Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

BAZARDA KİFLƏNMİŞ "ROMAŞKA" XAMASI SATILIR
Tarix: 11-11-2011, 13:33 | Çap et
BAZARDA KİFLƏNMİŞ "ROMAŞKA" XAMASI SATILIR

YEVLAXLI İŞ ADAMI "AVRORA" FİRMASININ YERLİ FİLİALINDAN ŞİKAYƏTÇİDİR

DİA.AZ: - Yevlax şəhər sakini, iş adamı Fərzəliyev Cəlil Səfər oğlu "Avrora" şirkətinin yerli filialının fəaliyyətindən şikayəçidir. Qeyd edək ki, Cəlil Fərzəliyev bizneslə məşğuldur, Yevlax şəhərində marketi var.

Şikayətçinin "Dünya" İnformasiya Agentliyinə (diaaz.space) verdiyi məlumata görə, o, uzun müddətdir ki, "Avrora" şirkətinin yerli filialından bir neçə çeşiddə ərzaq məhsulu alır. Bu çeşidlər sırasında Pribaltikanın istehsalı olan "Romaşka" xaması da var:

"10 ildən çoxdur ki, biz o malı satırıq. İndiyə kimi bir dəfə də olsun, şikayət, narazılıq olmamaşdı. Təsəvvür edin ki, Yevlaxda camaat "smetan" sözü işlətmir, "smetan" əvəzinə "Romaşka" deyir. Bir sözlə, "Romaşka" bütün respublika üzrə bazarda özünə yer tutmuş maldır. Ancaq son bir neçə ayda "Romaşka" xamasından şikayətlər gəlməyə başladı. Biz də firmaya bildirdik ki, bu maldan şikayət gəlir. Malı qəbul edəndən sonra onun içindən xarab olanları çıxır. Baxırsan ki, istifadə müddəti keçməyib. Amma açırsan, görürsən ki, xamanın üzündə göyərmiş nöqtələr var. Adətən, vaxtı keçən ərzaq məhsulları o cür kifləyib göyərir".

Cəlil Fərzəliyev alıcıların şikayətləri ilə bağlı firmanın işçilərinə narazılığını bildirsə də, heç bir tədbir görülməyib: "Məcbur olub firmanın regional təmsilçiliyinin rəhbərliyinə şikayət etdim. Onlar etiraf etdilər ki, bəli, xəbərimiz var, satdığımız mallar arasında xarab çıxanı da olur. Dedim, bir halda ki, bilirsiz, onda xarab mallarınızı yığışdırın, əgər bundan bir zəhərlənmə halı olsa, məsuliyyəti bizim üstümüzdə qalacaq, siz heç yada düşməyəcəksiz. Çox çək-çevirdən sonra dedilər ki, biz araşdırdıq, belə başa düşürük ki, 22 sentyabr tarixdə satılan patiyada xarab məhsullar olub. Sizdə həmin tarixə olan nə qədər mal varsa, qaytarın. 22 sentyabr tarixə olan bütün malları yığıb qaytardıq".

Cəlil Fərzəlyev deyir ki, həmin tarixdə satışa buraxılan "Romaşka"ları qaytarıb, yenilərini alsa da, yenə də alıcıların şikayəti kəsilməyib: "Yenə də firmaya müraciət etdim. Biz rayon yerində yaşayırıq, 1000 müştəridən bir-ikisini tanımırıq. Müştərilərdən neçəsi gəlir ki, qardaş, utandım gətiməyə, tulladım zibil qabına, sizin satdığınız "Romaşka" yararsızdır. Təsəvvür edin, mən özüm 2-ni evə apardım, biri yaxşı, biri xarab çıxdı. Bir daha firma rəhbərliyinin nəzərinə çatdırdım ki, sizin xamadan yenə də şikayət var, gəlin, malınızı yığıb aparın, mən bir müddət sizin malınızı satmayacağam. Həmin firma bizə bir neçə çeşddə mal - həm araq, həm makaron, həm də xama satır. Hər dəfə deyirdilər, gəlib götürəcəyik, amma gəlmir, ləngidirdilər. Axırda bir dəfə araq gətirib boşaltdılar, mən məcbur olub pulunu vermədim. Dedim, xamanızı götürün aparın, ondan sonra arağın pulunu verəcəyəm. Yenə razılaşmadılar. Axırıncı dəfə firmanın işçisi bura gələndə dedim ki, qardaş, zorla deyil ki, satmıram da sizin malı, niyə gəlib yığışırıb aparmırsız? Malınız xarab çıxır, özünüz də bilirsiniz. İndi mən nə edim, yığım bunları aparıb şikayət edim?"

Dəfələrlə firmanın işçilərinə və rəhbərliyinə şikayət etdiyini deyən Cəlil Fərzəliyev aldığı arağın pulunu saxlamaqla belə firmaya təsir edə biməyib: "Firmanın rəhbər işçisi dedi ki, arağın pulunu vemirsən, heç vermə, mən onsuz da həmin pulu sürücünün əmək haqqından çıxacağam. Fikir verin, bu adam demir ki, gedin, o malı yığışdırın, deyir, sürücüdən arağın pulunu çıxın. Elə də etdi. Bir gün sürücü gəlib şikayətləndi ki, bəs, arağın pulunu məndən çıxdılar. Mən də bu işdə heç bir günahı olmayan sürücünün haqqını kəsə bilərəm? Əlbəttə, yox. Ona görə də çıxarıb onun pulunu verdim. Amma "Avrora" firmasının yerli filialının rəhbərliyi nə problemi həll edir, nə də gəlib malını yığışdırıb aparır".

Araşdırmaları nəticəsində Cəlil Fərzəliyev nəhayət ki, bəzi qutulardan bir neçə ədəd xarab olmuş "Romaşka" xaması çıxması "sirri"nin üstünü açır: "Əvvəllər o firmada işləyib işdən çıxan uşaqlar var. Onlardan biri mənimlə söhbəti zamanı and içdi ki, müddəti keçmiş və xarab olmuş malların etiketində istifadə müddətini dəyişir, yeni istifadə müddəti "təyin edir", sonra da həmin malları iki-iki, üç-üç təzə mallar olan qutulara yerləşirir və satışa çıxarırlar. Bir qutunun içindən 1-2 xarab mal çıxanda çoxları bunu onlara irad tutmur. Amma söhbət insan həyatından gedir. Ona görə də qəzetiniz vasitəsilə firmanın rəhbərliyinə müraciət edirəm ki, fimanın yerli filialının bu cür fııldaqçılığına son qoysunlar".

Təəssüf ki, iş gününün sonu olduğu üçün aldığımız məlumatla bağlı "Avrora" firmasının rəhbərliyi ilə əlaqə saxlayıb onların münasibətini öyrənə bilmədik. Bununla belə növbəti sayımızda qarşı tərəfin mövqeyinə aydınlıq gətiməyə çalşacağıq.

Qeyd edək ki, sözügedən şirkət 2000-ci ilin aprelindən etibarən Bakı şəhərində fəaliyyətə başlayıb. Firma öz istehsalı olan, həmçinin distributorluğunu etdiyi xarici şirkətlərin məhsullarını marketlərə və istehlakçılara çatdırır. Fəaliyyətə başladığı dövrdən ötən 11 il ərzində "Avrora" firması təkcə paytaxtda deyil, regionlarda da öz fəaliyyətini genişləndirib. Belə ki, hazırda fimanın Gəncə, Quba, Göyçay, Sabirabad, Şəki, Lənkəran, Sumqayıt və Bərdədə filialları açılıb. Firma makaron, peçenye, biskvit kimi məhsullar istehsal etməklə yanaşı Rusiya, Gürcüstan, İspaniya, Latviya və Fransanın bir sıra firma və şirkətlərinin, o cümlədən "Ost-Alko", "Ost-Aqva", "Pernod Riçard", "Podoç-M", "Ttradiçii kaçestva", "San-interbryu", "Transmrk", "Rollton", "Ehrmann", "Baltika", "Lase", "Zaqora", "Lyustdrof", "Ruskiy Resept", "Happyland" və s. şirkətlərin eksklüziv distribüteridir.

Maraqlıdır, hədəfləri sırasında məhsulların keyfiyyətinin daim standartlara uyğunluğunu təmin etmək, idxal etdiyi yüksək reytinqli məhsulların distribüterliyini saxlamaq və artırmaq, rəqabət şəraitində və müştərilərə göstərilən xidmətdə lider olmaq kimi mühüm məqsədlər qoyan "Avrora" nədən yerli filialının rəhbərinin müştərilərə xarab olmuş məhulu sırımasından, firmanın imicinə zərbə vurmasından xəbərsizdir? Yoxsa, alıcıların xarab olmuş xamadan zəhərlənməsi təhlükəsi "Avrora"nın rəhbərliyinin də vecinə deyil?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru