Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                 

İki dövlət qurumu bir femerin dərdinə dərman tapa bilmir - GİLEY
Tarix: 27-02-2020, 09:17 | Çap et
İki dövlət qurumu bir femerin dərdinə dərman tapa bilmir
Abşeron rayonu Xanqulu otlaq sahəsində fermer təsərrüfatı ilə məşğul olan Seyran Kərimov heyvanlar arasında naməlum xəstəliyin yayıldığını iddia edir.

Sputnik Azərbaycan-a müraciət edən fermer açıqlamasında bildirib ki, onun təsərrüfatında bu problem 2019-cu ilin noyabrında başlayıb. Heyvanları kütləvi şəkildə öldüyünə görə fermer Kənd Təsərrüfatı Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə və aidiyyəti qurumlara müraciət edib.

"Atam 1959-cu ildən bu işlə məşğul olub. Biz hər il dövlətə 50-60 ton ət veririk. Noyabrda təsərrüfatda xəstəlik yarandı. Mən cəsədlərdən birini götürüb Quba Regional Baytarlıq İdarəsinə apardım. Bir neçə gün sonra bizə bildirildi ki, heyvanlarda pasterellyoz xəstəliyi aşkar edilib. Bundan sonra mən Abşeron Baytarlıq İdarəsinə müraciət etdim. İdarə yoxlanılması üçün cəsədlərdən Qida Təhlükəsizliyi Agentliyinə verdi. On gündən sonra cavab gəldi ki, heyvanlarda pasterellyoz xəstəliyi var. Hər diaqnozdan sonra təyin edilən dərmanları alaraq heyvanlara verirdik".

İki dövlət qurumu bir femerin dərdinə dərman tapa bilmir

S.Kərimov qeyd edir ki, ancaq xəstəlik kəskinləşir, ara vermirdi.

Sonra fermer yenidən Qida Təhlükəsizliyi Agentliyinə müraciət edir. Və bu dəfə heyvanlara bradzot xəstəliyi diaqnozu qoyulur:

"Hər gün heyvanlarım qırılır. Dəfələrlə AQTA-ya müraciət etmişəm. Sonuncu dəfə qeyd etdilər ki, heyvanların qanında zəhərlənmə aşkar edilib. Mənim hər gün heyvanlarım ölür, amma Azərbaycan baytarları onlara diaqnoz qoya bilmirlər. Noyabrın 15-dən bu günə qədər 751 heyvanım ölüb. Bu günə qədər dərmanlara 7-8 min manat pul xərcləmişəm. Mənim təsərrüfatıma gələn qurumlar heyvanlarımın ölməsini aktlaşdırmırlar. Bu günə kimi bir neçə akt əldə edə bilmişəm. O da heyvanların az öldüyü günlərdə olub. Başqa günlərdə mən akt ala bilməmişəm".
Fermer iddia edir ki, ötən il digər yataqlarda da belə hadisələr baş verib, amma işıqlandırılmayıb.

Sputnik Azərbaycan məsələ ilə bağlı Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova ilə danışıb.

S.Rüstəmova qeyd edib ki, institutun alimləri ərazidə olub, oradan material gətiriblər və heç bir xəstəlik aşkar edilməyib: "İkinci dəfə fevralın 13-də cəsəd göndəriblər, boynu kəsik olub. Heyvan tam qansızlaşıb. Buna baxmayaraq, yarma aparılıb. Heyvanın daxili orqanlarında heç bir patoloji dəyişikliyə, heç bir infeksiyaya rast gəlməmişik. Biz fermerə sual verəndə ki "heyvanın başını niyə kəsmisən?", o cavab verib ki, "murdar olmaması üçün". Biz yenidən cəsəd göndərməsini tələb etdik. O bizə 1 saat sonra bir ana və iki birgünlük quzu cəsədi göndərdi. Bu, infeksiyadırsa, birgünlük quzuda ola bilməz. Eyni qaydada birgünlük quzunu da yardılar, içi təmiz çıxdı. Quzunun qarnında yalnız ana südü var idi. Ana qoyunun boğazında deşilmiş izlər müşahidə edilirdi".

Siyalə Rüstəmovanın sözlərinə görə, fermer iddia edir ki, guya heyvanın boğazında damar partlayır və bu qan o qədər güclüdür ki, vurub dərini partladır.

"Baytarlıq elmində belə bir xəstəlik yoxdur. Bəli, dekabrın əvvəlində həmin təsərrüfatda xəstəlik olub. Xəstəliyin diaqnozu yanvarın 7-də verilib. Lakin o vaxta qədər həkimlər yarma işi aparıb və müəyyən ediblər ki, təsərrüfatda bradzot xəstəliyi var. Rayonun baş həkiminin tərtib etdiyi sənədə əsasən, 13 baş heyvan tələf olub. Həkimlər xəstəliyə görə təsərrüfatda peyvəndləmə işləri aparırlar. Və 10 gün ərzində, yəni maksimal immunitet yaranana qədər, 1-2 heyvan tələf olub. 10 gündən sonra xəstəlik tamamilə dayanır və ölüm hadisələri baş vermir. Bir müddətdən sonra bu insan yenə bizə müraciət edir. Həkimlərimiz gedib onun təsərrüfatına baxırlar. Gedib görürlər ki, 30-40 dəri yığılıb üst-üstə, boğaz hissəsində kəsiklər var. Bizim gördüyümüz bu olub, bu insan isə deyir ki, 750 baş heyvanı ölüb və baytar həkimlər bunun çarəsini tapa bilmir, diaqnozunu qoya bilmirlər. Biz bunu görən kimi diaqnoz qoyduq ki, bu, kənardan müdaxilədir".

S.Rüstəmova vurğulayıb ki, fevralın əvvəlində fermer yenidən zəng vurub.

"Mən və iki müavin təsərrüfat sahəsinə getdik. Gördük ki, heyvanlara soyqırım ediblər. Yerdə 12 cəsəd var idi. Bir-iki aylıq quzunun cəmdəyi asılqandan asılmış, yerdə də çox sayda dəri var idi. Hamısında eyni əlamət var. Boğaz altında 3-5 santimetr kəsiklər var idi. O bizə dedi ki, tövlədə 4 qoyun da bu vəziyyətdədir. Tövləyə girib gördük ki, 4 yaralı heyvan var. Qanları damcı-damcı axırdı. Amma buna baxmayaraq normal yem yeyirdilər. Mən ondan xahiş etdim ki, "gəl bu xəstə heyvanları instituta aparaq".

Fermer iddia edirdi ki, quzular süd əmən kimi eyni formada boğazları partlayır. Mən təklif etdim ki, heyvanları aparıb qanından, südündən analiz götürək. Amma fermer icazə vermədi. Dedi ki, onsuz da öləcək. Mən də dedim ki, ölürlərsə, institutda ölsünlər. Fermer akt tərtib etməyi tələb etdi. Mən razılaşdım.

Tövləyə girəndə gördük ki, qoyunların dördü də boğazları kəsilmiş şəkildə xırıldayır. Boğazlarından qan fışqırır. Hər yer qan içində idi. Heyvanlar çapalıyırdı. Sağ heyvanı və cəsədlərdən birini instituta gətirdik. Gecə ilə boğazını tikdik, nə lazımdır, müdaxilə etdik. Və bu gün də həmin heyvanlar institutda sağ-salamat yaşayır. Biz bu heyvanı saxlayırıq ki, fermerə sübut edək ki, xəstəlik yoxdur. Digər heyvanı da yardıq, yoxlamalar apardıq, suspenziyalarla laborator heyvanı yoluxdurduq. Əgər orada infeksiya olsaydı, 48 saat ərzində o heyvanlar ölməli idi. Bu heyvanlar isə salamatdır".
S.Rüstəmova vurğulayıb ki, hazırda fermer ayın 13-də baş verən hadisələrin aktını istəyir. Qurum isə həmin fakta görə akt verməkdən imtina edir. Səbəb isə çox sadədir: "Çünki oraya gedəndə kənar müdaxilə görmüşük. Heyvanlarda heç bir xəstəlik yoxdur, onların ətindən də istifadə etmək olar".

S.Rüstəmova qeyd edib ki, fermerdən öldüyünü iddia etdiyi heyvanların cəsədlərini soruşduqda o bildirib ki, itlər yeyib.

"Yeddi yüz əlli heyvanın cəsədini itlər necə yeyib bitirə bilər axı? Hər bir təsərrüfatın problemi ola bilər, amma o öz problemini ətrafa yaymamalıdır. Bu şəxs bütün respublikaya deyir ki, "xəstəlik müəyyən edilmir". Bəli, əvvəllər bəzi heyvanlarda xəstəliklər müşahidə edilib. Qida Təhlükəsizliyi Agentliyi diaqnozu müəyyən edib. Hazırda o təsərrüfatda heç bir xəstəlik yoxdur".












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru