Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

AZƏRBAYCANDA İNQİLAB OLACAQ
Tarix: 4-12-2011, 12:29 | Çap et
AZƏRBAYCANDA İNQİLAB OLACAQ

QƏRBYÖNÜMLÜ MÜXALİFƏTLƏ DİNİ MÜXALİFƏTİN KOALİSİYASI YARADILIR

DİA.AZ: - Məlum olduğu kimi, artıq siyasi müstəvidə müəyyən canlanmalar müşahidə olunmaqdadır. Hər halda, əvvəlki illərlə müqayisədə artıq müxalifət də özünün toparlanma dövrünü yaşayır. Bir qrup В«İctimai PalataВ» adı altında manevrlər edərək özünübərpa və güclənmə dövrünü yaşayır, digər qrup axtarışlardadır və başqa qruplar da öz fəaliyyətləri ilə siyasi mövcudluqlarını qorumağa çalışırlar. Sanki hansısa bir prosesin astanasındayıq. Və bu prosesin adına böyük mənada DƏYİŞİKLİK də demək olar.

Başlayaq kimiləri tərəfindən В«radikal müxalifətВ», kimiləri tərəfindən də В«ənənəvi müxalifətВ» kimi təqdim olunan AXCP və Müsavatın bazasında formalaşmaqda və toparlanmaqda olan gücdən. Əslində ilk başdan demək olar ki, nə qədər mənfi və yaxud da müsbət hal olduğu bəlli olmsa da, bu gün də Azərbaycan siyasəti bu ölkəni müstəqilliyə qovuşduran ənənəvi qüvvələrin ehtiyacında və həm də çiyinlərindədir.

20 il əvvəl Azərbaycanın müstəqilləşməsində rol oynayan siyasi bu gün Azərbaycanın demokratikləşməsi yolunda da mübarizə aparırlar. Bəri başdan qeyd edək ki, buna bənzər bir hal heç bir keçmiş sovet ölkəsində müşahidə olunmur. Yalnız Azərbaycanda yenə də döyüşə В«qocalarВ» çıxır, Azərbaycanın müstəqiləşməsi yolunun mübarizləri Azərbaycanı yeni bir dəyişikliyə hazırlayan mübarizənin önündədirlər.

Ərəb ölkələrindəki inqilabların ardından Azərbaycan müxaliətinin ənənəvi kəsimi və həm də aparıcı hissəsi hesab olunan bu qüvvələr də fəallaşdılar. Halbuki buna qədər belə bir rəy mövcud idi ki, Azərbaycanda müxalifət yoxdur. Buna yetərincə əsaslar da var idi. Ən azından sükut içində keçən 2008-ci ilin prezident seçkiləri, 2009-cu ilin 18 Mar referendumu belə deməyə əsas yaradırdı. 2010-cu ilin parlament seçkilərində də yetərincə gücün nümayiş oluna bilməməsi və bunun da fonunda hakimiyyətin müxalifətsiz parlament formalaşdırıb beynəlxalq cameəni süfrəsinə təqdim etməsi bu qənaətləri daha da möhkəmləndirmişdi.

Amma buna rəğmən müxalifət özünü sübut edə bilməsi üçün ərəb inqilablarının Azərbaycandakı işartılarını ortaya qoymağa müvəffəq oldu. Əslində 2 aprel sonluğu gözlənilən idi. Toparlanmadan öləzimiş qüvvə ilə istənilən bir hərəkətlənmə ani bir həmlə ilə darmadağın edilməli idi.

Amma edilmədi. Müxalifət bu dəfə bütün proqnozların əksinə olaraq özünü qorumağı bacardı. Və hətta məhbəslərin yeni siyasi məhbus ordusu ilə doldurulması da hakimiyyətin bu addımından gözlədiyi effekti vermədi. Digər yandan da Avropa ölkələrinin Azərbaycandakı diplomatlarının siyasi müxalifətə aşkar dəstəyi bütün planlamaları və gözləntiləri alt-üst etmiş oldu.

Və bunun da nəticəsidir ki, bu gün İctimai Palata adlı bir təşkilat var və bu təşkilat özünü çox böyük bir mərhələyə hazırlayır. Bunu kimsə istisna edə bilməz. Son zamanlar həmin təşkilatın ətrafındakı yenilənmələr də belə deməyə əsas yaradır. Eyni zamanda artıq beynəlxalq institutlarla kontaklarını pozmuş rəsmi Bakıya alternativ axtarışına çıxan Qərb üçün də İctimai Palata ən münasib siyasi platsdarm rolunu oynamaqdadır.

Hakimiyyətə qarşı boy göstərən başqa bir cinahı isə dindar kəsim təşkil edir. Bildirək ki, bu yöndə iranmeyilli qüvvələr xüsusi şəildə diqqətə gəlirlər. Hər halda, Küveytin dəstəklədiyi dindarların siyasiləşməyə macal tapmadığı bir ərəfədə Azərbaycana qonşu olan və Azərbaycanda kifayət qədər ciddi şəkildə oturuşmuş olan İranın nəzarətində olan dindarların ölkədə həm də bir siyasi gücü təşkil etmələri həm də təbii bir prosesdir. Yəni belə də olmalı idi.

Azərbaycanda böyük maraqları olan və hələ də Azərbaycanı özünün bir parçası hesab edən rəsmi Tehran dünənə qədər əgər etnik və dini separatizm kartı ilə ölkəmizi təhdid edirdisə, artıq В«demokratikləşməВ» prosesində özjünə yer tapıb dini ideyalara söykənməsi təzahürü yaradılan bir qüvvə ilə öz mövcudluğunu duyurmaqdadır. Bu gün Azərbaycan İslam Partiyası tam olaraq İranın nəzarətindədir və Tehrandan gələn sifarişlər və təlimatlar əsasında hərkət edir. Bu təşkilatın İrana bağlılığı hələ bir neçə il əvvəldən məlumdur. Xüsusi xidmət orqanlarımızın keçirdiyi əməliyyat nəticəsində AİP-in İranın Azərbaycandakı agenturasına aid olduğunu sübuta yetirən çox cidi faktlar da ələ keçirilmişdi. Amma buna rəğmən həm İranın regiondakı gücü, Azərbaycana təsir imkanları və həm də В«demokratiya arqumentinin bu dəfə əleyhiimizə işləməsiВ» faktoru AİP-in hələ də bir güc kii qalmasını şərtləşdirir.

Digər bir qrup isə ziyalı adı altında siyasətə baş vuranlardan və eləcə də dönüş qərarı verən sabiqlərdən ibarətdir. Doğrudur, onlar əlaqəli və sistemli şəkildə fəaliyyət göstərməsələr də hər halda, istənilən bir anda mövqe ağırlığına malik olan tərəfə verə biləcəkləri dəstəklə çox giddi dönüşə təkan vermiş ola bilərlər. Onların sırasına Ziyalılar Forumunda birləşmiş qüvvələri, artıq yeni müqavimət hərəkatı yaratma niyyətinə düşən Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevi, dönüşünə sanılı günlərin qaldığı keçmiş prezident Ayaz Mütəllibovu, partiya yaratması barədə xəbərləri yayılmış Surət Hüseynovu və başqalarını aid etmək olar.

Bir sözlə, bu gün hakimiyyətin qarşısındakı alternativ meydançada çox ciddi hərəkətlənmə var. Kimin bu meydançada diqtə edən tərəfə çevriləcəyi və digərlərini də eyni çatı altına toplaya biləcəyi indidən məlum olmasa da, əsas aydın olanı odur ki, artıq alternativ meydançanın böyük meydana çevrilmə gününə az qalıb.

Bu barədə В«DünyaВ» İnformasiya Agentliyi redaksiyasını (diaaz.space) məlumatladıran diplomatik qaynaqların bilgisindən belə məlum olur ki, gələn ilin fevral-mart aylarında Azərbaycanda yenidən kütləvi aksiyalara start veriləcək: В«Təbii ki, bu proseslərin başında İctimai Palata dayanır. Amma İran da məlumdur ki, dəyişiklik prosesindən pay qopara bilməsi üçün hərəkətdədir və rəsmi Tehranın planına görə, Azərbaycanın Qərbyönümlü müxalifəti ilə İslam Partiyası ilkin mərhələdə ortaq hərəkət etməli, hətta koalisyon hökumətin yaradılmasına qədər proses inkişaf etdirilməlidir. Yəni İranın hədəfi budurВ».

Mənbəmiz bildirir ki, bu səbəbdən də ilkin mərhələdə Azərbaycanda islamçılarla qərbçilərin ortaq hakimiyyətinin formalaşdırılmasında maraqlı olan rəsmi Tehran yaz hərəkətlənməsinə xüsusi formada hazırlaşır: В«Qərbin isə buradakı əsas marağı din kartının arxa plana keçməsi, proseslərin ənənəvi siyasi mübarizə müstəvisində yönləndirilməsidir. Buna görə də Qərb həmin mərhələyə qədər rəsmi Bakıya islamçıların zəərsizləşdirilməsi üçün tam dəstək imkanı tanıyıbВ».

Mənbəmiz bildirir ki, lakin bunun əks effekti də ola bilər. Hakimiyyət ənənəvi müxalifətə tətbiq etdiyi üsullarla islamçıların üzərinə yeriməklə artıq ilk yanlışını buraxıb: В«Hakimiyyət nəzərə almalı idi ki, siyasi müxalifətdən fərqi olaraq dini müxalifəti narazılıq şərti ilə yanaşı, həm də bir əqidə, inanc birləşdirir. Bu bir faktdır ki, siyasi müxalifətdə əqidə məsələsi daha çox hakimiyyətə münasibətlə şərtləşir və konkret bir ideologiya yoxdur. Amma dini müxalifət bu məsələdən tamam fərqli mahiyyətə malikdir. Ona görə də polislərin başlarını yardığı dindarlar hətta məhbəsdə işgəncəyə məruz qaldıqları zaman belə В«Allahu-əkbərВ» sədalarını kəsmirlərВ».

Mənbəmizə görə, bu səbəbdən artıq bəzi qurumlar hətta hakimiyyətə təlimatlar da verməyə başlayıb ki, dindar kəsimlə necə haqq-hesab çürütmək olar: В«Buna görə də İranın rəsmi qurumları Azərbaycanın üzərinə daha ciddi şəkildə yeriməyə başladılar. Onlar Bakıdakı tərəfdarlarını qoruya bilmələri üçün Azərbaycan hakimiyyətinə əlavə döyüş meydanları, cəbhələr yaratdılar. Və bu da artıq effektini verib. Rəsmi Bakı İrana danışıqlar üçün elçi yollayırВ».

Onu da xatırladaq ki, Qərbyöümlü müalifətlə dindarların dəyişiklik, inqilab məsələsində bir araya gələ biləcəkləri haqda müəyyən informasiyalar zamanında hakimiyyətdə də olub. Xatırlayırsınızsa, ərəb inqilablarının coşqusu altında meydanlara çıxan müxalifətə qarşı hakimiyyət din kartından da istifadə etdi. Əli Kərimlinin Azərbaycandakı müxtəlif dini təşkilatların liderləri ilə görüşməsi barədə deinformasiyalar da dövriyyəyə buraxıldı. Doğrudur, bu dezinformasiya şiddət baxımından həmin ərəfədə əksəriyyətin gülüşünə səbəb oldu. Amma indiki açıdan məsələnin nə yerdə olmasını dərk etmək daha rahatdır. Deməli, rəsmi Bakı Qərbyönümlü müxalifətlə dindar kəsimin koalisiyaya gedə biləcəyindən xəbərdar olub və bu informasiyasını cəmiyyətə kobud şəkildə də olsa çatdırmaqla, məlum prosesdə maraqlı qüvvələrə öz ismarıclarını çatdırmış oldu.

Lakin məsələ hələ də bitməyib və yaz hərəkətlənməsində yenə də anoloji proseslərin həyata keçə bilməsi üçün müəyyən addımlar atıla bilər. Bir məsələ də var. Misirdəki inqilabdan sonra da dindarlarla qərbyönümlülər bir araya gəldilər. Eyni qüvvələr digər inqilab yaşamış müsəlman ölkələrində ortaq hərəkət etdilər. Odur ki, Azərbaycanda da anoloji prosesin yaşanıla biləcəyini istisna etmək olmaz.

Lakin burada Qərbin koalisiyaya girdiyi tərəfin İran olması bir qədər məsələyə şübhə qatır. Bununla bağlı izahatını verən mənbəmiz bildirdi ki, hal-hazırda Qərbə aid institutlar yeni dindar cameənin yetişdirilməsi yolunda addımlar atır: В«Əslində bu cameə çoxdan var və sadəcə olaraq indiki mərhələdə İrana səmimi şəkildə bağlı olmayan qüvvələrlə Qərblə əməkdaşlıq edən dindar kəsimin ittifaqı yaradılır ki, sonradan dindarların da qatqısı ilə baş tutan inqilabi dəyişiklik anında proseslər məhz həmin güclərin kontroluna verilsinВ».

Deməli, Azərbaycan hakimiyyəti hələ də inqilabi dəyişikliikdən sığortalanmayıb. Və ərəb inqilablarından sonra В«biz müsəlman deyilikmi, bizdə niyə inqilab olmurВ» sualını verənlərin də intizarına son qoyula bilər. Bəli, Qərb bizi məhz müsəlman kimi qəbul etdiyindən Azərbaycanın dəyişdirilməsi keçmiş postsovet məkanında bir neçə il əvvəl cərəyan edən inqilablar seriyasında yox, müsəlmanlar seriyasında baş tutacaq. Artıq bunun anonsu da verilib. Bu barədə danışan Suriyanın gethagetdə olan lideri Bəşir Əsəd bildirdi ki, Suriyadan sonra sıra postsovet məkanındadır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru