Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                 

AZƏRBAYCAN TƏHLÜKƏ ASTANASINDA
Tarix: 6-02-2012, 11:51 | Çap et
AZƏRBAYCAN TƏHLÜKƏ ASTANASINDA

“ÖLKƏMİZİ MƏZHƏB SAVAŞINA SÜRÜKLƏMƏK İSTƏYİRLƏR”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bölgədəki son hadisələr fonunda məzhəb ayrı-seçkiliyinin artdığını və Azərbaycanı da bu qovğanın içinə sürükləmək cəhdlərinin olduğunu bildirib.

Elxan Şahinoğlu “Media forum” saytına açıqlamasında bu işin başında İranın dayandığını deyib: “Tehran Suriyadakı rejimi ona görə müdafiə edir ki, Əsəd ailəsi ələvidir. Belə çıxır ki, Əsəd Suriyadakı çoxluqdan, sünnilərdən olsaydı, Tehran onu müdafiə etməyəcəkdi. Tehran sözdə islam həmrəyliyindən danışır, ancaq Suriyada günahsız insanların qırılmasına göz yumur. Halbuki Tehran Tunis, Misir və Liviyadakı olayları təqdir etdiyini bildirir, bununla avtoritar rejimlərin çökdüyünü vurğulayır. Ancaq söhbət Suriyadakı qarşıdurmaya çatdıqda Tehran bunun arxasında Qərbdəki imperialist qüvvələrin, sünni əhalisi olan dövlətlərin – Qətər, Türkiyə və digərlərinin dayandığını iddia edir.

İran İraqda da eyni siyasəti yürüdür. Baş nazir Əl-Malikini sadəcə şiələrin təmsilçisi olduğu üçün müdafiə edir, onu tənqid edənləri isə görməzliyə vurur. Tehranın bu siyasəti bircə Azərbaycana münasibətdə fərqlidir. O, torpaqları işğal altında olan Azərbaycan dövlətini müdafiə etməkdənsə işğalçı Ermənistana dəstəyini əsirgəmir. Yəni işinə yaradığı təqdirdə Tehran “şiə təəssübkeşliyindən” kənara çıxaraq müsəlman torpaqlarını işğal edən xristian dövlətə qucaq açmağa da hazırdır”.

İraq və Suriyadakı proseslərin sünni-şiə qarşıdurmasını bir az daha dərinləşdirdiyini deyən analitik təhlükənin miqyasının getdikcə atdığına diqqət çəkib: “İraqın şiə baş naziri ölkə prezidentinin müavini, sünni məzhəbinə bağlı Tarik Haşiminin həbsinə qərar verməsi ilə vəziyyəti bir az daha qəlizləşdirdi. Doğrudur, Haşimi həbs olunmayıb, ancaq onun ölkənin şimalında, kürdlərin nəzarəti altındakı Süyemaniyyədə qərar tutması da İraqa yaxşı heç nə vəd etmir. Tarik Haşimini Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan da müdafiə edir. Haşimi Bağdaddın ona qarşı irəli sürdüyü terrora dəstək ittihamını rədd edərək Kərkükdə mühakimə olunmasını istəyir.

Suriyada ələvi rejimin ölkənin əsas narazı vətəndaşları olan sünniləri hədəfə alması və qətliamların miqyasını artırması bölgədə məzhəb ayrı-seçkiliyini daha da dərinləşdirir. Aydındır ki, Suriyadakı sünnilərin qətliamına nə Türkiyə, nə də ərəb ölkələri seyrçi qala bilər”.

Elxan Şahinoğlu məzhəb mənsubiyyətinə görə bəzən yanlış şərhlərin verildiyini də söyləyib: “Türkiyədə nəşr olunan “Habertürk” qəzetinin yazarı Fateh Altaylı son yazılarının birində qeyd edib ki, Azərbaycan şiə dövləti olduğuna görə Azərbaycan məzhəb savaşında Türkiyəyə qarşı İranın yanında olacaq. Müəllif Türkiyədə peşəkar köşə yazarı və televizyonçu kimi tanınsa da, görünür, Azərbaycanı, Azərbaycan-İran münasibətlərini və İrandakı mövcud durumu yaxından izləmir. Yazar gerçək vəziyyətlə tanış olsaydı, Azərbaycanın Türkiyənin yanında yer almayacağını yazmazdı.

Fransanın Türkiyəyə qarşı siyasətində rəsmi Bakının Ankaraya gözlənilən dəstək vermədiyini biz də tənqid edirik, ancaq bu amil iki strateji müttəfiqin fərqli cəbhələrdə yer almasına da dəlalət etmir. Rəsmi Bakı Ankara ilə münasibətlərdə məsafə saxlaya bilər və bu, yanlış siyasətdir. Ancaq bu o demək deyil ki, rəsmi Bakının alternativ seçimi İrandır. Azərbaycan prezidenti hansı məzhəbdən olursa olsun onun İrandakı indiki rejimi və onun planlarını dəstəkləməsi nə obyektiv, nə də subyektiv səbəblərdən mümkündür. Türk millətinin sünnisi var, şiəsi də, xristianı da. Ancaq bu o anlama gəlmir ki, sunni türklər ərəblərə, şiə türklər İrana, xristian türklər isə mütləq Qərb dünyasına bağlı olmalıdırlar.

Bu gün Azərbaycanın tək müttəfiqi var, o da Türkiyədir. Azərbaycan xalqı da Türkiyənin əleyhinə formalaşan və ya formalaşa biləcək heç bir qrupda, ittifaqda yer almaz. Əks halda Azərbaycan dövlətinin varlığı sual altında qalar. Azərbaycan orta əsrlərə qayıdası deyil ki, kiminləsə ittifaq və ya strateji müttəfiqliyi məzhəb əsasında seçsin”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru