Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                 

Bura səhiyyə ocağıdır? - İcazə verin, şübhələnək...
Tarix: 7-02-2023, 10:07 | Çap et
Bura səhiyyə ocağıdır?
Hər kəsin sağlamlığının qorunmasında tibb işçilərinin peşəkar fəaliyyətləri və mənəvi mövqelərinin varlığı olduqca böyük rol oynayır. Belə bir səbəbdəndir ki, səhiyyə işçilərinə göstərilən ictimai etimad və etik davranış qaydalarının göstəricisi vacib və əhəmiyyətli məsələlərdən biri hesab olunur. Digər tərəfdən, hər bir tibb işçisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində insanlara ehtiramla, vicdanla, humanizm və mərhəmətlilik prinsiplərini rəhbər tutmaqla davam etdirməyə borcludurlar. Bütün bunlara baxmayaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi-54 ünvanında fəaliyyət göstərən Respublika Uşaq Stomatoloji Mərkəzində göstərilən tibbi xidmətin göstəricisi haqda formalaşan ictimai rəy, bugünə kimi heç də qənaətbəxş olmayıb. Çünki, bu səhiyyə müəssisəsinə üz tutanlar, çox vaxt xoşagəlməz problemlərlə üz-üzə qalıblar. Məsələn, bu Mərkəzdə bəzi tibb işçiləri etik davranış qaydalarına riayət etmirlər, həkimlər pasientlərdən təmənna umurlar, bu yöndə tələbləri yerinə yetirilmədikdə məsuliyyətsizlik edirlər, istifadə olunan iynə və dərman preparatlarının keyfiyyəti qənaətbəxş olmur, elə hallar da olur ki, stomatoloqlar nə əlcək taxırlar, nə də ki, xalat geyinirlər. Faktdır ki, Respublika Uşaq Stomatoloji Mərkəzində yaşanan bu cür neqtiv hallar, indiyə kimi bəzi media qurumlarında yetərincə ictimailəşdirilmişdir.

Redaksiya əməkdaşımızın 03 fevral 2023-cü il tarixdə üz-üzə qaldığı olay da, məhz Respublika Uşaq Stomatoloji Mərkəzində yaşanan növbəti biabırçılıqlardan biri olur. Belə ki, bu səhiyyə müəssisəsinin qeydiyyat şöbəsində çalışan və nəinki bura üz tutan xəstələrə, hətta Mərkəzdə çalışan işçilərə də “zor gəlmək”lə xoşhal olan, hətta özünü bu səhiyyə müəssisəsinin aparıcı “Ərəbzəngi”si hesab edən Yeganə Məmmədovanın əməllərini görən hər kəs şoka deyil, sanki “şökə” düşməli olur. Çünki, “göydən gedən” bu xanım nə baş həkimi, nə müavini, nə şöbə müdirini, nə də ki, hansısa həkimi “priznavat” etmək fikirində deyil.

Qeyd edək ki, əməkdaşımız fevralın 03-də öz övladını Respublika Uşaq Stomatoloji Mərkəzinə aparır ki, azyaşlının dişindəki problemi aradan qaldıra bilsin. Yəni, əməkdaşımız ilk əvvəl baş həkimə məxsus iş otağının bağlı olduğunu görür və az sonra qeydiyyat şöbəsinə yaxınlaşır. Həmin vaxt o, bu Mərkəzin qeydiyyat şöbəsində övladına məxsus “kartiçka”nın olduğunu bildirir. Bu şöbədə çalışan Yeganə Məmmədova isə, qeyd olunan “kartiçka”nı tapıb pasientə lazımi köməklik göstərmək əvəzinə, məhz əməkdaşımıza “buynuz göstərir”. Yəni o, “ya yeni “kartiçka” açılmalıdır, ya da ki, şəxsən mənə ödəniş etməlisiniz” deyərək, əməkdaşımızın qarşısında belə bir şərtini irəli sürür.

Həmin vaxt Yeganə Məmmədovanın yanında olan xanım tibb işçiləri, ona müəyyən mənada iradlarını bildirib “Sən media nümayəndəsinə qarşı hörmətsizlik edirsən. Hazırda baş həkim işdə deyil, baş həkimin müavinləri var, şöbə müdirləri var, qoy bu işlə bağlı onlar qərar versinlər” deyirlər. O halda xanım tibb işçilərindən hansısa biri Mirzə həkimin adını çəkir və məsələdən adı çəkilən bu həkimi hali etmək istəyir. Bu məqsədlə xanım tibb işçisi Mirzə həkimin yanına getmək istədikdə, Yeganə Məmmədova xanımın üstünə elə bir ədəbsiz formada qışqırır ki, həmin xanım kor-peşman geri dönməli olur. Belə bir ab-havanın yarandığı vaxt Yeganə Məmmədova “Mirzə həkim demir, lap baş həkim, onun müavini desin, mənim üçün heç bir fərqi, hansısa əhəmiyyəti yoxdur. Ya yenidən “kartiçka” asılmalıdır, ya da ki, şəxsən mənə ödəniş olunmalıdır” deyib, heç cür inadından dönmür. Bu da onu sübut edir ki, özünü Respublika Uşaq Stomatoloji Mərkəzinin qeydiyyat şöbəsinin “Ərəbzəngi”si hesab edən Yeganə Məmmədova, “Ağa nəzərəm, belə gəzərəm” yanaşmasını əsas tutur və rəhbər vəzifə sahiblərinə qarşı da əməlli-başlıca sayğısızlıq göstərir. Yəni, özünü “Ərəbzəngi” hesab edən Yeganə Məmmədova “Bunu qanun tələb edir və qanuna da əməl olunmalıdır” deməklə, sanki “foks” göstərir. Elə ki, əməkdaşımız “Xanım, baş həkim işdə deyil, bəs katibəsi hardadır ki, iş saatlarında rəhbərliyin otağı bağlıdır?” sualına o, “katibə analıq məzuniyyətindədir, qaldı ki, bu işin heç kimə, o cümlədən konkret sənə də heç bir aidiyyatı yoxdur. Özümüz bilərik, baş həkimin iş otağı açıq olmalıdır, yaxud bağlı olmadır” cavabını verir. Yeganə Məmmədovanın bu cür cavabı əməkdaşımızda belə bir fikrin formalaşmasına əsas verir ki, deməli bu xanımın düşüncəsində dövlət səhiyyə müəssisəsində idarəçilik, məhz onların istəklərinə uyğun həyata keçirilməlidir. Yəni, ictimai əhəmiyyət kəsb edən məsələlərlə heç kim maraqlanmamalı və hər kəs ağzına “su alıb” susmalıdır. Yox, bu heç də belə deyil! Çünki, özünü “Ərəbzəngi” hesab edən Yeganə Məmmədovanın da çalışdığı Respublika Uşaq Stomatoloji Mərkəzi, vaxtilə dövlət büdcəsindən ayrılan büdcə vəsaitləri hesabına inşa olunmuş və hər kəsin də istifadəsinə verilmişdir. Deməli, xalqın bir nümayəndəsi olan əməkdaşımız, bu səhiyyə müəssisəsində baş verənlərlə bağlı maraqlanmaq, hər cür qanunsuzluqlara qarşı etiraz etmək hüququna malik olan şəxsdir. O halda ortaya belə bir sual çıxır ki, Respublika Uşaq Stomatoloji Mərkəzinin qeydiyyat şöbəsində çalışan Yeganə Məmmədovaya, görəsən bu cür ötkəm hərəkətlər etməyə kim, yaxud da hansı qanun ixtiyar verib? Məgər, bu xanım qeyri-adi səlahiyyətlərə sahib olan şəxsdir? Bəlkə, özünü “Ərəbzəngi” hesab edən Yeganə Məmmədovanı, Azər Əliyevin rəhbərlik etdiyi bu səhiyyə müəssisəsinin qeydiyyat şöbəsinə bilərəkdən təyin ediblər ki, o, pasiyentlərə qarşı bu cür ötkəm hərəkətlərini etsin, rəhbər şəxslərə qarşı sayğısızlıq göstərsin, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət etməsin, bir sözlə hər cür hoqqalardan çıxsın. Ola bilər, bəlkə də, bu həqiqətən də belədir. Amma, biz o halın varlğına da inanırıq ki, əməkdaşımızın üz-üzə qaldığı olaylarla bağlı yayımladığımız bu yazıdan sonra, rəhbərlik Respublika Uşaq Stomatoloji Mərkəzinin qeydiyyat şöbəsində çalışan Yeganə Məmmədovanın əməllərinə lazımi qiymətini verəcək və bu xanımın ,,ƏrəbzəngiВ»lik etməsinin qarşısı qəti şəkidə alınacaq. Mövzuya qayıdacağıq

Deryaz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru