Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

“Babək Niftəliyev dövlət tədbirində gəlib Şəfiqə xanımın önünü kəsdi”
Tarix: 2-03-2026, 11:20 | Çap et

Əməkdar incəsənət xadimi Arif Əsədullayev və onun həyat yoldaşı, Xalq artisti Şəfiqə Eyvazova. Onların adları Azərbaycan cəmiyyətinə, xüsusi ilə də sənətsevərlərə yaxşı tanışdır. Hər ikisi tanınmış kamança ustasıdır, bir zamanlar efirlərdə tez-tez görünərdilər.

Bu dəfə tanınmış kamança ustası, Əməkdar incəsənət xadimi, professor A.Əsədullayevlə söhbətləşdik. Həyatının 59 ilini sənətə həsr etmiş ustadan musiqi, yaradıcılıq və sənət adamlarına verilən dəyər barədə danışmasını istədik. Söhbətimizdə Arif müəllim həm öz təcrübəsini paylaşdı, sənətin indiki durumuna toxundu, həm də Mədəniyyət Nazirliyindən gileyləndi

.“Yeni Sabah” Arif Əsədullayevlə müsahibəni təqdim edir:

- Bir müddət əvvəl mədəniyyət naziri Adil Kərimlinin qəbulunda olmusunuz. Qəbula getməyiniz nə ilə bağlı idi?

- Mən çoxdan mədəniyyət nazirinin qəbuluna düşmək istəyirdim. İllər əvvəl keçmiş nazirlə görüşmüşdüm. İndi isə təxminən 1 saat 15 dəqiqə orada oldum. Azərbaycanda musiqi mədəniyyətinin inkişafı üçün bir çox məsələlərə toxunduq. Həm mən razı qaldım, həm də qarşı tərəf. Hətta o, işçilərinə tapşırdı ki, problemlər həll edilsin, tez bir zamanda yenidən görüş təşkil etsinlər. Çünki mən gələcəkdə mədəniyyətimizin inkişafına xeyir verəcək işlər görmək istəyirəm.

- Nazirdən nəsə xahişiniz vardı?

- Əvvəla qeyd edim ki, indiyə qədər gördüyüm işlərdə heç bir dəstək almamışam. Yazdığım kitabları heç bir şəxs, idarə və ya nazirlik çap etmədi, hamısını öz hesabıma çap etdirmişəm. Ona görə də mənim dilim uzundur.

Bu gün kimin ağlına nə gəlirsə, onu ifa edir, amma düzgün variantı göstərəcək bir mənbə, işarə yoxdur. Mən isə muğamları tədris proqramına uyğun olaraq yazıb çap etdim. Bu işə 7-8 il vaxtım getdi. Mənə heç kim təşəkkür bildirmədi.

Daha sonra mən Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında işlədim. Əməkdar incəsənət xadimi adını aldım.

2017-ci ildə kafedra müdirimiz, Xalq artisti Ramiz Zöhrabov vəfat etdi, yerinə başqa adam gəldi. O da dələduzun biridir. Başladı ki, digər müəllimlərin dərs saatları çatmır, dərs yükü düzəlmir. Bu bəhanələrlə 49 ildən sonra mənim dediyim dərsləri əlimdən alındı və başqa birinə verdi. Mən isə professor-konsultant vəzifəsinə keçirildim və maaşım da aşağı düşdü. 4 il elmi laboratoriyada işlədim, kitablar yazdım və nağıl yox, ciddi elmi əsərlər yaratdım. Hazırladığım nəşrlər tar və kamança alətləri haqqındadır. Kitablarda bu alətlərin yaranma tarixi, səsi və təsir xüsusiyyətləri ətraflı izah olunub. Ümumilikdə, iki kitab birlikdə 830-840 səhifəyə yaxındır.

- Bu kitabların çapına nazirlik yardım etmişdi?

- Xeyr, bütün kitabları öz hesabıma çap etdirdim, heç kim kömək göstərmədi. Nazirliyə də demişdim ki, muğamları yazmışam, bunu xalqım üçün etmişəm, öz atam-anam üçün yox. Bizim mədəniyyətimizin çox övladları var, amma onları qoruyan yoxdur. Bəlkə 80%-i artıq dünyasını dəyişib. Ona görə mən muğamları yazdım və kitabları çap etdim.

Mən ifaçıyam, ansamblda çalışmışam. Bu yaxınlarda bir neçə dəfə Mədəniyyət Nazirliyinə müraciət etdim ki, nazirlə görüşüm. Çox problemlərimiz var. İndiyə qədər özüm üçün heç nə istəməmişəm, indi də istəmirəm. 77 yaşım tamam olur. Bu gün varam, sabah yoxam, heç kəsə sabahına zəmanət yoxdur. Allah can sağlığı versin, nə qədər imkanım var yaşayım.

- Arif bəy həyat yoldaşınız Xalq artisti Şəfiqə Eyvazova da sənətçidir. O da sizin kimi Mədəniyyət Nazirliyindən narazıdır?

- Xalq artisti Şəfiqə xanım Eyvazova 79 yaşındadır, sabah-birigün 80 yaşı olacaq. 60 yaşından bəri deyirlər ki, ona təqaüd veriləcək, amma hələ də vermirlər. O, Bakı Musiqi Akademiyasında işləyib, professor adı alıb, lakin sənədlərlə bağlı problemlər yaranıb. 2016-2017-ci illərdə professorluğu təsdiqlənsə də, bu günə qədər lazımi diqqət göstərilmir. Şəfiqə xanım uzun illər Əməkdar artist, sonra Xalq artisti olub, kitabları var, böyük sənət yolu keçib. Buna baxmayaraq, tədbirlərə dəvət olunmur, qadınlara həsr olunan tədbirlərdə belə adı çəkilmir. Qızım Mehriban kamança ifaçısıdır, illərdir ki, çalışır, beynəlxalq festivallara dəvət alır, Türkiyədə, Almaniyada, Fransada konsertlər verir. Dünya musiqisinə geniş baxışı var, müxtəlif xalqların musiqisini ifa edir. Amma Azərbaycanda ona lazımi diqqət göstərilmir, ölkə daxilində demək olar ki, tədbirlərə dəvət olunmur. Biz dəfələrlə müraciət etmişik ki, sənət adamlarına dəstək olsunlar, xarici səfərlərə göndərsinlər. Bəzi festivallara dəvət alanda xərclərin çoxunu öz hesabımıza ödəmişik. Bir dəfə tam, başqa dəfə yarısını biz, yarısını nazirlik qarşılayıb. Sonrakı dəvətlərdə isə imkan olmadığından gedə bilməmişik. Biz istəyirik ki, sənət adamlarına diqqət və dəstək olsun, onların zəhməti qiymətləndirilsin. Əgər biz öz hesabımıza xaricdə tədbirlərə gedəcəyiksə, onda Mədəniyyət Nazirliyi niyə var?! Ancaq sənədlərə qol çəkmək üçünmü vəzifədə oturublar?!

- Nazirlə görüşdən əsas gözləntiniz nə idi?

- Məsələn, Özbəkistanda Azərbaycan günləri keçirildi. Deyirlər ki, bu cür tədbirlər xalqlarımızın əlaqələrini daha da möhkəmləndirir. Jurnalistlər də gedir, konsertlər təşkil olunur. Amma bəzən elə qəribə vəziyyətlər yaranır ki, adam çaşır. Biz orada iştirak etmədik. Mən Azərbaycan dilində iki kitab yazıb çap etdirmişəm, hərəsindən 100 nüsxə. İstəyirdim ki, bunlar dünyaya yayılsın, bilinsin ki, kamança da, tar da bizim milli musiqi alətlərimizdir. Nazirliyə müraciət etdim ki, kitabları ingilis dilinə tərcümə edib çap etməkdə kömək etsinlər. Dedilər ki, buna imkanımız yoxdur, tərcümə və çap xərcləri çoxdur. Mən isə bütün bunları öz maaşımdan, öz zəhmətimlə etmişəm. Mətbəəyə özüm müraciət edirəm, öz cibimdən ödəyirəm. Bu qədər zəhmətdən sonra sənət adamlarına belə münasibət doğru deyil. Sənət adamları çox həssas olur. Bəziləri sənətə yalnız pul qazanmaq üçün gəlir, amma həqiqi sənətkarlar sənət üçün yaşayır. Mən illərlə müsabiqələrdə iştirak etmişəm, yüzlərlə tələbəyə qulaq asmışam, amma demək olar ki, heç bir maddi dəstək görməmişəm. Xarici ölkələrdə çıxış edəndə isə insanlar bu musiqini böyük maraq və hörmətlə qarşılayırlar. Hətta bir konsertdən sonra bir qadının ağladığını gördüm. Hesab edirəm ki, belə haqsızlıq olmamalıdır. Əgər mən bu kitabları tərcümə edib dünyaya yayacağamsa, bunu öz adımdan yox, Azərbaycanın adı ilə etmək istəyirəm. Çünki bu, şəxsi məsələ deyil, milli mədəniyyət məsələsidir.

- Kitabla bağlı dəstək istəyəndə nazirliyin cavabı nə oldu?

- Məndən soruşdular ki, “nə istəyirsiniz?” Dedim mənə heç nə lazım deyil. Artıq 77 yaşındayam, bu günə kimi bir abbası da istəməmişəm. Bu yaşa qədər bir çox müsabiqələrdə sədr olmuşam, müxtəlif heyətlərdə iştirak etmişəm. 500-600 tələbəyə qulaq asmışam, amma bunun qarşılığında mənə simvolik bir məbləğ veriblər. Demək olar ki, bütün bunları cüzi qonorarla etmişəm.

Bir vaxt məndən xahiş etdilər ki, Moskvadakı nümayəndələr üçün muğam notlarını verim və kitabımın müəllifliyindən imtina edim. Üstəlik şəxsiyyət vəsiqəmin surətini istədilər, yaxşı bir avadanlıq və böyük məbləğ vəd etdilər ki, ömrümün axırına qədər maddi təminatım olsun. Mən isə dedim ki, bu Azərbaycan mədəniyyətinə hörmətsizlikdir, imtina etdim. Dedim mən yazdığım əsəri başqa adla çap etdirə bilmərəm. İmkanım çatsa, özüm çap etdirərəm, çatmasa da bu yola getmərəm. Əvvəllər bir maaşla dolanmaq çətin olduğuna görə 3-4 yerdə işləyirdim. İndi isə bütün saatlarımı alıblar, yalnız bir yerdə - elmi laboratoriyada işləyirəm. Başım işə qarışsın deyə çalışıram, amma bu münasibət sənət adamına hörmətsizlikdir. Sənət adamları çox həssas olur, bəziləri sənətə yalnız qazanc üçün gəlir. Həqiqi sənət isə zəhmət və fədakarlıq tələb edir.

Tələbələrim arasında çox istedadlı gənclər olub. Bəziləri elmi dərəcə alsa da, iş tapa bilmir. Mən özüm bəzi musiqi məktəblərindən çıxıb yerimə tələbələrimi qoymuşam ki, işsiz qalmasınlar. Amma yenə də haqsızlıqlar davam edir.

2010-cu ildə konsertlər təşkil olunub, sonrakı illərdə də öz hesabıma zal icarəyə götürmüşəm, orkestr dəvət etmişəm. Bütün bunları şəxsi imkanlarımla etmişəm.

Yazdığım kitabları ingilis dilinə tərcümə etdirmək istəyirdim, amma buna büdcələrinin olmadığını bildirdilər.

- Nazirin qəbuluna düşmək üçün çox gözləməli oldunuz?

- Mən dəfələrlə müraciət etmişəm, lakin qəbula düşmək çətindir. Müraciət edirsən, gah deyirlər nazir səfərdədir, gah deyirlər başqa yerdədir, tədbirdədir, kabinetində yoxdur və s. Belə münasibət doğru deyil. 1967-ci ildən bu yana mədəniyyət sahəsində çalışıram və bu sənətin içində baş verən çox hadisələrin canlı şahidi olmuşam. Ömrünü sənətə həsr edən insanların bu gün lazımi dəyəri görməməsi məni çox narahat edir. Vaxtilə çox hörmətli və tanınmış sənətkar olan Şəfiqə Eyvazovanın necə böyük nüfuza malik olduğunu öz gözlərimlə görmüşəm. Həmin illərdə o, xarici ölkələrdə çıxış edir, ölkəmizi layiqincə təmsil edirdi. Ona göstərilən hörmət də, münasibət də tamam başqa idi.

- Şəfiqə xanımla sizi tədbirlərində az-az görürük. Getməkdən imtina edirsiniz, ya necə?

- Son vaxtlar bir çox tədbirlərdə ədalətsizliklərlə üzləşirik. Bir tədbirdə bizi kənarda oturtdular, əsas yerləri isə bu sənətdə yeni olanlara verdilər. Halbuki biz ömrümüzü Azərbaycan mədəniyyətinə xidmətə sərf etmiş insanlarıq. Bu münasibəti qəbul etmək çətindir. Bu gün gənclər qısa zamanda yüksək mükafatlar, təqaüdlər alırlar, alsınlar, buna etirazım yoxdur. Amma illərlə xidmət göstərmiş sənətkarların unudulması haqsızlıqdır. Əmək, zəhmət, səhnəyə verilən ömür qiymətləndirilməlidir. Mən bu sahədə onilliklər boyu çalışmışam, bir çox böyük sənətkarlarla eyni səhnəni bölüşmüşəm. Bu gün həmin insanların çoxu həyatda yoxdur, gördüklərimizi, bildiklərimizi danışan az qalıb. Ona görə hesab edirəm ki, sənətə və sənətkara münasibətdə hörmət qorunmalıdır. Ağdamda Prezidentin də iştirak etdiyi tədbir vardı, mən və Şəfiqə Eyvazova da iştirak edirdik. Bir xanəndə var Babək Niftəliyev adında. Prezident gələndə gəldi dayandı Şəfiqə xanımın qarşısında. Bu şəxslərə tərbiyə bu cür verilib?! Buna baxmayaraq, o Əməkdar artistdir! Bu gün yerindən durana Əməkdar artist, Xalq artisti adı verirlər, hamısına ev verirlər. Şəfiqə xanıma ev verdilər, Heydər məscidinin yanında. Amma digər sənət adamları hamısı şəhərin mərkəzində ev alır. Dərdini kimə deyəsən? Heç kəs yiyə durmur! Hər kəs öz qazancını, öz kreslosunu düşünür.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru