Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

AZƏRBAYCANIN FUTBOL MAFİYASININ GİZLİNLƏRİ
Tarix: 3-11-2011, 11:52 | Çap et
AZƏRBAYCANIN FUTBOL MAFİYASININ GİZLİNLƏRİ

RÖVNƏQ ABDULLAYEV DÖVLƏTİN PULLARINI FUTBOL ADI ALTINDA NECƏ TALAN EDİR?

DİA.AZ: - Artıq davamlı olaraq ARDNŞ prezidenti Rövnəq Abdullayevin qara əməlləri ilə bağlı faktları işıqlandırmaqdayıq. Bu dəfə isə onun futbol biznesindəki həyata keçirdiyi maxinasiyaları araşdırdıq və ortaya çox ilginc faktlar çıxdı. Məlumat üçün bildirək ki, dünyanın əksər ölkələrində olduğu kimi artıq Azərbaycanda da futbol mafiyalaşmaq üzərədir, yəni futbol mafiyası yaradılır.

Məsələn, bu mafiyanın əsas gəlir nöqtələrindən biri oyunlara uduşların qoyulmasıdır ki, artıq bu biznes tam olaraq ARDNŞ prezidentinin nəzarətinə keçib. Rövnəq Abdullayevin yaxınları tərəfindən yaradılan В«TopazВ» totalizator şəbəkəsi bu gün ölkənin totalizator biznesinin yeganə fiquru olmaqla yanaşı, məhz ARDNŞ prezidentinin nüfuzu hesabına piartsayağı fəaliyyət məcburiyyətində qalan rəqibləri bir-birinin ardınca sıradan çıxarılmaqdadır. Bu işdə xüsusi fəallıq göstərəni isə artıq ARDNŞ prezidentinin sevimli alətinə çevrilmiş Vergilər Naziri Fazil Məmmədovdur. Gələn informasiyalara görə, məhz bu qurum tərəfindən В«QANUNSUZ TOTALİZATOR KLUBLARIВ» aşkarlanaraq ifşa olunur.

İndi isə Rövnəq Abdullayevin başında dayandığı FUTBOL MAFİYASININ digər istiqamətlərdəki fəaliyyətinə nəzər salaq. Diqqətli oxucular xatırlayırsa, bir müddət əvvəl Azərbaycanın futbol üzrə milli komandasının 2010-cu il dünya çempionatının seçmə oyunları çərçivəsində son iki matçlarının nəticələrinin əvvəlcədən razılaşdırılması ehtimalları bir ara yerli mətbuatın səhifələrini bəzəmişdi. Yerli və Rusiya mətbuatında da yığma komandamızın Lixtenşteynə səfərdə qələbə qazanması (2:0), Rusiya ilə Bakıda heç-heçə (1:1) oynamasının çox şübhəli nəticələr olduğu haqda bilgilər yer almışdı. Həmin son iki oyunda komandamızın rəqiblərinin bilərəkdən zəif oynadığını isə hətta Rusiyanın ən məşhur idman şərhçiləri də qabartmaqdan çəkinmirdilər.

Iöhbət açdığımız şübhəli oyunlarla bağlı daha dəqiq və etibarlı yerdən şok məlumatlar elə bu günlərdə əlimizə keçib. Bəlli olur ki, həqiqətən mili komandamız Lixtenşteyn və Rusiya ilə oyunlarda əldə etdiyi nəticələri öz gücünə deyil, pulun hesabına qazanıb. Bizi məlumatlandıran isə adının çəkilməsini istəməyən Azərbaycanın ən məşhur futbolçularından, daha sonra məşqçilərindən biri, futbol təsərrüfatında böyük hörmət sahibi olan şəxsdir.

Əməkdaşımıza bilgi verən məşhur futbol adamı konkret faktlar da açıqlamaqdan çəkinmədi. Bildirdi ki, AFFA rəhbərliyi Lixtenşteyn üzərində qələbəyə görə hər oyunçuya 40 min manat (!) mükafat nəzərdə tutubmuş. Amma oyunçuların hərəsinə səfər qələbəsinin müqabilində cəmi 5 min manat çatıb. Hər futbolçunun mükafatından tutulan 35 min manat isə Lixtenşteynlə danışılan oyuna ötürülüb. Təbii ki, ilk baxışdan В«cırtdan ölkəВ»nin komandası ilə oyunda 40 min manat mükafatın ayrılması inandırıcı görünməyə bilər. Bunun səbəblərinə az sonra toxunacağıq.

Əməkdaşımızı məlumatlandıran futbol mütəxəssisi qeyd etdi ki, yığmamızın Rusiya ilə Bakıdakı oyununda da AFFA rəhbərliyi şəffaf oyuna yox, bağlı qapılar arxasında aparılan çirkli söhbətə üstünlük verib. Bakıdakı oyun ruslar üçün heç bir əhəmiyyət kəsb etmədiyindən AFFA öz çirkin əməlini həyata keçirərək Rusiya ilə matçın nəticəsini də böyük pullar hesabına əvvəlcədən razılaşdıra bilib.

Məşhur futbol adamı əməkdaşımıza izah edib ki, Rusiya və Lixtenşteynlə oyunun alınması AFFA prezidenti Rövnəq Abdullayevin dövlət başçısından gizli planı olub. Azərbaycan komandası dünya çempionatının seçmə mərhələsində biabırçı şəkildə çıxış etdiyindən İlham Əliyev AFFA prezidentinin işindən narazı qalıb: В«Prezident idman işini biləndir və bu sahəyə diqqət ayırır. Həm də büdcədən böyük pullar xərclənir. Rövnəq Abdullayev isə ona tapşırılan sahəni - futbolu batırıb. Üstəlik, burada ciddi maliyyə maxinasiyalarına, böyük yeyintilərə yol verir. Artıq danışılır ki, prezidentdə onun işi ilə bağlı ciddi narazılıq varВ».

Rövnəq Abdulayev isə son iki oyunda pulla nəticə qazanaraq dövlət başçısının yanında özünü təmizə çıxarmağa çalışıb. AFFA rəhbərinin söhbət açdığımız oyunların alınmasına konkret hansı məbləğdə para verdiyi barədə bizi məlumatlandıran futbol adamı məlumatsızdır: В«Rəqəm konkret deyil. Amma görünən odur ki, söhbət milyon dollarlardan gedirВ».

Bayaq toxunduğumuz 40 min manat məsələsinə gəlincə isə Rövnəq Abdullayev danışılan oyunların pulunu mükafat fondundan ayrılan paralarla ödəmək üçün ağlagəlməz В«premyaВ» müəyyənləşdirib və bu pulu dövlətdən məhz bu adla alıb. Bu yolla pullar daha rahat silinir, birincidən xəbərsiz çirkli işlər həyata keçirilir.

Bizi məlumatlandıran məşhur futbol adamı yığma komandanın almaniyalı baş məşqçisi Berti Foqtsa da müqavilədə nəzərdə tutulan qədər pul verilmədiyini söylədi. Belə ki, mətbuatdan gizli saxlanılan anlaşmada əcnəbi çalışdırıcının illik məvacibi 2 milyon avro civarındadır; amma Foqtsa bunun yalnız bir hissəsi verilir, qalan paralar isə ciblərə gedir.

Bakıda milli komandamızla yoldaşlıq oyunu keçirən İspaniya yığmasının da Rövnəq Abdullayevin ayırdığı milyonlar hesabına paytaxtımıza gəldiyi barədə də çox yazılıb. Hətta İspaniyanın ən məşhur idman nəşrləri də dünya reytinqində ilk yeri tutan milli komandalarının Bakıya ancaq cəlbedici pul müqabilində yollanmalarının mümkünlüyünü qabartmışdılar. Həmin vaxt Azərbaycan və İspaniya mətbuatı ulduzlar toplusundan ibarət ispanların Bakıya 1-2 milyon avro qarşılığında gəldiyini iddia etmişdilər. Amma ötən gün bizi bilgiləndirən futbol adamı ispanların Bakıda oynamağa razılıq vermələri üçün 7 milyon dollar aldıqlarını da əminliklə söylədi.

İspanların Bakıya gəlməsinin isə maraqlı bir tarixçəsi olub. Belə ki, Rövnəq Abdullayevin oğlu İngiltərənin В«LiverpulВ» klubunda oynayan ispan oyunçu Fernando Torresin azarkeşidir. Balaca Abdullayev atasından Torresi Bakıya gətirtməyi xahiş edib. Nəticədə ata oğlunun sözünü yerə salmayaraq 7 milyon dollar sayaraq İspaniya yığmasının tərkibində Torresi Bakıya gətizdirib. Bakıda 6:0 hesabı ilə İspaniyanın xeyrinə başa çatan oyundan sonra isə AFFA prezidentinin oğlu Torreslə söhbətləşib, şəkil çəkdirib. Bildirək ki, bu barədə o zamankı mətbuatda da müəyyən eyhamlar yer almışdı. Və bu barədə yazan qəzetlər bildirirdi ki, ARDNŞ prezidenti oğlunun bir arzusu üçün 7 milyondan vaz keçirsə, demək bu milyonlar heç də çətinliklə əldə olunmayıb. Axı, futbol mafiyası heç bir zaman və heç bir ölkədə çətinlik yaşamır. Elə bu mafiyanın əsas yuvalarından olan İtaliyada da bu belədir. Hətta İtaliyanın baş naziri Silvio Berluskoninin də sözügedən futbol mafiyası ilə əlaqələrinin olduğu faktdır.

Beləliklə, futbol təsərrüfatında onsuz da bərbad olan durum hörmətli Rövnəq müəllimin zəhməti sayəsində daha da bərbad, çirkli hala gəlmişdir. Azərbaycan futbolunu korrupsiya, yerliçilik, rüşvət başına götürüb. Cənab Abdullayev bu sahədən uzaqlaşdırılmayınca, nə futbol olacaq, nə də büdcədə pul qalacaq.

Bu arada, В«DünyaВ» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daha ilginc məlumatlar da daxil olub. Məlumatlı mənbələrin bildirdiklərindən belə aydın olur ki, ARDNŞ prezidenti bu günlərdə В«QalatasarayВ»ın məşhur futbolçusu Arda Turanın Azərbaycan klublarından biri tərəfindən alınması təklifini yerli klublarımızın rəhbərlərinə edib: В«Təbii ki, belə bir təklif yalnız arxasında ciddi maliyyənin dayandığı klublara edilə bilərdi. Təklif В«PalmaliВ» şirkətinin sponsorluğu ilə meydana çıxan В«Xəzər LənkəranВ» klubuna və Kəmaləddin Heydərovun oğlunun rəhbərlik etdiyi В«QəbələВ» futbol klubuna edilib. Amma heç bir klub Arda Turan üçün 10 milyon avronu saymaq istəməyib. Ona görə yox ki, həmin vəsaitin ödənməsi imkanları xaricindədir. Ona görə ki, Arda Turan Azərbaycanda oynamaq istəməz. Hər halda həm Taleh Heydərov və həm də Mübariz Mənsimli Rövnəq Abdullayevdən fərqli olaraq bu gerçəkliyi yaxşı başa düşüblərВ».

Murad TƏHMƏZOV DİA.AZ - AZƏRBAYCANIN FUTBOL MAFİYASININ GİZLİNLƏRİ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru