Borclu şirkət necə tenderi UDDU? .....                     Naxçıvan FHN Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib .....                     ABŞ ermənilərə və azərbaycanlılara real kömək etməlidir .....                     Lerikin 35 kəndinə cəmi bir həkim var .....                     Türkiyədə gözlənilən xəbər: Putin “hə” desə, imkan yaranacaq .....                     Ermənistanda proseslər güc qarşıdurmasına doğru gedir .....                     Elektronika mağazalar şəbəkəsinin direktoru dəyişib .....                     Tramp Putinlə Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir .....                     Bu su anbarında təmir işləri aparılacaq .....                     Tural Sadıqlı Azərbaycana bu yolla gətirilə bilər .....                     “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı azalıb .....                     Erməni arxiyepiskopun həbsdən azad edilməsi ilə bağlı iddiası rədd edilib .....                     Futbolçu azərbaycanlı sahibkardan maaşını istəyir: .....                     Politico: Moldova Ukraynadan tez Avropa Birliyinə girə bilər .....                     Rauf Kəngərli yeni vəzifəyə təyin edildi .....                     Azərbaycanda tikinti materialları istehsalının dəyəri azalıb .....                     Azərbaycanda qardaşlardan yarım milyonluq .....                     Bu Putinin qələbəsi olacaq .....                     Təbriklər... .....                     Azərbaycanda qardaşlardan yarım milyonluq .....                     Diaspor və təsir rıçaqları .....                     Paşinyan BU RİSKLƏ üz-üzə qaldı .....                     Nazirlik bu şirkətlə 823 min manatlıq müqavilə bağladı .....                     İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi? .....                     Rusiya Cənubi Qafqaza müdaxilə edə bilər .....                     Zelenski Tramp-Putin görüşündən sonra... .....                     Trampa bağlı arzuolunmaz iddia yayıldı .....                     İrandan təxribatçı Zəngəzur açıqlaması: .....                     Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Milli Məclis 165 min manata nələr aldı? .....                     "Azərbaycanın gələcəyi üçün savadlı və sağlam düşüncəli insanları yetişdirməliyik" .....                     Naxçıvanda yol qəzasında Maliyyə İdarəsinin sektor müdiri və daha bir nəfər ölüb .....                     Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı .....                     Qod Nisanov oğluna TOY EDİR: Məmurlarımız TOYA GEDƏCƏKMİ? .....                     Gələn həftə Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək .....                     İşçilərin əməkhaqqıları hansı müddətdə ÖDƏNİLMƏLİDİR... .....                     Naxçıvanda yerli məmurların ƏDV YEYİNTİSİ .....                     Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək .....                     “10 manatlıq” şirkətə 200 minlik TENDER .....                     Qonşusunun pişiyindən şikayət etdi .....                 

PREZİDENTİN VERDİYİ TORPAĞI SATIBLAR
Tarix: 16-12-2011, 12:57 | Çap et
PREZİDENTİN VERDİYİ TORPAĞI SATIBLAR

SUMQAYITDA KORRUPSİYA TÜĞYAN EDİR

DİA.AZ: - Redaksiyamıza müraciət edən şikayətçilərdən biri Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 7a, mənzil 44 ünvanında müvəqqəti məskunlaşmış Qubadlı rayonundan məcburi köçkün Tümən Əhmədovadır. Şikayətçi yazır ki, həyat yoldaşı 1993-cü ildə Qubadlının işğal edilməsindən sonra ağır stress keçirib və vəfat edib. Hazırda o, oğlu, qızı, gəlini və nəvəsi ilə birlikdə yaşayır: "Həyat yoldaşım dünyasını dəyişəndən çətin, ağrılı günlərin dəhşətlərini yaşamağa məhkum oldum. Ailəni dolandıra bilmədiyim üçün 2005-ci ildə ölkə prezidenti İlham Əliyevə rəsmi olaraq müraciət etdim. Bu müraciətdən sonra dolanışığımızın ağır olduğunu nəzərə alan Sumqayıt şəhər İcra Hakimiyyəti qeyri-rəsmi olaraq mənə "Yaşıl dərə" adlanan yerdə torpaq sahəsi verdi".

Tümən Əhmədova min bir əziyyətlə həmin torpaq sahəsini yararlı hala salıb və o vaxtdan orada tərəvəz məhsulları yetişdirib satmaqla ailəsini dolandırıb. Lakin bir müddət sonra həmin torpaq sahəsi Tümən Əhmədovanın əlindən alınıb: "Yerli məmurlar neçə illərdir ki, bizim hüquqlarımızı pozur, başımıza olmazın müsibətlər açırlar. Sizə şikayət etməyimə səbəb də elə onların özbaşınalıqlarının görünməmiş həddə çatmasıdır".

Qeyd edək ki, Tümən Əhmədova bu özbaşınalıqlarla bağlı prezident İlham Əliyevə də müraciət edib. O, həmin müraciətində yazır ki, şəhər bələdiyyəsinin üzvləri - Fətulla, Kamran və Bilal Sumqayıt sakinləri - Paşayev Cəfər Mikayıl oğlu, Cəbiyev Nizami Xanqulu oğlu, Məmmədov Malik Əziz oğlundan pul alaraq ona məxsus torpaq sahəsini həmin şəxslərə satıblar. Tümən Əhmədova torpaq sahəsinin məcburi köçkün ailəsi kimi ona İcra Hakimiyyəti tərəfindən verildiyini bildirsə də, buna məhəl qoyulmayıb. Həmin torpaq sahəsi zorla onun əlində alınıb. Tümən Əhmədovanın sözlərinə görə, Cəfər Paşayev, Nizami Cəbiyev və Malik Məmmədovun əlində torpağın onlara vrilməsi barədə heç bir sənəd yoxdur, onlar özbaşına olaraq torpağı zəbt edib və orada tikinti işləri aparıblar.

Ailənin dolanışıq mənbəyi olan torpaq zorla əlindən alınandan sonra Tümən Əhmədova məcburiyyət qarşısında qalıb 11-ci mikrorayondakı çayxanalardan birində işə düzəlib. Lakin o, bu ədalətsizliklə barışmayıb və torpağın əlindən alınması ilə əlaqədar müxtəlif instansiyalara müraciət edib. Tümən Əhmədova yazır ki, saysız-hesabsız müraciətlərinə baxmayaraq, icra hakimiyyəti, bələdiyyə, polis və məhkəmə orqanları onun şikayəti ilə bağlı tədbir görməyib: "Əksinə bütün yerli qurumlar birləşib torpağımı əlimdən alan pullu adamların tərəfini tutur, onların mövqeyini müdafiə edirlər. Cəfər Paşayev, Nizami Cəbiyev və Malik Məmmədov torpağı əlimdən almaqla kifayətlənməyib, Bələdiyyəyə verdikləri pulu məndən almaq üçün polis orqanları və məhkəmələrdə mənə qarşı iş qaldırıblar. Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 1-ci polis bölməsində işləyən Sahib adlı şəxs isə mənimlə bağlı işi xətm edəcəyinə söz verib, məndən və mənimlə birlikdə olan Qubadlı rayonundan məcburi köçkün, 11-ci mikrorayon, bina 2b, mənzil 22 ünvanında məskunlaşmış Mütəllibova Ayna Saleh qızından 3500 ABŞ dolları aldı. Sahib dələduzluq yolu ilə bizi aldadıb aradan çıxdı".

Tümən Əhmədova yazır ki, Cəfər Paşayev, Nizami Cəbiyev və Malik Məmmədov Sumqayıt Şəhər Polis İdarəsi və məhkəmələrə müraciət edərək ona qarşı yalançı və böhtançı ittihamlarla iddia qaldırmaqda davam ediblər: "Onların şikayətinə baxan Sumqayıt Şəhər Polis Şöbəsinin müstəntiqi Emin Bədəlov isə hansı müəmmalı səbəbdənsə şikayəti təmin edərək mənə qarşı heç bir əsas olmadan cinayət işi açıb və məni axtarışa verib. Hansı ki, mən daim 11-ci mikrorayonda çayxanada olmuşam, məni tanıyanlardan soruşsaydılar çayxanada olduğumu deyərdilər. Emin Bədəlov hədə-qorxu gəlməklə, həbs edəcəyi ilə qorxutmaqla məndən vəkilim Abbasov Tahir Əhməd oğlunun yanında 1800 manat rüşvət alıb və 26 aprel 2010-cu ildə işi məhkəməyə göndərib".

Həmin işə 11 iyun 2010-cu ildə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Tümən Əhmədovaya 3500 manat cərimə kəsilib: "Bu səbəbdən də mənim ümumvətəndaşlıq pasportum Miqrasiya İdarəsində saxlanılır". Lakin şikayətçi polis idarəsində ona hansı maddə ilə iş açıldığı, eyni zamanda məhkəmənin ona nə səbəbdən cərimə kəsdiyi barədə konkret bilgi vermir. O, yalnız bütün bunların qanusuzluq yolu ilə edildiyini bildirir. Tümən Əhmədovanın məktubundan aydın olur ki, ona kəsilmiş 3500 manatlıq cərimə hökmü Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin Kollegiyası tərəfindən də qüvvədə saxlanılıb: "Mənə qarşı qaldırılmış iddialar tamimilə əsassız, quraşdırma və böhtan xarakterli idi, cərimə tələbi də qanundankənar və saxta tələbdir".

Tümən Əhmədova prezident İlham Əliyevə ünvanladığı mətubunda daha sonra yazır: "Cənab prezident, sizdən xahişim odur ki, sözügedən məsələni nəzarətə götürüb diqqətdə saxlamaqla kimsəsiz, düşmən tərəfindən öz doğma torpağından qovulmuş məcburi köçkün kimi mənə, atasız böyütdüyüm uşaqlarıma yardımçı olasınız və bizə zülm edənlərin cəzalandırılması üçün tədbirlər görəsiniz".

Şikayətçi ölkə başçısından həmçinin, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin polis mayoru Sahibdən 3500 ABŞ dollarının, Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Emin Bədəlovdan 1800 manat pulunun alınıb qaytarılmasında, heç bir əsas olmadan ona 3500 manat məbləğində kəsilmiş cərimənin ləğv edilməsində, ona qarşı torpaq və 11920 manat pul iddiası qaldıran şəxslərin tələbinin əsassız sayılmasında, zorla zəbt edilmiş torpaq payının və ümumvətəndaşlıq pasportunun qaytarılmasında yardımçı olmağı xahiş edir.

Sonda onu da qeyd edək ki, məcburi köçkün Tümən Əhmədova öz məktubunda bir sıra konkret şəxsləri, o cümlədən polis mayoru olan Sahib adlı şəxsi, müstəntiq Emin Bədəlovu rüşvət almaqda, onun torpağını əlindən alan Cəfər Paşayev, Nizami Cəbiyev və Malik Məmmədovu isə digər cinayətlərdə ittiham edir. Biz həmin şəxslərlə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Bununla belə, Tümən Əhmədovanın ittiham etdiyi şəxslərin mövqeyini də işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Borclu şirkət necə tenderi UDDU? – “Azərbaycanda dəbdir ki...”
Bu gün, 18:07
Naxçıvan FHN Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib - BUNDAN SONRA...
Bu gün, 18:00
ABŞ ermənilərə və azərbaycanlılara real kömək etməlidir - Sabiq səfirlərdən çağırış
Bu gün, 17:57
Lerikin 35 kəndinə cəmi bir həkim var - Həkimlər bölgələrə niyə getmir?
Bu gün, 17:54
Türkiyədə gözlənilən xəbər: Putin “hə” desə, imkan yaranacaq – Razılaşma
Bu gün, 17:26
Ermənistanda proseslər güc qarşıdurmasına doğru gedir - ŞƏRH
Bu gün, 17:20
Elektronika mağazalar şəbəkəsinin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 17:18
Tramp Putinlə Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir - KİV
Bu gün, 17:15
Bu su anbarında təmir işləri aparılacaq - 6,4 MİLYONLUQ TENDER KEÇİRİLİR
Bu gün, 17:12
Tural Sadıqlı Azərbaycana bu yolla gətirilə bilər - AÇIQLAMA
Bu gün, 17:08
“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı azalıb
Bu gün, 17:06
Erməni arxiyepiskopun həbsdən azad edilməsi ilə bağlı iddiası rədd edilib
Bu gün, 17:02
Futbolçu azərbaycanlı sahibkardan maaşını istəyir: - "Qafqazda sözü tuturlar"
Bu gün, 16:58
Politico: Moldova Ukraynadan tez Avropa Birliyinə girə bilər
Bu gün, 16:53
Rauf Kəngərli yeni vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 16:50
Azərbaycanda tikinti materialları istehsalının dəyəri azalıb
Bu gün, 16:20
Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq
Bu gün, 15:35
Bu Putinin qələbəsi olacaq - SENSASİON İDDİA
Bu gün, 15:30
Təbriklər...
Bu gün, 15:27
Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq
Bu gün, 15:11
Diaspor və təsir rıçaqları – Rusiyanın regiondakı oyunları
Bu gün, 15:09
Paşinyan BU RİSKLƏ üz-üzə qaldı - DETALLAR
Bu gün, 15:06
Nazirlik bu şirkətlə 823 min manatlıq müqavilə bağladı
Bu gün, 15:00
İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi? - DETALLAR
Bu gün, 14:53
Rusiya Cənubi Qafqaza müdaxilə edə bilər - Qərbdən XƏBƏRDARLIQ
Bu gün, 14:39
Zelenski Tramp-Putin görüşündən sonra... - ŞOK MƏLUMAT
Bu gün, 14:30
Trampa bağlı arzuolunmaz iddia yayıldı – Zəngəzur dəhlizindən imtina…
Bu gün, 13:04
İrandan təxribatçı Zəngəzur açıqlaması: - Sərhəddə qoşun yerləşdirdik ki...
Bu gün, 12:58
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:42
Milli Məclis 165 min manata nələr aldı? - TENDER NƏTİCƏSİ
Bu gün, 12:39
"Azərbaycanın gələcəyi üçün savadlı və sağlam düşüncəli insanları yetişdirməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Naxçıvanda yol qəzasında Maliyyə İdarəsinin sektor müdiri və daha bir nəfər ölüb - FOTO
Bu gün, 12:35
Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı
Bu gün, 12:29
Qod Nisanov oğluna TOY EDİR: Məmurlarımız TOYA GEDƏCƏKMİ? - TƏFƏRRÜAT
Bu gün, 12:20
Gələn həftə Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək - RUSLAR AÇIQLADI
Bu gün, 12:14
İşçilərin əməkhaqqıları hansı müddətdə ÖDƏNİLMƏLİDİR... - Ekspert danışır...
Bu gün, 12:10
Naxçıvanda yerli məmurların ƏDV YEYİNTİSİ - Rəsmi rəqəmlərə inansaq...
Bu gün, 12:08
Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək - AÇIQLAMA
Bu gün, 12:00
“10 manatlıq” şirkətə 200 minlik TENDER - FHN vergi borclusunu qalib edib
Bu gün, 11:58
Qonşusunun pişiyindən şikayət etdi - Həbs edildi
Bu gün, 11:39
Sülh sazişi mətni tamdır, Ermənistan geri çəkilə bilməz - ŞƏRH
Bu gün, 11:35
Paşinyanın Rusiyaya səfəri gözlənilir - KİV
Bu gün, 11:32
Sülh müqaviləsi ərəfəsində Qərbi Azərbaycan İcması buraxılacaq? - AÇIQLAMA
Bu gün, 11:30
Qida təhlükəsizliyimiz TƏHLÜKƏDƏDİR... - Görünəni odur ki...
Bu gün, 11:25
Zəngəzur dəhlizi təhdid deyil, əməkdaşlıq təşəbbüsüdür - GƏLİŞMƏ
Bu gün, 11:22
Alyaskadan əvvəl nüvə şantajı - Rusiyanın strategiyası dünyanı qorxutmaqdır
Bu gün, 11:21
Qaydalar pozuldu: Azərbaycan da MDB-dən çıxır? - NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Lavrov üzərində “SSRİ” yazılmış sviterlə Alyaskada - FOTO
Bu gün, 11:11
“Respublika” və “Xalq” qəzetinindən XƏBƏR VAR
Bu gün, 11:06
Eldar Əzizovdan bu RUS İZİNİN SİLİNMƏSİ TƏLƏB OLUNDU - FOTOFAKT
Bu gün, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru