Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                     Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb .....                     Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir .....                     Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm .....                     Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? .....                     Nazir aparat rəhbəri və müşavir təyin etdi .....                     “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                     Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                     Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                 

Tikə bilməyəcəkdilər, niyə sökürdülər? - Naxçıvanda bu kəndin şagirdləri yenə məktəbsiz qaldı
Tarix: 14-09-2024, 09:42 | Çap et
 Tikə bilməyəcəkdilər, niyə sökürdülər?
2023-cü ilin iyul ayında Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yerləşən 252 yerlik Hacıvar kənd tam orta məktəbinin yeni inşa olunan binası sökülüb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli həmin vaxt Naxçıvan şəhərində sakinlərlə görüşündə bildirib ki, Hacıvar kənd tam orta məktəbi yeni inşa olunmasına baxmayaraq, layihəsi tamamilə yararsızdır.

Texniki-tikinti normalarının kobud şəkildə pozulduğunu, bu səbəbdən də binanın söküldüyünü bildirən səlahiyyətli nümayəndə tezliklə müasir üslubda yeni məktəb binasının inşa olunacağını bəyan edib.

Bu binanın niyə yarasız olduğu, hansı zərurətdən irəli gələrək söküldüyü indiyədək açıqlanmayıb. Fuad Nəcəflinin nəyə əsaslanaraq belə fikirlər sələndirdiyi də məlum deyil. Bu, məsələnin başqa tərəfidir və biz çox da dərinə getmək istəmirik.

Maraqlıdır ki, binanın sökülməsindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də yeni bina inşa olunmayıb.

Bu ilin aprel ayında Hacıvar kənd tam orta məktəbinin binasının tikintisi ilə bağlı bir sıra problemlər ortaya çıxdı.

Məlum oldu ki, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqlı olaraq Babək rayon Hacıvar kənd tam orta məktəbi binasının tikilməsi ilə bağlı keçirilən tender müsabiqəsinin nəticəsi ləğv edilib.

Həmin vaxt Dövlət Xidmətindən TNS-in sorğusuna cavab olaraq bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikası Babək rayonu Hacıvar kənd 456 şagird yerlik tam orta məktəbin tikintisi işləri”nin satın alınması məqsədilə elektron satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurunun nəticəsinə dair Dövlət Xidmətinə təqdim olunmuş yekun protokol 2024-cü il 1 yanvar tarixinədək qüvvədə olmuş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 dekabr tarixli 245-IIQ nömrəli Qanununa əsasən təhlil edilərkən prosedur pozuntuları aşkar edildiyindən sözü gedən müsabiqənin nəticəsinin ləğv olunması məqsədə müvafiq hesab edilib.

TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, bu işin yerinə yetirilməsi üçün daha aşağı qiymət təklifi verən şirkətlərin olmasına baxmayaraq, Təhsil Nazirliyi ən yüksək qiymət təklifi verən şirkəti - “Construction Business Group” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib. Bu məktəb bunasının tikintisini 3 milyon 100 min, 3 milyon 300 min, 3 milyon 700 min manata həyata keçirməyi öhdəsinə götürən şirkətlər tender müsabiqəsində iştirak ediblər. Ancaq Təhsil Nazirliyi 4 milyon 472 min manat qiymət təklifi verən şirkəti seçib. Halbuki tenderin keçirilməsində məqsəd daha keyfiyyətli iş görən, daha aşağı qiymət təklifi verən şirkətlərin müəyyənləşdirilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə olunmasıdır.

Tender müsabiqəsinin nəticəsinin ləğv edilməsinə baxmayaraq, Naxçıvanın Təhsil Nazirliyi qalib elan etdiyi şirkətlə müqavilə bağlayıb, ayrılan vəsaitin bir hissəsi həmin şirkətin hesabına köçürülüb.

Ancaq yenə də məktəb binasını tikə bilməyiblər. Hacıvar kəndinin şagirdləri ötən il olduğu kimi, bu tədris ilində də qonşu Şəkərabad kəndinin məktəbinə gedəcəklər.

Nazirliyin qalib elan etdiyi şikətin texniki imkanları bu məktəb binasını inşa etməyə imkan vermir.

 Tikə bilməyəcəkdilər, niyə sökürdülər?

TNS-in məktəb binasının tikiləcəyi ərazidə olan əməkdaşı öyərənib ki, şirkət yerli subpodratçıların xidmətindən istifadə edir. Binanın özülünün qazılmasını və beton işlərini yerli tikinti şirkəti həyata keçirir. Halbuki yerli şirkət binanın tikintisini öz üzərinə götürə, inşaat işlərini keyfiyyətlə yerinə yetirə bilərdi, beləliklə, dövlət büdcəsinə xeyli qənaət olunardı. Görünür, kimlərinsə maraqları buna imkan verməyib.

Hacıvar kəndinin sakinlərini bu maraqlar düşündürmür. Onların tək istədiyi tezliklə məktəb binasının tikilməsidir.

Tikinti işləri başlanılan ərazidə əməkdaşımızla söhbətləşən kənd sakininin sualını Naxçıvanın səlahiyyət sahiblərinə yönəldirik: “Yeni məktəb binası tikə bilməyəcəkdilərsə, gül kimi binamızı niyə sökürdülər?”

Fikrimizcə, Naxçıvan rəhbərliyi həm bu sual, həm də kənd sakininin sonda dediyi bir fikir barədə ciddi düşünməlidir: “İki ilə bir binanı tikə bilməyənlərin Naxçıvanda geniş tikinti-quruculuq işləri aparılacağını bəyan etməsi gülüncdür”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru