BAKIDA "PORSCHE" SAHİBİ 3000 MANAT ZİYANA DÜŞDÜ
Tarix: 17-10-2013, 11:56 | Çap et
Son vaxtlar yanacaqdoldurma məntəqələrinin əksəriyyətində vətəndaşların aldadılması demək olar ki, adi hala çevrilib. Bəzi hallarda yanacaq göstərilən standarta cavab vermir, yaxud avtomobilin çəninə alıcının ödədiyi məbləğə uyğun miqdardan az yanacaq vurulur. Bəzi hallarda isə yanacaqdoldurma məntəqələrinin operatorları sürücülərin sifariş etdikləri yanacağı yox, başqa markalı yanacağı çənə doldururlar. Dəfələrlə bu kimi neqativ hallarla rastlaşmışıq. Aidiyyəti dövlət qurumları, əsasən də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanacaqdoldurma məntəqələrində belə halların qarşısının alınması məqsədilə müxtəlif monitorinqlər aparsa da, problemlər azalmaq bilmir. Hazırda yanacaqdoldurma məntəqələrinin bir çoxunda yanacağın keyfiyyəti standartların tələblərinə uyğun deyil. Həmin yanacaqdoldurma məntəqələri yanacağa qatqılar qatırlar, müxtəlif kimyəvi elementlər qataraq yaxud da yanacağa qatılan В«oktanВ» ədədini artırırlar. Məsələn, yanacaq 93 markadırsa, 95 yazırlar. Ölkənin ən böyük şirkətlərindən biri olan В«Azpetrol LtdВ» MMC-nin də yanacaqdoldurma məntəqələrində müxtəlif çatışmazlıqlar müşahidə olunmaqdadır. İlk öncə onu qeyd edək ki, şirkət 1997-ci il iyulun 15-də Bakı şəhərində ilk yanacaqdoldurma məntəqəsinin istismara verilməsi ilə fəaliyyətə başlayıb. MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir. Hazırda şirkətin ölkənin əksər iqtisadi zonalarınıəhatə etməklə 76 yanacaqdoldurma (YDM) və 5 qazdoldurma məntəqəsi (QDM) fəaliyyət göstərir. Ötən gün əldə etdiyimiz məlumatlara görə, MMC-nin Mərdəkan qəsəbəsində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində bəzi fırıldaqlar üzə çıxmaqdadır. Bu barədə danışan mənbə bildirir ki, yanacaqdoldurma məntəqəsinin rəhbərliyi və operatorları avtomobil sahiblərini aldatmaqla məşğuldurlar: В«Məntəqədə satışa çıxarılan benzinin keyfiyyəti istənilən səviyyədə deyil. Benzinin və dizelin tərkibinə müxtəlif maddələr qatıldığından avtomobillərin motor hissəsində problemlər yaranır. Dünən Mərdəkandakı В«AzpetrolВ»dan В«Porshce PanameraВ» markalı avtomobilinə 95 markalı benzin vuran vətəndaş problemlə üzləşib. Yanacaq çənini son litrinə kimi dolduran sürücü avtomobili bir neçə yüz metr idarə etdikdən sonra motorda nasazlıq hiss etməyə başlayıb. Dərhal servis xidmətinə məlumat verib. Xidmətin əməkdaşları avtomobilə baxış keçirdikdən sonra bu qənaətə gəliblər ki, В«AzpetrolВ»da vurulan yanacaq keyfiyyətsiz olub və motoru sıradan çıxarıb. Yanacaqdoldurma məntəqəsinin fırıldağı üzündən avtomobil sahibi 3 min manat ziyana düşüb. Sürücü bu məsələ ilə bağlı YDM rəhbərliyi ilə nə qədər mübahisə etsə də, qarşı tərəf ittihamları qəbul etməyib. Günah fakt В«AzpetrolВ»da olduğu halda, onlar özlərini təmizə çıxarmağa çalışırlar. Şirkətin keyfiyyətsiz yanacaqları onlarla sürücüyə eyni problemləri yaşadıb. Etibardan sui-istifadə edən MMC rəhbərliyi keyfiyyətsiz yanacağı satışa çıxarıb sürücüləri əlavə xərcə salırlar. Əvəzində isə heç bir kompensasiya ödənilmirВ». Məsləhət görərdik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, o cümlədən ARDNŞ rəsmiləri В«Azpetrol LtdВ» MMC-nin yanacaqdoldurma məntəqələrində müvafiq araşdırmalar aparıb keyfiyyətsiz yanacağı satışa çıxaran şəxsləri cərimələsinlər. Sonda MMC-nin baş direktoru Hüseynağa Rəhimovdan xahiş edirik ki, şirkətin Mərdəkandakı yanacaqdoldurma məntəqəsinin fəaliyyətini nəzarətə götürsün. Qarşı tərəf münasibət bildirmək istəsə, dərc etməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00 |
|
|
|
| • Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59 |
|
|
|
| • Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52 |
|
|
|
| • Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49 |
|
|
|
| • Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44 |
|
|
|
| • “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41 |
|
|
|
| • Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29 |
|
|
|
| • Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14 |
|
|
|
| • Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
| • Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59 |
|
|
|
| • İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57 |
|
|
|
| • Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53 |
|
|
|
| • Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47 |
|
|
|
| • “Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46 |
|
|
|
| • Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38 |
|
|
|
| • Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32 |
|
|
|
| • Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30 |
|
|
|
| • Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12 |
|
|
|
| • “Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09 |
|
|
|
| • "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04 |
|
|
|
| • "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00 |
|
|
|
| • Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53 |
|
|
|
| • “Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49 |
|
|
|
| • Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46 |
|
|
|
| • MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45 |
|
|
|
| • Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43 |
|
|
|
| • Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36 |
|
|
|
| • İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33 |
|
|
|
| • Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27 |
|
|
|
| • "Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09 |
|
|
|
| • Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06 |
|
|
|
| • İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00 |
|
|
|
| • Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55 |
|
|
|
| • Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53 |
|
|
|
| • Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44 |
|
|
|
| • Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40 |
|
|
|
| • "Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36 |
|
|
|
| • Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28 |
|
|
|
| • Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50 |
|
|
|
| • “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45 |
|
|
|
| • Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39 |
|
|
|
| • “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33 |
|
|
|
| • Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
| • Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11 |
|
|
|
|