Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                 

Şəhid ailəsi “Qaçqınkom”un cavab məktublarından “oboy” kağızı hazırlayır - GİLEY
Tarix: 29-11-2018, 10:19 | Çap et
Şəhid ailəsi “Qaçqınkom”un cavab məktublarından “oboy” kağızı hazırlayır
Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlik siyasətindən bəhrələnən vətəndaşlar az deyil. Məskunlaşdıqları yerlərdə özünə ev-eşik, biznes quranlar da çoxdur. Amma müşahidələr göstərir ki, burda da zirəklər qabağa düşür, necə deyərlər, “dilsiz-ağızsızlar” karvandan geri qalır. Sirr deyil ki, bir çox hallarda bu məsələlərdə korrupsiya, süründürməçilik, bürokratik əngəllər öz sözünü deyir. Ancaq bu yazımızda biz heç kimi ittiham etmək niyyətində deyilik. Mövcud problemin dərinləşməkdə olduğunu bir daha əlaqədar qurumların diqqət mərkəzinə gətirmək istəyirik.

Füzuli rayonunun Şəhərcik kəndindən məcburi köçkün, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədov küçəsi – 19/25 ünvanda, Humanitar Kollecin yataqxanasında məskunlaşmış Əliyeva Fazilə Xanlar qızı redaksiyamıza müraciət edərək, özünün və məcburi köçkün qonşularının Azərbaycan Respublikasının Prezidentinə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinnin sədrinə ünvanladıqları müraciətnamənin surətini açıq formada qəzetimizdə dərc olunmasını xahiş etmişdir. Köçkünlərin KİV-də ictimailəşdirmək istədikləri problemlərdən söz açılan həmin müraciətnamədən oxuyuruq:

“Möhtərəm Prezident! Ölkəmizdə dövlətin qaçqın və məcbiri köçkünlərə yönəlik qayğılı siyasəti bütün dünyada təqdir olunur. Bu zümrədən olan insanların sosial rifah səviyyəsinin yaxşılaşdırılması, onların mənzillə təmin olunması istiqamətində görülən tədbirlər alqışa layiqdir. Buna baxmayaraq, yerlərdə həllini tapmamış problemlər qalmaqdadır. Biz – məcburi köçkünlər, 1992-ci ildən məskunlaşmış olduğumuz Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədov küçəsi – 19/25 ünvanda (Humanitar Kollecin yataqxanasında) illərdir ki əziyyət içində, acınacaqlı şəraitdə yaşayırıq. Kommunal xidmət infrastrukturu yox səviyyəsindədir. Yataqxana binası köhnə, demək olar ki, qəzalı vəziyyətdədir. Baş verə biləcək yanğın və digər fövqəladə hallara qarşı müdafiə sistemi yoxdur. Əlaqədar təşkilatlardan ara-sıra gəlib bizim mənzillə təmin olunacağımız yönündə iş aparıldığını desələr də, heç bir irəliləyiş yoxdur. Burada körpəli, qocalı, xəstəsi olan ailələr yaşayır (Əgər buna yaşamaq demək olarsa). Qarşıdan qış gəlir. Qaz təminatı olmadığından, soyuqda nə edəcəyimizi bilmirik. Odur ki, bizim mənzillə təminat məsələmizin mümkün qədər tez həllini tapmasına köməklik göstərməyinizi xahiş edirik”.

Məcburi köçkünlərin məskun olduqları yataqxanadakı vəziyyətlə yerində tanış olduq. Məktubdakı birinci imzanın sahibi Əliyev Fazilə Xanlar qızının yaşadığı otaq yataqxananın beşinci mərtəbəsində yerləşir. Divarın yuxarı küncü dam örtüyünün bərbad olması səbəbindən yağıntının təsiri ilə uçuqlamış, üstünün oboy kağızı ilə birgə qopub tökülmüşdür.

Həmin ünvanda yaşayan iki şəhid ailəsindən birinin qonağı olduq. Ağdam rayonundan olan məcburi köçkün, şəhid Əliyev Elşad İldırım oğlunun ailə üzvü Əliyeva Mətanət Teyyub qızı xatırlayır ki, “Qaçqınkom”un sədri Rövşən müəllim bir neçə ay qabaq vəzifəsinin icrasına təzə başlayan vaxtı özü gəlib yataqxananın həyətinə, buradakı şəraitlə, daha doğrusu, şəraitsizliklə tanış olub. Sual verib onu da öyrəndik ki, Komitədə, eləcə də Ağdam rayon İcra Hakimiyyətində şəhid ailəsinə mənzil növbəsi sırasında neçənci olduğu da bildirilməyib.

Mətanət xanım deyir ki, rəhmətlik Elşad Əliyev şəhid düşəndə oğulları Məhəmməd qundaqda 37 günlük körpə imiş: “Artıq oğlumun 25 yaşı var. İki ildir ki, nişanlıdır. Gəlinim də Tərtərdəndir, cəbhə bölgəsində yaşayır. Orda hər dəfə atışma baş verməsi barədə xəbər yayılanda ürəyimi yeyirəm ki, görən nə oldu. Gəlini gətirməyə yer tapmıram. Üçün dördə (3Г—4 metr sahə – red.) balaca otağa sığınmışıq. Yarım oklad 64 manat maaşla xadimə işləyirəm. Bu məvaciblə necə ev ala bilərəm?”

Şəhid Elşad Əliyevin ailəsinin mənzil sahəsi ilə təmin olumaqla bağlı Prezidentə ünvanladıqları müracətlərinə adətən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən belə cavab verilir ki, hazırda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına əsasən, Bakı və Bakıətrafı qəsəbələrdə yeni salınmış qəsəbələrdə və hündürmərtəbəli binalarda boş mənzil fondu olmadığından, onların mənzil sahəsi ilə təmin olunmaları hələlik imkan xaricindədir. Cavab məktublarında həmçinin qeyd olunur ki, ölkə başçısının 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ına Əlavələr təsdiq edilmişdir. Həmin Əlavənin 1.7-ci bəndində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi nəzərdə tutulmuşdur. Vəd olunur ki, Dövlət Proqramına edilmiş Əlavələrin icrası həyata keçirilərkən onların də mənzil sahəsi ilə təmin olunması məsələsinə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır.
Mətanət xanım deyir ki, artıq bu eyni məzmunlu, mücərrəd xarakterli məktublardan beziblər: “O məktublar o qədərdir ki, “oboy” əvəzinə yapışdırsaydıq, divarı örtə bilərdik. Çoxunu əsəbdən cırıb atmışıq. Niyə bu qədər nefti-qazı olan ölkənin bizi mənzillə təmin etməyə gücü çatmır?”

Sonra da yerə sərdikləri örtüyü qaldırıb döşəmənin çürümüş yerini, pəncərənin sınıq-salxaq çərçivəsinə şüşə əvəzinə salınmış polietileni göstərir: “Bu vəziyyətdə nə vaxtadək yaşamaq olar?”

Məsələ burasındadır ki, qaçqın və məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlik dövlət proqramları həyata keçirilərkən imtiyazlara görə ardıcıllıq nəzərə alınmır. Torpaqlarımızın bütövlüyü uğrunda mücadilədə canlarından keçən şəxslərin ailələri, müharibə əlilləri, veteranları ardıcıllıqla dövlətin sosial siyasətindən yararlanmalıdırlar. Əgər şəhid ailəsi acınacaqlı şəraitdə yaşayırsa, digərlərini ev növbəsində qabağa salmaq nə dərəcədə ədalətlidir?

Pünhan Şükür

Şəhid ailəsi “Qaçqınkom”un cavab məktublarından “oboy” kağızı hazırlayır
Şəhid ailəsi “Qaçqınkom”un cavab məktublarından “oboy” kağızı hazırlayır










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru