Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                 

POLİS RƏİSİNDƏN NAZİRƏ ŞİKAYƏT EDİLDİ
Tarix: 21-12-2011, 13:03 | Çap et
POLİS RƏİSİNDƏN NAZİRƏ ŞİKAYƏT EDİLDİ

“TƏQAÜDDƏ OLAN POLİS İŞÇİSİ MƏNDƏN İZAHAT GÖTÜRDÜ”

Avtomobil qəzasına məruz qalan Hüsniyyə Zülfüqarova Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin müstəntiqi Səfərəli Həsənovdan şikayətlənir. Bu günlərdə H.Zülfüqarova redaksiyamıza müraciət edib.

Şikayətçinin daxili işlər naziri R.Usubova ünvanlanmış müraciətində bildirilir ki, bu ilin sentyabr ayında Nizami rayonu, Qara Qarayev küçəsində dayanacaqda avtomobil qəzasına məruz qalıb: ""Ramal" ticarət mərkəzinin qarşısındakı dayanacaqda avtobus gözləyirdim. Bu vaxt mənə bir maşın çırpıldı. 10-HZ-552 dövlət nömrə nişanlı "VAZ 2107" markalı maşının sürücüsünə dedim ki, nə edirsiniz, mən boyda adamı görmürsünüz? Cavabında sürücü nalayiq sözlərlə məni təhqir etdi və dedi ki, sən burada niyə dayanmısan? Dedim, mən avtobus gözləyirəm, bəs sən niyə qanunsuz olaraq burada dayanırsan və əks istiqamətdə mənim üstümə maşın sürürsən?

Bədənimin maşın dəyən yeri zərbədən ağrıyırdı. Dedim, heç olmasa məni yaxınlıqdakı xəstəxanalardan birinə çatdır, bədənim bərk ağrıyır. O isə, "elə bircə bu qalmışdı" deyib söylənə-söylənə maşını sürüb getdi. Mən mobil telefonla maşının şəklini çəkdim. Sonra da bir taksiyə minib metronun "Neftçilər" stansiyası yaxınlığındakı 26 saylı poliklinikanın yanında olan təcili tibbi yardıma gəldim.

Həkimlər bədənimin zərbə alan yerini müayinə etdikdən sonra polisə xəbər verdilər. Həkimlərin məsləhəti ilə zərbə aldığım yerin sağalması üçün bədənimə təpitmə qoydum və müxtəlif mazlar çəkdim.

Aradan bir müddət keçəndən sonra Nizami Rayon Polis İdarəsindən müstəntiq Səfərəli Həsənov mobil telefonuma zəng edərək məni təcili idarəyə dəvət etdi. Mən yeriyə bilmədiyimi söylədikdə o, "taksiyə otur gəl, pulunu özüm verərəm" dedi.

Mən taksiyə oturub Nizami Rayon Polis İdarəsinə gəldim. S.Həsənov idarədə yox idi. Odur ki, taksinin pulunu verib yola saldım. Səfərəli Həsənovun kabinetinin yerini polis əməkdaşlarından öyrəndim. S.Həsənovun kabinetində təqaüddə olan polis işçisi və təcrübə keçən bir tələbə vardı.

Təqaüddə olan polis işçisi məndən izahat götürdü. Sonra mən evə qayıtdım. Aradan 15 gün keçəndən sonra müstəntiq S.Həsənov mənə zəng etdi ki, bizim özümüzdə həkim var, gəl, o sənə baxsın.

Mən müstəntiqə artıq sağaldığımı bildirdim. Ancaq buna baxmayaraq, müstəntiq S.Həsənovun təkidi ilə təzədən həkim komissiyasından keçdim. Həkim komissiyasının rəyini öyrənmək istədim, dedilər ki, rəylə tanış olmağa icazə verilmir.

Sonra dəfələrlə müstəntiq S.Həsənovdan qərarı istəsəm də, hər dəfə hazır olmadığını deyirdi. Oktyabr ayının əvvəlində S.Həsənova zəng edib qərarın taleyi ilə maraqlananda, o, sənədləri Dövlət Yol Polisi İdarəsinə göndərdiyini bildirdi. Soruşanda ki, ora niyə göndərmisiniz, dedi, hadisədə cinayət faktı olmadığına görə belə məsləhət bilinib.

Daha S.Həsənova deməyə söz tapmadım. çünki onun sözündən belə çıxdı ki, cinayətin baş verməsi üçün mütləq ölməliydim?"

***

H.Zülfüqarovanın şikayəti qəzetimizdə dərc edildikdən sonra o, Nizami Rayon Polis İdarəsindən cavab məktubu alıb. Ancaq H.Zülfüqarova məktubdan heç nə başa düşməyib. Odur ki, yenidən bizə müraciət edərək, Nizami RPİ-nin İŞ-nin rəisi polis polkovnik leytenantı Elnur Nəbiyevin məktubuna aydınlıq gətirməyimizi istədi. Düzü, biz də məktubdan bir məna çıxara bilmədik. Və dərc etmək qararına gəldik ki, məktubdan başa düşdüklərinizi bizə də anladasınız.

Bu əminliklə məktubu olduğu kimi dərc edirik:

"Hörmətli Hüsniyyə Zülfüqarova!

19.08.2011-ci il tarixdə Nizami rayonu Q.Qarayev prospektində "Ramal" ticarət mərkəzinin qarşısında naməlum sürücünün idarə etdiyi VAZ-2107 markalı 10 HZ 552 dövlət nömrə nişanlı avtomaşınla vurularaq xəsarət almağınız faktına görə Nizami RPİ-də araşdırma aparılmış və toplanmış material üzrə sürücünün əməlində cinayət tərkibi müəyyən olunmadığına görə cinayət işi başlanması rədd edilmişdir.

Hadisə yerindən qaçmış sürücünün müəyyən edilərək barəsində inzibati cəza tədbiri görülməsi üçün material Nizami RPİ-nin DYPŞ-nə göndərilir.

Məlumat üçün nəzərinizə çatdırılır ki, AR CPM-nin 212-ci maddəsinə əsasən qəbul edilmiş qərardan prokurora və yaxud məhkəməyə müraciət edə bilərsiniz.

Hörmətlə,

Elnur Nəbiyev,

Nizami RPİ-nin İŞ-nin rəisi, polis polkovnik-leytenantı"

***

Vətəndaş H.Zülfüqarova və bizim üçün də təəccüblüdür ki, avtomobilin markası və dövlət nömrə nişanı məlumdursa, tapılması bu qədərmi imkansızdır? Yaxud, hadisə törədən sürücü tapılmayıbsa, onun əməlində cinayət tərkibinin olmadığı hansı dəlil və sübutlarla müəyyən edilib? Görəsən, cinayət tərkibi dedikdə, sürücü avtomobili ilə vurduğu adamı mütləq öldürməli, yaxud qol-qıçını sındırmalı idimi? Vətəndaşı dayancaqda dayandığı yerdə maşınla vurub, sonra da məsxərəyə qoymaq, təhqir etmək nə tərkiblidir?

Şöbə rəisi yazır: "Hadisə yerindən qaçmış sürücünün müəyyən edilərək barəsində inzibati cəza tədbiri görülməsi üçün material Nizami RPİ-nin DYPŞ-nə göndərilir". Yəni hələ göndərilməyib. Görəsən, göndəriləcəkmi? çünki Nizami RPİ-nin DYPŞ-dən hələ də bir səs-soraq yoxdur. Vətəndaş H.Zülfüqarovanı da narahat edən və yenidən redaksiyamıza gətirən də bu idi...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru