edək ki, pərakəndə futbol qumarının əvəzində “Azinteltek” şirkəti yaradıldı, onun ticarət nişanı kimi “Topaz” adlı kontorlar işə başladı. Kənardan hər şeyə dövlət nəzarəti olduğu təəssüratı yaranır. Əslində, totalizator nazirin oğlu Anar Məmmədovun yeni biznesidir. Təsadüfi deyil ki, bütün maliyyə əməliyyatlarını onun sahibi olduğu deyilən “Bank of Azerbaijan” həyata keçirir.

“Topaz” söhbəti hələ 2009-cu ilin payızında ortaya çıxmışdı. Əvvəlcə, Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev canfəşanlıq edirdi, alovlu açıqlamalar verirdi. Dövlət məmuru deyirdi ki, pul möhtəkirlərin cibinə axır, həmin vəsaiti ölkə idmanının inkişafına sərf etmək lazımdır. Sonralar belə açıqlamalar çox olacaqdı, amma proses xeyli yubanacaqdı. Anar Məmmədov və komandası sahibkarları ilk dəfə keçən ilin aprelində aldatdı. Hamıya dedilər ki, gedin hazırlaşın, iyunun 11-də işə başlayırıq. Niyə iyunun 11-də? Çünki həmin gün futbol üzrə dünya çempionatı start götürürdü. Xeyli sahibkar icarəyə obyekt götürdü, təmir işlərinə başladı, amma iş iyunun 11-də başlamadı. Bunu sonra da yazmaq olar, sadəcə, indidən biləsiniz ki, bütün işləri idarə heyətində səriştəsiz adamların yer alması korladı. Nazirin biri bacısı oğlunu ora dürtüşdürdü, o birisi qardaşı oğlunu. Idarə heyətində elə adamlar var idi ki, ümumiyyətlə, futbolla maraqlanmırdı. Naşı adamların gördüyü iş isə keyfiyyətli alına bilməzdi. Bilirsiz, “Topaz” nə qədər sahibkarı müflis etdi? Xeyli adamlar bir neçə ay boş-boşuna obyektin icarə haqqını verəndən sonra geri çəkildi. Üstəlik, təmir haqqı. Anar Məmmədov bu məsələdə də xeyrindən qalmırdı. Sahibkarları məcbur edirdilər ki, təmiri onların yaxın adamlarının təşkil etdiyi xüsusi briqadaya gördürsünlər. Bax, beləcə, “Topaz” ilk gündən camaatın cibinə girməyə başladı. Özünüz təsəvvür edin, 2010-cu ilin aprelində hamıya “start” komandası verirlər, amma ilin sonuna qədər işə başlamırlar. Kim müflis olmaz ki! Yanvarın 18-nə qədər “qoşundan ölən ölmüşdü, qırılan qırılmışdı”. Qalanlar isə yavaş-yavaş sıradan çıxmağa başlayır...

Hamıya aydındır ki, bu işdə yalnız bukmeykerlər qazanır. Ziya Məmmədovun oğlunu da bu məqam şirnikləndirdi. Hərçənd, totalizator biznesini ələ keçirmək ona asan başa gəlmədi. Bir ara Paşayevlərin bu biznesə qoşulduğu barədə xəbərlər yayıldı. Nə qədər qəribə səslənsə də, son nəticədə Anar Məmmədov daha cəld tərpəndi. Prosesin xeyli yubanmasının da məhz bu mövqe toqquşmaları üzündən baş verdiyi bildirilir.

Bütün bu səbəblərdən “Topaz”ın işə başlaması lazımi ajiotaj yaratmadı. Çoxları hesab elədi ki, yenə hamını aldadırlar. Geridə qalan müddətdə bir növ “Topaz”a inam sarsıldı. Anar Məmmədovun biznesinin fiaskosu da bundan başladı.

“Azinteltek” əvvəldən bir prinsipi əsas götürdü: müştərinin cibinə girmək. Elə şərtlər irəli sürdü ki, bu yolla istər-istəməz uduzmasınlar. “Topaz” kontorlarında müştərinin uduzması üçün Amerika kəşf etməyiblər, Sadəcə, tək oyunlardan imtina ediblər və əmsalları aşağı salıblar. Əlbəttə, “Topaz” artıq bəzi oyunlar üçün tək variantlar qəbul edir. Amma baxır hansı oyunlar üçün. Məsələn, siz nəinki “Barselona”nın, hətta “Neftçi”nin qələbəsinə pul qoyub uda bilməzsiniz. Kuponda bu komandaların adını yazırsınızsa, deməli, oyunların sayını artırmalısız. Bu da uduzmaq ehtimalını artırır. Elə “Topaz”a da bu lazımdır. Müştərini daha çox risklə üz-üzə qoyurlar ki, uduzsun. Əksər qarşılaşmalar üçün xüsusi limit qoyulub, kuponda ən azı 3 oyun yazmaq tələb olunur. Müştəriləri də bu məqam narazı salır. Şərtlərdən təkcə müştərilər narazı deyil, sahibkarların da üzü gülmür. Kontorların qapısını gözləniləndən xeyli az adam açır, üstəlik, “Azinteltek”in təklif etdiyi faiz də aşağıdır. Şirkət kontorda yığılan məbləğin yalnız 6 faizini sahibkara verir. Kontorların əksəri aylıq 30 min manat həddini keçə bilmir. Təxminən qazanılan 1500 manat isə yalnız obyektin icarə haqqına çatır. Kim belə şərtlərlə işləyər ki?!

Azərbaycanda totalizator biznesi uzun illər “qara bazar”ın alverçilərinin əlində olub. Əlbəttə, onda obyektlər qanunsuz fəaliyyət göstərirdi, amma müştəriyə sərfəli şərtlər təklif edirdilər. İstənilən oyuna pul qoymaq mümkün idi, özü də istənilən məbləğdə. “Topaz”dan fərqli olaraq, limit tətbiq olunmurdu, oyunlar saf-çürük edilmirdi. “Topaz”da kimsə 6 min manat udanda hay-küy salırlar, amma elə yaxın keçmişdə kimsə Bakının qanunsuz işləyən kontorundan evinə 100 min manat aparırdı. Müştərinin seçim imkanı vardı, ən sərfəli şərtlər irəli sürən bukmeykerlər əməkdaşlıq edə bilərdi. Lakin indi müştərinin maraqları heç kimi maraqlandırmır, onun uduzması məntiqəuyğun sayılır. “Qara bazar” yanvarın 18-dən sonra da işləyirdi. Amma xüsusi xidmət orqanlarının, polisin reydləri onları da pərən-pərən salıb. Bakıda az sayda belə kontor qalıb. Çoxlu adam həbs ediblər, türmədən isə ən yaxşı halda, böyük məbləğ sayəsində yaxa qurtarmaq olar. Təsəvvür edin ki, martda ölkənin ən böyük bukmeykeri sayılan Hacı Quliyevi də tutdular. Onu 1 milyon manatdan çox vergidən yayınmaqda ittiham edirlər. Hacı Quliyevi son illər ikinci dəfədir həbs edirlər. Onu hələ keçən il dünya çempionatından sonra tutmuşdular. Onda bu haqda yazmışdıq. Yazmışdıq ki, bukmeykerdən əl çəkmək üçün 1 milyon manat istəyirlər. Sonradan danışırdılar ki, Hacı Quliyev 500 manatla canını qurtarıb.

“Topaz”ın perspektivi görünmür. Yanvarın ikinci yarısında açılan kontorların bir çoxu bağlanıb. Vəziyyət o qədər ağırdır ki, Ziya Məmmədovun yaxınları da işləyə bilmir. Məsələn, onun sağ əli sayılan Hafiz Məmmədovun yeznəsi bir müddət əvvəl metronun “Memar Əcəmi” stansiyasına yaxın ərazidə yerləşən kontorunu bağlamaq məcburiyyətində qalıb. Səbəb sadədir: bu şərtlərlə işləmək alınmır. Heç bir müştəri uduzmaq üçün oynamaq istəmir. “Topaz” vəziyyəti xilas etmək üçün uğursuz cəhdlər göstərir: tək oyunların sayını artırırlar, mətbuatı reklam pullarıyla ələ almağa çalışırlar. Heç nə alınmır. Şəhərin istənilən “Topaz” kontoruna yaxınlaşın, görün sahibi nə danışır. İşçilərin məvacibini verə bilmirlər. İndiki halda bu biznesdən zərər görməmək mümkün deyil.

Totalizator biznesini necə xilas etmək olar? Çox sadə! İnzibati qaydaları bir kənara tullamaq lazımdır, mərkəzləşdirilmiş sistemdən imtina edilməlidir. Yəni, “Topaz”ın əmsalları yığışdırılmalıdır. Totalizator sahəsində bir növ demokratik atmosfer yaradılmalıdır. Qoy hər sahibkar kuponları hansı əmsalla istəyir, qəbul etsin. Sadəcə, bukmeykerlərə nəzarət etmək gərəkdir ki, vergidən yayınmasınlar. Belədə müştəri də narazı qalmaz, sahibkar da...

Onu da bildirək ki, “Topaz” kafelərin bağlanmasında bu günlərdə sözügedən sektora daha bir iddialının çıxmasının nədən olduğu söylənilir. Əldə etdiyimiz məlumatlara görə, konkret olaraq Nərimanov rayonu ərazisindəki “Topaz”lar yeni payçı – Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova verilib. Yəni bu rayon PA rəsmisinin olduğundan əvvəlki “Topaz” kafelərinin fəaliyyəti dayandırlıb və onların əvəzində Əli Həsənovun “Mərc” şəbəkəsi işə başlayacaq. Bildirək ki, artıq Əli Həsənova tabe olan “Kaspi” qəzeti tərəfindn neçə müddətdir ki, “Mərc” adlı futbol qumarını təbliğ edən qəzet də nəşr edilməkdədir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru