Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                 

HƏLƏ DƏ KÖRPƏLƏRİNİ KÜÇƏLƏRƏ ATANLAR VAR
Tarix: 1-02-2012, 12:30 | Çap et
HƏLƏ DƏ KÖRPƏLƏRİNİ KÜÇƏLƏRƏ ATANLAR VAR

BUNUN QARŞISINI ALMAQ OLARMI?

Çingiz Qənizadə: “Uşaqların küçəyə atılmasının qarşısını almaq, onların xüsusi yerlərə verilməsini hüquqi formada tənzimləmək lazımdır”

Yanvarın 30-da bir neçə gün əvvəl dünyaya gələn körpənin küçəyə atılması Azərbaycanda bununla bağlı mövcud olan problemi yenidən gündəmə gətirib. Qeyd edək ki, bu cür problem başqa ölkələrdə də var. Məsələn, elə həmin gün Türkiyədə donmuş halda tapılan körpənin sifətini itlərin yediyi məlum olub. Amma bəzi ölkələrdə arzuolunmaz körpələrin küçələrə atılmasının qarşısını almaq üçün xüsusi məntəqələr fəaliyyət göstərir ki, valideyn övladını bura gətirib təhvil verir və onun anonimliyi qorunur. Nəticədə küçədə uşaqların zədələnməsinin, şaxtalı havalarda donmasının, bir sözlə o ölkənin balaca vətəndaşına xələl gəlməsinin qarşısı alınır.

Təzə doğulan uşaqların küçələrə atılması və ya hansısa idarənin qapısı ağzına qoyulub qaçılması halları bizdə də müşahidə olunur. Küçələrdən tapılan belə körpələrin sayının ildə 50-yə qədər olduğu bildirilir. Bəs bunun qanunla tənzimləməsi, yaxud qeyd etdiyimiz kimi xüsusi yerlərin yaradılması istiqamətində hər hansı addım atıla bilərmi?

Mövzunun son günlər aktual olduğunu bir daha vurğulayan hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə Modern.az saytına bildirib ki, doğurdan da bəzi ölkələrdə bu məsələ heç bir problem olmadan həll olunur. Təbii ki, bu sosial problemdir. Lakin deputat deyib ki, hüquqi tərəfdən vətəndaş uşağını ən yaxın tibb məntəqələrindən birinə, uşaq evlərinə verib ondan imtina edə bilir. Bu zaman həmin şəxsin tam məxfiliyi qorunur. Yəni burada qanun işləyir:

“Amma bizdə belə deyil. Çox təəssüf ki, Azərbaycanda bəzi qanunlar işləmədiyinə və bəzi məmurlar, vəzifəli şəxslər bu qanunları bilmədiklərinə görə, onlara əməl olunmur və həmin şəxsin məxfiliyi qorunmur. Əslində qorunmasına zəmanət də yoxdur. Bunun nəticəsində biz bəzi hallarda uşağını dünyaya gətirən ananın onu küçəyə atmasını müşahidə edirik”.

Ç.Qənizadə digər tərəfdən bunun müəyyən milli dəyərlərlə, dinlə əlaqədar olduğunu qeyd edib. Onun sözlərinə görə, xristian dövlətlərində nikahdan kənar, qanunsuz doğulan uşaqlar olanda buna pis baxılmır və “hər kəsin öz həyatıdır” deyə qiymət verilir:

“Bizdə isə atılmış uşaqların əksəriyyəti adətən nikahdan kənar, qanunsuz dünyaya gələn uşaqlar olduğu üçün buna ailədə, cəmiyyətdə pis baxılır. Xüsusən də analar uşaqlarından imtina edərkən bu prinsipi rəhbər tutaraq onları naməlum bir yerə ataraq oradan uzaqlaşmağa cəhd edirlər. Bu ciddi problemdir, bu barədə düşünməyə dəyər”.

Hüquq müdafiəçisi onu da qeyd edib ki, bununla əlaqədar gələcəkdə valideynin məxfiliyinin qorunması ilə bərabər, məxfiliyin pozulmasına görə müəyyən vəzifəli şəxslər üçün məsuliyyət də müəyyən etmək olar:

“Bununla vətəndaş tam əmin olmalıdır ki, məxfilik qorunacaq, yaxud qorunmadığı halda həmin vəzifəli şəxs, tibb işçisi müəyyən məsuliyyət daşıyacaq, hətta cinayət məsuliyyətinə cəlb olunacaq. Bu baxımdan prosesi sivilləşdirmək olar, yəni uşaqların küçəyə atılmasının qarşısını almaq, onların müəyyən tibb müəssisələrinə, xüsusi yerlərə verilməsini hüquqi formada tənzimləmək olar. Belə hesab edirəm ki, bu müzakirələr gedirsə, artıq cəmiyyət bunu tələb edir”.

Deputat hesab edir ki, problemin hüquqi tərəfdən həlli üçün Milli Məclisdə mövcud qanunlara əlavə və düzəlişlər edilməlidir:

“Bununla bağlı bizdə qanunlar var. Amma milli adət-ənənələr, milli dəyərlərimiz var və heç kim açıq şəkildə bunu etmir. Ola bilər, bu gün ər-arvad imkansızlıqdan, övladları çox olduğu üçün yeni doğulan körpəyə baxa bilmədiyini bəhanə gətirərək harasa təhvil verirlər. Amma gizli şəkildə ananın hər hansı formada öz uşağını aparıb harasa təhvil verməsi çox nadir hallarda rast gəlinir. Bizdə daha çox gizlicə hansısa müəssinin divarlarının kənarlarına qoyub getməklə özlərinin məxfiliyini qoruyub saxlamağa üstünlük verilir”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də hesab edir ki, körpə uşaqların atılması çox pis haldır və heç bir cəmiyyət üçün arzuolunan deyil:

“Təbii ki, körpə uşağı atan valideynlər də müəyyən məsuliyyət, o cümlədən cinayət məsuliyyəti daşıyırlar. Körpə uşaq əslində həmin dövlətin vətəndaşıdır. Vətəndaşı atmaq isə onu məhv etmək, öldürməyə, qətlə bərabər bir şeydir. Ona görə bu əməlin çox ciddi cəzası olmalıdır”.

Ancaq millət vəkili atılan körpə uşaqlar üçün xususi yerlərin açılması və bunu tənizmləyən qanunun qəbulunun əleyhinədir. O hesab edir ki, bu bizim ölkə və xalq üçün xarakterik bir şey deyil:

“Mən elə yerlərin açılmasınin və uşaqların oralara qoyulmasının tərəfdarı deyiləm. Birincisi, bu cür faktlar bizdə o qədər də kütləvi deyil. İkincisi, biz bunun əks yolunu tutmalıyıq və profliktikasını gücləndirməliyik ki, uşaqlar, ümumiyyətlə atılmasın və ya arzuolunmaz uşaq dünyaya gəlməsin. Ən yaxşı halda uşaqdan imtina edilirsə, onu doğum evində qoyub getmək olar. Düzdür, bəzi xarici ölkələrdə doğum evlərinin xüsusi pəncərələri var, ora uşaq qoyulan kimi pəncərə avtomatik bağlanır və doğum evində bilinir ki, bura uşaq qoyulub. Bakıda da bu cür bir-iki belə klinika açmaq olar”.

Ancaq Musa Quliyevin fikrincə, uşağı atmaq fikrində olan insan onsuz da ondan harada gəldi imtina etməyə çalışacaq:

“Ona görə bunun əvəzinə biz körpələrin küçələrə atılmasının qarşısını almaq üçün proflaktikanı gücləndirməliyik. Bundan əlavə, hamiləlik dövründə bütün qadınlar qadın məsələhətxanalarının nəzarətinə cəlb olunmalı və onlarla müəyyən psixoloji söhbətlər aparılmalıdır. Təbii ki, normal ailələrdə heç vaxt uşaqdan bu şəkildə xilas olmağa çalışmırlar. Bu, ya arzuolunmaz, ya da təsadüfü hamiləlik olanda baş verir. Yaxud o qədər uğurlu olmayan nigahların nəticəsidir”.

Onun sözlərinə görə, küçəyə atmaq əvəzinə uşaqların veriləcəyi klinikaların sayının çox olması ilə üstüörtülü də olsa bu prosesə dəstək vermək demək olardı:

“Uşaqdan imtina etməyin yolları var. Ondan ötrü ya qadın doğum evində olarkən oranın rəhbərliyinə məlumat verməli, ya da yaşadığı rayonun icra hakimiyyətinin nəzdində uşaq və yeniyetmələrlə bağlı komissiyaya müraciət edə bilər. Bu zaman uşağı ondan götürüb uşaq evlərinə və ya başqa şəxslərə övladlığa verə bilərlər. Bunun sivil yolu olduğu halda nəyə görə kriminal yolunu qanunlaşdıraq?”

Aytən ƏLİYEVA










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru