KƏRƏM HƏSƏNOV YÜKSƏLİŞ YOLUNDA
Tarix: 23-12-2011, 14:04 | Çap et
KOMİTƏ SƏDRİ ARTIQ HEÇ BİR OLİQARXLA HESABLAŞMIR
DİA.AZ: - Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov haqqında indiyə qədər mətbuatda çox yazılıb. Hətta bir ara onun işdən alınacağına dair fikirlər də səsləndirilirdi. Buna baxmayaraq Kərəm Həsənov vəzifə başında qalmaqda davam edir. Hətta son illər demək olar ki, hakimiyyət daxilindəki mövqeyini bir qədər də möhkəmləndirə bilib. İş o yerə çatıb ki, həsənov hətta son parlament seçkilərində özünə rəqib hesab etdiyi və yola getmədiyi şəxslərin qarşısına alternativ namizədlərini çıxarıb.
Ümumiyyətlə son aylar ölkənin müxalifət və müstəqil mətbuatı Kərəm Həsənov haqqında müxtəlif informasiyalar və xəbərlər yayırlar. Bu ona görə, baş verir ki, Kərəm Həsənovun adı müxtəlif mülk və biznes mövzularında hallandırılır. Hələ illər öncə xəbərlər yayılırdı ki, Kərəm Həsənov böyük dövlət müəssisələrini özünə yaxın şəxslərin, biznesmenlərin adlarına ucuz qiymətə özəlləşdirir. Mətbuatda gedən xəbərləri təhlil etdikdə belə aydın olur ki, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Azərbaycanda özünə geniş və əhatəli biznes qurub. Bu biznesin nə qədər nəhəng bir pramidadan ibarət olduğu bəlkə də heç kimin ağlına gəlmir. Hətta iş o yerə çatıb ki, nəqliyyat naziri Ziya Məmmədovdan, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən, Rövnəq Abdullayevdən sonra Kərəm Həsənov da yaxın qohumunu Milli Məclisdə əyləşdirə bilib. Hətta bəzi dövrlərdə Kərəm Həsənovun biznesinin ölkə hüdudlarını aşdığını, xarici dövlətlərdə hotel ticarətinə girişdiyi bildirilir. Hətta Həsənovun Birləşmiş Ərəb Əmirliklərində obyektlərinin olduğu bildirilir. Bu məlumata görə, Həsənov Ərəb Əmirliyində hotel inşaası ilə məşğul olur. Onun Dubay şəhərində hotellər tikdirdiyi də bu məlumatlardan biridir. Bu otellərin olduqca dəbdəbəli, bahalı layihələr olduğu isə şübhə doğurmur. Onu da xatırladaq ki, Kərəm Həsənov mətbuatda ikinci dövlət adamıdır ki, Dubayda müklərinin olması haqqında xəbərlər yayılır. Bəs bütün bunlar həqiqətdirmi, yoxsa Komitə sədrinin nüfuzunu aşağı salmaq üçün onun rəqibləri tərəfindən irəli sürülən iddialardır?
DİA.AZ-ın əldə etdiyi məlumata görə, Kərəm Həsənov doğurdan da hakimiyyətdə ciddi dayaqlara malikdir və bu səbəbdən də, onun rəqibləri Həsənova zərbələr vura bilmirlər. Çünki bu şəxs istədiyi zaman ölkə birincisinin yanına girib çıxa bilir. Məlumata görə, son illərdə Həsənov yalnız bir dəfə Ramiz Mehdiyev tərəfindən ciddi danlanıb. Buna səbəb isə Milli Məclisin sədri Oqtay Əsədovun komitə sədrindən Ramiz Mehdiyevə narazılıq etməsi olub. Belə ki, bütün rəsmi qurumlara tapşırılıb ki, deputatlar onlara üz tutanda yola versinlər. Ancaq hakimiyyətə yaxın bir neçə deputat Kərəm Həsənovun qəbuluna düşmək istəsə də, Həsənov onları rədd edib. Deputatlar da bundan spikerə şikayət ediblər. Sonuncu isə Ramiz Mehdiyevə üz tutub. Kərəm Həsənovun hakimiyyət daxilində gücünü isbatlayan faktlardan biri də Dövlət Reyster Xidmətinin məhz onun komitəsinin ixtiyarına verilməsidir.
Kərəm Həsənov haqqında ən son məlumat isə onun hakimiyyət daxilində hansı gücə sahib olmasını ortaya qoymaqla yanaşı bir sıra gəlirli sahələrin onun nəzarətinə verilməsinin səbəblərinə aydınlıq gətirir. Qəzetimizə daxil olan məlumata görə, Heydər Əliyev mərkəzinin tikinti işləri Kərəm Həsənova tapşırılıb. Həsənov nəzarət etdiyi sahələrdən gələn gəlirləri məhz Heydər Əliyev mərkəzinin tikilişinə yönəldir. Qeyd edək ki, sözügedən mərkəzin yalnız özülünə 200 milyon manata qədər pul xərclənib. Onu da bildirək ki, sonuncu dəfə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva В«Heydər Əliyev mərkəziВ»nə baş çəkərkən Kərəm Həsənov onları müşayiət edib. Məhz bu xidmətinə görə, Kərəm Həsənov hakimiyyət daxilində ciddi fiqur hesab edilir və istədiyi məmurla rəqabət aparmaq imkanındır. Ancaq Heydər Əliyev mərkəzinin tikintisinin başa çatmasından sonra proseslərin necə davam edəcəyini tarix göstərəcək.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49 |
|
|
|
| • Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41 |
|
|
|
| • İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23 |
|
|
|
| • Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21 |
|
|
|
| • Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06 |
|
|
|
| • "Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02 |
|
|
|
| • “Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01 |
|
|
|
| • "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58 |
|
|
|
| • Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47 |
|
|
|
| • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46 |
|
|
|
| • İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44 |
|
|
|
| • "Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29 |
|
|
|
| • Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25 |
|
|
|
| • Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23 |
|
|
|
| • Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19 |
|
|
|
| • MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12 |
|
|
|
| • Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08 |
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25 |
|
|
|
|