"Şikayətim "Kapital bank" adlı quldur dəstəsindəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Deməli, dünən mağazaların birindən aldığım məhsulu geri qaytarmışam.
Ödənişin birini "Kapital bank" kartından etmişdim, birini də "Leokart"dan,
Mənə dedilər ki, geri qaytarma da eynən ödəniş etdiyiniz kimi olmalıdır.
Xülasə 100 manat "Kapital bank" kartından geri qaytarma olundu,
42 manat da "Leobank" kartından.
Leobank kartına 1 dəqiqə ərzində pul geri qayıtdı, amma kapital bank kartına isə pul geri oturmur.
Qəbzi təqdim edirəm hər nə edirəmsə deyirlər get otur gözlə.
Qardaş mənim bəlkə ən son pulumdur o pul sən mənim pulumu niyə saxlayırsan kartda?
Operatora yazırsan nazlana-nazlana bir saata adama cavab verir, zəng edirsən... deyir ölkə daxilində ödəniş etmisinizsə, 10 gün ərzində pul kartınıza köçəcək. Qardaş, 10 gün niyə?
Niyə "Leo" 1 dəqiqəyə otuzdurdu pulu, amma "Kapital" 10 gün özündə saxlayır?
Belə tərbiyəsizlik olmaz e... vallah, yığmısız daha boğaza!!!"