Əbülfəs Qarayev Xaçmazdakı adamını özbaşına buraxıb?.. - Nəzarətsizlik...
Tarix: 22-07-2015, 10:59 | Çap et
 Mərkəzi kitabxananın müdiri Azad Əlifxanovun himayədarı kimdir? Ölkənin zəngin turizm imkanlarına malik olan rayonlarından sayılan Xaçmazda yerləşən tarixi memarlıq, eləcə də maddi-mədəni abidələrin mühafizəsi lazımi səviyyədə təşkil olunmur. Bununla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev üzərinə düşən işin öhdəsindən gəlməyi bacarmır. Elə bu səbəbdən də adıçəkilən qurumun fəaliyyəti rayon sakinləri tərəfindən ciddi tənqidlə qarşılanır. Hazırda Xaçmaz rayonunda 13 mədəniyyət evi, 102 kitabxana, 44 klub, 3 musiqi məktəbi, mədəniyyət və istirahət parkının fəaliyyət göstərdiyini deyən məlumatlı şəxs bildirir ki, əksər tarixi abidələr baxımsızlıq ucbatından məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb: "Nəzərinizə çatdırım ki, Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin şəbəkəsi geniş olsa da, Nazim Ağayev mədəniyyət obyektlərinin bir hissəsinə lazımi səviyyədə diqqət ayırmır. Bu səbəbdən də əksər mədəniyyət abidələrinin vəziyyəti ürəkaçan deyil. Belə ki, o, rayonun mərkəzində yerləşən mədəniyyət evləri və kitabxanalarda bir sıra təmir işləri aparmaqla vəzifəsini bitmiş hesab edir. Bunun nəticəsində ayrı-ayrı kəndlərdə yerləşən klublar unudulub. Deyilənlərə görə, Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdindəki mədəniyyət obyektlərinin bir çoxu yalnız sənəd üzərindədir. Yəni həmin müəssisələrin çoxu formal olaraq fəaliyyət göstərir. Belə ki, rəsmi olaraq onların adları Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin siyahısında qeyd olunur, lakin özləri demək olar ki, gözə dəymirlər. Əgər müvafiq qurumlar bununla bağlı geniş və obyektiv araşdırma aparsalar, o zaman bir çox mətləblərə aydınlıq gətirilə bilər". Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Kitabxanada da vəziyyətin ürəkaçan olmadığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, kitabxananın müdiri Azad Əlifxanov tabeliyində olan qurumu sanki şəxsi obyekti kimi idarə edir: "Xaçmaz Rayon Mərkəzi Kitabxanasının müdiri həyata keçirdiyi bir sıra "əməliyyat"lar sayəsində rayonun ən imkanlı şəxsləri sırasında qərarlaşıb. Deyilənlərə görə, Azad Əlifxanov mərkəzi kitabxananın balansında olan kənd kitabxanalarının hesabına hər ay külli miqdarda qazanc əldə edir. Nəzərinizə çatdırım ki, Azad Əlifxanovun əsas himayədarı Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayevdir. Məhz elə bu səbəbdən də mərkəzi kitabxananın müdiri 80-ə yaxın diplomu olmayan işçini müəyyən "şərt"lər qarşılığında kənd kitabxanalarına işə götürsə də, buna görə heç kimə ona irad tutmağa cəsarət etmir. Çünki Azad Əlifxanov çətinə düşən kimi Nazim Ağayevin yardımına baş vurur. Bundan başqa, kitabxana müdirinin əsas gəlir mənbəyi kitabxanalarda işləyən işçilərin əməkhaqlarından hər ay 20-30 manat kəsməsidir. İşçilər buna görə narazılıq etsələr də, Azad Əlifxanov onları sakitləşdirmək üçün özünəməxsus üsula əl atır. Belə ki, əgər kimsə onun əməllərindən narazılıq edərsə, o zaman kitabxana müdiri həmin işçinin ali təhsilinin olmamasını bəhanə gətirərək işindən azad edir". Bundan başqa, məlumatlı şəxs bildirir ki, Azad Əlifxanov Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayevin dəstəyi ilə hər ay onlarla işçiyə yardım yazdıraraq həmin vəsaitin təyinatdankənar istiqamətlərə xərclənməsinə şərait yaradır: "Hələ bu, harasıdır. Deyilənlərə görə, Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin sifarişi ilə həyata keçirilən tenderlərə Nazim Ağayevə yaxın olan şirkətlər cəlb edilir və sonda məhz onlar qalib elan olunur. Bir sözlə, Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsində ciddi pozuntular, neqativ hallar olduğundan rayon sakinləri adıçəkilən qurumda yoxlamaların aparılmasını, işinə səhlənkar yanaşan şəxslərin qanuna müvafiq formada cəzalandırılmalarını tələb edirlər. Qeyd edək ki, artıq mədəniyyət şöbəsində yaşanan neqativ hallar bu sahədə çalışan şəxslərin də narazılığına səbəb olur. Odur ki, aidiyyəti orqanlar tez bir zamanda Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsində ciddi yoxlamalar aparsalar yerinə düşər". \\gundelik-baku.cim\\ Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
| • Kardioloq: “Mingəçevir Mərkəzi Xəstəxanası həkimlərin başına oyun açır – Video
Bu gün, 12:46 |
|
|
|
| • Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39 |
|
|
|
| • Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35 |
|
|
|
| • Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30 |
|
|
|
| • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27 |
|
|
|
| • Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24 |
|
|
|
| • Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13 |
|
|
|
| • Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08 |
|
|
|
| • Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02 |
|
|
|
| • Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58 |
|
|
|
| • Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55 |
|
|
|
| • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51 |
|
|
|
| • Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
| • Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44 |
|
|
|
| • Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39 |
|
|
|
| • Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32 |
|
|
|
| • Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23 |
|
|
|
| • MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22 |
|
|
|
| • Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13 |
|
|
|
| • Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12 |
|
|
|
| • Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11 |
|
|
|
| • “PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
| • Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04 |
|
|
|
| • Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02 |
|
|
|
| • Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01 |
|
|
|
| • “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48 |
|
|
|
| • "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47 |
|
|
|
| • Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42 |
|
|
|
| • Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30 |
|
|
|
| • Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23 |
|
|
|
| • Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14 |
|
|
|
| • Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10 |
|
|
|
| • Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05 |
|
|
|
| • Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03 |
|
|
|
| • İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54 |
|
|
|
| • TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53 |
|
|
|
| • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42 |
|
|
|
| • “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35 |
|
|
|
| • İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20 |
|
|
|
| • ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15 |
|
|
|
| • Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11 |
|
|
|
| • İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09 |
|
|
|
| • Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05 |
|
|
|
| • Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03 |
|
|
|
| • Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01 |
|
|
|
| • "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50 |
|
|
|
| • Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40 |
|
|
|
| • Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20 |
|
|
|
|