SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                 

“BİZ HƏLƏ SÖZÜMÜZÜ BUNDAN SONRA DEYƏCƏYİK”
Tarix: 23-09-2011, 14:32 | Çap et
“BİZ HƏLƏ SÖZÜMÜZÜ BUNDAN SONRA DEYƏCƏYİK”

“İNDİ DƏ O FİKİRDƏYƏM Kİ”вЂ¦

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının Qaynar.info-ya müsahibəsi

- Fərid bəy, Təhsil nazirinin üç müavini bir gündə işdən azad edildi. Sizcə, baş verənlər təsadüf idi, yoxsa Misir Mərdanovun istefasına hesablanmış addım?

- Əvvəllər də demişəm, indi də o fikirdəyəm ki, Azərbaycan təhsilinin bütün pillələrində çox ciddi problemlər var və baş verənlər məsələyə təcili müdaxilə tələb edir. Əgər mövcud problemlərin həlli üçün yaxın zamanlarda həlledici addımlar atılmazsa, bu ölkəmizin gələcəyi üçün yaxşı heç nə vəd eləmir. Bu mənada ölkədəki bütün problemlərin həllində yaxından maraqlı olan cənab Prezidentin Təhsil nazirinin üç müavinini birdən işdən azad etməsini təhsil sektorunda baş verənlərə adekvat münasibəti kimi də qiymətləndirmək olar. Düşünürəm ki, İlham Əliyev hər şeyi hamıdan dəqiq bilir və onun bu addımı təhsilimizin inkişafı üçün çox mühüm qərarlardan biri sayılmalıdır. Bütövlükdə götürdükdə isə hesab edirəm ki, Təhsil nazirliyi ətrafında cərəyan edən proseslər hələ tam bitməyib və yaxın zamanlarda özünün məntiqi sonluğuna çatacaq.

- Sizcə, neqativ hallar təkcə Təhsil nazirliyində mövcuddur?

- Əlbəttə, hazırda hakimiyyətin bütün strukturlarının uğurla fəaliyyət göstərdiyini iddia etmək ədalətsizlik olardı. Şübhəsizdir ki, bu gün öz uğursuz fəaliyyəti ilə insanları hakimiyyətdən narazı salan, ona göstərilən etimaddan sui-istifadə edən məmurlar da olmamış deyil. Ancaq həmişə o fikirdə olmuşam ki, əsas olan heç də problemlər deyil, problemlərin həlli üçün ortaya qoyulan siyasi iradədir. Ölkə başçısının Azərbaycanda problemlərin həlli, insanların rifah halının yüksəldilməsi istiqamətindəki qəti mövqeyi onu deməyə əsas verir ki, yaxın gələcəkdə dövlətimiz bu sınaqlardan da üzüağ çıxacaq.

Bütövlükdə götürdükdə isə mənə həmişə maraqlı olub ki, görəsən İlham Əliyevin ölkənin inkişafı üçün bu qədər əmək sərf elədiyi bir vaxtda onun etimadından sui-istifadə edib, insanları narazı salan məmurlar heç vicdan əzabı keçirib, utanırlarmı?!

- Bir çoxları belə bir iddia irəli sürür ki, hakimiyyət daxilində qruplaşmalar mövcuddur və onlar arasındakı mübarizə islahatların həyata keçirilməsinə imkan vermir…

- Bu fikirlər bəzi uğursuz insanların, gəncliyində müxalifətə gəlib, elə bu düşərgədə də təqaüdə çıxanların və onların itaət etdikləri qəzetlərin sarsaq uydurmalarından başqa bir şey deyil. Əksinə, bu gün Azərbaycan iqtidarı özünün monolitliyi və vahid komanda prinsipləri ilə bir çox ölkələrə nümunə göstərilə bilər. Hər şeyin doğrusu müqayisələr zamanı üzə çıxır. Qonşu və “demokratiya beşiyi” kimi təqdim olunan Gürcüstandakı vəziyyətə diqqət edək. “Məxməri inqilablar” nəticəsində hakimiyyətə gələn Mixail Saakaşvilinin bu gün ən böyük rəqibi vaxtilə birgə addımladığı Nino Burcanadzedir. Hətta onlar arasındakı körpülər o həddə qədər yanıb ki, bir-birini ən ağır cinayətlərdə belə ittiham etməkdən çəkinmirlər. Amma nəzər yetirsək görərik ki, Buracandze “qızılgül inqilabı”nın əsas ideoloqlarından biri idi və Sakkaşvili hakimiyyətinin ilk dövrlərində ən yüksək postlardan birini tuturdu. Azərbaycanda isə indiyə qədər hakimiyyətin daxilindən hər hansı ciddi müxalifət qüvvəsinin ortaya çıxmasına şahid olmamışıq. Bu da təsadüfi deyil və Azərbaycan hakimiyyətinin vahid siyasi platforma və ideya ətrafında birləşməsinin göstəricisidir.

- Rəhbərlik etdiyiniz Qaynar.info saytında mütəmadi olaraq Milli Məclisin fəaliyyəti diqqət mərkəzinə gətirilir. Necə düşünürsünüz, ötən bir il ərzində deputatların fəaliyyətini qənaətbəxş saymaq olarmı?

- Milli Məclis bir struktur olaraq işinin öhdəsindən lazımi səviyyədə gəlir. Ancaq parlamentin keyfiyyət göstəricisi həm də deputatların fəaliyyəti ilə birbaşa bağlıdır. Yəni, millət vəkillərinin seçicilərə münasibəti, qanun yaradıcılığında iştirakı məsələsi çox mühüm elementlərdir. Bu elementlərin fonunda mən Milli Məclisdə təxminən 20 deputatı çıxmaq şərti ilə digərlərinin fəaliyyətini uğursuz hesab edirəm.

Bununla belə Milli Məclisdə seçicilərinin hüquqlarını ləyaqətlə qoruyan, ictimaiyyətlə sıx təmasda olan, qanunların qəbulu prosesində yaxından iştirak edən digər deputatlar da olmamış deyil. Millət vəkili Mehriban xanım Əliyeva Azərbaycanın parlament tarixində yeni və əsl deputat modelidir. Həmkarlarının ondan öyrənəcəyi çox şeylər var.

Lakin elə deputatlar da var ki, məncə onlar artıq hətta millət vəkilləri olduqlarını özləri belə unudublar. Xüsusən də yeni seçilən bəzi millət vəkilləri bir ildir mandat gəzdirməsinə baxmayaraq, hələ də səs-soraqları gəlmir.

- Azxeber.com portalı ilə birgə İnternet Media Mərkəzi yaratmısınız. Bu qurumun yaradılması hansı zərurətdən doğdu?

- Bəlli həqiqətdir ki, Azərbaycanda internet medianın sürətli inkişafı müşahidə olunmaqdadır. Son zamanlar yaranan bu qədər say bolluğunda əlbəttə ki, internet resurslarının da fəaliyyətinin kordinasiya edilməsinə və ortaya çıxan problemlərinin həlli məqsədilə birgə addımların atılmasına ehtiyac var. İnternet Media Mərkəzinin (İMM) yaradılması da bu zərurətdən doğdu. Mərkəzin təsisçisi iki xəbər portalı olsa da, biz bütün digər maraqlı xəbər saytlarını da sıralarımızda görməkdən və onlarla birgə fəaliyyət göstərməkdə maraqlıyıq. İMM yaxın aylar üçün ciddi fəaliyyət planı işləyib hazırlayıb və bu plandan irəli gələn tədbirlərin icrası yaxın zamanlarda reallaşdırılacaq.

- Rəhbərlik etdiyiniz daha bir qurumun, “İslahatçı Gənclər” İctimai Birliyinin perspektivləri ilə bağlı hansı addımlar atmağı düşünürsünüz?

- “İslahatçı gənclər” İctimai Birliyi ölkənin gənclər sektorunda iddialı təşkilatlardandır. Biz hələ “Gənc Liderlər” adı altında fəaliyyət göstərdiyimiz 5 il ərzində davamlı fəaliyyətimiz, aktiv mövqeyimizlə seçilmişik. “İslahatçı gənclər” olaraq da məqsədimiz ölkədə Prezidentin rəhbərliyi ilə aparılan islahatlara dəstək vermək və gəncləri də bu prosesə cəlb etməkdir. Oktyabr ayından etibarən birliyimizin tərkibində gələcəkdə aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olmaq istəyən tələbələr üçün “Siyasi liderlik məktəbi” işə başlayacaq. Hesab edirəm ki, bu layihə gənclərin aktiv ictimai-siyasi həyata inteqrasiyasında mühüm mərhələ olacaq. Ümumilikdə götürdükdə isə qarşıda çoxlu planlarımız var. Biz sözümüzü hələ bundan sonra deyəcəyik.

Azər Niftiyev, QayNar










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru