Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? .....                     Neft Daşlarında QANUNSUZ BALIQ OVU... .....                     Okeanın o tayından Qafqaza .....                     Vaşinqtonda gorbagor olan iki “miras”: .....                     Zəngəzur coğrafiya deyil, .....                     “Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? .....                     "Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" .....                     Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... .....                     Tramp Zelenskinin də .....                     Xızının icra başçısı da qanunları ayaqlar altına atır... .....                     Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... .....                     Çətin dövr başlayır: Abituriyentləri narahatlıqdan necə qoruyaq? .....                     Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... .....                     Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək? .....                     Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb .....                     İrəvan razılaşdı, Azərbaycana yeni status verildi .....                     Bakıdakı söküntü “bumu”: Kirayə mənzillər bir az da bahalaşacaq? .....                     “Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə... .....                     Qafqaz evi ideyası yenə gündəmdə .....                     Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? .....                     Füzuli DAİM-də DAİMİ PROBLEM... .....                     Etalon Hospitalda daha bir qalmaqal .....                     Ukraynanın dərinliklərinə doğru irəliləmək... .....                     Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır .....                     Vaşinqton zirvəsinin əks-sədası .....                     Sərhədlərin yenidən çəkilməsi: Paşinyanın bəyanatının pərdəarxası nədir? .....                     Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaq .....                     Nazirlik əməkdaşı yol qəzasında öldü .....                     "Minsk Qrupu artıq formal olaraq fəaliyyətini dayandırdı" .....                     "Allah heç bir vətəndaşımızı yoxsul etməsin!" .....                     Ərindən ayrılan qadının sevinci gündəm oldu .....                     Zəngəzur dəhlizi böhranı: Tehran “mane olacağıq” deyir, amma PLAN yoxdur .....                     “İran Zəngəzuru o döyüşdə itirdi” .....                     İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim .....                     Putin Krım ssenarisini təkrarlamağa çalışır .....                     Müğənni Əminə Zeynalova imkanlı şəxslərin etibarından su-istfadə edərək dələduzluq edib? .....                     Ermənistandan sülh mesajı: .....                     Müəllimlər üçün gizlədilən vakant yerlər .....                     “Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” .....                     Bakının küçələrində təmizlik işləri həyata keçirilib .....                 

Təzə başçının Lerik üçün SAQQAL DARAĞI... - Rayonda nə baş verir?
Tarix: 26-10-2022, 09:05 | Çap et
Təzə başçının Lerik üçün SAQQAL DARAĞI...
DİA.AZ kulis.az-a istinadla Vüqar Babazadənin “Lerikin fabulası ətrafında” adlı yazısını təqdim edir:

Lerik rayonuna yeni İcra başçısı gəldikdən sonra yenidənqurma və abadlıq işləri son sürəti ilə davam etdirilir. Rayonda olan casuslarımın mənə verdiyi məlumata görə Leriki tamamilə dəyişdirib, Los-Anceles kimi bir şəhər etmək fikirləri varmış. Basketbol meydançaları, ralli üçün yollar, kripto-valyuta kursları, ağıllı robotlar gətirəcəklərmiş Lerikə. Hətta, deyilənə görə, metro da çəkiləcəkmiş. Yerin üstündə nə qədər yol var, hamısını asfalt edib qurtarıblar, indi keçəcəklər yerin altına.

Düzdür, rayonun mərkəzindəki parkın daşları sökülüb. Ümid edirik, elə qalmayacaq, gözümüzün ağı-qarası bir parkımız var, onun da daşlarını yerinə taxarlar. Adətən, belə olur. Amerika birdən, durduq yerə Amerika olmayıb ki...

Amerika demişkən, Lerikin yolları serpantinlərdən ibarətdir. Rayona gedib çata bilmək üçün sərt döngələri burulmalı, yanan çənbərin içindən tullanmalı, qaz yerişi yeriməli, əlli dənə jim vurmalı, talış, ingilis və rus dilini ana dilin kimi bilməlisən. Rayona qalxmaq asan məsələ deyil. Həmişə yam-yaşıl meşələrin içindən keçib, dumanından, yağışından, qarından başqa heç nəyi olmayan gözəl Lerikə gedəndə fikirləşirəm ki, elə bil Allah baba bilə-bilə rayonumuzu bu qədər uzaqlıqda, bu qədər çətin şəraitdə yaradıb ki, adam-madam ora qalxa bilməsin. Coğrafiya adama deyir ki, çıx get burdan, gəlmə bura.

Həmin serpantinlərdə bir az nabələd sürücü olsan, maşını aşırdıb salarsan dərəyə. Maşallah, aşağısı uçurumdur, yuxarısı nəhəng qayalıqlar. Ayağını qaza bir az çox basdın, yaxud əyləci vaxtında sıxmadın, yuxuladın, fikirli oldunsa, vəssəlam, Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.

Azmı olub, həmin yollarda qəzalar? Gələn-gedən aşıb, düşürdü sıldırım qayalardan aşağı. Döngə və yaxud qabaqdan gələn maşın adamın qabağına birdən çıxır, çaşıb qalırsan, bilmirsən nə edəsən? Lerikə maşın sürmək üçün azı 5 il sürücülük təcrübən olmalıdır. Diribaş olmalısan. Bu yaxınlarda bir faciəvi qəza olmuşdu. 8 nəfər ölü, 10-dan çox yaralı.

Bu yolların qırağında guya maşınların aşmamağı üçün iri beton lövhələr qoyulub. Həmin betonlara qanacaqsız adamlar götürüb telefon nömrəsi, maşın nömrəsi, nə bilim, sevgi elanları-filan yazmışdılar. Nadan, yarımçıq adam oldun belədir. Götürüb sevgini daşa-divara yazıb, elə bəyan edirsən. Yeri gəlmişkən, Buzeyir mağarasının ağzını, həmin ətrafda olan daş-qayanın birini də boş saxlamayıblar. Hamı ya öz nömrəsini, ya adını, ya sevdiyi qızın baş hərfini yazıb. Başa düşmürəm, bu vandalizm nə üçündür və haradan qaynaqlanır? Yəqin, həmin adamlar vaxtilə Buzeyir mağarasında yaşayan ilk insanların qohumlarıdır. Yoxsa başqa bir səbəb tapmaq olmur. Adam niyə daşa öz nömrəsini yazsın? Bunu nəinki Homo-Sapiens, heç Homo-Erektus da eləməz. Qərəz, bu heç. Bu ayrı yazının mövzusudur. Qayıdaq Lerikdəki beton qoruyuculara.

Həmin betonların üstündəki nömrələri silmək və daha yaradıcı bir şey etmək niyyətilə götürüb bu betonları rəngləyiblər. Niyyət yaxşıdır. Niyyətlə işim yoxdur. Adamlar nəsə eləməyə çalışıblar. Ən azından buna cəhd ediblər.

Amma şəkillər nə olsa yaxşıdır? Dəvələr, atlar, nə bilim, təbiət, ağaclar, çaylar, həştəqlər və s. gic-gic şəkillər. Əməlli komediyadır. Şəkillərə aşağıdan baxa bilərsiz.

Dəvə şəkli çəkiblər... Özü də 3 dənə ayrı-ayrı betona. Bunu hansı ağılla, hansı məntiqlə ediblər, hansı fm-də, hansı dalğada olublar, çox maraqlıdır mənə. Kimin ideyası olub dəvə şəkilləri çəkmək? Absurd, absurd deyirdim, daha bu qədər də artıqdır, vallah. Əməlli-başlı camaatla məzələniblər. Lerikin dəvəyə nə dəxli var? Lerikdə axırıncı dəfə pələng olub, onu da Cəngəmiran kəndində bir arvad balta ilə öldürüb. Doğrudan, düz söhbətdir. Arvad hamamdan çıxanda görüb ki, bir dənə pələng evin ətrafında hərlənir. Götürüb baltanı pələngi iki yerə bölüb. Aleksandr Düma bunları yazıb. Açıb, oxuyun.

Təzə başçının Lerik üçün SAQQAL DARAĞI...

Hələ bir rəsm əsəri var, möhtəşəmdir. Deməli, Mikelancelonun “Adəmin yaradılışı” rəsmini götürüb Lerikdəki betonların üstündə interpretasiya ediblər. İlk dəfə görəndə, az qala, tilsimlənmişdim. Rəssam bilmirəm kimdir. Ümumiyyətlə, bu rəsm əsəri birbaşa Mikelanceloya hörmətsizlikdir. Birbaşa sənətə təhqirdir. Talış diyarında Mikelancelonu cındır çıxarıblar. Bunu təqdir etməliyikmi? Əlbəttə, postmodernizmdir. Nə istəyirsən elə. Qərbdə Mona Lizaya bığ qoyub, milyard dollara satırlar, bizdə də betonun üstündə “Adəmin yaradılışı” olsun.

Bu hərəkət bütün incəsənət tarixi ilə məzələnməkdir. Heyf ki, dünyaca məşhur kuratorlar, incəsənət xadimləri, sənətçilərin bu rəsm əsərindən xəbəri yoxdur. Mən yeni seçilmiş İcra hakimiyyəti başçımıza təklif edirəm ki, rəsm əsərini beton qarışıq satışa çıxaraq. Özü də NFT-də. Ya da London, Paris sənət sərgilərində. Beton şəkli də Talış nənələr oxuya-oxuya təqdim eləsinlər.

Bir dənə təsəvvür edin: Luvr muzeyində, avanqard rəsmlər sərgisidir. Talış nənələr milli geyimdə, “Ay lolo, ay lolo” oxuya-oxuya fırlanırlar, rəsm əsərini də beton qarışıq gətiriblər. Əla söhbətdir. Dünyanı heyrətə sala bilərik.

İlahi, necə satılar, bir bilsəniz. Orda, palçıqlı, dumanlı kiçik bir yerdə bütün insanların taleyini dəyişəcək bir sənət əsəri, bir xəzinə yatır. Amma bundan heç kimin xəbəri yoxdur. Dəhşətdir.

Təzə başçının Lerik üçün SAQQAL DARAĞI...

Ümumiyyətlə, betonların üstündəki şəkillər fiaskodur. Nə estetikdir, nə Leriklə əlaqəsi var (bir neçə rəsmi çıxmaq şərtilə), nə də sənətkarlıq görünür. Sanki naşı bir rəssam özü üçün cızma-qara edib. Daha yaradıcı şeylər etmək olardı.

Sevda Sultanovanın hələ, deyəsən, xəbəri yoxdur bu söhbətdən. Allah eləsin, xəbər tutub, yazmasın. O yazsa, tamam ayrı şeylər baş verəcək. Dua edin, Sevda xanım yazmasın.

Bir şeyi də qeyd edim ki, həmin betonlar Lerikin girəcəyinə yaxın hissədədir. Əksəriyyətində çığıran, gözqamaşdıran rənglərdən istifadə olunub. Bayaq dediyim kimi, nabələd bir sürücünün necəsə həmin rənglərdə gözü qalsa, üç-beş saniyə kifayətdir ki, qəza şəraiti yaransın. Başını çevirib həmin rəsmlərdən bir neçəsinə baxdısa, təbii olaraq, yolu görməz. Əminəm ki, xüsusən, Bakıdan gələn qonaqlar diqqətlə baxa-baxa gedəcəklər həmin şəkillərə. Bu da həyatlarını təhlükə altında qoyacaq.

Lerik haqqında bir neçə söz


Həmişə rayona gedəndə geniş sahələrə, mal-qaraya, əyinlərində nimdaş paltarlar olan yorğun camaata, taxtadan tikilmiş köhnə evlərə, balaca butkaların qabağında oturub nərd oynayan qoca kişilərə, həmişə nəsə daşıyan kənd arvadlarına, yolda gördükləri hər maşının dalınca bir az hürüb yorulan küçə itlərinə, yorğun-arğın eşşəklərə baxdıqca bu adamların, heyvanların həm burda hansı əziyyətlərlə yaşadıqlarına, niyə bikarlıqdan ürəklərinin partlayıb ölmədiyinə təəccüblənir, həm də o insanlara yazığım gəlir. Adam Lerikdə darıxmaqdan başqa nə iş görə bilər? Necə darıxa-darıxa odun doğrayasan, inək sağasan, qoyun otarasan, yemək yeyəsən?

Betonların üstünə şəkil çəkmək, parka daş döşəmək Lerikdə görüləcək ən son işdir. Yüzlərlə problem dura-dura gedib niyə betonları rəngləyirsiz? Nə üçün rayonun mərkəzində bir kitab mağazası açmırsız? Nə üçün rayonda gənclərin vaxtlarını keçirəcəyi bir idman kompleksi yoxdur? Nə üçün saat 5-dən sonra açıq olan bir mağaza, bir aptek tapmaq olmur? Niyə bəzi kəndlərə hələ də internet, telefon xətti çəkilmir? Rayonun mərkəzində bir dənə ictimai tualet yoxdur. Ailəvi oturmaq üçün bir restoran yoxdur. Cavan-cavan uşaqları niyə küsdürüb, çayxanalara həbs edirsiz?

NƏ ÜÇÜN 13-14 YAŞLI QIZLARI ƏRƏ VERİRLƏR? NİYƏ KƏNDLƏRDƏ DÜZ-ƏMƏLLİ MƏKTƏB YOXDUR? Niyə mədəniyyət təbliğ etmirsiz? NİYƏ CAMAAT MOLLALARA MÜƏLLİMDƏN DAHA ÇOX GÜVƏNİR? NİYƏ NARKOMANİYA HƏR GÜN ARTIR? İşçiyə, əməkçiyə, sahibkara necə kömək etmək olar? Əyalət gəncinin problemləri nələrdir? Niyə uşaqlar Bakıya ali məktəbə qəbul olunmaq, ixtisaslaşmaq üçün yox, Lerikdən qaçıb canlarını qurtarmaq üçün oxuyurlar?

Bəlkə, bunlardan danışaq? Ağır suallardır. Amma bu suallara kimsə cavab verməlidir. Betonun üstünə şəkil çəkməklə heç kim inkişaf etməyəcək. Betonları da rəngləyin. Demirəm, rəngləməyin. Nə qədər istəsəz rəngləyin. Amma oturub beton rəngləməklə iş düzəlmir. Ağ atlı oğlan gəlib, Lerikin Orand kəndindəki Əlini, Vəlini, Pirvəlini, Həsəni, xilas etməyəcək. Ağ atlı oğlanlar dövrü bitib. Həmin uşaqları ancaq biz xilas edə bilərik. Əgər imkanımız ola-ola, əlimizdən gələ-gələ həmin uşaqlara kömək etmək əvəzinə, beton rəngləməklə gün keçiririksə, bundan böyük naqislik və ədalətsizlik olmaz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ankara Əliyev-Paşinyan razılaşmasından niyə kənarda qaldı? - İLGİNC
Bu gün, 11:08
Neft Daşlarında QANUNSUZ BALIQ OVU... - BU NƏDİ BELƏ?
Bu gün, 11:00
Okeanın o tayından Qafqaza SALINAN KÖRPÜ...
Bu gün, 10:30
Vaşinqtonda gorbagor olan iki “miras”: - Əliyev onları necə ləğv etdirdi?
Bu gün, 10:27
Zəngəzur coğrafiya deyil, gələcəyin dizaynının kod adıdır
Bu gün, 10:24
“Tramp marşrutu”: Azərbaycanın maraqlarına cavab verir? - İNCƏLƏMƏ
Bu gün, 09:46
"Azərbaycan prezidenti bu etimadı öz əməlləri ilə qazandı" - deputat
Bu gün, 09:45
Xameneinin qəzeti Zəngəzur dəhlizi razılaşmasına qarşı... - “Böyük xəyanət”: Hörmüz boğazı bağlansın...
Bu gün, 09:40
Tramp Zelenskinin də Alyskaya getməsinə İCAZƏ VERDİ
Bu gün, 09:37
Xızının icra başçısı da qanunları ayaqlar altına atır... - BU DA FAKT...
Bu gün, 09:19
Təhsil sistemini görün, KİMLƏR YÖNƏLDİR... - İTTİHAM VAR...
Bu gün, 09:16
Çətin dövr başlayır: Abituriyentləri narahatlıqdan necə qoruyaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Müxalifətçilik. Xüsusi amansızlıqla törədildikdə... - AXI NİYƏ?..
Bu gün, 09:08
Ölkəboyu ehsan ləğv edilir: Ətin qiymətinə təsir edəcək? - AKTUAL
Bu gün, 09:00
Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb - The Washington Post
Bu gün, 08:59
İrəvan razılaşdı, Azərbaycana yeni status verildi – “Ermənilər bunu da itirir”
Bu gün, 08:56
Bakıdakı söküntü “bumu”: Kirayə mənzillər bir az da bahalaşacaq? - NƏ ETMƏLİ?
Bu gün, 08:53
“Şimal”da Bakıya qarşı hərəkat və Əliyev Ağ Evdə... - Sabir Rüstəmxanlı yazır...
Bu gün, 08:51
Qafqaz evi ideyası yenə gündəmdə - Görünəni odur ki...
Bu gün, 04:21
Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? – Politoloq bütün detalları AÇIQLADI
Bu gün, 04:18
Füzuli DAİM-də DAİMİ PROBLEM... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 04:15
Etalon Hospitalda daha bir qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 04:10
Ukraynanın dərinliklərinə doğru irəliləmək... Rusiyaya böyük pullar hesabına başa gəlir
Bu gün, 04:03
Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır - REZUME
Bu gün, 03:55
Vaşinqton zirvəsinin əks-sədası – Rusiya və İranın cavabı necə olacaq?
Bu gün, 03:54
Sərhədlərin yenidən çəkilməsi: Paşinyanın bəyanatının pərdəarxası nədir? - AKTUAL
Bu gün, 03:51
Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaq - GƏLİŞMƏ
Bu gün, 03:48
Nazirlik əməkdaşı yol qəzasında öldü - FOTO
Bu gün, 03:45
"Minsk Qrupu artıq formal olaraq fəaliyyətini dayandırdı" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:41
"Allah heç bir vətəndaşımızı yoxsul etməsin!" - ÇAĞIRIŞ
Bu gün, 03:39
Ərindən ayrılan qadının sevinci gündəm oldu - VİDEO
Bu gün, 03:30
Zəngəzur dəhlizi böhranı: Tehran “mane olacağıq” deyir, amma PLAN yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 03:28
“İran Zəngəzuru o döyüşdə itirdi” - “Reuters”:
Bu gün, 03:26
İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim - Berset
Bu gün, 03:23
Putin Krım ssenarisini təkrarlamağa çalışır - Zelenski
Bu gün, 03:21
Müğənni Əminə Zeynalova imkanlı şəxslərin etibarından su-istfadə edərək dələduzluq edib?
Dünən, 15:41
Ermənistandan sülh mesajı: - Bayram günüdür
Dünən, 12:51
Müəllimlər üçün gizlədilən vakant yerlər - Bunu kim edir?
Dünən, 12:28
“Rusiya hərbi bazasını Ermənistandan çıxaracaq” – Verdyandan SENSASİON AÇIQLAMA
Dünən, 11:53
Bakının küçələrində təmizlik işləri həyata keçirilib - FOTO
Dünən, 11:44
BU MASANIN HEÇ BİR KÖŞƏSİNDƏ RUSİYA YOXDUR... - ÖNƏMLİ OLANI DA BUDUR!
Dünən, 11:38
Buna Azərbaycanın razılığı lazım olacaq - Nikol
Dünən, 11:26
Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil - Zelenski
Dünən, 11:23
Ermənilər bunu etsə, ABŞ Bakıya görə hərəkətə keçəcək – Ağ Evdə Rusiyanı sarsıdan detal
Dünən, 11:21
İran da yolların açılmasında maraqlı olmalıdır - Armen Qriqoryan
Dünən, 11:16
HƏR ŞEY BİTDİ: İndi nə etməliyik?.. - "İndi biz bu prosesdə Ermənistanla ayaqlaşmalıyıq..."
Dünən, 10:43
İrandan Azərbaycana daha bir absurd ittiham - Cavab gecikmədi
Dünən, 10:34
“Akkord” satdığı evə FƏRQLİ SƏNƏD VERİB... - Məhkəmə də vətəndaşa qarşıdır...
Dünən, 10:30
İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq - Ermənistanın Baş naziri
Dünən, 10:26
"Bizim restoranlar ancaq manatlıq çay verə bilərlər..." - BACARMIRLAR...
Dünən, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru