İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                     TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                 

DAHA BİR ƏYALƏT ÜSYAN PÜSKÜRÜR
Tarix: 26-11-2011, 14:23 | Çap et
DAHA BİR ƏYALƏT ÜSYAN PÜSKÜRÜR

İSMAYIL VƏLİYEVİN ÖZBAŞINALIQLARI NEFTÇALA SAKİNLƏRİNİN AYAQLANMASINA NƏDƏN OLUB

DİA.AZ - Hakimiyyətin bütün təyinatları heç də hər zaman uğurlu nəticə vermir. Demək olar ki, bu vaxta qədər uğurlu nəticə verməyib. Yalnız istisna olaraq bir-iki məmurun adını çəkə bilərik. Elə bu ilin fevral ayından start götürən icra başçısı dəyişikliyi də bu qəbildən hesab oluna bilər. Bir korrupsioner getdi, onun yerinə digəri təyin olundu. Neftçalada da belə oldu. Taleh Qaraşov getdi, onun yerinə İsmayıl Vəliyev gəldi.

Əslində Neftçalanın sabiq icra başçısı Taleh Qaraşov uzağa getmədi. Yəni o görəvindən alınsa da, başqa bir rayona - Astaraya icra başçısı təyin olundu. Bu isə öz növbəsində Ən azından Taleh Qaraşov üçün bir ismarıc idi. Yəni В«halaldır sənə, xalqı talamaqda davam eləВ». Bu həm də yeni gələn başçı üçün də bir siqnal idi. Yəni В«sən də Taleh Qaraşov kimi xalqı talaya bilərsən, buna görə kimsə sənə В«gözün üstündə qaşın varВ» deyə bilməzВ». Cəmiyyətin isə buy er dəyişməsindən aldığı siqnal isə bu oldu: Necə etməyinizdən asılı olmayaraq, bu hakimiyyət var olduqca sizin problemləriniz də həllini tapmayacaq.

Amerikalı olmaq istəyən neftçalalıların aqibəti…

Lakin biz yenə də В«lənət sənə kor şeytanВ» deyib, В«bəlkə də nələrsə dəyişibВ» deyə ümsidlənib Neftçala ilə bağlı müəyyən araşdırmalar aparmaq qərarına gəldik və qarşımıza çıxan faktlar durumun daha da ağırlaşmasını sübut etdi. Hətta vəziyyət o həddədir ki, bu gün Neftçala sakinləri dünənə qədər onlara qan udduran Taleh Qaraşovun geri qayıtmasını belə arzu edirlər. Çünki yeni başçı özünün bir neçə aylıq fəaliyyəti ilə Taleh Qaraşovun bütün ölüb-itənlərinə əməlli-başlı rəhmət oxutdurmaqla məşğuldur. Beləliklə keçək faktlara…

Faktlara keçməzdən öncə bir haşiyə çıxaq. Bu yaxınlarda, daha dəqiqi bu ilin may ayını 20-də bir qrupp Neftçala sakinin Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd etdilər. Onların tələbi ABŞ-dan sığınacaq istəmələri idi. Bu tələbə düşmələrinin nədən isə rayondakı özbaşınalığın kuliminasiya həddinə çatması idi.

Amma hər zaman olduğu kimi, bu dəfə də yerli polis əməkdaşları etirazçıların В«layiqliВ» cavablarını verdilər. Amerikadan kömək istəyən neftçalalılar yaxşıca əzişdirildikdən sonra onlardan 25 nəfəri həbs olundu. Bu da son.

Xatırladaq ki, Neftçala sakinlərinin həmin aksiyasının səbəbi bir qətl hadisəsi ilə əlaqədardır. Şikayətçilərdən biri bildirib ki, 10 ay öncə Neftçalada baş vermiş bir qətl hadisəsini zorla bu işdə heç bir günahı olmayan ailənin üzərinə qoyurlar və bu ailədən 4 nəfəri artıq 10 aydır əsassız yerə həbsdə saxlayırlar. Bu cür ədalətsizliyə dözməyən ailə üzvləri və onların yaxın qohumları öz etirazların bu sayaq bildirməyə qərar veriblər.

Son məlumatlara görə isə İsmayıl Vəliyev icra başçısı təyin olunduqdan sonra isə bu iş əməlli-başlı problemə çevrilib. Bu barədə şikayətçilərin söylədikləri: В«Heç olmasa Taleh Qaraşov bizi qəbul edib dinləyirdi, İsmayıl Vəliyev bizi heç yaxın da buraxmırВ».

Kimsəsizlərin məktəbini talayan başçı…

Onu da bildirək ki, apardığımız araşdırmalar nəticəsində İsmayıl Vəliyevin həqiqətən də Taleh Qaraşova duaların oxunmasına nədən olduğuna bizlər də şahidlik etdik. Redaksiyamıza daxil olan məlumatlarda deyilənə görə, İsmayıl Vəliyev rayonda yeni pul В«qaynaqlarıВ» formalaşdırılması üçün əməlli-başlı qollarını sıvayıb: В«Yerli idarə müdirlərindən, sahibkarlardan yığılan haqqlar bir yana, əlavə gəlir qaynaqları yaratmağa başlayan yeni başçının ilk hədəfi Neftçala rayon Mehman Səfərov adına internat məktəbi olubВ».

Rayondakı mənbənin bildirdiyinə görə, kimsəsiz və aztəminatlı ailələrin uşaqlarının təhsil aldığı məktəbin idman meydançası və həmçinin dəmir hasarlarının sökülməsi ilə bağlı göstəriş verən İsmayıl Vəliyev ələ keçirdiyi В«qənimətləВ» rayonun Müşfiqabad adlanan ərazisində çimərlik qurur: В«Nə internat məktəbinin rəhbərliyi, nə də yerli təhsil idarəsinin rəhbərliyi icra başçısının bu hərəkətlərinin qarşısını ala bilməyiblərВ».

Onu da qeyd edək ki, artıq bu məsələ ilə bağlı bir qrup rayon sakini В«yuxarıВ» instansiyalara müraciət ediblər: В«Amma hələlik heç bir reaksiya yoxdur. İnternat məktəbinin talan edilməsi isə davam edirВ».

Neftçaladan Bakıya yürüş

Neftçala rayonunun Mikayyıllı və Sarqamış kəndindən olan bir qrup fermer isə redaksiyamıza müraciət edərək, rayon rəhbərliyinin onlara qarşı ədalətsiz və qanunsuz davranışlarından şikayətləniblər. Şikayətçilərin bildirdiyinə görə dövlət tərəfindən onlara ayrılan yanacaq pulu müxtəlif bəhanələrlə onlara verilmir.

В«Qanuna görə bizim torpaqlarımızın hər hektarı üçün dövlət 40 manat yanacaq pulu ayrılıb. Lakin Rayon Torpaq Şöbəsinin müdiri Həmzəyev Salman və Sarqamış kənd İcra nümayəndəsi Rəcəbov Malik bizim torpaqlarımızın yalnız bir hissəsini sənədləşdirməyə razılıq verirlər. Hal-hazırda mənim 25 hektar torpaq sahəm var. Amma İcra nümayəndəsi və şöbə müdiri bildirirlər ki, onlar yalnız 10 hektarın sənədlərini qəbul edə bilərlər. Bu qanunsuzluğun səbəbini soruşduqda orlar bizə heç bir açıqlama vermirlər, sadəcə yuxarıdan belə tapşırıq verildiyini bildirirlərВ», deyə şikayətçilərdən biri В«Gündəm XəbərВ»ə açıqlamasında qeyd edib.

Şikayətçilərin bildirdiyinə görə onlar bu məsələ ilə bağlı Neftçala Rayon İcra Başçısı İsmayıl Vəliyevlə görüşmək istəsələr də, başçı onları qəbul etməkdən imtina edib:

В«Əslində bizim qanuni yanacaq haqqımızı hansı səbəbə görə əlimizdən aldıqlarını Neftçalada hər kəs bilir. Məsələ orasındadır ki, rayon rəhbərliyi öz yaxın adamlarının adına iki min hektardan artıq qeyri-əkin sahəsini sənədləşdirib. Bu halda bizim qanuni torpaqlarımızı da sənədələşdirdikləri təqdirdə əkin sahələri artıq çıxır. Onlar bunu yuxarı dairələrə heç cür izah edə bilməyəcəkləri üçün bizim əkin sahələrimizi sənədləşdirməkdən imtina edirlərВ».

Şikayətçilər onu da bildirdilər ki, əgər yaxın zamanlarda rayon rəhbərliyi onların qanuni haqqlarını bərpa etməsələr, onlar Bakıda Respublika Prokurorluğu, Kənd Təsərrüfatı Nazirliyi və Prezident Adminstrasiyası qarşısında etiraz aksiyaları keçirəcəklər.

В«Artıq cana doymuşuq. Bunlar hər yeri yeyirlər, amma yenə də gözləri doymur. İndidə gözlərini bizim balalarımızın bir tikə çörəyinə dikiblərВ», deyə şikayətçilərdən biri bildirdi ki, lazım gələrsə günlərlə Kənd Təsərrüfatı Nazirliyinin qarşısında yatacaq, ancaq öz halal pulunu В«bu acgözlərə" yedizdirməyəcək.

İcra başçısının özəl kassir idə var…

Onu da qeyd edək ki, Neftçala bu gün Ən acınacaqlı bölgələrimizdən olduğundan bu rayonla əlaqədar redaksiyamıza çox ilginc faktlar daxil olmaqdadır. Xüsusilə özünü idarə müdiri olaraq tanıdan və məlum səbəbdən adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumatlar diqqət çəkici idi.

Mənbənin bildirdiyinə görə icra başçısının birinci müavini Dilavər Əliyev rayonun bütün idarə və müəssisə rəhbərlərini yanına çağıraraq onlardan başçıya В«xoş gəldinВ» pulu istəyib: В«Əgər bu В«xoş gəldin puluВ» 500 manat, ya da heç olmasa1000 manat olsaydı, vermək olardı. Amma bu insafsızlar bizdən 5000 manat istəyirlər. Hər ay В«aylıq pulunuВ» alırlar. Özləri də bilirlər ki, bu pulu vermək üçün biz evimizdən heyvan-qaramızı bazara çıxırıb satmalıyıq. Amma yenə deyirlər ki, verməlisən. Artıq əskik bir kglmə söyləyənə get ərizəni yaz, olmasa korrupsiyaya qarşı mübarizədən çıxaracağıq deyirlər. Sözün açığı mən artıq bezmişəm. Belə davam edə bilməzВ».

Bizimlə əlaqə saxlayan bir neçə dükan sahibi isə bildirir ki, icra başçısının birinci müavini Dilavər Əliyev hər bir dükan sahibindən 1000 manat tələb edir. Əsas kimi isə onu göstərir ki, dükanın yerləşdiyi ərazi üçün icra hakimiyyətinin sərənsamı yoxdur: В«Çox qəribədir ki, həmin əraziləri bizə elə həmin Dilavər Əliyev verib. Zamanında pulunu da alıb. İndi isə deyir ki, ya 1000 manat verəcəksiniz, ya da dükanlarınız qanusuz tikili kimi söküləcəkВ». Şikayətçilər deyirlər ki, əgər belə davam edərsə, onlar Bakıda, Prezident Adminstasiyasının qarşısında aksiya keçirərək Neftçalada baş alıb gedən özbaşınalıq və qanunsuzluğu ölkə rəhbərliyinin nəzərinə çatdırmağı cəhd edəcəklər.

Sahibkarların bildirdiyinə görə, Dilavər Əliyev həmçinin rayona gətirilən zibil yeşikləri üçün hər bir sahibkardan hər ay 10 manat tələb edir: В«Bir sıra mətbuat orqanlarının bu məsələni ictimailəşdirməsinə baxmayaraq icra başçısı israrla bizdən pul tələb etməkdə davam edirВ».

Mənbənin sözlərinə görə, Dilavər Əliyev köhnə icra başçısından qşalma kadrdır: В«O, vətəndaşların incidilməsi üzərə bir peşəkar olduğundan icra başçıları onun kimi В«peşəkarВ»dan hələm-hələm imtina etmirlər. Bir də Dilavər Əliyev eyni zamanda Taleh Qaraşovun kassiri funksiyasını da həyata keçirib. İndi də həmin xidməti İsmayıl Vəliyevə göstərirВ».

В«Kanalizasiya üsyanı»…

Bu faktlar da təsdiqləyir ki, Neftçalanın yeni icra başçısı İsmayıl Vəliyevin bu rayonun başına açmadığı oyun, deyəsən, qalmayacaq. Bir müddət əvvəl rayonun Müşfiq adlanan hissəsində özünə çimərlik istirahət mərkəzi qura bilməsi üçün Neftçaladakı internat məktəbini talan edən başçı, indi də rayon mərkəzinin kanalizasiya sisteminə qənim kəsilib.

Bu barədə redaksiyamızı bilgiləndirən mənbələrin sözlərinə görə, artıq İsmayıl Vəliyevin son addımı yerli sakinlərin də hiddətinə səbəb olub. Rayondakı qaynaq məlumatında qeyd edir ki, icra başçısının göstərişi ilə onsuz da problemi şəkildə fəaliyyət göstərən rayon kanalizasiya sistemi birdəfəlik olaraq ləğv edilib:

В«Yaşayış evlərindən axan kanalizasiya suları isə küçələrə yönləndirilir. Bu adamın hansı məqsəd güddüyü bilinmir. Sanki məqsədli olaraq əhalini üsyana körükləyirВ».

Mənbə bildirir ki, havaların isti keçdiyi bir şəraitdə kanalizasiya sularının bu şəkildə küçəyə axıdılması ətrafın üfunətə qərq olması, eyni zamanda xəstəlik mənbəyinin yaranması deməkdir.

Sonda onu da bildirək ki, artıq İsmayıl Vəliyevin bütün bu əməlləri ilə bağlı yuxarı instansiyaların da hərəkətə keçdiyi söylənilir. Amma çifayda?! Hər halda, bizdə hansısa icra başçısının bir neçə ayın içində görəvdən alınması kimi bir ənənə mövcud deyil. Bu isə icra başçılarını arxayın salan məqamdır. Əgər belə bir hadisə baş verərsə, hakimiyyət bu yolla kadr siyasətindəki naşılığını da etiraf etmiş olar. Ona görə də bu məsələdə geri dönüşüm mümkün deyil. Tam olaraq irəli. Hətta Neftçalada başçını zülmündən qaçan insanların fəryadı ərşə qalxsa belə İsmayıl Vəliyev ən azından bir neçə il bu postdan tərpənəsi deyil…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru