HACI MƏMMƏDOVDAN XƏBƏR VAR
Tarix: 29-09-2011, 16:27 | Çap et
ÖMÜRLÜK MƏHBUS NİYƏ CƏZASINI MTN-də ÇƏKİR?
Ömürlük həbsdə olan sabiq polis polkovniki Hacı Məmmədovun MTN-in təcridxanasında qalmaq istəməməsi və ömürlük məhbusların saxlandığı Qobustan həbsxanasına köçürülməyi arzulaması haqda mətbuatda yayılan, rəsmən təsdiqlənməyən məlumatları şərh edən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov “Media forum” saytına açıqlamasında deyib ki, Hacı Məmmədov Qobustanda öldürülə biləcəyindən qorxur.
Elçin Behbudov xatırladıb ki, sonuncu dəfə Hacı Məmmədovla 6 ay əvvəl görüşüb: “Başqa yerə köçürülməsini istəyib-istəmədiyini soruşanda “Bura mənim üçün ən təhlükəsiz yerdir” cavabını verdi. Dedi ki, Qobustana, ya başqa yerə köçürülsə, bu onun sonu demək olacaq. Dedi, çeçenlərin əli çox uzundur, çeçenlər orda məni öldürə bilərlər, ona görə də MTN-də saxlanmağım daha yaxşıdır”.
Elçin Behbudovun bildirdiyinə görə, Hacı Məmmədovun Qobustana köçürülmək istədiyi barədə məlumat yayıldıqdan sonra MTN-in istintaq təcridxanasının rəhbəri ilə əlaqə saxlayıb, amma o bunu təsdiqləməyib.
Elçin Behbudov oktyabrda MTN-in istintaq təcridxanasına getməyi, monitorinq keçirməyi planlaşdırdığını da açıqlayıb: “Çalışacam ki, Hacı Məmmədovla da görüşüm”.
Hüquq müdafiəçisi Hacı Məmmədovla 6 ay əvvəlki görüşündən sonra da görüşməyə cəhd etdiyini söyləyib: “Ancaq mənə bildirdilər ki, Hacı Məmmədov heç kimlə görüşmək istəmir, deyir ki, yaddan çıxmaq istəyir. Amma o qədər cinayətdən sonra yaddan çıxmaq qeyri-mümkündür”.
Hüquq müdafiəsiçi qeyd edib ki, indiyədək Hacı Məmmədov MTN-dən köçürülməsi ilə bağlı nazirliyə, yaxud da İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə ərizə ilə müraciət etməyib.
Hacı Məmmədovun 6 ildir MTN təcridxanasında saxlanmasının qanuni olub-olmamasına gəlincə, komitə sədri bunları deyib: “MTN rəhbərliyi ilə görüşdə mən bu məsələyə toxunmuşam. Mənə dedilər ki, o burada qalmaq istəyir. Onu da qeyd etdilər ki, onun əməlləri ilə bağlı istintaq hələ bitməyib. Biz hələ bilmirik istintaq tam yekunlaşıb, ya yox. Mən düşünürəm ki, istintaq hələ bitməyib”.
Vəkil Adil İsmayılov “Media forum” saytına açıqlamasında deyib ki, Hacı Məmmədovun MTN-in təcridxanasında saxlanması tam qanunsuzdur: “O, MTN-də saxlana bilməz. Hacı Məmmədovu orada saxlayanlar buna cavab verməlidirlər ki, niyə belə edirlər. Məndə olan məlumata görə, hazırda Hacı Məmmədovla bağlı heç bir istintaq hərəkəti aparılmır”.
Adil İsmayılov bildirib ki, məhbusun harada və necə cəza çəkməsi Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir: “Cəzanın harada çəkilməsi qanunda konkret müəyyən olunub. Cəzaların İcrası Məcəlləsinə əsasən, yalnız ilk dəfə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum olunmuş şəxslər onların razılığı ilə təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında saxlanıla bilərlər”.
Sabiq polis polkovniki Hacı Məmmədov 2005-ci ildə tutularaq silsilə qətllərə və adam oğurluqlarına görə ömürlük həbs cəzasına məhkum edilib. Onun dəstəsinin üzvləri, həmçinin öldürdüyü adamlar arasında çeçenlər də olub. Qanunla Hacı Məmmədov cəzasını Qobustan həbsxanasında çəkməli olsa da, indiyədək istintaqını aparmış MTN-in təcridxanasında saxlanır.
Sentyabrın 27-də “Media forum” saytına danışan MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyib ki, Hacı Məmmədov MTN-in təcridxanasından həbsxanaya köçürülmək üçün ərizə ilə müraciət etməyib.
Arif Babayev vurğulayıb ki, Hacı Məmmədovun səhhətinin pis olması, ona təzyiq göstərilməsi və MTN-in təcridxanasında qalmaq istəməməsi haqda yayılan məlumatlar şayiədir, bu iddiaların heç bir əsası yoxdur.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında iştirak etməyəcək
Bu gün, 13:40 |
|
|
|
| • “Qaçqınkom”un sektor müdiri vəfat edib
Bu gün, 13:37 |
|
|
|
| • Zabil Qəhrəmanov təcridxanaya köçürüldü - AÇIQLAMA
Bu gün, 13:09 |
|
|
|
| • Audiovizual Şura MTV-nin cərimələnməsi üçün məhkəməyə müraciət edib
Bu gün, 13:03 |
|
|
|
| • Buralar Mehdiyevin nəzarətindədir... - İDDİA
Bu gün, 13:01 |
|
|
|
| • Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb
Bu gün, 12:47 |
|
|
|
| • Hava dəyişkən buludlu olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
| • Valeh Mirzaliyev yetərsay düzəldib satınalma keçirir, Emin Əmrullayev isə… - BU NƏDİ BELƏ?..
Bu gün, 12:40 |
|
|
|
| • Ermənistanın Müstəqillik Bəyannaməsinə dəyişiklik olacaqmı? - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
| • 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə - Övladları üzərindən alver aparanlar var
Bu gün, 12:32 |
|
|
|
| • “Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır – QALMAQAL
Bu gün, 12:29 |
|
|
|
| • Tramp Yaponiyadadır
Bu gün, 12:26 |
|
|
|
| • Kənd Təsərrüfatı Nazirliyinin gecikmiş dabaq tədbiri - Milyonlar xərclənəcək
Bu gün, 12:22 |
|
|
|
| • QHT sektorunda Ramiz Mehdiyev TƏZAHÜRLƏRİ... - Mehdiyevlə əlaqədə olan Azər Qasımov necə nüfuz edib...
Bu gün, 12:15 |
|
|
|
| • “İndiyədək Xəzərin statusu ilə bağlı mübahisələri Rusiya yox, İran qızışdırıb...” - ŞƏRH
Bu gün, 12:06 |
|
|
|
| • Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:02 |
|
|
|
| • Şəbnəm ETİRAF ETDİ - “Ağlaya-ağlaya dedi, qoca kişiyə ərə gedirsən?”
Bu gün, 11:59 |
|
|
|
| • Prokuror icra başçısının sabiq müavininə 7,5 il cəza istədi - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
| • İşsizlər tibbi sığortanı necə ödəyəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:48 |
|
|
|
| • Əli Kərimli haqda məqaləni bəyənən YAP-ın deputatı DANIŞDI - FOTO
Bu gün, 11:39 |
|
|
|
| • Məsələnin ata-oğul, bacı-qardaş kontekstində müzakirəsinin əleyhinəyəm - Elçin Ağamalı
Bu gün, 11:33 |
|
|
|
| • Ermənistan ordusunun sərhədlərindən kənarda həll etməli heç bir vəzifəsi yoxdur - Paşinyan
Bu gün, 11:28 |
|
|
|
| • “Hesab.az”ın (Golden Pay) rəhbərliyində dəyişiklik baş verib - BUNDAN SONRA...
Bu gün, 11:22 |
|
|
|
| • Tramp Putinin "Burevestnik" raketi ilə bağlı bəyanatını "yersiz" adlandırıb - "Kommersant"
Bu gün, 11:19 |
|
|
|
| • Azərbaycanda adambaşına 1 794, Ermənistanda 2 143 kVt/s elektrik enerjisi istehsal olunub - CƏDVƏL
Bu gün, 11:15 |
|
|
|
| • Azər Maqsudov 4 il azadlıqdan məhrum edilib - QƏRAR
Bu gün, 11:12 |
|
|
|
| • 2026-cı il sülh üçün həlledici il olacaq - Paşinyan
Bu gün, 11:08 |
|
|
|
| • Zəngəzur Dəhlizi: Avrasiyanın yeni strateji nəbzi - İNCƏLƏMƏ
Bu gün, 11:06 |
|
|
|
| • Sakinlər Fəzail Ağamalının deputat qızından şikayət etdi - "Dövlətin gördüyü işləri öz adına çıxarır..."
Bu gün, 11:02 |
|
|
|
| • Paşinyan Mariya Zaxarovanı niyə sarsıdıb: Kremlin İrəvana sitəminin əsas səbəbi... - TƏFƏRRÜAT
Bu gün, 10:56 |
|
|
|
| • Saakaşvilinin anasına məxsus Gürcüstan Universiteti ilə bağlı istintaq başlayıb
Bu gün, 10:53 |
|
|
|
| • Elçin Ağamalıdan atasının iddialarına CAVAB – “Telefonla danışmışıq”
Bu gün, 10:51 |
|
|
|
| • Sosial Xidmətlər Agentliyinə Ağdaşda mənzillər satan “Hünər-İnşaat” Firması əslində kimə məxsusdu?! -İLGİNC FAKTLAR
Bu gün, 10:45 |
|
|
|
| • Gənclər və İdman Nazirliyi idman atları üçün yem alır – 112 min xərcləyəcək
Bu gün, 10:36 |
|
|
|
| • Milli Məclisi "Mehdiyev şəbəkəsinin" üzvlərindən necə təmizləmək olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:29 |
|
|
|
| • Putinin xüsusi nümayəndəsi Azərbaycana nə TƏKLİF EDİR... - AÇIQLAMA
Bu gün, 10:25 |
|
|
|
| • Paşinyan Türkiyə yük maşınlarının Ermənistandan Azərbaycana gedə biləcəyi marşrutu açıqlayıb - KİV
Bu gün, 10:21 |
|
|
|
| • Dabaq xəstəliyi nazirliyin gətirdiyi heyvanlardan yayılıb - AQTA arayış hazırlaylıb, amma ictimaiyyətdən gizlədib
Bu gün, 10:17 |
|
|
|
| • Azərbaycanda elektron pul təşkilatının rəhbərliyində mühüm təyinatlar olub - DETALLAR
Bu gün, 10:05 |
|
|
|
| • Gələn ildən pensiya kapitalı nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 09:58 |
|
|
|
| • Putin niyə hərbi geyimdə göründü - Kreml Trampa və Zelinskiyə hansı mesajı verdi?
Bu gün, 09:44 |
|
|
|
| • Rusiya amili: Türkiyə Aİ-nin hədəfində - Ankara Brüsseldən siqnal alır
Bu gün, 09:42 |
|
|
|
| • Kreml Ukrayna dronlarından belə qorunur - FOTOFAKT
Bu gün, 09:36 |
|
|
|
| • Müxalifət iqtidardan pul istəyir - “Bizə qəpik-quruş verilir”
Bu gün, 09:30 |
|
|
|
| • Bəylər Eyyubovdan əvvəl o vəzifəni kimlər daşıyıb? - DETALLAR
Bu gün, 09:27 |
|
|
|
| • Qardaşlıq, tərəfdaşlıq və strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 09:25 |
|
|
|
| • Məhkəmə sabiq məmurun oğlu və digərlərinin işi ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:21 |
|
|
|
| • Rektor Elçin Babayevin başı dərddə – Mehdiyev işi
Bu gün, 09:15 |
|
|
|
| • Razi Nurullayevin sürücüsü olmuş qardaşı oğlu ADY-nin mühafizəçisini necə aldadıb? - MƏHKƏMƏ
Bu gün, 09:14 |
|
|
|
| • "Report" İnformasiya Agentliyinin 11 yaşı tamam olur
Bu gün, 09:07 |
|
|
|
|