İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                 

VAQİF AXUNDOVUN "ŞPİON" OVU
Tarix: 26-12-2011, 16:14 | Çap et
VAQİF AXUNDOVUN "ŞPİON" OVU

"SİZ RƏİSƏ XƏYANƏT ETMİSİNİZ, SİZƏ BU ÖLKƏDƏ YER YOXDUR"

DİA.AZ: - Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sabiq əməkdaşları - baş leytenant Asif Lətifov və çavuş Seymur Əlicanov işdən qanunsuz olaraq uzaqlaşdırılmaları ilə bağlı uzun müddət müxtəlif dövlət instansiyalarına, o cümlədən XDMX-nin rəisi Vaqif Axundova müraciət etsələr də, onların müraciətləri cavabsız qalıb. Bu səbəbdən XTMD-nın sabiq əməkdaşları öz hüquqlarını məhkəmədə bərpa etmək niyyətindədirlər. Artıq onlardan biri - baş leytenant Asif Lətifov işə bərpa olunmaq və buraxılmış aylara görə əmək haqqının ödənilməsi tələbi ilə Səbayel rayon Məhkəməsində XDMX-nin rəisi Vaqif Axundova qarşı iddia qaldırıb. Dekabrın 28-də Səbayel rayon Məhkəməsində qaldırılmış iddia üzrə məhkəmə prosesi keçiriləcək.

Bu arada isə Asif Lətifov və Seymur Əlicanovun XDMX-dən işdən uzaqlaşdırılmalarının əsl səbəbi bəlli olub. Belə ki, bir müddət əvvəl XDMX rəisinin qəbuluna düşməyə çalışan Seymur Əlicanov müraciətləri nəticəsiz qaldıqda Milli Təhlükəsizlik naziri Eldar Mahmudova ərizə ilə müraciət edib. Onun şikayəti MTN rəhbərliyi tərəfindən XDMX-nin rəisi Vaqif Axundova göndərilib. V.Axundov isə XDMX-nın kadrlar şöbəsinin rəisi, qaynı Hüseyn Əhmədova şikayətçini qəbul etməyi tapşırıb.

Seymur Əlicanov deyir ki, MTN-ə yazdığı məktubdan sonra Hüseyn Əhmədov onu qəbuluna çağırtdırıb: "Hüseyn Əhmədov məni qəbul etdi və ünvanıma təhqiredici ifadələr işlətdi. Qaynatamın və qaynımın məhkumluğunu əsas gətirib dedi ki, Allahına şükür et ki, səni Asif Lətifov kimi 157e maddəsi ilə işdən çıxarmamışıq. Bildiyiniz kimi, 157e maddəsi (xidməti uyğunsuzluğa görə) ilə işdən çıxarılanlar sonradan dövlət strukturlarında işə qəbul edilmirlər. Hüseyn Əhmədov mənimlə söhbəti zamanı "Asif Lətifov MTN-in şpionudur, səni də o öyrədib ki, MTN-ə ərizə yazasan. Sən də ona qulaq asıb MTN-ə ərizə yazmısan".

Seymur Əlicanov MTN-lə heç bir əlaqəsi olmadığını bildirdikdə isə Hüseyn Əhmədov onu "müxalifətə qoşulmaqda" ittiham edib: "Mən heç vaxt siyasi partiyalara qoşulmamışam, qoşulmayacağam da".

Beləliklə, XDMX rəisi Vaqif Axundovun Asif Lətifov və Seymur Əlicanovun MTN-lə əlaqələri olduğunu ehtimal etdiyi üçün onları işdən çıxardığı qənaəti yaranır. Hüseyn Əhmədovun Seymur Əlicanova dedikləri də bunu təsdiq edir. Digər tərəfdən, son günlər mətbuatda yayılan xəbərlərə görə, MTN şefi Eldar Mahmudovla XDMX rəisi Vaqif Axundov arasında narazılıqlar var. Bunun Eldar Mahmudovun XDMX-ni MTN-nin tabeliyinə keçirmək istəyi ilə bağlı olduğu bildirilir. Bu səbəbdən iki general arasında mübarizə getdiyi, Vaqif Axundovun rəhbərlik etdiyi qurumda nəzarəti gücləndirməyə çalışdığı bildirilir.

Seymur Əlicanov onu da deyir ki, sonuncu dəfə XDMX-da olarkən, Vaqif Axundovun köməkçisi ona "zəhmət çəkib, prezidentə yazmayın, onsuz da şikayətləriniz bizə göndərilir" deyib: "Bununla demək istəyirlər ki, özünüzü yormayın, onsuz da sizin şikayətinizə baxılmayacaq. Təəssüf ki, bizim müxtəlif dövlət qurumlarına müraciətlərimiz şikayətçi olduğumuz XDMX rəhbərliyinə göndərilir. Əlbəttə ki, bu qurum bizim şikayətlərimizin obyektiv araşdırılmasında maraqlı ola bilməz".

Seymur Əlicanov XDMX rəhbərliyini daha bir məsələdə ittiham edir: "Mənə deyirlər ki, qaynatanın məhkumluğu var, səni ona görə işdən çıxarmışıq, yaxın qohumu məhkum olunan şəxs XDMX-da işləyə bilməz. Hal-hazırda XDMX-də polkovnik rütbəli bir nəfər işləyir, o, üç dəfə məhkum olunub. Ancaq heç buna fikir verən yoxdur. Üç dəfə məhkum olunan həmin şəxsin qardaşı isə XDMX-da şöbə rəisinin müavinidir. Hal-hazırda qardaşı və atası ölüm üstündə türmədə yatan, eləcə də özü məhkum olunmuş insanlar var ki, XDMX-da işləyirlər. Amma buna göz yumulur. Mənim qaynatam 80-cı illərdə bir il icbari iş aldığına görə ona qatı cinayətkar adı verirlər. Qohumu və ya özü məhkum olunan şəxs XDMX-da işləyə bilməzsə, onda niyə belə adamların hələ də orada işləməsinə göz yumurlar? Qanundan danışırlar, qanunun həmin adamlara niə şamil olunmur? Qanun yalnız bizim üçündür? Bu onu göstərir ki, idarədə kadrlara münasibətdə ayrı-seçkilik siyasəti aparılır".

Seymur Əlicanov XDMX rəisi Vaqif Axundovun dəfələrlə idarədə hər ailədən bir nəfərin işləməsinin mümkün olduğunu dediyini, ancaq bu qaydanı elə onun özünün pozduğunu da bildirdi: "Vaqif Axundovun qaynı, Kadrlar şöbəsinin rəisi Hüseyn Əhmədovun oğlu qvardiyadan təxris olunandan bir gün sonra ona leytenant rütbəsi verilib və XDMX-də işə götürülüb. Hüseyn Əhmədovun qardaşı isə BTC boru kəmərinin Sumqayıt tikinti sahəsinin rəisidir. Onun XDMX-da işləyən başqa qohumları da var. Bundan başqa birinci şöbənin rəisi Yusif Babayev oğlunu və qardaşı oğlunu, eləcə də dostluq etdiyi bir şəxsin oğlunu XDMX-da işə düzəldib. Vaxt var idi, Hacı Məmmədov Prezident Aparatına (indiki Prezident Adminstrasiyası- red.) gələndə Yusif Babayev onun qabağında mil dayanırdı. Aparatın liftinə kimi onu müşayiət edirdi. Hacı Məmmədovun axtarışa verilən Mersedes 600 markalı avtomobili də bizim idarədən çıxdı. Bütün bunlar niyə araşdırılmır?"

Seymur Əlicanov Kadrlar şöbəsinin rəisi Hüseyn Əhmədovun onu hədələdiyini də bildirdi: "Hüseyn Əhmədov mənə dedi ki, "gedib mətbuat konfransı keçirirsiniz, qorxmursunuz, başınıza bir iş gətirərlər? Siz rəisə xəyanət etmisiniz. Sizə bu cəmiyyətdə yer yoxdur. Çıxın gedin bu ölkədən". Biz bu barədə MTN-də Anar adlı zabitə məlumat verdik və bildirdik ki, həyatımıza təhlükə olduğu üçün Norveç səfirliyinə müraciət edəcəyik.

Azərbaycanda "JEK" müdirindən Prezidentə qədər hamının qəbul günü var. Amma 4 il yarımdır ki, Vaqif Axundovun qəbuluna düşə bilmirik. İşdən çıxarılandan sonra Niyazi Hacıyevdən xahiş etdim ki, məni generalın qəbuluna sal. Ona dedim ki, cənab general, mən həmin adamam ki, prezidentə həmişə sadiq olmuşam, 55 gün Gəncə türməsində işgəncələrə və təhqirlərə məruz qalmışam, amma Heydər Əliyevin əleyhinə izahat yazmamışam. Bu gün də prezidentə sadiqəm. O isə mənə dedi ki, "sən o vaxt lazım idin, indi lazım deyilsən, get qollarını çırmala, başqa işdən yapış, get, fəhlə işlə. Bu da prezidenti mühafizə edən generalın öz əsgərinə cavabı.

Mənim evimdə 5 yaşlı oğlum böyüyür. Sabah mən onun suallarına nə cavab verəcəyəm? İşdən nəyə görə çıxarıldığımı necə izah edəcəyəm?"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru