Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                 

Gədəbəy camaatı inanır ki... - Günəlrin birində Yediyarov cəzalandırılacaq...
Tarix: 27-08-2015, 10:21 | Çap et
Gədəbəy camaatı inanır ki...
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının tətbiq etdiyi yarıtmaz idarəçilik üsulları rayonda daha bir faciənin yaşanmasına səbəb olub. Məlum olduğu kimi, bir müddət bundan əvvəl icra başçısı rayonda gedən bütün işləri dayandırmaq barədə göstəriş vermişdi. Bu xüsusda aldığımız məlumatlarda vurğulanırdı ki, Ramiz Yediyarov yaxın günlərdə vəzifədən alınacağına dair xəbərlərin təsdiqləndiyinə görə bu addımı atıb. Lakin “dondurulmuş” işlərin sırasında rayon üçün strateji əhəmiyyət kəsb edən və təcili başa çatdırılması tələb olunan müəyyən işlər təbii ki, yer almayıblar. Məsələn, Gədəbəyin su və kanalizasiya xətlərinin yenilənməsilə bağlı olan işlər kimi. Yeri gəlmişkən, ötən saylarımızda dərc etdiyimiz materiallarda biz gədəbəylilərin isti yay aylarında susuzluqdan və bu səbəbdən yaranmış antisanitar vəziyyətdən necə əziyyət çəkdikləri barədə açıqlamalar təqdim etmişdik. Hələ ilin əvvəllərində, daha dəqiq desək yanvar ayında Gədəbəydən aldığımız məktublardan birində vətəndaş şəhərdə yaranmış vəziyyəti belə təsvir edirdi: “Qışın oğlan çağında Gədəbəy sakinlərinin acınacaqlı su probleminin nə olduğunu təsəvvür etməkdə yəqin ki, hörmətli oxucular çətinlik çəkmirlər. Bəli, bizim belə bir problemi xalqa “hədiyyə edən” bir icra başçımız var. Cənab Yediyarov barədə yerli sakinlər tərəfindən müxtəlif instansiyalara edilən şikayətlərin nəticəsi olaraq, rayon rəhbəri şəhər sakinlərini su ilə də imtahana çəkdi. Təsəvvür etməkdə çətinlik çəkirsən ki, hər gün rastlaşdığı bu insanların üzünə necə baxır bu başçı. Amma o da məlumdur ki, bizim icra başçısı şəhər sakinləri tərəfə heç gözünün ucu ilə belə baxmır...” Bir müddət sonra, artıq yay aylarında aldığımız növbəti məlumatlarda isə rayonun su probleminin daha da kəskinləşdiyi bildirilir və bu problemi yaradan şərtlərdən bəhs olunurdu. Mənbələr iddia edirlər ki, Gədəbəy Sukanal İdarəsinin rəisi Yaşar Hüseynov müxtəlif maxinasiyalara əl ataraq, idarənin səmərəli fəaliyyətinin təmin olunması üçün ayrılan pulların nağdlaşdırılaraq mənimsənilməsinə şərait yaratmışdır. Təbii ki, bu maxinasiyalar Yaşar Hüseynov tərəfindən heç də özbaşına həyata keçirilməyib. İddialara görə Sukanal İdarəsinin rəisi bu əməlləri birbaşa Ramiz Yediyarovun göstərişləri əsasında icra edib. Elə əldə olunan “gəlilərin” də böyük bir hissəsi məhz başçıya təqdim olunub. Açıqlamalarda bildirilirdi ki, Yaşar Hüseynov bu məqsədlərlə nə maddi-texniki bazaları, nə də tələb olunan insan resursları olmayan müxtəlif saxta firma və MMC-lərin xidmətlərindən yararlanıb. Məhz elə bu səbəbdən də Gədəbəy şəhəri su təchizatı ilə bağlı bir çox ciddi problemlərlə üz-üzə qalıb. Bu xüsusda məlumat verən mənbə ilk növbədə Quldurlu kəndi ərazisində yerləşən və Gədəbəy şəhərini içməli su ilə təchiz etməli olan su təmizləyici stansiya ilə bağlı müəyyən faktları diqqət mərkəzinə çəkmişdi. Belə ki, yayın ortalarında stansiyanın su anbarında yaranmış bir problem Gədəbəy şəhərində ciddi fəsadların əmələ gəlməsinə səbəb olmuşdu. Mənbə bildirir ki, Quldurlu stansiyasındakı anbarda olan su bir müddət əvvəl gözlənilmədən yoxa çıxmışdı. Sonradan məlum olmuşdu ki, su anbarının dibində çatlar əmələ gəlmişdir və su da məhz bu çatlardan sızaraq yerin altına getmişdir. Nəticədə isə Gədəbəy şəhərinin böyük bir hissəsi, o cümlədən Mehdi Quliyev, Mir Cəlal Paşayev, M.Ə. Rəsulzadə və Şəhriyar küçələrində yerləşən binalar tamamilə susuz qalmışdılar. Həmçinin yerli sakinlər tərəfindən xəbər verilmişdi ki, su təchizaının dayandırılması və bu səbəbdən kanalizasiya sisteminin də işlək vəziyyətdə olmaması ərazinin, eləcə də bütün şəhərin sanitar vəziyyəti üçün son dərəcə ciddi problemə çevrilmişdir. Bəzi məlumatlı mənbələr isə, su təchizatının tezliklə bərpa olunmayacağı təqdirdə şəhərdə müxəlif infeksion xəstəliklərin yayıla biləcəyinə dair mütəxəssislər tərəfindən xəbərdarlıq olunduğunu da vurğulayırdılar.Lakin bütün bunlar Gədəbəy şəhərinin su-kanalizasiya sisteminin yenilənməsi işləri ətrafında gedən spekulyativ proseslərlə müqayisədə “kiçik xətalar” təəssüratı bağışlaya bilər. Məlum olduğu kimi, hələ ötən ilin sonlarında Azərbaycan hökumətinin İslam İnkişaf Bankı (İİB) ilə birgə maliyyələşdirdiyi “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanmışdı. Mənbə bildirir ki, bu məqsədlə Gədəbəy rayonuna 54 milyon manat məbləğində vəsait ayrılmışdır. Bu vəsaitlə su təchizatı və kanalizasiya xətlərinin təmiri, eləcə də yeni xətlərin çəkilməsi nəzərdə tutulub. “Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 11500 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 5 kəndinin (Yenikənd, Düzyurd, Arıqdam, Söyüdlü, Qaradağ) 12 min sakini də bu layihə çərçivəsində içməli su ilə təmin olunmalı, ümumilikdə isə layihədən 23 mindən artıq insan faydalanmalıdır. Lakin, bu işlərin icrası başlandığı kimi də qəfil dayanıb. Yalnız bu ilin fevral ayında işlərin davam etdirilməsi mümkün olub. Məsələ bundadır ki, ilkin olaraq işlərin görülməsi üçün bir yapon şirkəti ilə razılıq əldə olunmuşdu. Lakin, iş gəlib maliyyə vəsaitlərinin “bölüşdürülməsinə” çatanda, yaponlar bizim ənənəvi bölgü qaydalarına hörmətsizlik nümayiş etdiriblər. Başqa sözlə desək, yapon şirkəti ona veriləcək sifarişin müqabilində tələb olunan “otkatı” (şirkətin hesabına köçürüləcək məbləğdən nəğd şəkildə geri ödəniləcək rüşvət – red. ) ödəməkdən imtina edib. Nəhayət, Gədəbəy şəhərində yaranmış son dərəcə böhranlı vəziyyət su və kanalizasiya xətlərinin yenilənməsi üzrə işlərin bərpa olunması zərurətini ortaya qoyduqdan sonra, bu ilin fevral ayından etibarən həmin işlər yerli şirkətlərdən birinə həvalə olunub. Maraqlıdır ki, şəhər sakinləri bu şirkətin nə adı, nə rəhbərliyi, nə sahibi, nə də indiyədək hansı layihələrin həyata keçirilməsində iştirakı olması barədə heç bir məlumata malik deyillər. Eyni zamanda da bu şirkət aldığı sifariş üzrə işləri bir sıra ciddi qanun pozuntuları ilə həyata keçirməkdədir. Mənbələr bildirirlər ki, şirkət işlərə cəlb etdiyi usta və fəhlələrlə heç bir əmək müqaviləsi bağlamır. Eyni zamanda da fəhlələrin əməyini qul əməyi kimi dəyərləndirən şirkət rəhbərləri, heç bir təhlükəsizlik tədbirləri də həyata keçirmirlər. Bunun nəticələri isə, çox ağır olur. Yeni aldığımız məlumata görə, 3 gün bundan əvvəl aparılan qazıntı işləri zamanı bədbəxt hadisə baş vermişdir. Belə ki, tikintidə işləyən Tağıyev Rüstəm Cəlal oğlu hansısa işi icra etmək üçün yeni qazılmış xəndəyə düşüb. Bu zaman xəndəyin kənarında qalaqlanmış torpaq qatı sürüşərək, fəhlənin üzərinə tökülüb. Nəticədə Rüstəm Tağıyev hadisə yerində dünyasını dəyişib və onun iki azyaşlı övladı ata qayğısından həmişəlik məhrum olublar. Həm də mənbələr bildirirlər ki, bu, su-kanalizasiya sisteminin yenilənməsi işlərinin gedişində baş verən yeganə bədbəxt hadisə deyil. Məsələn, bir müddət əvvəl daha bir fəhlənin əlləri iri ölçülü kanalizasiya lyukunun qapağı altında qalmışdı. Nəticədə vətəndaş 4 barmağını itirmişdir.

Lakin bütün bunlar Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyini az maraqlandırır. Əgər belə olmasaydı, dövlət əhəmiyyətli layihənin həyata keçirilməsi üzrə işlər belə məsuliyyətsiz və səriştəsiz bir şirkətə həvalə olunmazdı. Yeri gəlmişkən, aldığımız məlumatlarda belə bir məqam da xüsusi olaraq vurğulanır ki, aparılan işlərin gedişində 2014-cü ildə asfaltlanmışbir çox küçələrin yolları qazılaraq bərbad vəziyyətə gətirilir. Əlbəttə ki, su və kanalizasiya xətlərini çəkilişi üçün bu qazıntı işləri qaçınılmazdır. Lakin şəhər sakinlərini belə bir sual düşündürür ki, artıq bir neçə ay sonra qazılacağı məlum olan küçələrə tələm-tələsik asfalt örtüyünün çəkilməsində RİH rəhbərliyinin məqsədi nə idi? Bu sualın yalnız bir cavabı ola bilər ki, o da iş prosesi zamanı vəsaitlərin müəyyən hissəsinin mənimsənilməsinə yaranan imkanla bağlıdır. İndi həmin küçələr ikinci dəfə asfaltlanacaq. Deməli, mənimsəmələr üçün də ikinci imkan ələ düşəcək. Təbii ki, bütün bu özbaşınalıqlar Gədəbəy sakinlərini artıq çoxdan bezdirib. Ramiz Yediyarov isə, hələ də müəyyən havadarlarının və müxtəlif yalanların sayəsində gədəbəylilərə zülm etməkdə davam edir. Lakin Gədəbəy camaatı səmimi qəlbdən inanır ki, ən qısa zamanda ölkə prezidenti tərəfindən bütün bu qanunsuzluqlara son qoyulması və Ramiz Yediyarovun məsuliyyətə cəlb olunması xüsusunda lazımi tədbirlər görüləcəkdir.
\\bizimdovr.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru