ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                     Tramp İranı təhdid edib: .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var .....                     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                     Kremldən “qazlı” ZƏRBƏ .....                     AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                     Əlixan Rəcəbov necə uğursuz oldu? .....                     İranda nizam dəyişdi .....                     Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                 

“Bu 30 ildə nə mən, nə də həyat yoldaşım heç kimdən nəsə tələb etməmişik...”
Tarix: 27-05-2023, 06:54 | Çap et
“Bu 30 ildə nə mən, nə də həyat yoldaşım heç kimdən nəsə tələb etməmişik...”
“Şövkət xanım artıq 30 ildir ki, haqq dünyasındadır. 30 ildə heç vaxt nə mən, nə də ki, yoldaşım heç kimdən nəsə tələb etməmişik. Düzdür, mənim hüququm çatmır, amma yoldaşımın buna hüququ çatır. Şövkət xanımın diskləri çıxıb, hansısa şirkətlər onu buraxıb, Lətif Səfərovun filmləri özəl telekanallarda nümayiş etdirilib, biz heç vaxt kiməsə olmaz sözünü deməmişik. Bir şirkət var, bütün bu hüquqları onlar qoruyurlar və özləri müqavilə bağlayıblar ki, Şövkət xanımın mahnıları, Lətif Səfərovun filmləri icazəsiz istifadə olunarsa, sərt reaksiya verəcəklər. Hüquq varsa, onlar artıq özləri bilirlər ki, necə addım atmaq lazımdır. Mən dəfələrlə görmüşəm ki, kimsə kiminsə haqqını tapdalayır, amma qanun var, hər şey qanun çərçivəsində həll olunmalıdır. Şövkət xanım elə Şövkət xanımdır, onun mahnıları radiolarda səsləndirilir, televiziya kanallarında sevə-sevə dinlənilir. Şövkət xanım Azərbaycanın görkəmli sənətkarıdır, xalq tərəfindən sevilən xanım ifaçısıdır. Bütün dünyada bu hüquqlar var. Heç kim icazəsiz hansısa video materialı istifadə edə bilmir. Musiqi məktəbinin direktoru olduğum üçün bunlarla daha tez-tez rastlaşıram. Bizim şagirdlər hansısa dünya bəstəkarlarının musiqi əsərini ifa edib, yutub sosial şəbəkəsində yükləyəndə dərhal orada yazılır ki, siz müəllif hüquqlarını pozmusunuz. Həmin dəqiqə materialı silirlər”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova “Tərzi” serialından Fizuli kantatası istifadə olunan səhnənin yutubdan sildirilməsindən danışarkən deyib.

“Şövkət xanım çox təvazökar, gözəl insan idi. İnanın, heç vaxt o belə şeylərə reaksiya verməzdi, mənə elə gəlir ki, deyərdi ki, “nə gözəl, nə yaxşı”. Ancaq alqışlayardı. Heç vaxt nəsə tələb etməzdi. Mənim yadımdadır ki, biz evdə oturmuşduq, hansısa kanalda Vasif Adıgözəlovun “Bakı haqqında” mahnısını Xuraman Qasımova ifa edirdi. Şövkət xanım dərhal ona zəng edib dedi ki, “qızım, nə gözəl ifa etdin, mən sənə çox sağ ol demək istəyirəm ki, sən bu mahnını yaşadırsan”. Şövkət xanım başqa bir xanım idi. Ona bəstəkarlar mahnı gətirirdilər ki, “Şövkət xanım, siz oxuyun”. O istəyərdi ki, həmin mahnını öz tələbələri, yaxın sənətçi dostları ifa etsin. Emin Sabitoğlu “Alagöz” mahnısını Şövkət xanına göstərəndə, o dərhal dedi ki, “Bu mahnını Akif İslamzadə çox gözəl oxuyar”. Vasif Adıgözəlov “Təkcə səndən xoşum gəlir” adlı mahnı gətirmişdi Şövkət xanıma. Yenə də o Akif İslamzadəni məsləhət gördü. Tofiq Quliyev “Lay-lay” mahnısını gətirəndə Şövkət xanım dedi ki, “mən istərdim ki, bu mahnını mənim tələbəm Aybəniz Haşımova oxusun”. Aybəniz xanım o vaxt 9-10-cu sinifdə oxuyardı. O belə bir xanım idi” deyə sənətkarın gəlini bildirib.

Gülnarə Səfərova ümummilli lider Heydər Əliyevin Şövkət xanıma olan diqqətindən, qayğısından da danışıb.

“Ümummilli lider Heydər Əliyev mədəniyyətə çox böyük qayğı göstərirdi. Bilirsiniz ki, məhz ulu öndərin tapşırığı ilə Şövkət xanım bölgələri gəzərək, istedadlı uşaqları arayıb-axtarıb, üzə çıxarırdılar. Şövkət xanım, Niyazi, Tofiq Quliyev qarış-qarış gəzərək, istedadlı uşaqları seçirdilər və Bakıya gətirib, Bülbül adına məktəbdə, Asəf Zeynallı adına orta ixtisas məktəbində, Konservatoriyada təhsil verirdilər. Bu ciddi və məsuliyyətli işi o Şövkət xanıma həvalə etmişdi. Şövkət xanım 1993-cü ildə dünyasını dəyişdi və 10 ildə nə onun barelyeti yaşadığı mənzilin önünə vuruldu, nə adına bir küçə, bir məktəb verildi.10 il biz heç nə edə bilməmişdik. Heydər Əliyev hakimiyyətə gələn kimi Şövkət xanımın 80 illik yubileyində qərar verdi və Şövkət xanımın yaşadığı binada barelyef açdılar, adı mərkəzi küçələrdən birinə verildi, 20 nömrəli 11 illik musiqi məktəbi Şövkət xanımın adını daşımağa başladı. 80 illik yubileyində böyük bir bayram keçirildi. Bütün Azərbaycan Şövkət xanımın yubileyini qeyd edirdi. 90-100 illik yubileyləri də cənab prezident İlham Əliyevin tapşırığı ilə keçirildi. Bu Şövkət xanımın sənətinə böyük diqqət və qayğıdır. Azərbaycan xalqı onu hər zaman sevib, sevir və sevəcək” deyə Gülnarə Səfərova deyib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru