Şəmsəddin Xanbabayevlə bağlı ilginc iddialar... - Belə deyirlər...
Tarix: 12-03-2020, 09:55 | Çap et
 Bir neçə gün əvvəl xəbər yayıldı ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs həbs olunublar. Onlar bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul aldıqlarına görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar. Ölkədə aparılan antikorrupsia tədbirlərinin fonunda bu, bəlkə o qədər də sensasiya doğurmazdı. Amma saxlanılan Emil Hüseynovun Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkəni olduğunun üzə çıxması və qaynatanın özünün də bu faktı təsdiqləməsi KİV-ə maraqlı mövzu verdi.Hər şeydən əvvəl yada salmağa dəyər ki, dövlət başçısının çağırışına əməl etmək məcburiyyətində qalıb istefa verən rəhbər vəzifəli şəxslərdən 81 yaşlı Şəmsəddin Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyətinin başçısı vəzifəsindən getməsinin səsi çox gur çıxmışdı və keçmiş başçının ünvanına səslənən ittihamlarla müşayiət olunmuşdu. İcra Hakimiyyəti başçısı dəyişdirilən kimi Xaçmaz rayonu ilə bağlı mediada sensasion məlumat yayıldı. Sabiq İH başçısı Şəmsəddin Xanbababayevin adının da keçdiyi həmin məlumatda bildirilirdi ki, Prezident Administrasiyasından Xaçmaza ayrılmış 600 iş yeri kvotası ictimai işlərə cəlb olunmalı olan adamların sadəcə 30 nəfəri işləyirmiş, yalnız kağız üzərində adları gedən qalanlarının isə minimum əmək haqqı məbləği daşıyan maaş kartlarının əksəriyyəti Şəmsəddinin, bir qismi də digər vəzifəli şəxslərin cibində imiş. Məlumatda həmçinin bildirilirdi ki, bu faktın üstünü təzə gələn icra başçısı Elnur Rzayev açıb.“Dəryaz” qəzeti bu mövzuya artıq bir dəfə toxunmuş, oxucularına xatırlatmışdı ki, Hələ 2007-ci ildən başlayaraq Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev Quba bazarında fəaliyyət göstərən “Arzu” Özəl Ticarət Mərkəzinin sahibəsi, şairə Nəcimə Babayevaya qarşı addımlar atıb, dövlətin gücündən istifadə olunmaqla, inzibati resurslardan bəhrələnməklə sahibkar xanıma qarşı əsassız məhkəmə davaları açdırıb. 2010-cu ildə isə Şəmsəddin Xanbabayevin xoşlamadığı şairə Nəcimə Babayeva evində vəhşicəsinə qətlə yetiriləndən sonra hələ də cinayətkar tapılmayıb, qətl bu günə qədər açılmamış cinayət dosyesi olaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsindədir. Nəcimə Babayevanın qızı, “Arzu” Özəl Ticarət Mərkəzinin sahibəsi Gülnarə Həbibova isə mübarizəsindən dönmür və KİV-lə anasının qətlinin sifarişçi və icraçılarına mesaj ünvanlayıb: В«Bütün bu işlərin arxasında dayanan şəxslərin kimliyini gözəl bilirik. Anamıza qarşı addımlar atdılar, min cür hiylə-fəsad törətdilər, alınmadı. Anamın qətlinə fərman verildi. İllərdir ki, eyni ssenarilər bizə qarşı işlədilir. Bizim inamımız Azərbaycan dövlətinə, mülkiyyətimizin qarantı kimi prezident İlham Əliyevədir. İnanırıq ki, gec-tez anamın qətlinin sifarişçisi də, killeri də, bizə qarşı bu oyunları quranlar da qanun qarşısında dayanacaqlar. Hələliksə, biz mübarizəmizi davam etdiririk. Kimsə düşünməsin ki, bir addım geri çəkiləcəyik. Bu mümkün deyil”.Onu da qeyd etmişdik ki, Şəmsəddin Xanbabayev Xaçmazda hakimiyyətdə olduğu dönəmdə yiyələndiyi obyektləri itirməmək, vəzifəli şəxslərə təzyiq rıçaqlarını əldə saxlamaq, eləcə də törətdiyi, rəvac verdiyi qanunsuzluqların üstünün örtülü qalmasını təmin edə bilmək üçün YAP Xaçmaz rayon təşkilatının sədri vəzifəsini buraxmayıb. Amma indi söz gəzir ki, Xanbabayev obyektlərin bir çoxunu təcili satışa çıxarıb. Görünür, əmlakın satışından əldə olunacaq pulu kürəkənini dardan qurtarmaq üçün sərf etməyi düşünür.Əlbəttə, Emil Hüseynovun həbsinə səbəb olan faktın onun qol qoduğu yeganə korrupsiya əməli olduğunu düşünmək sadəlövhlük olardı. Ehtimal böyükdür ki, o, rüşvətxorluğa çoxdan, hələ qaynatası icra başçısı olduğu dönəmdən başlayıbmış. Sadəcə, onun “toxunulmazlığını” qaynatasının statusu, əlaqələri təmin edirmiş. Görünür, Xanbabayev əvvəlki əlaqələrini itirdiyindən, başa düşüb ki, “bu həna o hənadan deyil” və əmlakının satışından əldə olunacaq pulu kürəkənini dardan qurtarmaq üçün sərf etməyi düşünür. Deryaz.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25 |
|
|
|
| • Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22 |
|
|
|
| • Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20 |
|
|
|
| • Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05 |
|
|
|
| • Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32 |
|
|
|
| • Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27 |
|
|
|
| • ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23 |
|
|
|
| • İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11 |
|
|
|
| • Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01 |
|
|
|
| • Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35 |
|
|
|
| • Vaqif Axundova ağır itki
Bu gün, 08:33 |
|
|
|
| • Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29 |
|
|
|
| • Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28 |
|
|
|
| • Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
| • Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06 |
|
|
|
| • Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03 |
|
|
|
| • Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02 |
|
|
|
| • Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37 |
|
|
|
| • Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34 |
|
|
|
| • Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23 |
|
|
|
| • İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21 |
|
|
|
| • "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10 |
|
|
|
| • "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03 |
|
|
|
| • Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51 |
|
|
|
| • Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35 |
|
|
|
| • Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20 |
|
|
|
| • İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03 |
|
|
|
| • Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00 |
|
|
|
| • Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45 |
|
|
|
| • Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40 |
|
|
|
| • Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38 |
|
|
|
| • “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35 |
|
|
|
| • Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32 |
|
|
|
| • Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27 |
|
|
|
| • Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19 |
|
|
|
| • "Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17 |
|
|
|
| • "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07 |
|
|
|
| • Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03 |
|
|
|
| • “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57 |
|
|
|
| • AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54 |
|
|
|
| • ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47 |
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
|