SAXTA HACILAR
Tarix: 23-09-2011, 15:25 | Çap et
DİNİ STATUSDAN SUİ-İSTİFADƏ EDİRLƏR
Həcc ziyarətinə getmək İslamın vacib şərtlərindən biridir. İmkanı olan hər bir şəxsə ömründə bir dəfə Həccə getmək, Allahın buyurduğu əməlləri yerinə yetirmək vacib buyrulub.
9 yaşından yuxarı qızlar, 15 yaşından yuxarı oğlanlara əgər Həcc vacib olubsa, onlar bu ziyarəti yerinə yetirməlidirlər. Ümumiyyətlə müqəddəs Həcci ziyarət etməyə insan həm maddi, həm də fiziki cəhətdən hazır olmalıdır. Əgər onun fiziki sağlamlığı imkan vermirsə, Həccə gedə bilməz. Həcc ziyarətinə gedən insanın maddiyatı özünü, ailəsini idarə edə bilməyə imkan verməli, onun evi olmalı, ailəsini yemək-içməklə təmin etməlidir. Əgər Həccə getmək istəyən insanın ölkəsində müharibə varsa, yol qorxuludursa, pul haramdırsa, o da Həccə gedə bilməz.
Azərbaycanda bəzi imkanlı insanlar var ki, dalbadal bir neçə il Həcc ziyarətinə gedir, gəldikdən sonra isə hacı adına yaraşmayan əməllər sahibi olur... Qəddarlıq edir, haram pul qazanır, yetim-yesiri, kasıb-kusubu incidir, dövlət malını mənimsəyir, rüşvər alır, əxlaqsız qadınlarla vaxt keçirir... Qafqaz Müsəlmanları İdarəsi 2011-ci il üçün Həcc ziyarətinə sənəd qəbulunu başa çatdırıb. Artıq 2000 nəfərlik kvota dolub. Heç şübhəsiz bu ildə əvvəllər olduğu kimi Həccə gedənlər arasında hacı adından sui-istifadəni planlaşdıran zəvvarlar var.
Bəs belələrinin hacı adını daşıması nə dərəcədə doğrudur?
Qafqaz Müsəlmanlar İdarəsinin şöbə müdiri hacı Mirəziz Seyidzadə Modern.az saytının əməkdaşı ilə söhbətdə bu problemin günün ən vacib məsələlərindən olduğunu bildirib. Onun sözlərinə görə, çox insanlar Həcc ziyarətini turist gəzintisinə çevirib: “İnsanlar müəyyən şəhərlərə gedirlər, turist kimi gəzirlər. Çoxları bu gün Həcci o cür qəbul edir”.
Həccin İslamın ən mühüm əməllərindən olduğunu deyən hacı Mirəziz deyir ki, insanlar dinimizin buyurduğu vacim şərtlərə əməl etməlidir və bunlara qeyri-ciddi yanaşmaq olmaz: “Təbii ki, Həccə getmək niyyətində olan insanların öncədən yerinə yetirməli olduğu bir sıra vacib əməllər də var. Həccə gedən insan əvvəl gərək namaz qılsın, Allahı tanısın, oruc tutsun, öz nəfsi ilə cihad etməyi bacarsın. Lazım olanda vətən, din yolunda canından keçə bilsin. Həccə gedən insan gərək bunlara hazır olsun”.
Hacı Mirəzizin sözlərinə görə, çox insanlar namazı, halal-haramı bilmir:
“Bəziləri öz yaxın ətrafından yardım istəyir ki, ona Həccə getməyə kömək etsinlər. Bu şəkildə Həccə gedən insan Həccin qanunlarını öyrənmədiyi üçün onu yerinə yetirə bilmir və müqəssir vəziyyətdə geri qayıdır. Həccin əməllərini yerinə yetirməyən insan müqəssir olur. Bu qanunları öyrənmək bir az çətindir və buna insan qabaqcadan hazır olmalıdır”.
Müsahibimizin sözlərinə görə, Həcc ziyarətini yerinə yetirmək istəyən insanlara kömək etmək məqsədilə onları məscidə dəvət edirlər: “İnsanlar bu qaydalara öyrənməkdə maraqlı deyil. Bir müddətdir Həccə gedənlər üçün elan vermişik ki, məscidə gəlib həftəsonları bu qaydaları öyrənsinlər. Burada hətta onlar üçün model də düzəltmişik, vacib olan əməlləri necə yerinə yetirməyin lazım olduğunu əyani şəkildə göstərmək istəyirik, amma gəlmirlər”.
Hacı Mirəziz deyir ki, bəzən Həcc ziyarətinə gedib orda lazım olan əməlləri yerinə yetirə bilməyən insanlar şikayətlənir ki, onlar qaydaları izah etmədilər. “Halbuki, qaydaları burada öyrənmək lazımdır” deyən Hacı Mirəziz Seyidzadə Həccə gedənlər üçün xüsusi kitablar hazırladıqlarını da bidirib.
İslamın qanunlara əməl edən hər bir mükəlləf, hər mömin hacı ola bilər. Həm də gərək Həccin qaydalarına ziyarəti zamanı tam əməl etsin və qayıdandan sonra da hacı adına xələl gətirən işlər görməsin.
“Törətdiyi əməllərə görə tövbə edib Həccə gedir, gələndən sonra isə qonşuluqda mağazada araq, pivə satır. Faydalı bir iş görmürsə, bu hacı deyil. Hacı gələndən sonra daha gözəl əməllər etməlidir, bu ad görüntü üçün deyil. Həcc ziyarəti sırasında tələbləri yerinə yetirməyən bir çox insan gələndən sonra bu tituldan sui-istifadə edir. Allah belə Həcci qəbul etmir” deyən hacı Mirəziz Seyidzaə qeyd edib ki, paklıq, müqəddəslik hacının əməlində özünü büruzə verməlidir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
| • Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00 |
|
|
|
| • İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46 |
|
|
|
| • Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45 |
|
|
|
| • Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35 |
|
|
|
| • DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29 |
|
|
|
| • Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26 |
|
|
|
| • İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21 |
|
|
|
|