Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                 

TAKSİ ÜSYANLARI DAVAM EDƏCƏK
Tarix: 17-01-2012, 14:13 | Çap et
TAKSİ ÜSYANLARI DAVAM EDƏCƏK

NN-DƏN CAVAB: “LİSENZİYASIZ TAKSİLƏR YIĞIŞDIRILACAQ”

“Bir qrup taksi sürücüsünün Nəqliyyat Nazirliyinin qarşısına toplanması, onların dedikləri nazir Ziya Məmmədova məruzə olunub. Nəqliyyat Nazirliyinin mövqeyi dəyişməz olaraq qalır. Lisenziyasız fəaliyyət göstərən taksi sürücülərinə qarşı mübarizə davam etdiriləcək”. Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov yanvarın 17-də “Media forum” saytına açıqlamasında belə deyib.

Nazirlik rəsmisi bildirib ki, ilk növbədə keçmiş sovet istehsalı olan köhnə avtomobillər, lisenziyasız fəaliyyət göstərən taksilər dövriyyədən yığışdırılacaq: “Bunu dəfələrlə demişik, taksi sürücülərinə müraciətlər etmişik. Artıq qayda-qanun yaratmağın vaxtı çatıb. Biz qanunsuz fəaliyyət növünə şərait yarada bilmərik. Bu mümkün olan iş deyil. Ona görə də qanunsuz fəaliyyət göstərənləri qanun əsasında işləməyə dəvət edirik. Taksi işlətmək istəyənlər ya “London taksiləri”ndən götürsünlər, ya da ağ rəngli xüsusi markalı xarici avtomobillər var, onlardan alıb, qaydalara əməl etməklə istifadə etsinlər. Taksi işlətmək üçün xarici avtomobil alanlar mütləq taksometr quraşdırmalı, lisenziya və fərqlənmə nişanına sahib olmalıdırlar. Məsələnin həlli yalnız bu formada mümkündür. “London taksiləri”ndə gündəlik plan ləğv olunub. Sadəcə olaraq taksometr nə qədər məbləğ yazırsa, onu şirkətə təhvil verirlər. Sürücülər isə maaş alır. Şirkət də deyir ki, yaxşı işləyin, taksometr çox yazsın. Getsinlər taksi parkına ilkin depoziti ödəsinlər və fəaliyyətlərini davam etdirsinlər. “London taksiləri”ni 33 min manata ala bilərlər. Amma bu taksiləri kreditə vermək mümkün deyil”.

Namiq Həsənov yalnız 2007-ci ildən sonra istehsal olunan avtomobillərdən taksi kimi istifadə edilməsinə razılıq verilməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, 2007-ci il təsadüfən seçilməyib: “Çünki dünyada qəbul olunan normalar var. Avropa Komissiyasının təsnifatına daxil olan avtomobil markaları mövcuddur. Burada sərnişinlərin təhlükəsizliyi məsələsi əsas götürülür. Lisenziya da 5 ilə verilir. 5 ildən artıq müddətdə istifadə olunan maşınlar sərnişin daşımaq üçün təhlükəli sayılır. Eyni zamanda ekoliji standartlara cavab vermir. Sərnişinlərin təhlükəsizliyi və ekologiyanı qorumaq üçün belə bir qərar qəbul edilib”.

Nazirlik rəsmisi vurğulayıb ki, köhnə avtomobillərin istifadədən yığışdırılması qəfil qəbul olunan qərar deyil. Onun sözlərinə görə, 2006-cı ildən başlayaraq bununla bağlı müraciətlər edilib, sürücülər taksi kimi istifadə etdikləri avtomobilləri yeniləri ilə əvəzləməyə çağırılıb: “Biz bunu 5 ildir deyirik. Amma Nəqliyyat və Daxili İşlər nazirliklərinin birgə tədbirləri 2012-ci ilin yanvarından başlayıb və bundan sonra da davam etdiriləcək. Buna Bakıda keçiriləcək “Avroviziya” yarışmasının da təsiri var. Çünki şəhərə qonaqlar gələcək. Amma biz bu tədbirlərə başlayanda “Avroviziya” məsələsi yox idi”.

Namiq Həsənov taksi məsələsinin siyasiləşdirilməsini qəbuledilməz sayır. Şöbə müdiri qeyd edib ki, köhnə avtomobillərdən taksi kimi istifadə olunmasına qoyulan qadağanı hansısa nazirlə, məmurla bağlamaq əsassızdır: “Qanunsuz fəaliyyətlə məşğul olanların belə demələri gözləniləndir. Biz qanunsuz fəaliyyətə necə şərait yarada bilərik? Qanunsuz fəaliyyətə şərait yaratmaq Nəqliyyat Nazirliyinin qanunsuz iş görməsi demək olar. Biz bunu edə bilmərik. Nəqliyyat Nazirliyi icra orqanıdır, Milli Məclisdə qəbul olunan qanunları, Nazirlər Kabinetinin qərarlarını yerinə yetirir”.

Yanvarın 16-da bir sıra taksi sürücüləri Nəqliyyat Nazirliyinin qarşısında toplanıb. Onlar köhnə avtomobillərin taksi kimi fəaliyyət göstərməsinə qoyulmuş qadağaya etiraz bildiriblər. Sürücülərin nümayəndələri nazirliyin sözçüsü Namiq Həsənovla görüşüb. Namiq Həsənov həmin gün sürücülərə bildirib ki, indi onlara konkret cavab verə bilməz, çünki məsələ nazir Ziya Məmmədova məruzə edilməlidir. Namiq Həsənov sürücülərə onların şikayəti ilə bağlı cavab veriləcəyini vəd edib. Bundan sonra sürücülər qərara gəliblər ki, 2 gün ərzində nazirlikdən cavab gözləsinlər. Onlar bildiriblər ki, köhnə avtomobillərin taksi kimi fəaliyyət göstərməsinə qoyulmuş qadağa götürülməsə, aksiyaları bərpa edəcəklər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru