Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür .....                     Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib .....                     Ermənistan yenidən reallığı təhrif edir .....                     Azərbaycanda DSK sədri vəfat edib .....                     “Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub .....                     Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır .....                     Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi .....                     Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR .....                     Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI .....                     Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ .....                     “Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... .....                     Ət bahalaşır? .....                     Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi .....                     İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... .....                     Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub .....                     “Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib .....                     Başçı ilə bərabər müavinləri də HƏBS OLUNUB .....                     İranın Azərbaycan qorxusu... .....                     Ermənistanın başqa ÇIXIŞ YOLU YOXDUR... .....                     3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər .....                     "Bu sürücülərə cinayət işi açılmamalıdır" .....                     Tahir Qədəşovun kürəkəni deyir ki, milyonları ona verib... .....                     DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI .....                     Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəlilərin məhkəməsi başlayır .....                     İsrail-İran davası: Münaqişənin sonu necə görünür? .....                     Visa Azərbaycanın daxil olduğu regiona .....                     Müharibəni Azərbaycan dayandıracaq? .....                     İsrailin 5 casusu İranda məsciddə TUTULDU .....                     Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi? .....                     Saleh Məmmədov Mayis Qədirovu direktor təyin etdi .....                     “Rusiya və İranın başı qarışmışkən, sülh sazişini imzalamalıyıq” .....                     Məktəb direktorunun qalmaqallı səs yazısının yayılmasından bir ay ötdü: Hələ də araşdırma gedirmiş... .....                     Paşinyanın Ankarada çarə axtarışı: .....                     Bəzi dağlıq ərazilərdə zəif duman olacaq .....                     Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi .....                     SOSİAL SİFARİŞ: LGBT-ni qadağan edən qanun nə vaxt qəbul olunacaq? .....                     İranda müharibə, Azərbaycanda narahatlıq: hazırlıqlı olmalıyıq .....                     İran-İsrail müharibəsi Azərbaycanın əmlak bazarına təsir edəcək? .....                     "Canımı verməyə hazıram" .....                     Meşəni kəsənlər də məlumdur, susanlar da: Bəs dövlət haradadır? .....                 

“AZƏRSU”DA TALAN SİYASƏTİ
Tarix: 15-02-2012, 12:02 | Çap et
“AZƏRSU”DA TALAN SİYASƏTİ

KASIB MƏHƏLLƏLƏRƏ GEDİB ÇIXMAYAN DÖVLƏT PROQRAMI

Biz Şüvəlana gedəndə ötən axşamdan yağan sulu qarı nəzərə almasaq, elə bir yağıntı olmamışdı. Buna baxmayaraq, ara küçələrin bəzilərində artıq qayıq sürmək olardı. Yerli sakinlərin dediyinə görə, güclü yağışlardan sonra bu küçələr ümumiyyətlə keçilməz olur.

Şüvəlanda ötən il bir neçə küçəyə kanalizasiya xətləri çəkilsə də, söhbətləşdiyimiz sakinlərin əksəriyyəti В«2011-2013-cü illərdə Bakı və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət ProqramıВ»nın onların küçəsinə gəlib çıxmadığını, pulların işə deyil, şəxsi ciblərə getdiyini deyirdi: В«Bura kasıb məhəllədir, ona görə çəkmirlər. Əsas yerlərə çəkiblər, gözdən pərdə asmaq üçünВ», - Şüvəlan sakini Fərman kişi belə deyir.

Fərman kişinin ehtimallarını sənədlər də təsdiqləyir. Su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına məsul olan В«AzərsuВ» Açıq Səhmdar Cəmiyyəti tikinti-quraşdırma işlərinə cəlb etdiyi özəl şirkətləri tenderlə yox, sorğu ilə seçir. Seçdiyi podratçılar arasında isə eləsinə rast gəldik ki, В«AzərsuВ» ASC-in prezidenti Qorxmaz Hüseynovun qohumları tərəfindən yaradılıb.

В«ŞÜVƏLANDA İŞLƏR ÖTƏN İLDƏN BAŞLAYIBВ»

Bunu Şüvəlan qəsəbə icra nümayəndəsi Baləli Əliyev deyir və əlavə edir ki, kanalizasiya idarəsi 2013-cü iləcən bütün küçələrə kanalizasiya çəkiləcəyinə söz verib. Bizi əmin edir ki, bundan əvvəlki dövlət proqramlarında Şüvəlanda kanalizasiya sistemi üçün heç bir iş nəzərdə tutulmayıb: В«Ötən il bəzi küçələrə kanalizasiya xətləri çəkilib, ancaq su təchizatı üçün hələlik heç bir iş görülməyib. Planda var ki, su anbarı qazılandan sonra su xətti də çəkiləcəkВ».

Görünür Baləli Əliyevin В«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət ProqramıВ»ndan xəbəri yoxdur. Bu proqramda yazılıb ki, 2007-ci ildə Şüvəlanda 4 milyon manatlıq kanalizasiya təmizləyici qurğu tikilib.

Kanalizasiya idarəsi 2013-cü iləcən bütün küçələrə kanalizasiya çəkiləcəyinə söz verir
2006-2011-ci illər arası qəsəbədə su və kanalizasiya sistemi ilə bağlı müxtəlif işlərin görülməsinə isə Nazirlər Kabinetinin sərəncamları ilə 14 milyon manatdan çox vəsait ayrılıb.

Bəlkə Dövlət-В«AzərsuВ»-Podratçı zəncirinin hansısa həlqəsində bu 14 milyon manat sadəcə olaraq mənimsənilir? Bunu araşdırmaq üçün В«AzərsuВ» ASC-yə müraciət etdik.

TENDERSİZ SEÇİLƏN PODRATÇI ŞİRKƏTLƏR

В«AzərsuВ» ASC-dən bizə dövlət proqramı üzrə işlərə cəlb olunan şirkətlərin adlarını verdilər. Məlum oldu ki, bu şirkətləri tender yox, sorğu əsasında seçiblər. Bunu da belə izah edirlər ki, tenderə vaxt itirməmək üçün hökumətə müraciət edib podratçılarla birbaşa müqavilələr bağlamağa icazə istəyiblər. Əks halda, dövlət proqramını vaxtında və tam həcmdə başa çatdırmaqda problem ola biləcəyini yazıblar. Nazirlər Kabinetinin 22 avqust 2011-ci il tarixli sərəncamı ilə В«AzərsuВ»ya icazə verilib ki, В«müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlasınВ».

В«Satınalmalar haqqındaВ» qanunda yazılıb ki, 50000 manatdan yuxarı bütün işlər üçün tender elan olunmalıdır, tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır.

Qanunvericilik Nazirlər Kabinetinin xüsusi hallarda belə sərəncamlar vermək hüququnu tanısa da, hüquqşünaslar bu prosesdə şəffaflığı son dərəcə vacib sayırlar. İqtisadçılar isə deyirlər ki, xüsusilə dövlət proqramlarında belə hallar əsaslandırılmalıdır.

В«ŞİRKƏT LAZIM İDİ, YARATDIQВ»

Diqqətimizi bir fakt da cəlb etdi ki, В«AzərsuВ»yun seçdiyi podratçıların az qala hamısı 2011-ci ildə, В«AzərsuВ»ya yeni prezident təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər.

3 illik minimum iş tələbinə uyğun gələn ancaq В«Tikinti-Təmir ANKZ-4В» (2002) ASC və В«Sənaye-Tikinti MВ» (2003) idi. Lakin birinci şirkətin nə təsisçilərini tapa bildik, nə də ofisini. Eyni sözləri В«Mühəndis Tikinti LayihəВ» MMC (2011) barədə də demək olar.

В«AzərsuВ»yun seçdiyi digər şirkətlərin heç biri qeydiyyat sənədlərində göstərilən ünvanlarda fəaliyyət göstərmir. Üstəlik, həmin hüquqi ünvanlarda bəzi hallarda 10-a yaxın başqa şirkət də qeydiyyatdadır. Belə ünvanlardan birinin sahibi deyir ki, hüquqşünasdır: В«Şirkət lazım idi, sifariş verdilər, mən də yaradıb təhvil verdim. Həmin şirkətlərlə başqa heç bir əlaqəm yoxdurВ».

В«AZƏRSUВ» PREZİDENTİNİN QOHUMLARI

Niyə dövlət əhəmiyyətli strateji layihələr heç bir təcrübəsi olmayan, ofisi bəlli olmayan sirli şirkətlərə həvalə edilir? Bəlkə bu şirkətlərin sahibləri fitri istedada, xüsusi danışıqlar texnikasına malik iş adamlarıdır? Yoxsa В«AzərsuВ» rəhbərliyini inandıra biliblər ki, ən sərfəli işi məhz onların şirkəti icra edə bilər? Bizim araşdırmalar göstərir ki, Bakı və qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına cəlb olunan şirkətlərin bəziləri В«AzərsuВ» prezidenti Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsusdur.

PREZİDENTİN QAYNI VƏ...

В«Sənaye Tikinti-MВ» MMC-nin təsisçisi - Hüseynov Məhəmməd Cavanşir oğlunun В«AzərsuВ» prezidenti Qorxmaz Cavanşir oğlu Hüseynovun yaxın qohumu olduğu bildirilir. Bu MMC В«AzərsuВ» üçün 1.5 mln manata Korgöz qəsəbəsinə su xətti çəkib.

В«Hidro-İnşaat ServisВ» MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu MMC ötən il aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra В«AzərsuВ»yun layihələrinə cəlb olunub. В«AzərsuВ» prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə В«Hidro-LotusВ» MMC-dir. В«Hidro-LotusВ» MMC, В«Hidro-İnşaat ServisВ» MMC yaradılandan 3 ay sonra - 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. В«Hidro-LotusВ» MMC-nin 70 faizi В«Hidro-İnşaat ServisВ»ə, 30 faizi isə Türkiyənin В«Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim ŞirketiВ»nə (qısaca В«LotusВ») məxsusdur.

Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz В«Hidro-LotusВ» MMC-yə tapşırılıb.

Namiq Cəbrayılov bu şirkətlərin yalnız təsisçisi olduğunu, gördükləri işlər barədə məlumat verə bilməyəcəyini deyir.

В«SÜZGƏCВ» METODU

İqtisadçı Natiq Cəfərli layihələrin qohumların rəhbərlik etdiyi şirkətlərə verilməsini В«feodalizm qaydasıВ», əsl korrupsiya faktı sayır. Çünki Azərbaycan qanunvericiliyi iqtisadiyyatda qohumbazlığı qadağan edir və bu, bir neçə qanunla tənzimlənir:

В«Bütün sahələrdə belədir. Yaradılan MMC-lər məhz ortada süzgəc rolunu oynayır – gələn pulun bir hissəsi orda yatır, qalan hissəsi başqa subpodratçılara veriləndə də, həmin pulun bir hissəsi də В«otkatВ» şəklində geri alınır. Çox primitiv olsa da, illərlə işləyən bir sistem, struktur qurublarВ».

В«AzərsuВ»yun sözçüsü Anar Cəbrayıllı isə şirkətin layihələri rəhbərliyin qohumlarına aid şirkətlərə verilməsinə dair məlumatların həqiqətəuyğun olmadığını deyir, onları В«dedi-qoduВ», В«şayiəВ» adlandırır.

В«AzərsuВ»yun əvvəlki rəhbərliyi dövründə işlədiyi bəzi şirkətləri də eyni hüquqi ünvan, eyni təsisçinin birləşdirdiyini müşahidə etdik. Natiq Cəfərli deyir ki, bəzi hallarda konkret layihələr üçün yaradılmış şirkətlərin ömrü bir ildən artıq çəkmir. Şirkətin bağlandığı elan olunur, sonradan onun barəsindəki sənədlər də məhv edilir. Beləliklə bütün izlər itir. İqtisadçı xarici şirkətlərlə işbirliyini xaricə pulun çıxarılması üçün Milli Bankın icazəsinin lazım olmaması ilə izah edir: В«Çox böyük məbləğləri asanlıqla çıxara bilirlərВ».

TÜRK İŞ ADAMI: В«PULLAR UÇUB GEDİRВ»

Su-kanalizasiya sektorunda işləmiş türk iş adamlarından biri korrupsiya sxemini açıqlayır:

В«Orada aldığınız pul sizə qalmır, sağa-sola verməlisən. Bizim dediyimiz qiymətin üzərinə bir neçə dəfə çox qiymət yazırdılar. Bir az sənə iş gördürürlər, pullar uçub, gedirdiВ». 2009-2010-cu illərdə, В«AzərsuВ»yun keçmiş rəhbərliyi dövründə Bakının kanalizasiya xətlərinin açılmadan çirkab sularından təmizlənməsinə cəlb olunmuş Türkiyənin В«Kanalize İnşaatВ» şirkətinin rəhbəri Ridvan Köse belə deyir.

KAĞIZ ÜZƏRİNDƏ MİLYONLAR DÖVRİYYƏSİ

Ridvan Köse Bakıda qatıldığı 2 layihənin hər birinə bir milyon manatdan çox pul ayrıldığını, ancaq bu məbləğin kağız üzərində qaldığını deyir: В«Nə məni işlətdilər, nə pulumu verdilərВ».

O, vaxtilə Azərbaycandan burdakı şərtlərə görə getdiyini bildirir, В«AzərsuВ»yun indiki rəhbərliyinin daha çox iş görmək, texnologiya almaq istədiyini, Türkiyədən məsləhətçi kadrlar da dəvət etdiyini qeyd edir.

Elə yerli iqtisadçılar da problemin həllini, Azərbaycanda da bir çox xarici ölkələrdə olduğu kimi, kommunal sahənin özəl şirkətlərin idarəsinə verilməsində görürlər.

BAKI İLƏ KİŞİNYOVUN FƏRQİ

Təkcə ötən il В«AzərsuВ» ASC-yə dövlət büdcəsindən 500 milyon manat ayrılıb. 87 milyon manat da В«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət ProqramıВ» çərçivəsində ayrılan vəsaitdir.

Moldovanın paytaxtı Kişinyovda isə ötən il kanalizasiya sisteminin 1.85 km-nin təmirinə 2.1 milyon lei (178000 dollar) sərf olunub. Sistemin 160 km-i təmir olunmalıdır, bunun üçün də minimum 315 milyon lei (26.68 milyon dollar) lazımdır.

В«AzərsuВ» ASC-nin rəhbəri Qorxmaz Hüseynov isə ötən ilin sonlarında yerli mediaya bildirib ki, Bakının ətraf qəsəbələrinin su və kanalizasiya sisteminin yenidən qurulmasına təqribən 1.5 mlrd. manat tələb olunur.

ŞÜVƏLANDA SU QUYULARI İLƏ TUALETLƏRİN TƏHLÜKƏLİ QONŞULUĞU

Şüvəlanın su və kanalizasiya sisteminə son illərdə ayrı-ayrı dövlət proqramları çərçivəsində ayrılan pullardan xəbərsiz olan Əliağa Rzayev həyət qapısının ağzında özü anbar qazdırıb:

В«Bütün kanalizasiya suyu axır bura. Yaxınlıqda isə В«kaçalkaВ» işləyir, içməli su çəkir. Bütün həyətlərdə belədir - həm kanalizasiya anbarı, həm də içməli su mancanağı bir-birinin yanındadır. İçməli su kanalizasiyaya qarışıb qarnımıza gedirВ».

Əliağa Rzayevin 74 yaşı var. Dövlətin В«AzərsuВ»ya ayırdığı milyonlardan payına düşən hissəni gözləyə-gözləyə hələ ki, öz cibindən ayda 15-20 manat verib həyətindəki tualet anbarını təmizlətdirir. Yumor hissini də itirmir. Qapısının qarşısındakı gölü göstərib deyir:

В«Hələ bu harasıdır? Burada ördək vurduğum vaxtlar olub. Heyf, indi ovçuluq da qadağandırВ».

Yazı Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun В«Media və ictimai vəsaitlərin şəffaflığıВ» layihəsi çərçivəsində elan etdiyi jurnalist müsabiqəsinə təqdim olunur.

Arifə Kazımova










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür - MSK sədri AÇIQLADI
Bu gün, 16:40
Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib - ƏMR
Bu gün, 16:32
Ermənistan yenidən reallığı təhrif edir - "...hücum etməmək prinsipinə ciddi əməl edir"
Bu gün, 16:22
Azərbaycanda DSK sədri vəfat edib
Bu gün, 16:19
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 16:15
Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır - partiya sədri
Bu gün, 16:13
Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi - Bu dəfə 2 milyondan çox vəsait...
Bu gün, 16:05
Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 15:51
Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI - "Mən Zaqataladayam. Siz Qaxa zəng edin"
Bu gün, 15:47
Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ – Şəkər dərmanı arıqlama üçün İSTİFADƏ edilir?
Bu gün, 15:44
“Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... VƏ AYNA-nın adından istifadə...
Bu gün, 15:38
Ət bahalaşır? - "Nə etdik ki, ucuzlaşsın?"
Bu gün, 15:32
Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi - NƏ BAŞ VERİR?
Bu gün, 15:25
İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... - MR yenidən BLOKADA ŞƏRAİTİNDƏ...
Bu gün, 15:21
Azərbaycanda mədən şirkətinin rəhbərliyində 5 yeni təyinat olub - ADLAR
Bu gün, 15:15
“Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib - DOSYE
Bu gün, 15:14
Başçı ilə bərabər müavinləri də HƏBS OLUNUB - Bakıya gətirilirlər...
Bu gün, 15:11
İranın Azərbaycan qorxusu... - daha bir İFŞA
Bu gün, 15:08
Ermənistanın başqa ÇIXIŞ YOLU YOXDUR... - ÇÜNKİ...
Bu gün, 15:05
3 ayda Azərbaycandan bu ölkələrə 113 milyon dollar pul köçürüblər - SİYAHI
Bu gün, 15:01
"Bu sürücülərə cinayət işi açılmamalıdır" - Hüquqşünas özünü ölümə atan piyadalardan DANIŞDI
Bu gün, 14:58
Tahir Qədəşovun kürəkəni deyir ki, milyonları ona verib... - MƏHKƏMƏ
Bu gün, 14:52
DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI - DETALLAR
Bu gün, 14:49
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəlilərin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 14:46
İsrail-İran davası: Münaqişənin sonu necə görünür? - “İzvestiya”
Bu gün, 13:03
Visa Azərbaycanın daxil olduğu regiona yeni prezident təyin etdi
Bu gün, 13:02
Müharibəni Azərbaycan dayandıracaq? - ŞƏRH
Bu gün, 12:59
İsrailin 5 casusu İranda məsciddə TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 12:56
Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi? - Sakinlər narahatdır
Bu gün, 12:52
Saleh Məmmədov Mayis Qədirovu direktor təyin etdi - ƏMR
Bu gün, 12:49
“Rusiya və İranın başı qarışmışkən, sülh sazişini imzalamalıyıq” - Paşinyan İstanbulda
Bu gün, 12:41
Məktəb direktorunun qalmaqallı səs yazısının yayılmasından bir ay ötdü: Hələ də araşdırma gedirmiş... - NƏ DƏRİN QAZIRLAR?..
Bu gün, 12:12
Paşinyanın Ankarada çarə axtarışı: - Türkiyədən zəmanət istəyir
Bu gün, 12:08
Bəzi dağlıq ərazilərdə zəif duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:01
SOSİAL SİFARİŞ: LGBT-ni qadağan edən qanun nə vaxt qəbul olunacaq? - ARAŞDIRMA
Bu gün, 11:58
İranda müharibə, Azərbaycanda narahatlıq: hazırlıqlı olmalıyıq - AKTUAL
Bu gün, 11:56
İran-İsrail müharibəsi Azərbaycanın əmlak bazarına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 11:49
"Canımı verməyə hazıram" - Xameneinin yaralanana müşaviri
Bu gün, 11:48
Meşəni kəsənlər də məlumdur, susanlar da: Bəs dövlət haradadır? - İLGİNC GƏLİŞMƏ...
Bu gün, 11:39
Paşinyanın qəfil “cəsarəti”nin səbəbi nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:31
“Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi - BUNDAN SONRA...
Bu gün, 11:20
Naxçıvanda QTA obyektlərdən rüşvət aldığına gör... - İTTİHAM VAR...
Bu gün, 11:17
FHN-ə tabeli qurumlar “FİM GROUP” MMC ilə işbirliyində qiymətləri nə qədər şişirdir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:14
Səfər İsmayılov Lənkəranda həm notariusdan pul qazanır, həm də icarədən - İLGİNC FAKT
Bu gün, 11:12
Azərbaycanlı gənc Şimali Osetiyada öldü
Bu gün, 11:08
Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib, iş adamına bəraət verilib
Bu gün, 11:06
Rusiya Ermənistanı açıq şəkildə hədələdi - Aİ-yə yaxınlaşsanız, tam qopma olacaq
Bu gün, 11:01
Ordumuz qürurumuzdur - MƏQALƏ
Bu gün, 10:58
Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru