Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib .....                     Postimperial və Putinal şovinizm .....                     Avropanın baş diplomatı İrəvana gəlir .....                     Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq .....                     Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: .....                     "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" .....                     Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb .....                     Rusiyada öldürülən qardaşların əmisi oğlu da .....                     Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib .....                     Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür .....                     Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər .....                     “Gəncəli Mübariz” xərçəngə tutuldu .....                     "Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" .....                     Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA .....                     AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir .....                     Rusiyada qardaşları öldürülən jurnalist danışdı: .....                     Ermənistanda gərginlik böyüyür .....                     Çox gözəl sözlərdir: Tramp Putini təriflədi .....                     Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA .....                     Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... .....                     "Qocalıqdan çox qorxuram" .....                     İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... .....                     Nəsə bu dəfə qanun işləmədi... .....                     Belə marketinq olmur... belə reklam olmur! .....                     II Qareginin keçmiş cangüdənindən şok ittihamlar .....                     Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür .....                     İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb .....                     Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? .....                     İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? .....                     ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib .....                     Sənədsiz evlərlə bağlı mühüm YENİLİK .....                     FHN-dən növbəti bahalı alış-veriş .....                     İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib .....                     Saçını boyamaq istədi, dərisini yandırdılar .....                     Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... .....                     Bu ünvanda Azərbaycan qanunları işləmir .....                     `Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... .....                     Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... .....                     Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... .....                 

Şamaxıda baltalanan nəfəsliyimiz MEŞƏLƏRİMİZƏ QƏNİM KƏSİLƏN VAR
Tarix: 9-01-2014, 11:18 | Çap et
Şamaxıda baltalanan nəfəsliyimiz
Şamaxı meşələrinin fəryadı və yaxud Şamaxı Meşə Mühafizə Bərpası Müəssisəsinin müdiri Salahov Elçin meşələri mühafizədən çox talan edir, ekologiya naziri isə hələ də susur.

Meşələr təbiətin ağ ciyərləri hesab olunur. Eyni zamanda öz təbii gözəlliyi, füsunkar mənzərəsi ilə meşələr yurdumuzun inciləridir. Ekoloji vəziyyətin müasir acınacaqlı durumunda meşələri qorumaq hər bir vətəndaşın borcudur. Son dövrlərdə respublikada bir çox ərazilərdə meşə zolaqlarının salınmasına dövlət səviyyəsində başlanılmışdır. Lakin, bilavasitə meşələrin mühfizəsi ilə məşğul olmağa məsul olan qurumların fəaliyyətində müşahidə olunan qanunsuzluqlar deməyə əsas verir ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil.

Şamaxı meşələri öz mənzərəsi, təmiz havası ilə həmişə diqqət mərkəzində olmuşdur. Daima qonaq-qaralı olan bu meşələr istər turizm, istərsə də, təsərrüfat baxımından böyük əhəmiyyətə malikdir. Şamaxı Meşə Mühafizə bərpası müəssisəsi və onun müdiri Elçin Salahovun yarıtmaz fəaliyyəti, qanunsuz əməlləri nəticəsində bu gün Şamaxı meşələrinin taleyi böyük təhlükə altındadır. Bir çox qiymətli ağac növləri ilə zəngin olan meşələr bu gün insafsızcasına qırılaraq, məhv olunur. Bu barədə dəfələrlə həyəcan təbili çalınsa da, vəziyyət dəyişməmiş, “meşələrin soyqırımı” davam etdirilir. Şamaxı meşələrinin acınacaqlı, ürəkağrıdan vəziyyəti ilə bağlı uzun illər bu sahədə çalışmış Mürsəliyev Hakim Tumarxan oğlu ilə söhbət etdik. Mürsəliyev Hakim mövcud vəziyyət haqqında ürək ağrısı ilə danışdı:

-Bu gün Şamaxı meşələrinin taleyi təhlükə altındadır. Əgər belə davam edərsə, qısa müddətdən sonra zəngin flora və faunaya malik Şamaxı meşələri ancaq xoş xatirəyə çevriləcəkdir. Meşələrin mühafizəsinə, qorunmasına bilavasitə məsuliyyət daşıyan Şamaxı Meşə Mühafizə

bərpası müəssisəsi və bilavasitə onun rəhbəri Salahov Elçin Asif oğlu əslində meşələrin kütləvi məhvi ilə məşğuldurlar. Elçin Salahov idarəyə rəhbər təyin olunduqdan sonra öz şəxsi mənfəəti naminə, maraqlarını təmin etmək üçün yaxın adamlarını, qohumlarını ətrafına toplayaraq, Şamaxıda əməlli başlı “Meşə bazarı” açmışdır. Vəzifəyə təyin olunandan dərhal sonra öz qohumlarını meşəbəyi təyin etdirən E.Salahov öz komandasını formalaşdıraraq, meşələrə divan tutmağa başladı. Qurdtəpədə meşəbəyi işləyən Qubadov Fazili, Talış Nuri meşələrindən Süleymanov Davudu, Qonaqkənddən Qafarov Mirzəxanı, Pirbəhlidən Bəşirov Şakiri işdən çıxardaraq, onların yerinə öz qohumlarını yerləşdirmişdir. Amma, az sonra həmin şəxslər yenidən qeyri-qanuni olaraq öz vəzifələrini icra etsələr də, sənədlərdə E.Salahovun yaxın adamlarının adı meşəbəyi kimi göstərilmişdir. E.Salahov həmin şəxsləri əmin etmişdir ki, tezliklə onları rəsmi surətdə yenidən öz işlərinə bərpa edəcəkdir.

Mənim atam Mürsəliyev Tumarxan uzun illər Çağan meşələrində meşəbəyi olmuş, bu meşələri göz bəbəyi kimi qorumuşdur. Onun vəfatından sonra 18 il mən atamın işini davam etdirmişəm. Bu illər ərzində hər bir ağacı qayğı ilə qorumuşam. Lakin, E.Salahova meşələri sevən, qoruyan adamlar sərf etmir. Ona daha çox əlibaltalı, meşəqıranlar lazımdır ki, çoxlu pul qazansın. Buna görə də mənim, həmçinin daha 3 meşə sahəsini birləşdirərək öz bacısı oğlu Əhlimanın tabeliyinə verərək min illik meşələrin qırılmasına başladı. Bir vaxtlar göz oxşayan meşə zonalarındakı ağacların yerində indi kötüklər qalıb. Qiymətli ağac növləri kəsilərək amansızcasına məhv olunub.

Ağacların soyqırımına etiraz edəndə E.Salahov etdiyi qanunsuzluqları əsaslandırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icra aparatının rəhbəri Rövşən Cəlilova arxalandığını və hər ay ona 2 min manat verdiyini bildirir. “İdarənin təmirinə 80 min manat xərcləmişəm, hər ay yuxarılara filan qədər verirəm, bəs mən bu pulu hardan çıxarmalıyam?” deyən E.Salahov Şamaxı meşələrinin məhvinə girişmişdir. Əgər tezliklə tədbir görülməzsə vəziyyət daha dəhşətli hal alacaqdır.

Müsahibimiz E.Salahovun başqa qanunsuz əməllərini də açıqladı. Belə ki, Şamaxının baş meşəbəyisi yaxınlarının adlarını idarədə müxtəlif vəzifələrə yazdıraraq dövlətin külli miqdarda vəsaitini mənimsəməklə məşğuldur. Bu işdə onun yaxın köməkçisi, idarənin baş mühasibi Kazım Əhmədovdur. Baş mühasibin həyat yoldaşı Əsbət xanımın 60 yaşı olmasına baxmayaraq, adı fəhlə ştatına yazılmış, bir gün də olsun işə çıxmadığı halda hər ay əmək haqqı almışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuzluqlara görə Əmək Məcəlləsinin 70-C bəndinə əsasən meşə mühafizə mühəndisi vəzifəsindən azad olunan Bəhram Səfərov sonradan E.Salahov tərəfindən əkin mühəndisi vəzifəsinə təyin olunmuşdur.

E.Salahov öz bacısı oğlu Quliyev Mühasibə məxsus QAZ-53 markalı maşın işləmədiyi halda hər gün putyovka yazaraq xeyli vəsaiti mənimsəyir. Xalası oğlu Məmmədov Maisin QAZ-53 markalı maşını isə meşələrdən kəsilən ağacların daşınmasında əsas texniki vasitədir. E.Salahov onu heç bir təhsili olmasa da, Şamaxı meşələrinə meşəbəyi köməkçisi təyin etsə də, hələ də rəsmi təsdiq etdirə bilmir. Lakin buna baxmayaraq, xalası oğlu və onun QAZ-53-ü onun işinə yaramaqda davam edir.

Bütün bu faktlar bir daha göstərir ki, Şamaxı meşələrinin taleyi həqiqətən də təhlükə altındadır. Min illik meşələri qırmaqla məşğul olan E.Salahov isə bütün qanunsuz əməllərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi icra aparatının rəhbəri Rövşən Cəlilova arxalanaraq, etdiyini bildirir. Doğrudanmı, bu qədər qanunsuz əməllər nazirliyin xəbəri olmadan görülür, və ya həqiqətən də E.Salahovu himayə edən qüvvələr onun bütün əməllərini ört-basdır edirlər? İnanırıq ki, bu məsələyə şəxsən nazir H.Bağırov səviyyəsində münasibət bildiriləcək və günahkarlar layiqli cəzasını alacaqdır.

Nicat Mahmudov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 05:11
Postimperial və Putinal şovinizm - Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki...
Bu gün, 02:46
Avropanın baş diplomatı İrəvana gəlir
Bu gün, 02:41
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 02:37
Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: - Kreml Bakıdan üzr istəməlidir!
Bu gün, 00:36
"Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" - Yekaterinburqda işgəncə görən azərbaycanlı
Dünən, 23:49
Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
Dünən, 23:43
Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
Dünən, 12:06
Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
Dünən, 12:03
Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
Dünən, 11:57
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
Dünən, 11:55
Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
Dünən, 11:33
“Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
Dünən, 10:56
"Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
Dünən, 10:52
Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
Dünən, 10:47
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
Dünən, 10:42
Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
Dünən, 10:30
Ermənistanda gərginlik böyüyür - Söhbət ölkənin gələcək müqəddəratından gedir
Dünən, 10:18
Çox gözəl sözlərdir: Tramp Putini təriflədi - Rusiya prezidenti nə deyib?
Dünən, 10:16
Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA - TƏFƏRRÜAT
Dünən, 10:11
Direktor müəllimə qoyun sağdırır, şagird restoran ofisiantıdır... - Qusar təhsilində yeni biabırçılıqlar
Dünən, 10:06
"Qocalıqdan çox qorxuram"
Dünən, 10:00
İrəvanda KİLSƏ-DÖVLƏT DAVASI... - GƏLİŞMƏ
Dünən, 09:52
Nəsə bu dəfə qanun işləmədi... - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 09:49
Belə marketinq olmur... belə reklam olmur! - ETİRAZ
Dünən, 09:39
II Qareginin keçmiş cangüdənindən şok ittihamlar - ""KQB"agentidir, çevriliş planlaşdırır, övladları var..."
Dünən, 09:34
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - ANIM
Dünən, 09:32
İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Dünən, 09:30
Demokratiyanın avropalı "təəssübkeşləri" İrəvana nədən GÖZ ATMIR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:25
İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 09:19
ABŞ-li instruktorların təşkil etdiyi batalyon Sumı istiqamətinə göndərilib - TASS
Dünən, 09:17
Sənədsiz evlərlə bağlı mühüm YENİLİK – Bundan sonra…
Dünən, 09:16
FHN-dən növbəti bahalı alış-veriş TƏDARÜKÜ
Dünən, 09:02
İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib - KİV
Dünən, 08:59
Saçını boyamaq istədi, dərisini yandırdılar - BU NƏDİ BELƏ?
Dünən, 08:51
Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
Dünən, 08:44
Bu ünvanda Azərbaycan qanunları işləmir - GİLEY
Dünən, 08:37
`Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR... - dövlətin sərvətinə YAĞI MÜNASİBƏTİ
Dünən, 08:21
Qosqoca dövlət qurumunda oyun oynamaq da TENDERLƏ İMİŞ... - Hər şeylərini dövlətin ayağına yazırlar...
Dünən, 08:10
Əgər rəsmi Tehran Mehdi Sobhaninin ağzından vurmursa... - AKTUAL
Dünən, 08:04
Tramp bu il Çini ziyarət edəcək - KİV
Dünən, 07:01
"Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
Dünən, 06:52
"Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" - deputat
Dünən, 06:46
“Uşaqların başı imtahanlarla xarab olur” – Nazirliyə ETİRAZ
Dünən, 06:43
Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? - ARAŞDIRMA
Dünən, 06:38
Ermənistanda keşiş “ovu” – Paşinyan arxiyepiskopları “dənləyir”
Dünən, 06:36
İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? - AKTUAL
Dünən, 06:32
Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib - ÇÜNKİ...
Dünən, 06:30
ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam - Tramp
Dünən, 06:25
"Səhnə qurban tələb edir"
Dünən, 06:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru