AZƏRBAYCAN İRANA CAVAB VERƏCƏK
Tarix: 26-12-2011, 12:40 | Çap et
RƏSMİ BAKI TEHRANA QARŞI SANKSİYALARA QOŞULA BİLƏR
DİA.AZ: - Məlum olduğu kimi, son günlər fars-molla rejimi ölkəmizə qarşı bütün istiqamətlərdən hücuma keçib. Gah azərbaycanın Təbrizdəki konsulluğunun partladılacağı bəyan edilir, gah prezident İlham Əliyev В«HizbullahВ»çılar tərəfindən hədələnir, jgah ayrı-ayrı ayətullahlar Azərbaycan türklərini və Azərbaycan dövlətçiliyini aşağılayan bəyanatları ilə diqqətə gəlirlər, gah da İranın parlamentarilərinin, dövlət nümayəndələrinin dili ilə təhqir olunuruq. Bir sözlə, İran sözün əsl mənasında bütün artileriyasını Azərbaycanımıza doğru tuşlayıb.
Son olaraq isə İranın prezidenti Mahmud Əhmədinejadın İrəvana səfər etməsi və bu səfər zamanı Araz çayı üzərində elektrik stansiyasının inşası ilə bağlı razılığın əldə olunmaı artıq molla rejiminin Azərbaycana yekun mahiyyəti daşıyan ismarıcı kimi qəbul olundu. Hər halda, Araz çayı üzərində elektrik stansiyasının inşa edilməsi məsələsinə Azərbaycanın hansı aspektdən yanaşmasından Tehrandakı başı əmmaməlilər də məlumatlıdırlar.
Xatırladaq ki, hələ mərhum prezident Heydər Əliyevin zamanında İranın o zamankı energetika naziri bu məsələni Azərbaycan dövlətinin ali rəhbərliyinin diqqətinə çatdırmışdı və o zaman mərhum prezident çox sərt bir reaksiyası ilə sözügedən layihəyə qarşı olduğunu nümayiş etdirmişdi. Açıq şəkildə Ermənistanla İranın bu ortaqlığının Azərbaycana qarşı yönəldiyini o görüşdə bəyan edən Heydər Əliyev hətta səsinin tonunun da qaldırmalı olmuşdu. İranlı nazirin В«biz bu layihəni icra edəcəyikВ» şəklində israrlı sözlərinin qarşılığında mərhum Heydər Əliyev В«bu elektrik stansiya tikilə bilməz və bu Azərbaycana qarşı bir addımdırВ» deyərək iradəsini ortaya qoymuşdu. Və həmin zaman bu məsələ tamamilə gündəmdən yığışdırıldı.
İndi isə artıq İranla düşmən Ermənistan arasında bir saziş imzalanıb və Araz çayı üzərində elektrik stansiyasının inşası qərarı verilib. Təbii ki, bu addımın Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd olması məsələsi günü bu gün də aktualdır. O zaman ortaya belə bir haqlı sual çıxır: RƏSMİ BAKI SUSACAQMI?
Hökumət içindəki qaynaqlardan əldə etdiyimiz məlumatlarda deyilir ki, Azərbaycan hakimiyyəti bu məsələ səbəbindən susmaq niyyətində deyil: В«Hər halda, rəsmi Bakı İrana qarşı kifayət qədər dözüm və səbr nümayiş etdirib. Molla rejimi isə bu dözümlü davranışın müqabilində hər dəqiqə, hər saat Azərbaycanın üzərinə yeridi. Əhmədinejadın son İrəvan anlaşması isə birbaşa olaraq Azərbaycanın dövlət maraqları ilə ziddiyyət təşkil edir. Hər halda, rəsmən açıqlanmasa da, İran-Ermənistan ortaqlığı Araz çayının işğal olunmuş azərbaycan torpaqlarından keçən qismində özünü göstərəcəkВ».
Mənbəmiz bildirir ki, əslində bu addımı ilə iranın molla rejimi Qarabağın erməni torpağı kimi tanınmasını da rəsmiləşdirmiş olur. Çünki ilk dəfədir ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı rəsmi dövlət müqaviləsi imzalanır ki, bu müqavilənin altında Əhmədinejadın imzası var.
Məlumatı verən mənbəmizin sözlərinə görə, hələlik rəsmi Bakı İrəvandakı erməni-fars anlaşmasının təfsilatı ilə tanış olmağa çalışır: В«Əgər həqiqətən də müqavilə işğal olunmuş Azərbaycan torpaqlarını əhatə etmiş olarsa, o zaman Azərbaycanla İran arasında çox böyük diplomatik, siyasi qalmaqal yaranacaq və hətta münasibətlərimiz açıq düşmənçilik mərhələsinə keçid alacaq. Çünki bu dəfə artıq İran hakimiyyəti ortaya rəsmi mövqe qoymuş olurВ».
Mənbəmiz onu da bildirdi ki, bu halda Azərbaycan nəinki İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalara qoşula bilər, ümumiyyətlə, İranla bütün ticarət, siyasət, bir sözlə, hər türlü əlaqələrini kəsə bilər və Azərbaycanda İran əleyhinə böyük bir dalğa baş qaldırar: В«Çünki bu əslində Azərbaycanın ərazi bütünlüyünə İran tərəfindən edilən bir təhdiddir. Buna isə rəsmi Bakı göz yummayacaqВ».


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16 |
|
|
|
|