AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                 

Ağsuda camaatı narazı salanlar kimlərdir? - GİLEY
Tarix: 11-02-2020, 09:34 | Çap et
Ağsuda camaatı narazı salanlar kimlərdir?
DİA.AZ: - Ağsunun Kalva kəndində sakinlərin problemi var. Onlar 2018-ci ildə baş vermiş zəlzələnin evlərinə ciddi ziyan vurduğunu söyləyirlər. DİA.AZ bildirir ki, bu barədə danışan sakinlər qəzalı durumda olan evlərində yaşamağın çətinliyindən gileyləniblər.

“Ömrümüz boyu bu kənddə yaşamışıq. Başqa bir yerə köçmək niyyətimiz yoxdur. Evlərimiz də ki, bildiyiniz kənd evləridir. Həmişə deyirdik ki, bir zəlzələyə baxır. Zəlzələ olsa, başımıza uçacaq. Elə də oldu. 2018-ci ildə kəndimizdə güclü zəlzələ baş verdi. Evimiz qəzalı vəziyyətə düşdü” – deyir, sakinlərdən Gülsənəm Hacıyeva.

Onun evi 1946-cı ildə tikilib. Sementsiz, torpaq və taxtadan istifadə edilib tikintisində. Sonradan da başqa ev tikməyə və yaxud evlərini təmir etməyə imkanları olmayıb. Gülsənəm Hacıyeva deyir ki, ailələri aztəminatlıdır. Ev almaq, tikmək, təmir etmək kimi imkanları yoxdur:

“Baxın, divarlarında iri çatlar əmələ gəlib. Döşəmə tamamilə sıradan çıxıb, iki yerə bölünüb. Bünövrəsinin daşları isə uçub, binanın altına tökülüb. Bir sözlə, evimiz yararsız, yaşanmaz durumdadır”.

Gülsənəm Hacıyeva deyir ki, dəfələrlə problemləri ilə bağlı aidiyyatı qurumlara müraciət ediblər. Maraqlanan, gəlib baxan olmayıb. Onlara kömək etməyiblər.

Zəlzələdə evi qəzalı duruma düşmüş daha bir kənd sakini isə Asəf Hacıyevdir. Deyir, evinin zirzəmisində evi ayaqda tutan bünövrə daşları uçub. Evinin içində gəzəndə döşəmə tərpənir, divarlar çatlayıb.

“Elə bilin ki, ev havada qalıb, bunun başqa bir adı yoxdur. Divarların dörd bir yanı çatlayıb. Yaşanmaz durumdadır. Qışdır, evi qızdırmaq da olmur. Hər yeri çatdır, soyuq hava girir. Dərd bir-iki deyil ki...”.

Asəf Hacıyev deyir ki, yenidən zəlzələ olsa, evləri başlarına uçacaq:

“Hətta güclü zəlzələyə də ehtiyac yoxdur. Elə yüngülvari bir təkan bəs edəcək evin darmadağın olmasına. Dövlət zəlzələdə, daşqında, seldə, bir sözlə, təbii fəlakətdə zərər görmüş evlərə daim kömək edir. Bir bizim kəndə baxan yoxdur deyəsən”.

Şikayətçilərdən Gülurə Ağaliyevanın da evi qəzalı duruma düşüb. Deyir, evinin divarları, pəncərə və giriş qapısı istiqamətində çatlar əmələ gəlib. Döşəmə sınıb, sökülüb:

“Ayağımızı basırıq içinə girir. Bünövrəsi zədələnib. Evlərimiz qəzalıdır. Başqa adı yoxdur. İnanın, uşaqlarla birlikdə qorxa-qorxa yaşayırıq. Dəfələrlə kənd və rayon rəhbərliyinə problemimizlə bağlı müraciətlər etmişik. Artıq bir ildən çox vaxt keçib. Gəlib maraqlanan olmayıb. Bir söz bilirlər: “siyahıda adınız var. Təmir olunacaq. Lakin heç kim gəlmir, maraqlanmır”.

Sakinlər deyirlər ki, onların evləri ilə maraqlanan yoxdur. Ancaq Kalva kəndinin icra nümayəndəsi Cavid Qədirov və onun müavini Vüqar Əfəndiyev icra hakimiyyəti ilə əlbir olub, özlərinə yaxın kənd sakinlərinin qəzalı olmayan evlərini təmir etdiriblər.

“Yerli məmurlar yalnız özlərinə və qohum-əqrəbalarına aid evləri təmir etdiriblər. Hesab edirik ki, yerli dövlət məmurlarının bu hərəkəti iqtisadi əxlaqsızlığın son həddidir. Qəzalı vəziyyətə düşən kasıb sakinlərin evlərinin bərpası üçün dövlətimiz tərəfindən ayrılan külli miqdarda vəsait kənd icra nümayəndəsi Cavid Qədirov və onun qohum-əqrəbalarına sərf edilib”.

Gülurə Ağaliyeva deyir ki, nəticədə yerli məmurların özbaşnalığı sadə insanları dövlətdən narazı salıb:

“Biz də qərara gəlmişik, evi qəzalı olan sakinlər Prezidentə müraciət edək. Elə media vasitəsilə Prezident İlham Əliyevə demək istəyirik ki, bizə kömək etsin. Cənab Prezident, bizə kömək edin. Yaşamaq üçün yararsız olan evlərimizə Fövqəladə Hallar Nazirliyinin komissiyası baxış keçirib, onların təmir edilməsinə vəsait ayrılması üçün göstəriş verin”.

Ağsu Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən bildirilib ki, bəli, həmin kənddə zəlzələdən sonra qəzalı duruma düşən evlər olub. Onların təmiri üçün əllərindən gələni ediblər:

“Mənim eşitdiyimə görə bir neçəsi hətta təmir də edilib. Əvvələ ən pis vəziyyətdə olan evləri salıblar. Qismən qəzalı evlər sona saxlanıb. Yəqin dediyiniz şəxslərin evi tamamilə yaşanmaz vəziyyətdə olmayıb. Ancaq qəzalı ev siyahısına daxil edilibsə, mütləq tədbir görüləcək. Narahat olmasınlar”.

İcra nümayəndəsinin ona yaxın adamlara ev təmir etməsinə gəlincə, Cavid Qədirov deyir ki, yalan məlumatdır, əsassızdır:

“Evə mən yox, FHN işçiləri baxış keçirib. Qəzalı olub- olmaması ilə bağlı rəyi də mən yox, onlar verib. Hətta komissiya ilə birlikdə evlərə o vaxtkı, mərhum bələdiyyə sədrimiz Namiq Hacıyev də gedirdi. Namiq Hacıyev şikayət edənlərdən ikisinin qohumudur. Qoyardımı ki, onlardan kiməsə qarşı haqsızlıq olsun?”

Cavid Qədirov deyir ki, zəlzələdən sonra Kalva kəndində düz 121 ev qəzalı duruma düşüb:

“Hamısının da siyahısı Fövqəladə Hallar Nazirliyində var və sıra ilə təmir, bərpa işləri aparılır. Heç kim o siyahıdan nəsə çıxara bilməz. Mən hökumətin vətəndaşlar üçün ayırdığı pulu onların əlindən ala bilərəmmi? Mən kiməm ki?”

Cavid Qədirov əlavə edir ki, komissiya evlərə baxış keçirən zaman şikayətçilərdən Gülurə Ağaliyeva evdə olmayıb:

“O, Bakıda yaşayır, qapısı bağlı idi. Evdə olmayan birinin evinə baxış keçirmək olmazdı. Gülsənəm Hacıyevanın isə evinə baxış keçirilib. Əgər siyahıya düşübsə, kömək ediləcək. Mənim bu prosesin qarşısını kəsəcək və yaxud başqa birinin evini təmir siyahısına salacaq səlahiyyətim yoxdur. Bu işləri yaradılan komissiya edir. Mən belə bir kömək edə bilərəm. Hazırda komissiya hava şəraiti ilə bağlı işini dayandırıb. Evlərə yenidən baxış keçirilərsə, xahiş edərəm, onların evlərinə bir də baxarlar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru