Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                 

BİZNESMEN, SİQARET MONOPOLİSTİ, SƏLƏMÇİ... - Lənkəranı yenəmi Rüfət Quliyev təmsil edəcək?
Tarix: 3-02-2020, 11:13 | Çap et
BİZNESMEN, SİQARET MONOPOLİSTİ, SƏLƏMÇİ...
Prezidentə müraciət edərək, özünü istefaya göndərən son parlamentin tərkibindən bir çox hakim partiya üzvlərilə yanaşı, müstəqil hesab olunan deputatların da yenidən öz namizədliklərini irəli sürməsi cəmiyyətin böyük kəsimində tənqid və narazılıqla qarşılandı. Təkrar namizədlikləri verilən YAP təmsilçilərinin “partiyanın iradəsindən çıxış edərək” növbədənkənar seçkiyə qatılmaları kimi bir bəhanəsi ola bilər. Lakin ölkədəki islahatlarla ayaqlaşmadıqlarını dolayısı da olsa etiraf edərək, parlamentin buraxılmasına səs verən müstəqil deputatların yenidən namizəd olmalarını anlamaq çətindir.

Belə namizədlərdən biri də artıq üst-üstə 15 ildir 73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən deputat olan Rüfət Quliyevdir. Ümumiyyətlə, Lənkəranın deputat sarıdan bəxti gətirməyib desək, yəqin ki, bizi qınayan olmaz. Xatırladaq ki, Lənkəranın digər dairəsi olan 74 saylı dairədəki deputatı da Hadı Rəcəblidir. Bu iki deputatı birləşdirən bir çox cəhətlər var ki, onlardan biri də biznesdir.

Rüfət Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Onun Azərbaycan iqtisadiyyatı ilə bağlı omasa da, şəxsi biznesilə bağlı kifayət qədər uğurları olduğu bildirilir. Rüfət Quliyev Azərbaycanda hələ ilk deputatlığı dövrlərindən millət vəkilindən daha çox siqaret monopolisti kimi tanınıb.

O, Azərbaycanın ən iri siqaret inhisarçısı, Bakı Tütün Kombinatının nəzdində yaradılan və 2000-ci ildən siqaret istehsalına başlayan “EUROPEAN TOBACCO Baku” ASC-nin rəhbəri və gerçək sahiblərindən sayılıb. Vaxtilə deputat ola-ola mətbuatda dərc edilən müsahibəsində özü etiraf etmişdi ki, Azərbaycanda bazarın 25-27 faizini onlar təmin edirlər. Lakin ticarət sektorundakı mənbələr bu rəqəm minimum 50 faizin üstündə olduğunu iddia edirdilər.

Onlardan birinin mətbuata verdiyi məlumatda deyilirdi: “Xüsusilə son illərdə onların orta və aşağı qiymətli siqaretlərinin satışı dəfələrlə artıb. Lakin bu həcmin yarıdan çoxu rəsmiləşdirilmir. Əsasən də kiçik və orta satış məntəqələrində satış həcmlərinin uçotu demək olar ki, aparılmır...”

Mətbuatda Rüfət Quliyevlə bağlı gedən yazılara diqqət yetirdikdə, onların böyük əksəriyyətinin deputatın biznesi, var-dövləti və pulla bağlı qalmaqallarına aid olduğunu görərsiniz. Sonuncu belə qalmaqal məhkəməyə qədər gedib çıxan 328 min dollarlıq pul davası olub.

Məlum olub ki, deputatın sələmə pul verdiyi və hətta dostu olduğu iddia edilən şəxs dünyasını dəyişdiyindən, millət vəkili onun ailə üzvlərindən pulun əvəzinə əmlak tələb edir. Həmin vaxt qarşı tərəfin vəkili jurnalistlərə müraciət edərək , “məhkəmədə hər kəs görsün ki, deputat seçicilərinin problemi ilə məşğul olmaq əvəzinə 40 illik dostunun dul həyat yoldaşına qarşı hansı qanunsuzluqları edir” deyə bildirmişdi.

Təəssüf ki, deputatın külli miqdarda pulu, var-dövləti olması və onu sələmə verməsi Azərbaycan üçün adi hala çevrilib...

Ancaq maraqlı olan öz biznesilə, var-dövlətilə məşğul olan bir adamın təkrar-təkrar deputat seçilməkdə marağı və bunun necə mümkün olmasıdır.

Normalda, müstəqil deputat arxasında hər hansı siyasi qüvvənin, ideologiyanın olmadığı bir şəxsdir. Belə şəxsin 3 dəfə ardıcıl olaraq deputat seçilməsi və dördüncüyə də iddialı olması üçün ən azından ölkə çapında tanınmasına, xarizmatik şəxs olmasına, olduqca aktiv ictimai-siyasi fəaliyyəti, geniş auditoriya tərəfindən diqqətlə izlənən çıxışları, nəhayət, heç olmasa təmsil olunduğu dairənin əhalisi qarşısında fövqəladə xidmətləri və s. digər üstünlüklərə malik olması gərəkdir. Bəs bunların hansı biri Rüfət Quliyevdə var?

Müsahibələrinin birində bu deputatın öz seçicilərilə görüşünə dair söylədiklərinə diqqət yetirin: “Mən ayda 1 dəfə seçicilərimlə görüşürəm. İndi görüşə gələn adamların sayı isə azalıb. Bunun obyektiv səbəbi də var... hökumət üzvləri bölgələrdə vətəndaşlarla görüşürlər. Mən belə başa düşürəm ki, həmin görüşlərdə problemlərin çoxu həll olunur”.

Belə çıxır ki, artıq Lənkəran camaatının bütün problemləri həll olunub və deputata söyləyəcək elə bir sözü qalmayıb. Bəlkə əksinə, əhali hörmətli deputata nəsə deməyin mənasız olduğunu anladığından ona müraciət etmir? Yaxud bəlkə bu görüşlər əgər keçirilirsə də, yalnız deputata sərf edən “ənənəvi kontingentlə” keçirilir? Axı istənilən lənkəranlı, deputatın əlindən tutub, onu işsizlikdən, imkansızlıqdan, sosial problemlərdən əziyyət çəkən yüzlərlə, minlərlə ailənin qapısına apara bilər.Təbii ki, əgər R.Quliyev həmin qapıları döymək istəyirsə...

Nəhayət, bu deputatın belə demək mümkünsə, hansı siyasi cinahı təmsil etməsinə nəzər yetirməkdə bir fayda var. Ölkədə aparılan iqtisadi, kadr və struktur islahatları, eləcə də siyasi islahatlar “köhnə qvardiyaya” aid olan və onun bosslarının qulluğunda durmuş fiqurlara yeni şəraitdə şans tanımır.

Rüfət Quliyevin hansı qrupa, hansı cinaha aid olmasına dair konkret fikir söyləməkdən uzağıq. Yalnız onun müsahibələrinin birində keçmiş MTN naziri Eldar Mahmudovla bağlı suala nostalji dolu, az qala kövrək cavabını xatırlatmamaq olmur: “Həmkarım Çingiz Əsədullayevin(Eldar Mahmudovun ən yaxın adamlarından biri, Rüfət Quliyevin dostu-red.) bir sözü çox xoşuma gəlir. Vaxt var idi ki, insanlar Eldar Mahmudovun əlini sıxmaqdan ötrü növbəyə düzülürdülər...”

Bəs bu sırada kimlər olub və indi onlardan kimlər qalıb görəsən?

Bir də görəsən lənkəranlılar nə düşünürlər? Yenəmi Hadı Rəcəbli, yenəmi Rüfət Quliyev?...
AzPolitika.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru