Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                 

YENİ KORRUPSİYA FAKTLARI AÇIQLANDI
Tarix: 5-01-2012, 13:27 | Çap et
YENİ KORRUPSİYA FAKTLARI AÇIQLANDI

İNŞAAT FİRMALARINDAN BİRİ DƏ KORRUPSİYADA İTTİHAM OLUNUR

Azərbaycanda korrupsiya hallarına qarşı mübarizə tədbirləri çərçivəsində növbəti faktlar aşkarlanıb.

APA-nın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, Tovuz rayon sakini Cəfər Yusifovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Rəhim Məmmədovun 2-ci qrup əlillik dərəcəsinin verilməsi üçün ondan 1.000 manat məbləğində rüşvət tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Rəhim Məmmədov həmin komissiyanın həkim ekspert-cərrahı Əli Həsənovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidməti vəzifələrinin icrası ilə əlaqədar Cəfər Yusifova 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsinin müqabilində 1.000 manat məbləğində rüşvət alıb.
Törətdikləri cinayət əməllərinə görə Rəhim Məmmədov və Əli Həsənova qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bundan başqa, qeyd edilən nazirliyin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Vahid Gülmalıyevin qanunsuz hərəkətləri barədə toplanmış material üzrə də cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Vahid Gülmalıyev 2-ci qrup əlil Fərəcov Talıb Fərəc oğlunun xeyrinə qərar qəbul etmək, yəni onun təkrar müayinədən keçirilib 2-ci qrup əlillik dərəcəsinin təyin olunması üçün 4 oktyabr 2011-ci il tarixdə 500 manat məbləğində pul tələb edib, ertəsi gün 11 saylı TSEK-in binasında, komissiya üzvlərinin xidməti otağında maddi nemət olan 400 manat məbləğdə pulu rüşvət kimi alıb.
Törətdiyi cinayət əməlinə görə Vahid Gülmalıyevə rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlumata görə, digər bir cinayət işi külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığı faktlarına görə başlanıb. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri Xandadaş Əliyev 2005-2010-cu illər ərzində Yaqub Əhmədov və qeyrilərini cinayət və mülki işlər üzrə istintaq və məhkəmə orqanlarında təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsi, onların vəziyyətinin yüngülləşdirilməsi və ya tərəflərin xeyrinə hər hansı qərarların çıxarılması barədə yalan vədlər verməklə aldatma yolu ilə onlardan müxtəlif məbləğlərdə pul vəsaitini alaraq ələ keçirib. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və törətdiyi cinayət əməllərinə görə Xandadaş Əliyev həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa, "SNT-İnşaat" firması tərəfindən 2007-ci ildə paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yerləşən 239 nömrəli məktəbdə əlavə korpusun tikintisi zamanı tikinti normalarına əməl olunmaması və iş həcmlərinin artırılaraq dövlət vəsaitinin mənimisənilməsi barədə toplanmış material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, "SNT-İnşaat" şirkətinin iş icraçısı Salman Cabbarov öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talama məqsədi ilə 2006-2007-cu illər ərzində tikintisi ona həvalə edilib 239 nömrəli orta məktəbin 840 şagird üçün əlavə korpusunun tikinti işlərini apararkən, həmin korpusun inşası zamanı müxtəlif vaxtlarda 23.157 manat dəyərində artırılmış işlər barədə 2006 və 2007-cı illərin işin qəbulu aktlarına və 2 nömrəli arayışların məzmununa bilə-bilə yalan məlumatları daxil edib həmin sənədləri imzası ilə təsdiq edərək saxtalaşdırıb və iş həcmlərinin artırılması hesabına əldə etdiyi, qeyd olunan pul vəsaitini mənimsəmə yolu ilə talayıb. Törətdiyi cinayət əməllərinə görə Salman Cabbarova külli miqdarda mənimsəməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən müxtəlif sahələr üzrə törədilmiş korrupsiya hüquqpozmaları ilə əlaqədar cinayət işlərinin istintaqı davam etdirilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru