İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                 

ƏLƏKBƏR MƏMMƏDOVDAN AÇIQLAMALAR
Tarix: 26-09-2011, 14:16 | Çap et
ƏLƏKBƏR MƏMMƏDOVDAN AÇIQLAMALAR

“RUSİYAMEYİLLI QÜVVƏLƏR MÖVCUDDUR”

DİA.AZ: - Ötən həftə Ermənistanda keçirilən hərbi parad və təmas xəttindəki atışmalar səbəbilə yaşanan şəhid olayları yenidən münaqişə tərəfləri arasındakı hərbi-siyasi gərginliyi ölkə gündəminə gətirib. Ermənistandakı hərbi parad və paradda düşmən ölkədəki rus hərbçilərinin iştirakı ölkə siyasiləri və KİV orqanları tərəfindən xüsusi olaraq şərh edilib. Ermənistanmdakı hərbi parada ən sərt açıqlama isə yenə də ilk olaraq Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovdan gəlib. Z.Əsgərov Ermənistanda keçirilən hərbi paradı bu ölkənin qeyri-müstəqilliyinin təsdiqi və oyuncaq şou kimi qiymətləndirib: “Ermənistanda parad yox, oyuncaq şou keçirilirdi. Əvvəla ona görə ki, Ermənistan müstəqil dövlət deyil. Əgər müstəqil dövlət deyilsə, onun müstəqil dövlət kimi parad keçirməsinin mənası yoxdur. Özləri də təsdiq etdi ki, Ermənistan müstəqil, suveren dövlət deyil, Rusiyanın forpostu olaraq qalır və bir forpost kimi onlara sədaqətlə xidmət edirlər”.
Ermənistandakı hərbi parad və rus hərbçilərinin bu paraddaklı iştirakı Prezident Administrasiyasının ictimai-siyasi əlaqələr şöbəsinin rəhbəri Əli Həsənov tərəfindən də maraqlı cümlələrlə şərh olunub. Nə qədər təəccüblü olsa da, administrasiya təmsilçisi Ermənistandakı rus ordusunun Azərbaycan üçün təhlükə kəsb etmədiyini və düşmən ölkədəki rus ordusunun ölkəmizə münasibətinin qənaətbəxş olduğunu bildirib: “Bizim üçün ən əsası Rusiya ordusunun Azərbaycana münasibətidir, bizim isə buna heç bir iradımız yoxdur”. Ə.Həsənov Azərbaycan-NATO münasibətlərinin gələcəyi ilə bağlı da əcaib fikirlər səsləndirib. Dövlət rəsmisinin söylədiyinə görə, Azərbaycan NATO-nun tədbirlərində iştirak etsə də, bu quruma daxil olmaq niyyəti yoxdur: “Azərbaycan təhlükəsizlik sahəsində bitərəflik siyasəti yürüdür və hər hansı hərbi-siyasi blokun üzvü deyil.Azərbaycan heç vaxt alyansa daxil olmaq istədiyini bildirməyib”.
Bu və bu kimi məsələlərələ bağlı fikirlərini bizimlə bölüşən Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru polkovnik Ələkbər Məmmədov rəsmi Bakının bu mövqeyinin ona ancaq fəlakət gətirəcəyini söylədi.

- Ələkbər bəy, Ermənistanda təşkil olunan hərbi paradda rus hərbçilərinin iştirakı Azərbaycan siyasi arenasında fərqli fikirlərə səbəb oldu. Bir çox siyasilər bunu Rusiyanın Ermənistanla müttəfiqliyinin nümayişi kimi qiymətləndirsə də, rəsmilər arasında düşmən ölkədəki rus qoşunlarının Azərbaycan üçün təhlükə kəsb etmədiyini söyləyənlər də oldu. Sizcə, doğrudanmı Ermənistanda yerləşən və I Qarabağ savaşında aktiv iştirak edən rus ordusunun Azərbaycana münasibəti dəyişib və artıq ölkəmiz üçün heç bir təhlükə kəsb etmir?

- Ermənistandakı rus ordusunun Azərbaycan üçün heç bir təhlükə kəsb etmədiyini iddia etmək olduqca yanlışdır. Hesab edirəm ki, məsələyə bu cür yanaşma Azərbaycan hakimiyyətində Rusiya meyilli qüvvələrin mövcudluğunu bir daha sübut edir. Bildiyiniz kimi, Azərbaycan 200 il Rusiyanın əsarəti altında qalıb və bu 200 il ərzində öz istəyinə çatıb. Rusiya yalnız Azərbaycanda deyil, keçmiş post-sovet məkanının əksər ölkələrində yerli xalqlar arasında öz kadrlarını formalaşdıra bilib. Mən Əli Həsənovu təfəkkür etibarilə Rusiyanın kadrı hesab edirəm. Ondan bundan artıq heç nə gözləmək olmaz. Sadəcə, bu cür fikirlərlə Rusiyanı ictimaiyyətə müsbət mənada təqdim etmək istəyirlər. Şəxsən mən bu cür açıqlamaların sifariş əsnasında səsləndirildiyi fikrindəyəm. Necə olur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Avropa və ABŞ həmişə ikili siyasət yürütməkdə, ermənipərəst mövqe sərgiləməkdə ittiham olunur, Rusiya açıq şəkildə Ermənistanı dəstəklədiyinə, Azərbaycan torpaqlarının işğalında fəal iştirak etməsinə, bu ölkəyə maddi-texniki baxımdan dəstək verməsinə baxmayaraq ona rəğbət ifadə olunur? Məgər bu, o Rusiya deyilmi ki, Abxaziya və Osetiya hadisələrini Azərbaycanın yadına salaraq rəsmi Bakını bundan ibrət dərsi çıxartmağa çağırmışdı?

- Azərbaycanın NATO-ya daxil olmaq istəməməsi və bloklara qoşulmamaq siyasəti yürütməsini necə qiymətləndirisiz? Sizcə Azərbaycan öz hərbi təhlükəsizliyini müstəqil surətdə təmin etməyə qadirdirmi?

- Azərbaycanın NATO-ya inteqrasiyanı lazımsız hesab etmək və bloklara qoşulmamaq şüarını rəhbər tutaraq bu kimi məsələlərə qeyri-ciddi yanaşmaq olmaz. Çünki Azərbaycanın maraqları onun Qərbə, NATO-ya inteqrasiyasını zəruri edir. Bunu Azərbaycanın yerləşdiyi coğrafi mövqe də diktə edir. Çünki istiqlaliyyətinə qəsd etməyə hazır olan ölkələrin əhatəsində yerləşən Azərbaycanın dəstək ala biləcəyi başqa bir qüvvə, başqa ümid yeri yoxdur. Vaxtilə Türkiyə də NATO-ya daxil olmaqla SSRİ-nin təcavüzündən özünü sığortalaya bildi. Bu gün Türkiyə inkişaf edərək regionun aparıcı ölkələrindən birinə çevrilib. Bu gün eyni zərurət Azərbaycanın da qarşısına çıxıb.

- Hakimiyyətin Qərbə inteqrasiyadan imtina etməsi və Rusiyaya meyl etməsinin səbəbi nədir?

- Qərblə oturub durmaq Azərbaycan hakimiyyətinə sərf etmir. Çünki əgər Qərbə intreqrasiya etmək istəyirsənsə, gərək Qərb standartlarına cavab verən dövlətin olsun. Məsələn, sən iki dəfədən artıq prezident seçilə bilmərsən. Baxın, bu, hakimiyyətə sərf edirmi? Xeyr. Ona görə də müxtəlif bəhanələr gətirmək, öz şəxsi maraqlarını patriot fikirlər altında gizlətməklə, Azərbaycanın tərəqqisinə çalışdıqlarını dilə gətirməklə Qərbə inteqrasiyadan yayınırlar. Azərbaycan hakimiyyətinin dövləti guya müstəqil şəkildə inkişaf etdirdikləri ilə bağlı səsləndirdikləri fikirlərin hamısı cəfəngiyyatdır. Hakimiyyət öz marağına uyğun siyasət yürüdür. Bu siyasət isə dövlətin və xalqın maraqları ilə əsla üst-üstə düşmür. ABŞ başda olmaqla Qərb ölkələrinin Azərbaycana ərazi iddiaları olmasa da, demokratiya ilə bağlı iddiaları var. Onlar Azərbaycandan şəffaflıq, ədalətli məhkəmə sistemi, demokratiya tələb edir. Rusiya isə Azərbaycan torpağına iddialı olsa da, hakimiyyəti dəstəkləyir və ona görə də Rusiyaya ölkə siyasi hakimiyyətindəki bəzi məmurlar dost gözü ilə baxırlar. Rusiya və ya rus ordusunun Azərbaycamn üçün heç bir təhlükə vəd etmədiyini bildirmək hər şeydən öncə gülüncdür. Bu cür fikirlər səsləndirən insanlar heç vaxt siyasətçi və ya diplomat ola bilməzlər. Bu cür fikirlər Azərbaycanın maraqlarına ziddir. Belə açıqlamalar Qərbi Azərbaycandan uzaqlaşdırır, Azərbaycanı beynəlxalq müstəvidə tək qoyur. Hesab edirəm ki, bu cür fikirlər səsləndirməsi yolverilməzdir.

- Təəssüflə də olsa qeyd etməliyik ki, son günlər cəbhə xəttində düşmən atəşi nəticəsində həlak olan əsgərlərimizin sayında yenə də artım müşahidə edilməkdədir. Hərbi komandanlığın verdiyi məlumatlarda isə bu itkilərin demək olar ki, hamısı əsgərlərin özünün təhlükəsizlik qaydalarını kobud surətdə pozması ilə izah olunur. Doğrudanmı, hər şey bu qədər sadədir və hər şeyin günahını fiziki baxımdan artıq mövcud olmayan hərbçilərdə axtarmaq lazımdır?

- Bilirsiz, işin ən qəribə tərəfi budur ki, komandanlıq həmişə, istənilən hadisə ilə əlaqədar olaraq məsuliyyəti ölənin və ya xəsarət alanın üzərinə yıxır. Bununla da özü məsuliyyətdən kənarda qalır. Belə çıxır ki, onlardan başqa hamı günahsızdır. Məsələyə belə yanaşma doğrudan da dəhşətlidir. Komandanlıq orduda cinayət törətmək üçün şərait yaradıb. Normal insanlar Azərbaycan ordusunda ya cinayətkara, ya da cinayət qurbanına çevrilirlər. Cinayəti yaradan çoxlu sayda səbəblər var. Bu səbəblərə nümunə olaraq hərbçilərin hüquqlarının müdafiə olunmaması, onların təhqir olunması, qanunun aliliyi prinsipinin işləməməsi, cəzasızlıq, qohumbazlıq, kadrların bu prinsiplə seçilməsi, rüşvət və korrupsiya, nizamnamədən kənar hərəkətlər, səhiyyənin aşağı səviyyədə olması və s göstərmək olar. Bütün bu nöqsanların aradan qaldırılması ordu rəhbərliyindən asılıdır. Mən orduda baş verən bütün problemlərin, bədbəxt hadisələrin günahını ordu rəhbərliyində görürəm. Əminəm ki, onlar nə vaxtsa qanun qarşısında cavab verməli olacaqlar. Bu gün isə onlar baş verənlərin məsuliyyətini aşağı ranqlı məmurların üzərinə atmaqla vəziyyətdən çıxmağa çalışırlar. KİV-i ələ alır, onlara müxtəlif üsullarla təsir və təzyiq göstərir, ekspertləri sifarişli açıqlamalar verməyə vadar edirlər. Rəhbərliyi təmizə çıxartmaq üçün bütün vasitələrə əl atırlar. Lakin unudurlar ki, bununla problemin qarşısını almaq mümkün deyil və bir gün hər şey bütün çıkpaqlığı ilə gün işığına çıxacaq. Onda heç nədən qaçmaq, vəziyyətdən yenə kimisə günahlandırmaqla çıxmaq mümkün olmayacaq.


SÖHBƏTLƏŞDİ: Seymur ƏLIYEV (DİA.AZ)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru