Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                     Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb .....                     Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir .....                     Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm .....                     Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? .....                     Nazir aparat rəhbəri və müşavir təyin etdi .....                     “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                     Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                     Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                 

AZƏRBAYCAN MÜHARİBƏ YOLUNDADIR
Tarix: 10-01-2013, 10:48 | Çap et
AZƏRBAYCAN MÜHARİBƏ YOLUNDADIR
DÖVLƏT AGENTLİYİ KAZİMİROVU SUSDURDU

Rəsmi dövlət agentliyi – AzərTAc 1992-1996-cı illərdə ATƏT-in Minsk qrupunda Rusiya missiyasına başçılıq etmiş Vladimir Kazimirovun “Dağlıq Qarabağa yeni yürüş olacaqmı?” məqaləsinə sərt cavab verib. “Regnum.ru” saytında dərc olunmuş məqaləyə cavab üsulu kimi sətirlərarası şərhlər seçilib.

[b]“Bakı doğrudanmı yeni qırğın burulğanına atılmağa hazırdır?”


Bəli.

“Bakını buna sövq edən nədir və ona mane olan nədir?”

Sövq edən amil Vətən anlayışıdır! Nə mane olur? Artıq heç nə mane olmur.

“Beynəlxalq birliyin bu addımdan çəkindirmək üçün kifayət qədər vasitələri varmı?”

Beynəlxalq birliyin çəkindirmə vasitələri həmişə olub, indi də var. Ermənistan Azərbaycan ərazisini işğal edəndə də, bu gün Azərbaycan öz gücü ilə bu işğala son qoymaq niyyətində olduğu vaxtda da. İstək yoxdur – o vaxt da yox idi, bu gün də yoxdur.

“Çoxdan məlumdur ki, tərəflərin Qarabağ barədə bir-birini qarşılıqlı istisna edən mövqe tutmasının, uzunsürən və hələlik az nəticə verən danışıqların əsas səbəblərindən biri tərəflərin bir-birinə dərin etimadsızlığıdır. Müharibənin yenidən başlanması ehtimalı isə bunu daha da kəskinləşdirir”.

Tərəflərin bir-birini qarşılıqlı istisna edən mövqe tutmasının səbəbi başqadır. Ermənistan Qarabağı ələ keçirmək və bunun əvəzində özünün heç nəyini (məhz özünün, yəni öz ərazisinin bir hissəsini) verməmək, Azərbaycan isə Qarabağı qaytarmaq istəyir. Mövqelər həqiqətən bir-birini qarşılıqlı istisna edir və bu mövqelər dəyişməyəcək – etimad olsa da, olmasa da.

“Yeddi rayonun ermənilər tərəfindən işğal edilməsi azərbaycanlıları qıcıqlandırır, onlara bir sıra ilkin səbəblər verir, lakin ermənilərin salamat qalmaq uğrunda mübarizə stimulu qat-qat güclüdür”.

Bu “stimul” 1992-ci ilin yayında hələ az gözə çarpırdı, o vaxt ermənilər silahları atıb sözün hərfi mənasında qaçırdılar. Yeri gəlmişkən, azərbaycanlıların da əlində qənimət götürülmüş texnika az deyildi. Əgər Kazimirov Azərbaycan döyüşçülərinin mövqelərinə gedib onlarla söhbət etsəydi, özü üçün çox maraqlı şeylər “kəşf edərdi”, o cümlədən erməni tərəfin “stimulu” barədə. O, həm də xeyli qənimət görərdi.

“Salamat qalmaq” məsələsinə gəldikdə isə Qarabağ erməniləri Ermənistanda rahatca “salamat qala” bilər, Ermənistanın keçmiş azərbaycanlı əhalisinin bu gün Azərbaycanda “salamat qalması” kimi.

“Ermənilər tərəfindən Qarabağın ətrafında möhkəmlənmiş müdafiə xəttinin keçilməsi xeyli vaxt və qurban tələb edərdi. Dağlara çıxış yeni maneələrlə üzləşmək deməkdir. Bakı sürətli qələbəyə ümid bəsləyə bilməz”.

Doğrudur – yolumuza gül-çiçək döşənməyib. Çox zəhmət çəkmək lazım gələcək.

“... bu da fəal beynəlxalq müdaxilə üçün kifayət qədər vaxt imkanı yaradacaq”.

Sağlıq olsun, baxarıq. Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı qırğın törədiləndə nəsə bu məsələyə heç bir müdaxilə edilmədi və döyüş əməliyyatları düz iki il davam etdi. Döyüş əməliyyatları zonasında heç bir “mavi dəbilqə” gözümüzə sataşmadı.

“Beynəlxalq baxımdan hərbi əməliyyatların yenidən başlanmasına nə cür məkrli don geyindirilsə də, bu məsələdə Bakının təqsirkar olması şübhə doğurmayacaq”.

Bakının öz ərazilərini azad etməkdə təqsiri Moskva və Stalinqrad ətrafında əks-hücuma keçən Qızıl Ordunun təqsiri qədər olacaq.

“Bakının əsas dəlili – Azərbaycan Respublikası rayonlarının işğal edilməsi çoxdan devalvasiyaya uğrayıb: işğalın genişlənməsi Bakıdakı rəhbərliyin qələbə qazanmaq ümidi ilə hədər yerə müharibəni uzatmasının bilavasitə nəticəsi olub. İşğalın mənşəyinin bundan ibarət olmasını yalnız o kəslər etiraf etmirlər ki, onlar bunu etiraf etmək istəmirlər”.

İşğalın mənşəyi Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini ondan ayırmaq istəyidir, Azərbaycanın bunun qarşısını almaq istəyi yox.

“Ərazilərin qaytarılması isə Bakının Qarabağda sülhə təminat vermək istəməməsi səbəbindən ləngiyir”.

Bakı Ermənistana sülh üçün zəmanət verə bilər, özü də yalnız onun işğal etdiyi bütün ərazilər – Dağlıq Qarabağ və yeddi rayon könüllü şəkildə azad ediləndən sonra. Qarabağa isə, Bakı nə qədər istəsə də, heç bir zəmanət verə bilməz, çünki o, özü-özünə zəmanət verə bilməz. Bu ona oxşayır ki, Stalin SSRİ-nin işğal edilmiş hissəsi üçün “sülhə təminat” versin.

“Gəlin unutmayaq ki, 1994-cü il mayın 12-də imzalanmış barışıq qeyd-şərtsiz müddətsiz rəsmiləşdirilmişdir, yəni öz hüquqi qüvvəsini saxlayır”.

Eyni qayda ilə Bakı da cavab verə bilər ki, müqavilənin mətnində “müddətsiz” sözünün olmaması onun müddətsiz olmaması deməkdir.

“Münaqişə həll edilərkən güc tətbiq edilməməsi haqqında saziş bağlamaq...”

Azərbaycan buna tərəfdardır! Lakin güc tətbiqinin (eləcə də onun bütün nəticələri) qeyri-qanuni elan edilməsi “bundan sonra” yox, çünki ARTIQ güc tətbiq edilib, “indiyə qədər” olmalıdır. Qanunsuz güc tətbiq edilməsinin nəticəsi olan işğala isə son qoyulmalıdır.

Sülh müharibənin ortasında deyil, onun nəticələri aradan qaldırılandan sonra mümkündür. Sadəcə olaraq daha zibilləməmək deyil, öz zibilini yığışdırmaq lazımdır! İşğal qanunsuz zibilləmə nəticəsində yaranmış zibildir.

“Snayperləri ön mövqelərdən geri çəkmək...”

Bəs nəyə görə qoşunları yox, snayperləri? Özü də ön mövqelərdən yox, dövlət sərhədindən?

“Beynəlxalq təşkilatlarda da Azərbaycan üçün əlverişsiz fon yaranacaq”.

Azərbaycan xalqı öz ərazisini “beynəlxalq təşkilatlarda əlverişsiz fon”dan deyil, konkret düşmənin ordusundan xilas edəcək. Əgər Ermənistan işğalın pislənməsinə dözübsə, biz də bu fona birtəhər dözərik.

“ATƏT-in sülhməramlı rolu praktiki olaraq inkar ediləcək”.

Bu rol çoxdan inkar edilib, daha doğrusu, vasitəçilərin status-kvonu dəyişməkdə tam acizlik göstərməsi ilə ATƏT özü-özünü inkar edib.

“Çox ehtimal ki, BMT Təhlükəsizlik Şurasının döyüşlərə dərhal son qoymaq tələbi ilə yeni qətnaməsi qəbul ediləcək”.

Ermənistan belə qətnamələrin dördünü rahatca rədd edib. Deyəsən, bir zərəri olmayıb, sağ-salamatdır.

“Nəticədə iri dövlətlərin və beynəlxalq təşkilatların təzyiqi Bakını hücuma tezliklə son qoymağa məcbur edəcək”.

Bakı öz ərazisinin azad edilməsi üzrə əməliyyat aparanda ona təzyiq olacaqmı? Nədənsə Ermənistan BAŞQASININ ərazisində hücuma keçəndə ona heç bir təzyiq görmədik.

“İlham Əliyevin neft və qaz hesabına uğur qazanan hakim klanının işgüzar bumu karbohidrogenlər satışında fasilələrlə əvəz etmək, bəlkə də bazarları müvəqqəti itirmək o qədər də ürəyincə olmayacaq”.

Azərbaycan xalqının neft çıxarmaq üçün torpağa ehtiyacı yoxdur, öz torpağını geri qaytarmaq üçün neftə ehtiyacı var. Neft alınır və satılır, torpaq – yox! Azərbaycan xalqı ermənilərə öz torpaqlarını yetərincə hədiyyə edib. Azərbaycan Qarabağ üzərində faktiki suverenliyini bərpa edəcək.

“Azərbaycan tərəfin hərbi əməliyyatları bərpa etmək ehtimalına yönəlmiş məlum xətalarının yuxarıda göstərilən siyahısı ilə ictimaiyyətin geniş tanış edilməsi də mühüm rol oynaya bilərdi”.

Azərbaycan birinci müharibənin səbəblərini yaxşı öyrənib. O, ikinci dəfə bu cür səhvlərə yol verməyəcək. Bu dəfə heç bir daxili çəkişmə ayrı-ayrı səhra komandirlərinin pərakəndə dəstələrini öz mövqelərini tərk edərək hakimiyyəti bölüşmək üçün Bakıya cummağa, müdafiəsiz qalmış şəhərlərə və kəndlərə maneəsiz hücum edilməsi üçün cəbhəni boş qoymağa məcbur etməyəcək. YƏQİN bilin ki, bu dəfə belə olmayacaq. Odur ki, Vladimir Nikolayeviç, biz keçən müharibədən ibrət dərsi almışıq. Bu dəfə müharibə özümüzün salamat qalmağımız üçün deyil, düşməni məhv etmək üçün olacaq. Hətta həyatımız bahasına olsa belə.

"Media forum"[/b]









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru