“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Kardioloq: “Mingəçevir Mərkəzi Xəstəxanası həkimlərin başına oyun açır .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                 

Qorxmaz Hüseynovun adamları Göyçay sakinlərinin qəsdinə durublar... - Heç dammır da ki göl olsun...
Tarix: 14-08-2015, 10:27 | Çap et
Qorxmaz Hüseynovun adamları Göyçay sakinlərinin qəsdinə durublar...
Birbaşa mətləbə keçib, Göyçay rayonu Hüngütlü kəndinin içməli su təchizatında yaradılmış süni problemdən söz açacağam. Məsələ bundadır ki, rayon mərkəzinin lap qulağının dibində yerləşən bu kəndə içməli su xətti hələ 1970-ci illərdə çəkilib, özü də birbaşa evlərə. O vaxtdan da bu günədək təsadüfi hallar istisna olunmaqla fasiləsiz su verilib. Amma təxminən bir il əvvəl hardansa axan qara buludlar Hüngütlünün başının üstünü alır.
Məlum olur ki, Kənd İnvestisiya Layihəsi çərçivəsində təxminən 40 ildir camaatı su ilə təmin edən boru xətti yenisi ilə əvəz ediləcək. Nəticədə isə köhnəlib-paslamış borulardan su sızıntısının qarşısı alınacaq.
Müxtəlif söyləntilərə əsasən, su xəttinin yenilənməsi məqsədilə 40 min manatdan artıq vəsait də aylırıb. Amma qəribədir, işin icrasına hələ başlamamış kimlərsə tərəfindən səlahiyyət almış bir-iki kənd sakini ev-ev gəzərək 20 manatdan pul toplayıb. Pul yığılarkən isə belə əsas gətiriblər ki, qanuni olan bu yolla layihəyənin icrasına dəstək vermək istəyirlər. Xülasə, camaata vəd verilir ki, ən qısa vaxtda kəndin bütün evlərinə keçmişdə çəkilən su xətləri dəyişdiriləcək və bununla da problem kökündən çözüləcək.
Xatırlayıram, Novruz bayramında kəndin girişindən çıxışınadək - mərkəzi küçə boyunca yeni xəttin çəkildiyini görmüşdüm. O vaxt yerlilər mənə demişdilər ki, təxminən dörd min metr uzunluğunda, el arasında "şlank" deyilən plastik kəmər çəkilib. "Şlank" kəndin girişində 100 mm, çıxışında isə 25 mm diametrindədir. Yeri gəlmişkən, camaat belə kiçik diametrli boru ilə bütün evlərə normal təzyiqli suyun veriləcəyinə şübhələrini gizlətmirdir. Amma icraçılar da əsas gətirirdilər ki, əksinə, bu halda təzyiq güclü olacaq və sair… Qısası, gözdağı olan "şlank"lar bu yay 45-50 dərəcə istidə yanan insanların odunu söndürmədi. Camaat da bir neçə dəfə Rayon İcra Hakimiyyətində şikayətdə olub, hətta məsul şəxslər tərəfindən qəbul ediliblər, hər dəfə də söz verilib ki, narahat olmayın, su veriləcək…
…Deyir, sən saydığını say, gör fələk nə sayır. Sirrin üstü indi açılır. Sən demə Kənd İnvestisiya Layihəsi çərçivəsində çəkilən içməli su xətti evlərə deyil, kəndarası küçə üçün nəzərdə tutulubmuş. Özü də təxminən hər 500 metrdən bir 3 yerdə krant (yerli icra nümayəndəliyi və su idarəsi bunu bulaq adlandırır - V.T.) qoyulub. Yəni 35 il ərzində suyu evinin mətbəxində qəbul edən sakinlər bir vedrə su üçün sözügedən bulaqlara qədər yarım kilometr yol getməlidir.

Qorxmaz Hüseynovun adamları Göyçay sakinlərinin qəsdinə durublar...

Yeri gəlmişkən, suyun evlərə deyil, yalnız kəndarası uzanan şlanklara verilməsi xəbərini əsas icraçı - Kənd İnvestisiya Layihəsinin mətbuat xidmətindən də təsdiqlədilər. Dedilər ki, kənddə bir neçə yüz ev var, onların hamısına ayrı-ayrılıqda xətt çəkməyə maddi imkanları yetmir. Yəni Dünya Bankı tərəfindən ayrılan vəsaitdən xərcləyərək bu layihəni həyata keçiriblər. Buna baxmayaraq, o da vurğulandı ki, xəttin tikintisi başa çatdıqdan sonra rəsmi surətdə yerli bələdiyyəyə təhvil verilir. Bələdiyyə isə artıq həmin boru xəttindən evlərə suyun paylanmasını təmin etməlidir.
Bu yerdə onu da vurğulayım ki, yeni kəmərin tikintisi zamanı müxtəlif diametrli şlanklardan istifadə edilməsi faktı layihə rəsmisini təəccübləndirdi. O, tikintinin plastik borularla aparılmalı olduğunu dedi. Nə edək, fakt faktlığında qalır, babalı günahkarın boynuna…
Camaat günahın böyük qismini bölgənin içməli su ilə təminatına cavabdeh olan su idarəsində görürdü. Mən də mərkəzi Ucar şəhərində yerləşən idarəyə telefon açıb rəis müavini Elvin İbrahimovla qısa söhbət elədim. Müsahibim dedi ki, Hüngütlü kəndinə içməli su xətti 1979-cu ildə çəkildiyi üçün artıq çürüyüb, istifadəyə yararsız hala düşüb. Ona görə də şəbəkənin yenilənməsinə ehtiyac vardı. Buna baxmayaraq, o, xəttin çəkilişində iştirak etmədiklərini də əlavə etdi.
Elvin İbrahimov onu da dedi ki, təmsil etdikləri idarə böyük işlər görməkdədir. Hazırda Ucar şəhərinin içməli su şəbəkəsinin yenilənməsi ilə məşğuldurlar. Eləcə də Göyçayın 4 kəndində eyni prosesi başa çatdırmalıdırlar. Yəqin ki, bu proses çərçivəsində Hüngütlü kəndinin sakinlərinin də suya həsrəti sona çatar.
Göyçay Rayon İcra Hakimiyyətindən də qeyri-müəyyən cavab aldım. İcra Hakimiyyətinin sözçüsü Arif Yusubov bildirdi ki, "Kreml birdən-birə tikilməyib, Hüngütlünün problemləri də nə vaxtsa həllini tapacaq". Dedi ki, yeni başçı təyin olunan gündən bəri az müddətdə yığılıb-qalmış xeyli problemi aradan qaldırmağa çalışır.
Sual verdim ki, bir ildən artıqdır Hüngütlünün içməli su şəbəkəsi sıradan çıxarılıb, yeni kəmər çəkilir deyib, köhnənin də fatihəsini verdilər. Camaatdan pul da yığıldı, amma necə deyərlər, it də getdi, ip də. İcra Hakimiyyətinin rəsmisinə "35 il ərzində camaatın həyətinə, hətta mətbəxinin krantına gələn suyu kəsiblər, üstəlik hər evdən 20 manat da yığıblar ki, daha təzyiqli su veriləcək yenilənəcək borulara. Amma neçə vaxtdır insanlar su üzünə həsrət qalıblar" deyəndə, maraqlı cavab eşitdim. Bildirdi ki, "Biz altı aydır işləyirik, kimsə xətt çəkib və ya pul yığıb, bunu bizə niyə deyirsiniz?". Cavab verdim ki, "Kənd də, sakinlər də Göyçaya məxsusdur və bu rayona da məhz İcra Hakimiyyəti nəzarət edir. Bəyəm sizdən əvvəl yaranan problemlər tarixə qovuşmalıdır?". Nə isə, A.Yusubov söhbəti tamamlamaq üçün dedi ki, problem mütləq həll olunacaq. Amma nə vaxt, bunu deyə bilmədi. Yazımız çapa hazırlanarkən "Azərsu" ASC-nin mətbuat xidməti ilə də əlaqə saxladıq. Buradan da Hüngütlü kəndini içməli su problemi ilə üz-üzə qoyanların cavabını təkrarladılar: "Yaxın vaxtlarda kənddəki bütün abonentlərə mərkəzi xətdən suya çıxış veriləcək və hər bir ev sayğacla təmin olunacaq".
"Azərsu" ASC-nin nəzərinə çatdıraq ki, bir neçə il əvvəl kəndin bütün abonentləri sayğacla təmin olunub, amma qısa vaxtdan sonra su idarəsinin əməkdaşları həmin sayğacları söküb aparıblar…

P.S. Bildiyim qədər, o kəndə yarım kilometrdən bir bulaq qoyarlar ki, orada ümumiyyətlə əvvəllər içməli su şəbəkəsi mövcud olmayıb və bu layihə yerli camaat üçün irəliləyiş sayılar. Amma Hüngütlünün timsalında 1979-cu ildən hər bir evin həyətinə su çəkilibsə, bu kəndin bir neçə bulağa ehtiyacı vardımı? Belə çıxır ki, sakinləri evlərinə gələn suyu kəsərək uzaq məsafədən su gətirməyə məcbur ediblər. Maraqlı yanaşmadır, bu da inkişaf, irəli getməkdənsə, kimlərsə kəndin inkişafını 35 il əvvələ qaytarır, heç kim də onlara "gözün üstə qaşın var" demir…

Vüsal Tağıbəyli










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Kardioloq: “Mingəçevir Mərkəzi Xəstəxanası həkimlərin başına oyun açır – Video
Bu gün, 12:46
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru