Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili .....                     Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF .....                     Paşinyanın kilsə ilə savaşı... .....                     Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir .....                     Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər .....                     "Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." .....                     "Məqsəd nədir, təbii ki, pul silməkdir" .....                     "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" .....                     "Gətirib qoydular qucağıma ki, sənin qızındır" .....                     Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' .....                     Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib .....                     “Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” .....                     Mask Trampa qarşı müharibəni uduzdu: .....                     Türkeşin qızından Baxçalıya sərt təpki: .....                     Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı .....                     "İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" .....                     Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın .....                     Orta məktəblərdə erkən nikahın zərərləri barədə .....                     Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu .....                     Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… .....                     Paşinyandan gözlənilməz addım: .....                     Şərq küləyi əsəcək .....                     Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək .....                     Qızıl üzüklü müəllimə QALMAQALI... .....                     “Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu .....                     Nazirlər bir ayda neçə kilo ət ala bilər? .....                     "Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin" .....                     Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb .....                     “ƏDV geri al”anların nəzərinə .....                     “Paşinyan ya Elçibəyin, ya da Paşazadənin oğludur” .....                     ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli .....                     “Binəqədi Yük Avtonəqliyyat–1” ASC-nin səhmdarları toplanır .....                     Yeni Roma Papası Azərbaycan üçün dua edib .....                     Böyük müharibə astanasında: “Hörümçək toru” Rusiyaya ciddi zərər verdi, amma... .....                     “Xətai-Rabitə-Tikinti” ASC-nin icra orqanı dəyişdirilir .....                     Ermənistan MTX Azərbaycanla sərhəddə erməni yeniyetmələrin guya "oğurlanması" barədə şayiələri təkzib edib .....                     Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb .....                     Məktəblərdə TƏLİM-TƏRBİYƏ PROBLEMİ... .....                     BU NƏDİR BELƏ: Kəlbəcərdə PKK simpatizanları PUL QAZANIR! .....                     Sarkisyanın partiyasından baş nazir postuna namizəd məlumdur .....                 

“Yelo Bank”, əslində QANUNLARIMIZA TÜPÜRÜR... - CƏZASI OLMALIDIR!
Tarix: 19-02-2025, 12:59 | Çap et
“Yelo Bank”, əslində QANUNLARIMIZA TÜPÜRÜR...
Aylardır "Yelo Bank" Mərkəzi Bankın açıqladığı hesabatda müştərilərin ən çox şikayət etdiyi bank statusunu qoruyub saxlayır. Kommersiya qurumu siyahıda daim ilk üçlükdə yer alaraq “qırmızı zonaya” düşür.

"DİA-AZ" Teleqraf-a istinadla xəbər verir ki, aktivləri azalan, depozit portfeli kiçilən bankdan əsasən kredit götürən müştərilər şikayət edir.

Faktiki illik faiz dərəcəsi (FİFD) minimum 13,8%-dən, maksimum 34,7%-ə qədər kredit təklif edən bank az qala 1 milyard manata yaxin borc verib. Bunun 42 milyon 178 min manatı dollarladır. “Yelo Bank”ın açıqladığı son rüblük hesabata nəzər salsaq aydın olur ki, müştərilərə verilən kreditlərdən əldə olunan faiz gəlirləri 134,5 milyon manata çatıb. Bank təkcə kreditlər üzrə faiz gəlirlərindən deyil, girovların satışından da qazanır. Hətta kommersiya qurumu bəzən bağlanan kredit borcunu yeniləyərək, illər əvvəl ipotek edilən əmlaka da iddia edir.

Məsələn, “Yelo Bank” 2008-ci ildə manatla verdiyi krediti müştərisindən dollarla tələb edir. Borcalanın dediyinə görə, 33 540 manat kredit rəsmiləşdirilərkən o zaman hüquqi statusu "Nikoyl Bank" olan qurum öz təklifi ilə formal ipoteka rəsmiləşdirib. Müştəri faizlər də daxil olmaqla, banka ümumilikdə 58 355 manat qaytarıb. Və borcunu bağlayıb. Maraqlıdır ki, kredit müqaviləsi manatla olsa da, sonradan bank yeni cədvəl tərtib edərək müştəridən 40 min dollar tələb edib.

Borcalan iddia edir ki, bankın tərtib etdiyi ödəniş tapşırığı manatla idi. Pul ona milli valyutada təqdim olunmuşdu.

“Halbuki, ipoteka müqaviləsindən qabaq dollar ilə kredit müqaviləsi imzalansa da, həmin müqavilə icra olunmayıb. O zaman bank məzənnə hansı tərəfə dəyişibsə, bundan bəhrələnmək üçün iki müqavilə tərtib edib. Amma dollar ilə müqavilənin icrasına dair məhkəməyə heç bir sənəd təqdim edə bilməyib”.

Qeyd edək ki, "Yelo Bank" müştərinin evinin əlindən alınması ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Suraxanı Rayon Məhkəməsi iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib. Ekspertiza rəyləri borcun manatla olduğunu təsdiqləsə də, bank "dirəniş" göstərərək işin yenidən ekspertizaya qaytarılmasına, sonda iddianın təmin edilməsinə nail olub.

Hətta hakim apellyasiya şikayətinin verilməsinə məhəl qoymadan mənzilimin açıq hərraca çıxarılması haqda qətnaməni icraya yönəldib".

Yeri gəlmişkən, sabah saat 12:40-da Bakı Apellyasiya Məhkəməsində hakim Sabit Bəhramzadənin sədrliyi ilə müştərinin apellyasiya şikayətinə baxılacaq.

Apellyasiya məhkəməsi mərhələsində yenə "Yelo Bankın" vəsatəti əsasında iş Auditorlar Palatasına göndərilib.

Auditor Palatasının keçirdiyi ekspertiza və verdiyi auditor rəyi kreditin bank tərəfindən manatla verildiyini və artıqlaması ilə ödənildiyini təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl "Nikoil Bank” kimi fəaliyyət göstərən "Yelo Bank”ın adı bu günə qədər bir çox qalmaqallarda hallanıb. Bankın talan olunması hələ 2005-ci ildən başlayıb. "Nikoil” İKB-a sədrlik edən Vasiliy Xamaza adıçəkilən bankın 20 milyon manatını mənimsəməkdə ittiham olunub. 2017-ci ilin yarısına kimi banka sədrlik etmiş Xamaza Azərbaycanı tərk etsə də, 2018-ci ilin sentyabrında Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

2020-ci ilə qədər bankın idarə heyətinin sədri olan Nikoloz Şurqaianın rəhbərliyi dövründə isə nə təsdiqlənən yeni inkişaf strategiyası, nə də rebrending qurumu zərərdən xilas edə bilib. Əksinə, bankın yığılmış zərəri 320 milyon 241 min manata çatıb. 2019-cu ildə bu rəqəm 276 milyon 556 min manat idi. Müşahidə Şurası Şurqaianı yola salaraq, “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənovu “Yelo Bank”a yeni rəhbər təyin edib. Bununla belə, 2021-ci ildə bankın yığılmış zərəri 311 milyon 777 min manat, 2022-ci ildə 306 milyon 155 min manat, 2023-cü ildə 292 milyon 138 min manat təşkil edib. Göründüyü kimi, bankın zərəri 2020-ci ilin əvvəlindəki səviyyədən hələ də yüksəkdir. Həmin ilin yanvarın 1-i tarixinə “Yelo Bank”ın zərəri 276 milyon 556 min manat idi.

Bankın ötən il üzrə maliyyə göstəriciləri ilə bağlı müstəqil auditorun rəyi hazır olmadığından, hələlik ancaq rüblük hesabatlar əsasında 2024-cü maliyyə ilinin necə keçdiyini söyləmək mümkündür. Beləliklə, ötən il bankın aktivləri 2024-cü ilin əvvəlindəki 1 milyard 566 milyon 452,89 min manatdan ilin sonuna 1 milyard 279 milyon 637,84 min manata düşüb.

“Yelo Bank”ın öhdəlikləri isə 1 milyard 467 milyon 384,41 min manatdan 1 milyard 135 milyon 645,42 min manata qədər azalıb.

Xüsusi azalma əmanətlərin həcmində qeydə alınıb. Bankdakı depozitlər 1 milyard 292 milyon manatdan 928 milyon 774,35 min manata düşüb. Bu portfeldə ən çox kiçilmə hüquqi şəxslərin əmanətlərində baş verib. Şirkətlər son bir ildə yarım milyard manatdan çox vəsaiti bankdan geri çəkiblər. Nəticədə, hüquqi şəxslərin bankdakı 720 milyon 595,32 min manat əmanəti 197 milyon 822,07 min manata qədər azalıb.

Bankın nağd pul vəsaitləri də əriyib. 2023-cü ilin sonundakı 687 milyon 293,65 min manatdan 229 milyon 962,93 min manata düşüb.

Hesabat dövründə “Yelo Bank" gəlirlərini əsasən müştərilərə verilən kreditlərdən əldə edib. Kredit portfeli 22% artımla 935 milyon manata çatıb. Verilən kreditlərdən 134,5 milyon manat faiz gəlir götürülüb.

Paralel olaraq, bankın müştərilərə verdiyi pulları geri qaytarmaqda da problemləri artıb. İl üzrə verilən kreditlərin 13 milyon 236,63 min manatının gecikdirilmə müddəti 1 ildən çoxdur. Ümumilikdə, vaxtı keçmiş kreditlərin həcmi 28 milyon 621,96 min manat təşkil edib. 2024-cü ilin əvvəlində bu rəqəm 24 milyon 531 min manat olub. Vaxtı keçmiş kreditlərin portfeldə payı isə 3%-ə yüksəlib.

Ekspertlər bildirir ki, vaxtı ilə "Nikoyl Bank" kimi fəaliyyət göstərən bu bank öz korlanmış reputasiyasından yaxa qurtarmaq üçün 3 dəfə adını dəyişib. Amma əməlləri, müştərilərinə qarşı soyğunçu münasibəti dəyişməyib.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Teleqraf-a bildirib ki, bank kredit müqaviləsini bir valyutada bağlamalıdır:

“Əgər iki müqavilə varsa, bu zaman məhkəmə milli valyutada olan müqaviləni rəhbər tutmalıdır. Çünki bu Mülki Məcəllədən irəli gələn bir prinsipdir. Əgər hər hansı bir ziddiyət və ya şübhə varsa, bu istehlakçının xeyrinə həll olunmalıdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:03
Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF - vasitəçi kimi...
Bu gün, 05:57
Paşinyanın kilsə ilə savaşı... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:54
Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir - Andranik Tevanyan
Bu gün, 05:52
Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
Bu gün, 05:41
"Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." - VİDEO
Bu gün, 02:48
"Məqsəd nədir, təbii ki, pul silməkdir" - ETİRAZ
Bu gün, 02:45
"Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" - ŞƏRH
Bu gün, 02:31
"Gətirib qoydular qucağıma ki, sənin qızındır"
Bu gün, 02:26
Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' - VİDEO
Bu gün, 02:20
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Dünən, 15:09
“Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” – Aslanyan
Dünən, 13:05
Mask Trampa qarşı müharibəni uduzdu: - bundan sonra nə olacaq?
Dünən, 13:03
Türkeşin qızından Baxçalıya sərt təpki: - Bunu atamın üzünə deyə bilərdiniz?
Dünən, 12:55
Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi
Dünən, 12:53
"İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" - ÇÜNKİ...
Dünən, 12:43
Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın - Keti Miller kimdir?
Dünən, 12:37
Orta məktəblərdə erkən nikahın zərərləri barədə şagirdlərə nə ÖYRƏDİLİR?
Dünən, 12:25
Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu - FOTO
Dünən, 12:16
Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… - NƏ BAŞ VERİR?
Dünən, 12:14
Paşinyandan gözlənilməz addım: - Sülh sazişi imzalanır, Zəngəzur dəhlizi açılır?
Dünən, 12:13
Şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:03
Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək
Dünən, 12:01
Qızıl üzüklü müəllimə QALMAQALI... - Nazirlik İŞƏ QARIŞACAQMI?
Dünən, 12:00
“Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu - TƏFƏRRÜAT
Dünən, 11:40
Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
Dünən, 11:30
"Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin"
Dünən, 11:14
Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb
Dünən, 11:11
“ƏDV geri al”anların nəzərinə - Çətinlik yaşanacaq
Dünən, 11:10
“Paşinyan ya Elçibəyin, ya da Paşazadənin oğludur” - Qazaryan
Dünən, 11:07
ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli - Görünəni odur ki...
Dünən, 11:05
“Binəqədi Yük Avtonəqliyyat–1” ASC-nin səhmdarları toplanır
Dünən, 11:02
Yeni Roma Papası Azərbaycan üçün dua edib
Dünən, 11:02
Böyük müharibə astanasında: “Hörümçək toru” Rusiyaya ciddi zərər verdi, amma... - GƏLİŞMƏ
Dünən, 10:58
“Xətai-Rabitə-Tikinti” ASC-nin icra orqanı dəyişdirilir
Dünən, 10:54
Ermənistan MTX Azərbaycanla sərhəddə erməni yeniyetmələrin guya "oğurlanması" barədə şayiələri təkzib edib - KİV
Dünən, 10:41
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünən, 10:39
Məktəblərdə TƏLİM-TƏRBİYƏ PROBLEMİ... - NƏ ETMƏLİ?
Dünən, 10:27
BU NƏDİR BELƏ: Kəlbəcərdə PKK simpatizanları PUL QAZANIR! - MALƏSƏF...
Dünən, 10:24
Sarkisyanın partiyasından baş nazir postuna namizəd məlumdur - “Armenpress”
Dünən, 10:12
“AST Telman”ın killerinin məhkəməsi BAŞLADI
Dünən, 10:10
AZAL Qurban bayramı ilə əlaqədar Naxçıvan istiqamətində reyslərin sayını artırıb - DİQQƏT!
Dünən, 10:00
Xoşqədəm Hidayətqızının atası da vəfat etdi - bir neçə həftə əvvəl isə...
Dünən, 09:58
Qanlı iğtişaş planı: Nikol Paşinyanı təhdid etdilər - NƏ BAŞ VERİR?
Dünən, 09:54
Ordubadda 38 yaşlı kişi kafedə dava saldı: meyxanaçıya söz atdı, pivə bakalını... - TƏFƏRRÜAT
Dünən, 09:53
`QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
Dünən, 09:47
"Məhkəməyə müraciət etsəm, udmaq şansım nə qədər realdır?" - ÇARƏSİZLİK...
Dünən, 09:39
Tramp Maskın davranışının narkotiklə əlaqəli olub-olmadığı ilə maraqlanıb - "İnterfaks"
Dünən, 09:33
“Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
Dünən, 09:28
Dövlət qurumunun 2,2 milyon manatlıq icarə tenderinin QALİBİ BƏLLİ OLDU - TƏFƏRRÜAT
Dünən, 09:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru